Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşnak
Aşnak, Əşnək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənubda, Alagöz dağının cənub-qərbində, İrəvan-Talin avtomobil yolunun sol tərəfində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı həm də Eşnək formasında göstərilir. Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km qərbdə yerləşmişdir. Toponim aşina //aşna türk etnoniminə cəmlik bildirən -k şəkilçisinin artırılması yolu ilə düzəlib «aşina tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Aşnaabad (Urmiya)
Aşnaabad (fars. آشناآباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (100 ailə). Burada müxtəlif tayfalar yaşayır ki, hazırda onların çoxu Urmu şəhərində məskunlaşmışlar. Kəndin etnik tərkibi Azərbaycan türklərindən ibarətdir.
Aşnaq (Salmas)
Əşnək (fars. اشنك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 745 nəfər yaşayır (135 ailə).
ADNA
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ya qısaca ADNSU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1887-ci ildən başlayır. 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896–1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
Anna
Anna — qadın adı. Anna Favella — İtaliya aktrisası. Anna Freyd — avstriya mənşəli ingilis psixoloqu. Anna Maria Jopek — Polşa caz müğənnisi. Anna Qreki — Əlcəzair yazıçısı. Anna Rita Del Piano — İtaliya kino, televiziya və teatr aktrisası və teatr rejissoru. Anna Samoxina — Məşhur sovet və rus aktrisası Anna Svirşinskaya — Polyak şairəsi. Anna Pavlova Anna Pavlova (balerina) — rus balerina. Anna Pavlova (gimnast) — gimnast. Anna Kendriç — Anna-Liza — Anna Arnautova — Anna Ketli — Anna Koulman Led — Anna Qaplan — Anna Radklif — Anna Sorokin — Anna Atkins — Anna Karima — Anna Kastilo — Anna Palm de Rosa — Anna Zak — Anna Polina — Anna Şudt — Oxşar adlar Anne Haney — ABŞ aktyoru.
Ayna
Ayna (qəzet) — həftəlik ictimai-siyasi Azərbaycan qəzeti. Ayna TV — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli internet televiziya kanalı. Filmlər Ayna (film, 2000) — qısametrajlı bədii televiziya filmi. Ayna (film, 2006) — qısametrajlı cizgi filmi.
Azna
Əzna – İranın Luristan ostanının şəhərlərindən və Əzna şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 37,645 nəfər və 9,178 ailədən ibarət idi.
AŞPA
Avropa Şurası Parlament Assambleyası (AŞPA) insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olan 46 dövlətdən ibarət beynəlxalq təşkilat olan Avropa Şurasının parlament qoludur. Assambleya Avropa Şurasına üzv dövlətlərin milli parlamentlərini təmsil edən 306 üzvdən ibarətdir və adətən ildə dörd dəfə Strasburqda bir həftəlik plenar iclaslarda toplanır. O, daimi dialoq aparan hökumətləri təmsil edən icraedici orqan olan Nazirlər Komitəsi ilə birlikdə Avropa Şurasının iki qanuni orqanından biridir. Bununla belə, adətən təşkilatın “mühərriki” kimi qəbul edilən, hökumətləri insan hüquqları məsələlərində hesaba çəkən, demokratik standartları dəstəkləmək üçün dövlətlərə təzyiq göstərən, təzə ideyalar təklif edən və islahatlara təkan yaradan Assambleyadır. Assambleya ilk sessiyasını 10 avqust 1949-cu ildə Strasburqda keçirdi və onu Avropanın ən qədim beynəlxalq assambleyalarından birinə çevirdi. Onun əsas nailiyyətləri arasında: yeni üzv dövlətlərdən bütün edamları dayandırmağı tələb etməklə, Avropada ölüm hökmünün ləğvi; Avropa İnsan Hüquqları Konvensiyasının yaradılması və formalaşması; Avropa Şurasına üzv dövlətlərdə insan hüquqlarının pozulmasını ifşa edən yüksək profilli hesabatlar; 1989-cu ildən sonra demokratiyaya keçiddə keçmiş sovet ölkələrinə yardım; bir çox yeni mütərəqqi milli qanunların formalaşmasına ilham vermək və kömək etmək; münaqişələrin aradan qaldırılmasında və ya mübahisəli siyasi və ya sosial məsələlərdə konsensusa nail