Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abjakva
Abjakva (gürc. აბჟაყვა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 3 m hündürlüktə, Qara dənizdən 5,5 km və Suxumidən 4 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 2, თბ., 2012. — გვ. 200.
Ablana
Ablana — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Kürün şimal qollarından biri ilə Alban çayı arasında yerləşdiyi qeyd edilmişdir. Yeri müəyyən olunmamışdır.
Alpava
Alpava, Arpavar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimalda, Gərnibasar çayının sağ sahilində yerləşir. Erməni mənbələrində Arpavar formasında qeyd edilir «İrəvan əyalətinin icmal dəftəri»ndə Alpevi, «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə Albava, Alpava, Alpavan formalarında qeyd edilmişdir. Toponim qədim türk dilində «igid, qoçaq, cəsur» mənalarında işlənən alp sözü ilə türk dilində «düzənlik, geniş yer», «dərə, vadi» mənasında işlənən ova sözünün fonetik variantı olan ava sözünün birləşməsindən əmələ gəlib, «igidlərin, qoçaqların məskəni, yurdu, düzənlik, vadi» mənasını ifadə edir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lusakert, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Nşavan qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 97 nəfər, 1886-cı ildə 121 nəfər, 1897-ci ildə 127 nəfər, 1904 - cü ildə 188 nəfər, 1914 - cü ildə 305 nəfər, 1916-cı ildə 161 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 31 nəfər, 1926-cı ildə 30 nəfər, 1931-ci ildə 51 nəfər azərbaycanlı yaşamışdır.
Arhavi
Arhavi (türk. Arhavi; gürc. არქაბი/Arkabi) —Türkiyənin Qara dəniz regionuna daxil olan Artvin ilinin rayonlarından biri və həmin rayonun inzibati mərkəzi. 2021-ci ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən distriktdə 21.661 nəfər yaşayır. Arhavi Artvin ilinin dördüncü ən böyük rayondur. Şəhər əhalisinin sayına görə Artvin ilində Artvin və Hopadan sonra ən böyük üçüncü şəhər sayılır. Arhavi əhalisinin mütləq əksəriyyətini lazlar və etnik gürcülər təşkil etməkdədir. Relyefi dərə və dağlıqdır. Rayon mərkəzinin sahəsi təqribən 6 km², ümumi rayon sahəsi isə 314 km²-dir. Sahil xəttinin uzunluğu 9,69 km-dir.
Arsava
Arsava — e.ə. XV əsrin sonundan XII əsrin əvvəllərinə qədər qərbi və cənub-qərbi Anadoluda (indiki Türkiyə) mövcud olmuş qədim dövlət. == Tarixi == Arsava het yazılarında Het dövlətinin əsas əleyhdarlarından biri kimi qeyd olunur. Paytaxtı (ən azı krallığın son illərində) Apaşa (indiki Efes) şəhəri idi. Axeylərlə müttəfiq olan Arsava hökmdarı Uhhasiti hetlərə məğlub oldu və axeylərin nəzarətindəki adalara (ehtimal olunur ki, Krit) qaçmışdır. Kritdə Minoy və sonra Mikena sivilizasiyalarının dağılmasından sonra Arsava "dəniz xalqları" tərəfindən məhv edilmişdir.
AVAVA
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Abaşa
Abaşa (gürc. აბაშა) — Gürcüstannın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 4.941 nəfər əhalinin (2014-cü il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Aqava
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Arava
Arava (Аrava, Vadi-əl-Ərəb) (ivr. ‏הערבה‏‎, ərəb. وادي عربة‎) — səhra və vadi İordaniya və İsrail ərazisində yerləşir. Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır. Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir.
