Ağstafa su anbarı

Ağstafa su anbarı
Ölkə  Azərbaycan
YerləşməsiAzərbaycan Azərbaycan
Qazax, Ağstafa,
Tovuz, Şəmkir
Həcmi120 mln m³
Tökülən çaylarAğstafaçay
Şəffaflığı1,5m-2,0 m
Ağstafa su anbarı (Azərbaycan)


Ağstafa su anbarı - 1969-cu ildə tam istismara veril­miş­dir. Bəndin hündürlüyü 52 m, anbarın ümumi sututumu 120 mln. m³-dir.

Su anbarı respublikanın qərb zonasında yerləşən Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında 135 min hektar suvarılan torpaqları su ilə təmin edir[1].

Əsasən Ermənistan ərazisindən Ağstafaçaya axıdılan transsərhəd çirkləndiricilərin hesabına daha çox çirklənməyə məruz qalır. Ağstafaçay üzərində yerləşən Ermənistan ərazisindəki yaşayış məntəqələrindən məişət və sənaye çirkab sularının çaya axıdılması hələ Sovetlər dövründən mövcuddur. Bu tullantılar sututarlarda mürəkkəb biokimyəvi prosesləri sürətləndirir və çirklənmənin artmasına təsir göstərir. Fenollar və mis birləşmələrinin orta illik miqdarı YVQH-dən bir neçə dəfə çoxdur[2]. Su anbarının biogen elementlərlə zəngin olmasına baxmayaraq (nitrat azotu – 2,0 mq/l; dəmir oksidi 1,3 mq/l; silisium 5,5 – 6,0 mq/l; mineral fosfor 0,06 – 0,04 mq/l; nitrit azotu 0,05 mq/l) burada fauna həm növ tərkibinə və həm də miqdarına görə zəif inkişaf etmişdir. Çox güman ki, Ağstafaçayın zəhərli suları su anbarında faunanın inkişafına mənfi təsir göstərir. Su anbarının zooplanktonunda cəmi 18 növ orqanizm qeydə alınmışdır. Onların 10 növü rotatorilərin, 4 növü şaxəbığcıqlı xərçənglərin, 4 növü isə kürəkayaqlı xərçənglərin payına düşür.

İxtiofauna. Ağstafaçay su anbarında 10 növ balığın yayılması müəyyən edilmişdir (Kür xramulyası, Kür şirbiti, Qafqaz enlibaşı)Şərq qıjovçusu, Kür gümüşcəsi, Zaqafqaziya gümüşcəsi, Anqor çılpaqçası, Zaqafqaziya ilişkəni, Qızılı ilişkən, Qambuziya). Xramulya və şirbit vətəgə əhəmiyyətli balıqlardır. 70-ci illərdə su anbarının ixtiofaunasında Qafqaz enlibaşı (77,8 %) və Kür xramulyası üstünlük təşkil edirdilər. hazırda bu balıqlara, xüsusilə xramulya balığına az – az hallarda rast gəlinir.

  1. "SU ANBARLARI". 2011-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-28.
  2. "Səth sularının çirklənmə vəziyyəti". 2014-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-28.