olmaqda üzv dövlətlərə yardım etmək Avropa Şurası Parlament Assambleyası - Avropa Şurasının iki əsas orqanından biri sayılır və üzv dövlətlərin əsas siyasi tendensiyalarını təmsil edir. Assambleya, Avropa əməkdaşlığı ideyasını Avropa boyu bütün demokratiyalara yaymaqda həlledici rol oynayır. == Səlahiyyətlər == Avropa Parlamentindən (Avropa İttifaqının institutu) fərqli olaraq, Assambleya məcburi qanunlar qəbul etmək səlahiyyətinə malik deyil. Bununla belə, o, 700 milyon avropalı üçün danışır və hüququna malikdir: Avropa Şurasının 46 ölkəsinin hökumətlərindən təşkilatın icraedici orqanı vasitəsilə birgə cavab verməli olan tədbirlər tələb etmək; Üzv dövlətlərin hər hansı birində insan hüquqlarının pozulmasını araşdırmaq; hər hansı məsələ ilə bağlı baş nazirlərə və dövlət başçılarına sualların ünvanlanması; parlamentariləri seçkiləri müşahidə etmək və böhranlarda vasitəçilik etmək üçün göndərmək; dövlətlərin veto hüququ sayəsində Avropa Şurasına daxil ola biləcəkləri şərtləri müəyyən etmək; ruhlandırmaq, təklif etmək və yeni milli qanunların formalaşmasına kömək etmək; üzv dövlətlərin qanunlarına və konstitusiyalarına hüquqi baxış tələb etmək; üzv dövlətin xaric edilməsini və ya fəaliyyətinin dayandırılmasını tövsiyə etməklə ona qarşı sanksiyalar tətbiq etmək AŞPA-nın qanunla müəyyən edilmiş mühüm funksiyaları Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və onun Baş katibinin, habelə İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin üzvlərinin seçilməsidir. Ümumiyyətlə, Assambleya ildə dörd dəfə Strasburqda, fr.
Aşan
Aşan (Marağa) — İranda kənd. Aşan — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Aşandağ — Xocavənd rayonu ərazisində dağ.
Aşina
Aşina — Göytürklərin ali hakimiyyətinin soyu. Əfsanəyə görə Aşina soyu bir dişi qurddan törəmişdir. == Soyun tarixi == Hunlar çinlilərə məğlub olduqdan sonra xan Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. Aşina soyu Dulu və Nuşibi qollarına ayrılırdı. Tibetdə, Çində, Altaylarda və böyük Sibir çöllərində yaşayan türklər haqqında kitab yazan rus türkoloqu Lev Qumilyovun "Qədim türklər" kitabında yazılır: "635-ci ildə Dulu və Nuşibi tayfaları özünüidarə hüququ qazandılar. 5 Dulu və 5 Nuşibi tayfa rəisləri yerli zadəganlardan təyin olundu. Bunlar şada, yəni xana qan qohumu olan adamlara bərabər tutulurdu. Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim olundu. "On ox" türkləri adı belə yarandı (bunlan Çulo xanın oğlu igid və nəcib Aşina şeni etdi).
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! (ing. Mother!) — Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb.
Aşa
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
Kiprli Anna
Kiprli Anna (yun. Άννα της Κύπρου; it. Anna di Cipro) (24 sentyabr 1418, Nikosiya, Nikosiya rayonu[d] – 11 noyabr 1462, Cenevrə, Cenevrə kantonu) — Savoyya hersoqu Lüdovikin xanımı, Savoyya hersoqinası. Atası Kipr kralı Yanoş, anası isə onun ikinci xanımı Burbonlu Şarlottadır. 9 avqust 1431-ci ildə bağlanan sazişlə Savoyya hersoqluğunun varisi Şahzadə Amadeusla nişanlansa da, cəmi 20 gün sonra vəliəhd anidən vəfat etdi. Ancaq tərəflər arasında əlaqələri qırmamaq üçün Anna 1 yanvar 1432-ci ildə bağlanan yeni sazişlə hersoqun ikinci oğlu və yeni varisi Lüdoviklə nişanlandı. Cütlüyün toy mərasimi 12 fevral 1434-cü ildə Şamberidə keçirildi və bir neçə ay sonra — 7 noyabrda hersoq oğlunu naib təyin edərək dövlət işlərindən uzaqlaşdığını elan etdi. Buna baxmayaraq V Feliks adını alıb antipapa seçildiyi tarixədək (1440) hersoqluğun idarəsindən rəsmi şəkildə əl çəkmədi. Əri Savoyyalı Lüdovik isə ədəbiyyatla məşğul olur, hersoqluğun idarəsini xanımına həvalə etmişdi. Tez-tez əyləncələr tərtibləyən Annanın dəbdəbəli həyatı bir çox kəndlinin və əsilzadənin etirazına səbəb olmuşdu.