Abaka
Musa textilis (lat. Musa textilis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin banan cinsinə aid bitki növü. Tropik ölkələrdə lif almaq məqsədilə becərilir. Vətəni Filippin adalarıdır. Abakaya Manila kəndiri (lifi) də deyilir. İspanların lif ixrac etmək məqsədi ilə becərilməsini təşkil etdikləri 1768-ci ildən bəri bu bitki avropalıların həyatına qədəm qoydu. Abakanı ilk olaraq yalnız Filippin becərilirdi, 1920-ci ildən bu yana isə İndoneziya, eləcə də Mərkəzi Amerikada (Kosta-Rika, Honduras) istifadə olunur. Bitkinin lifli hissəsi 18-24 ayda yetişir, bundan sonra lif qabıqdan təmizlənir, günəşdə qurudulur və əlavə emal olunmadan və hətta əyirilmədən istifadə edilə bilər. == Sinonimləri == Musa abaca Perr. nom.
Bahavar (Əbhər)
Biyavar (fars. بهاور‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (10 ailə).
Böyük Bahama
Böyük Bahama (ing. Grand Bahama) — Baham adalarının ən şimal adalarından biri. Florida sahillərindən cəmi 90 kilometr (56 mil) məsafədə yerləşən Böyük Bahama ABŞ-yə yaxın ən böyük adadır. Sahəsi 1373 km2, əhalisi — 51,756 nəfərdir. == Tarixi == Adanın bilinən ən qədim sakinləri daş dövrünə aid ovçu-yığıcı siboneylərdir. Onlardan dekorativ qabıqlar və ya zərgərlik kimi artefaktlardan başqa çox az şey qalmışdır. Bu ibtidai xalq öz yerini Cənubi Amerikadan olan aravaklara vermişdir. Onlar Karib dənizinin çox hissəsində məskunlaşmışdılar. Güman edilir ki, Böyük Bahama adasındakı aravak icmaları lukayanlar adı ilə tanınmağa başlamışdır. Hesablamalara görə, 1492-ci ildə İspaniya konkistadorlarının Böyük Bahamaya gəlişi zamanı burada təqribən 4 min nəfər var idi.
Dabrava buzlağı
Dabrava buzlağı (bolq. ледник Дъбрава, ‘Lednik Dabrava’ \'led-nik d&-'bra-va\) — 14 km uzunluğu, 4.5 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Mörfi buzlağından cənub-qərbdə, Sölş buzlağından şimalda, Diili dağından qərbdə yerləşmişdir. Lallemand fyordundan şimal-qərbdə yerləşmişdir. Buzlaq cənubi, şimali, cənub-qərbi Bolqarıstanda yerləşən Dabrava şəhərinin adını daşıyır. == Yerləşməsi == Dabrava buzlağı 66°58′30″ c. e. 66°28′00″ q. u. koordinatlarında yerləşmişdir.
Lathyrus aphaca
Lathyrus aphaca (lat. Lathyrus aphaca) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
May Ayzava
May Ayzava (d. 10 sentyabr 1980) — Yaponiyalı keçmiş qadın futbolçu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 4 qol vurub.
Tadahiro Ayzava
Tadahiro Ayzava (相沢 忠洋, Ayzava Tadahiro, 21 iyun 1926 – 22 may 1989) – yaponiyalı həvəskar arxeoloq. Yaponiyada ilk paleolitik daş alətləri kəşf etməsinə görə tanınır. Tadahiro Ayzava 1926-cı ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Assosial uşaqlıq keçirən Ayzava qədim artifaktlara maraq göstərmiş, boş vaxtının böyük hissəsini dulusçuluq parçaları və daş alətlər toplamaqla keçirmişdir. O, Akaqi dağının ətrafında ilk insanların nə vaxt məskunlaşdığı ilə maraqlanmışdır. Ayzava həyatını qazanmaq üçün natto ticarəti ilə məşğul olurdu. Ayzava 1946-cı ilin sentyabrında Qunma prefekturasının Kiryu şəhərində səyyar satıcılıq ilə məşğul olarkən Kasakake qəsəbəsinin İvacuku rayonunda yerləşən, qismən aşınmış və Kanto gilli toprağının bir hissəsi olan qırmızı gil layında obsidian alətlərlə qarşılaşmışdır. Bu dövrdə arxeoloqlar Yaponiyanın insanlar tərəfindən məskunlaşılmasının Comon dövründə baş verdiyini hesab edirdilər. Ayzava 1949-cu ilin iyulunda həmin bölgədə obsidian ucluq da aşkar etmişdir. O, artıq kifayət qədər dəlili olduğunu düşünərək tokiolu tədqiqatçı Teruya Eyzakaya yaxınlaşmış və onun vasitəsilə Meyci Universitetinin arxeoloqu Çosuke Serizava ilə tanış olmuşdur.