Klevezli Anna
Klevezli Anna (ing. Anne of Cleves;ən tezi 21 sentyabr 1515 və ən geci 22 sentyabr 1515, ən tezi 28 iyun 1515 və ən geci 1 iyul 1515 və ya 1515, Düsseldorf, Berq hersoqluğu, Müqəddəs Roma imperiyası – 16 iyul 1557 və ya 17 iyul 1557, London) — İngiltərə kralı VIII Henrinin dördüncü qadınıdır. Klevez Hersoqu III Conun qızıdır. == Gənclik illəri == Anna Klevez hersoqu III Con və Julich-Berg hersoqinası Mariyanın qızıdır. Gənclik illəri ilə bağlı məlumat çox azdır. Lord Lisle və Tomas Kromvellin tərtibi ilə VIII Henri ilə evlənmişdir. Bütün tarixi qaynaqlar bu cütlüyün bir-birini sevmədiyini və hətta VIII Henrinin Annaya düşmən olduğunu qeyd edir. Kralın nifrət bəsləməsinə səbəb isə Annanın həddindən artıq qürurlu və şöhrətpərəst olmasıdır. Klevezli Anna xalq arasında və sarayda çox sevilmiş, getdiyi hər yerdə hədiyyələrlə qarşılanmışdır. Ancaq kral boşanmaq istəmiş, beləliklə 6 aylıq kraliçalıqdan sonra Anna boşanaraq saraydan ayrılmışdır.
Mariya Anna
Mariya Anna (isp. María Ana de España) (18 avqust 1606, Eskorial – 13 may 1646, Lins, Ens[d]) – İspaniya infantası, Müqəddəs Roma imperatoru III Ferdinandın xanımı. Fərqli zamanlarda ərinin yerinə naibə olaraq xidmət etmişdir. Atası İspaniya kralı III Filipp, anası isə Avstriyalı Marqaritadır. == Həyatı == === Uşaqlıq illəri === Mariya Anna 18 avqust 1606-cı ildə Madrid yaxınlığındakı Eskorial sarayında İspaniya kralı III Filipin qızı olaraq dünyaya gəldi. Valideynləri ikinci dərəcəli qohum idi. Belə ki, atası III Filipin babası V Karl və anası Marqaritanın babası I Ferdinand qardaş idi. Uşaq yaşlarından etibarən Mariya Annanın evlilik məsələsi atasının siyasi planlarında istifadə olundu. İlk namizədi dayısı olan Müqəddəs Roma imperatoru II Ferdinandın böyük oğlu və varisi Con-Karl idi. Ancaq nişanlısı 26 dekabr 1619-cu ildə anidən vəfat etdi və nişan pozuldu.
Məsud Aşina
Məsud Aşina (29 dekabr 1965, Bakı) — Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru. Nevrologiya üzrə professor və baş məsləhətçi İnsan Miqreni Araşdırma Birliyinin direktoru Danimarka Nevrologiya və Başağrısı mərkəzi, Riqospitalet Qlostrup Sağlamlıq və Tibb elmləri fakültəsi, Kopenhagen Universiteti. 1988-ci il Azərbaycan Dövlət Tibb İnstitutu, MD 2000-ci il Kopenhagen Universiteti, Tibb elmləri üzrə fəlsəfə doktoru (Ph. D.) 2003-cü il Kopenhagen Universiteti, Tibb üzrə elmlər doktoru (DMSc) 1992-ci il Danimarka tibb lisenziyası, Milli Səhiyyə Şurası, Nevroloji təcrübə üçün Kopenhagen 2004 icazəsi. 1993-cü il Nevrologiya rezidenti, Riqospitalet 1995–1999-cu il Elmi işçi, Nevrologiya Departamenti, Qlostrup hospitalı 2001–2005-ci il Nevrologiya rezidenti, Nevrologiya Departamenti, Riqospitalet, Bişperjerq, Qolstrup Hospitalları. 2007–2014-cü il Dosent və baş məsləhətçi, Nevrologiya Departamenti, Qolstrup Hospitalları. 1998-ci il Ən yaxşı elmi təqdimat üçün "Moqens Foq" mükafatı Danimarka Nevrologiya Cəmiyyəti 2000-ci il QlaksoSmitKlayn tədqiqat mükafatı 2003-cü il Elmi nailiyyətləri üçün Danimarka Miqren Cəmiyyəti mükafatı 2005-ci il Nevrologiyada elmi nailiyyətləri üçün Roşe mükafatı, Danimarka Nevrologiya Cəmiyyəti. İnsanlarda rozaseanın eksperimnetal modelləri Başağrısının hipoksia və karbon monoksid modelləri PET ilə miqrenlərdə serotoninin tədqiqi MRİ miqren biomarkerlərindən nanopartikulyarların tətbiqi Təkmilləşdirilmiş MR anqioqrafiyasının təsviri və miqren Təkmilləşdirilmiş MR spektroskopi və miqren Miqrenlərdə Hipoksia və karbon monoksid modelləri Miqrenin Kinurenine modelləri Baş ağrısı miqrenlərinin və klaster başağrısının eksperimental modelləri İrsi hemipleqic miqren — eksperimental genetik baş ağrısı model (Ph. D.) Miqren və digər baş ağrılarında prostanoidslərin mümkün rolları (Ph. D.) İnsanın baş ağrılarında və ağrı modellərində karbakol və PACAP38 tədqiqatı (Ph.
Ola Ayna
Temitayo Olufisayo Olaoluva "Ola" Ayna (8.10.1996) — Premyer liqa təmsilçilərindən olan Çelsi klubunda və İngiltərə U-20 millisində müdafiənin sağ cinahında çıxış edən peşəkar Nigeriya əsilli İngiltərə futbolçusudur.
Anna Başta
Anna Başta (10 iyul 1996, Tolyatti, Rusiya) — Rusiyanı və Azərbaycanı təmsil edən qılıncoynadan, Avropa Çempionatının qalibi. == Karyerası == Anna Başta birinci uğuruna 2013-cü ilin mayında İslandiyada baş tutan FIE Qran-Pri turnirində imza atdı. Turnirdə bütün rəqiblərinə qalib gələn Anna Başta qızıl medalın sahibi oldu. 2014-cü ildə yeniyetmələr arasında Rusiya Çempionatının qalibi olan Anna Başta, 2015-ci ilin martında yeniyetmələr arasında Avropa Çempionatının, aprelində isə gənclər arasında Dünya Çempionatının bürünc medallarına sahib oldu. Anna Başta 2015-ci ilin iyulunda Cənubi Koreyanın Kvanju şəhərində baş tutan Univerisiada Oyunlarında mübarizə apardı. Komanda turnirində gümüş medala sahib olan Anna Başta sablya turnirində qızıl medalın sahibi oldu. 2017-ci ildə Dünya Çempionatında mübarizə aparsa da, debütu uğursuz oldu. Həmin il Gürcüstanın Tbilisi şəhərində baş tutan Avropa Çempionarında isə Anna Başta gümüş medalın sahibi oldu (Komanda turnirində). 2019-cu ildə Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən Anna Başta Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2019-cu il Anna Başta üçün triumf ili oldu.
Anna Belyayeva
Anna Belyayeva (28 aprel 1987) — 2004–2010-cu illərdə Belarusu, 2011–2013-cü illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == 2004–2010-cu illərdə Belarus yığmasının heyətində mübarizə aparan Anna Belyayeva 17 beynəlxalq turnirin cəmi dördündə medallara sahib oldu. 2006-cı ildə Austrian Ladies Open beynəlxalq turnirində gümüş medala, 2007-ci ildə gənclər arasında Dünya Çempionatında bürünc medala, 2010-cu ildə Almaniya Qran-Prisində isə qızıl medala sahib olan Anna Belyayevanın ən ciddi uğuru 2008-ci ilin aprelində Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatında bürünc medala sahib olmaq oldu. Digər turnirlərdə isə Anna Belyayeva medala sahib ola bilmədi. 2011-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Anna Belyayevanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Nəticədə Anna Belyayeva həmin dəvəti qəbul elədi və 2011-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. Anna Belyayeva 2011-ci ilin iyununda Austrian Ladies Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu, iyulda isə Qızıl Qran-Pri beynəlxalq turnirini 12-ci pillədə başa vurdu. 2012-ci ilin aprelində isə Anna Belyayeva Çində baş tutan Dünya Olimpiya Təsnifat Turnirini üçüncü pillədə başa vurdu və olimpiya lisenziyasına sahib ola bilmədi. Sentyabrda Qızıl Qran-Pri beynəlxalq turnirini 7-ci, Dünya Çempionatını isə 8-ci pillədə başa vuran Anna Belyayeva, noyabrda Rusiyada baş tutan Moscow Lights beynəlxalq turnirinin gümüş medalına sahib oldu. 2013-cü il isə Anna Belyayeva üçün uğurlu mövsüm oldu.
Anna Demidenko
Anna Demidenko (ukr. Ганна Демиденко; 25 yanvar 1951, Vereskunı[d], Çerniqov vilayəti), təxəllüsü ilə Anna Veres (ukr. Ганна Верес) — Ukrayna şairi, Leonid Qlibov adına Ədəbi Mükafatın laureatı. == Həyatı == Anna Demidenko 25 yanvar 1951-ci ildə Ukrayna SSR-də, Çerniqov vilayətinin Vereskunı kəndində anadan olmuşdur. O, Vereskuni orta məktəbini məktəbini və Kremençuq Pedaqoji Məktəbini bitirmişdir. Demidenko 1971–1976-cı illərdə Poltava Pedaqoji İnstitutununun Filologiya fakültəsində təhsil almışdır. O, Poltava vilayətinin kənd məktəblərində dərs demiş, metodist müəllim olmuşdur. Demidenko 2023-cü ildən etibarən Çerniqovda yaşayır. Demidenko Leonid Qlibov adına Ədəbi Mükafatın laureatı olmuşdur.
Anna Donat
Anna Donat (mac. Donáth Anna Júlia) — Macarıstan siyasətçisi. Momentum Hərəkatı Partiyasının üzvü, Partiyanın keçmiş sədri (2021-2022), Partiyanın vitse-prezidenti (2018-2021). 2019-cu ildən Avropa Parlamentinin üzvü, Yenilənən Avropa siyasi qrupunun üzvü. == Bioqrafiya == 6 aprel 1987-ci ildə Macarıstanın paytaxtı Budapeştdə Laslo Donat və İldiko Muntaq ailəsində anadan olub. Üç bacının ən kiçiyidir. Onun atası Laslo Donat pastor və Macarıstan Sosialist Fəhlə Partiyasından keçmiş Milli Assambleyanın üzvüdür. Onun ata tərəfdən babası Ferens Donat hüquqşünas idi və 1956-cı il Macarıstan üsyanı zamanı Macarıstan Sosialist İşçi Partiyası Mərkəzi Komitəsinin üç katibindən biri idi. Budapeştdə Bekaşmedyerdə Veres Peter Gimnaziyasını bitirmişdir. O, Budapeşt Universitetində sosiologiya, Amsterdam Universitetində miqrasiya və etnik tədqiqatlar üzrə təhsil alıb.
Anna Morozovskaya
Hanna Mykolayivna Morozovska (ukr. Ганна Миколаївна Морозовська; 29 iyun 1977, Kiyev) — Ukrayna fiziki. == Həyatı == Hanna Mykolayivna Morozovska 29 iyun 1980-ci ildə Ukraynada anadan olmuşdur. O, 1994–1999-cu illərdə Kiyev Milli Universitetinin Fizika fakültəsində təhsil almışdır. Morozovskaya magistratura pilləsini bitirdikdən sonra 1999–2003-cü illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin radiofizika, elektronika və kompüter sistemləri fakültəsində təhsil almışdır. O, ilk elmi işini 1999-cu ildə nəşr etdirmişdir. Morozovskaa 2003-cü ildə "Ferroelektriklərdə işığın səpilməsinin və mikrodomenlərin əmələ gəlməsinin fotoinduksiya prosesləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir (elmi rəhbər V. V. Obuxovski). O, 2004-cü ildən Ukrayna Milli Elmlər Akademiyasının Yarımkeçiricilər Fizikası İnstitutunda çalışır. Morozovskaa 2009-cu ildə "Ferroelektriklərin yerli qütb-aktiv xassələri və onların nanodomen strukturunun formalaşması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 2012-ci ildə Ukrayna Milli Elmlər Akademiyasının Fizika İnstitutuna köçmüşdür.
Anna Veres
Anna İvanovna Veres (ukr. Га́нна Іва́нівна Ве́рес; 21 dekabr 1928, Obuxoviç[d] – 11 iyun 2003, Obuxoviç[d], Kiyev vilayəti) — Ukrayna xalq rəssamı, tikişçi və toxucusu. O, rəssam və toxucu Mariya Posobçukun qızı, rəssamlar Valentina və Elena Veresin anası idi. 1968-ci ildə Anna Vasilaşçuk ilə birlikdə Şevçenko Milli Mükafatına layiq görülmüşdür. == Bioqrafiyası == Anna İvanovna Veres 21 dekabr 1928-ci ildə Kiyev vilayətinin Vışqorod rayonunun Obuxoviç kəndində anadan olmuşdur. Anası rəssam Mariya Posobçuk idi. Veresin Valentina və Elena Veres adlı iki qızı da rəssam olmuşdur. Tarixçi N. M. Neveqanın sözlərinə görə, Posobçuk qızına bir çox bacarıqları öyrətmiş və o, bu bacarıqları qızlarına ötürmüşdür. Veres Kiyev şəhərinin Bastionni zolağında yerləşən bir evdə yaşayırdı. O, 11 iyun 2003-cü ildə Obuxoviçdə ölmüşdür.
Anna xatun
Anna Meqa Komnini (yun. Άννα Μεγάλη Κομνηνή; Anna Megalē Komnēnē) və ya Anna xatun (osman. آنا فاتنة, türk. Anna Hatun; 1447, Trabzon – 1463) — Bizans şahzadəsi. O, son Trabzon imperatoru II David və həyat yoldaşı Elena Kantakuzinanın qızı olmuşdur. Anna Osmanlı sultanı II Mehmedin xanımlarından biri olmuşdur. == Həyatı == Sultan II Mehmed 1453-cü ildə Konstantinopolu ələ keçirəndə atası onu arvad olaraq təklif etmişdir, lakin Mehmed bu təklifi rədd etmişdir. Buna baxmayaraq, 1461-ci ildə Mehmed Trabzonu fəth etdikdən sonra Annanı hərəminə əlavə etmək qərarına gəlmişdir. Bununla belə, cütlük arasında münasibət qeyri-dəqiqdir. Odur ki, II Mehmedin dövründə artıq bir neçə nəsildir ki, Osmanlı xanədanlığı varisliyə kənar müdaxilələrdən qaçmaq üçün artıq əcnəbi zadəgan qadınlardan uşaq sahibi olmurdu.
Anna Kendrik
Anna Kuk Kendrik (ing. Anna Cooke Kendrick; 9 avqust 1985, Portlend[d], Men ştatı) — ABŞ aktrisası. 1998-ci ildə rol aldığı "Ali cəmiyyət" Brodvey müzikalına görə "Toni" mükafatına namizəd olub. Komediya filmi "Düşərgə" və "Alatoran" film seriyası ilə tanınmağa başlayıb. "Up in the Air" və "Pitch Perfect" filmlərindəki roluna görə "Oskar" mükafatına namizəd göstərilib.
Anna Konkl
Anna Konkl (ing. Anna Konkle; 7 aprel 1987, Rendolf[d], Vermont) — amerikalı aktrisa, yazıçı və rejissor. O, Maya Erskin ilə birlikdə yaratdığı "PEN15" serialı ilə tanınır. Bu işinə görə 2019-cu ildə "Praymtaym Emmi" mükafatına namizəd göstərilib. == Həyatı == Anna Konkl 7 aprel 1987-ci ildə Vermont ştatında yerləşən Rendolf şəhərində doğulub. O, 1994-cü ildə valideynləri ilə birlikdə Massaçusetsin Scituate şəhərinə köçüb. O, gənc yaşında ikən valideynləri boşanıb. Anna Nyu-York Universitetinin nəzdində yaradılmış Tiş İncəsənət Məktəbinə daxil olub. Burada o, musiqili teatr üzrə təhsil alıb. Sonuncu kursda oxuyarkən Universitetin təşkil etdiyi təhsil proqramı çərçivəsində Amsterdama yollanıb.
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Assa
Assa Tiflis quberniyasının Tioneti qəzasında çay adı. == Toponimkası == Assa - Tiflis quberniyasının Tioneti qəzasında çay adı. Dağıstanın Qunib dairəsində Assa kənd adı (yenə orada) ilə ehtimal ki, eynidir. Türk dillərində as "çayın ağzı" sözündəndir.
Asuna
Asüna – keçmiş Kanada avtomobil markası. Asuna Kaqurazaka – "Negima! Magister Negi Magi" manqa seriyasının baş qəhrəmanlarından biri. Asuna (Sword Art Online) – "Sword Art Online" ranobe seriyasının baş qəhrəmanlarından biri. Asuna – "Pokemon" personajı.
Esna
İsna (ərəb. إسنا‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində, əl-Üqsür və İdfu şəhərləri arasında yerləşən şəhərin 70 min əhalisi var. əl-Üqsür, İsnanın 55 km cənubunda yerləşir.
Sana
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtıdır. Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
İsna
İsna (ərəb. إسنا‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində, əl-Üqsür və İdfu şəhərləri arasında yerləşən şəhərin 70 min əhalisi var. əl-Üqsür, İsnanın 55 km cənubunda yerləşir.
Asya
Asya — qadın adı. Asya (müğənni) — türk müğənni. Asya Atakişiyeva — Azərbaycan aktrisası.
Lorik Sana
Lorik Sana (27 iyul 1983, Priştina) — Kosovoda anadan olan Albaniya futbolçusu. Fransa Liqa 1 komandalarından olan Nant FK-da çıxış edir. == Klub karyerası == Lorik Sana həvəskar karyerasına İsveçrə komandalarından olan Lozanna-Sport klubunda başlamışdır. 2000–2002-ci illər ərzində Pari Sen-Jermen FK-ın gənclər klubunda forma geymişdir. Paris klubunda ilk oyununa 19 aprel 2003-cü il tarixində Nant FK Atlantik klubuna qarşı çıxmışdır. 2003–2004 mövsümündə PSJ-ə Vahid Halilodziç baş məşqçi kimi gətirildi. Onun gəlişi ilə Sana klubda forma geymə şansına malik oldu. Eyni sezonda klub ilə Fransa Kubokunun sahibi oldu. Liqada 32 oyuna çıxıb 1 qol vurmağı bacardı. Ölkəsində isə İlin futbolçusu mükafatına layiq görüldü.
Orta Asya
Mərkəzi Asiya və ya Orta Asiya — Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan altregionu. Buraya keçmiş sovet respublikaları olan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. 1924–1925-ci illərə qədər "Türküstan" adlanırdı. Mərkəzi Asiya tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olmuşdur. Avropa ilə Uzaq Şərq arasında insanların, məhsulların və ideyaların daşınması üçün kəsişmə rolunu oynamışdır. Mərkəzi Asiyanın əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir. Bu regiona daxil olan ölkələr qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək yerləşir. Bu yeganə regiondur ki, heç bir ölkəsinin okeana bilavasitə çıxış yolu yoxdur. Transsibir magistralına və Xəzər-Volqa su yoluna çıxışı olan şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi daha əlverişlidir. Bu yollar regionu Qafqaz və Avropa ölkələri ilə birləşdirir.