Umayd-Bhavan
Umayd-Bhavan (ing. Umaid Bhawan Palace) — Hindistanın Racastan ştatının Codhpur şəhərində saray və dünyanın ən böyük şəxsi iqamətgahlarından biridir. Sarayın ərazisinin bir hissəsində "Taj Hotels" şəbəkəsi tərəfindən idarə olunan mehmanxana fəaliyyət göstərir. Saray öz adını Codhpurun hazırkı maharacisinin babası maharaci Umayd Sinqhin şərəfinə almışdır, saray onun hakimiyyəti dövründə Mehrangarh qalasını əvəz etmək üçün tikilmişdir. Sarayın ilkin adı Çittar (Chittar Palace) idi, çünki şəhər daxilində yüksək Çittar təpəsində yerləşirdi. Tikinti 1929-cu il noyabrın 18-də başlanmış və 1943-cü ildə tamamlanmışdır.. Saray 10,5 hektar ərazini əhatə edir ki, bunun da 1,4 hektarı binalar, 6,1 hektarı isə bağlardır. O Codhpur şəhərinin cənub-şərq kənarındakı Çittar təpəsində yerləşir. Tikinti 3000-5000 işçinin iştirakı ilə 15 ilə başa gəlib. Tikintidə sementdən istifadə olunmayıb.
Saburo Ayzava
Saburo Ayzava (相沢 三郎, Ayzava Saburo, 6 sentyabr 1889 – 3 iyul 1936, Tokio) – Yaponiya hərbçisi və sui-qəsdçisi. Ayzava insidentində Tetsuzan Naqatanı öldürmüşdür. == Həyatı == Saburo Ayzava Yaponiya ordusunun ultramilliyyətçi polkovnik-leytenantı olmuş, Fukuyamada xidmət göstərmişdir. 1935-ci ildə ordunun Toseyha fraksiyasının rolunu gücləndirmək üçün hökumət tərəfindən atılan addımlar Ayzavanın narazılığına səbəb olmuşdur. O, Cinzaburo Mazakinin hərbi təlim inspektoru vəzifəsindən uzaqlaşdırılmasına etiraz etmişdir. Tayvana təyinat aldığını öyrəndikdən sonra bu uzaqlaşdırmadan məsul olan şəxsi öldürmək qərarına gəlmişdir. Ayzava 12 avqust 1935-ci ildə Hərbi İşlər Bürosunun rəhbəri Tetsuzan Naqatanın ofisinə daxil olaraq onu bıçaqlamış və öldürmüşdür. Ayzava üçün keçirilən məhkəmə prosesində Kodoha fraksiyası vətənpərvər fikirlərlə çıxış edərək onu müdafiə etmişdir. Lakin ekstremist addımına görə 26 fevral 1936-cı ildə müqəssir hesab olunmuş və 7 iyul 1936-cı ildə edam edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Huffman, James.
Hava
Hava — Yer kürəsinin atmosferini təşkil edən, azot və oksigendən ibarət təbii qaz qarışığı. Havanın elementləri temperatur, rütubət və təzyiqdir, hava hadisələri isə külək, yağıntı, şimşək və s.. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.
AVAVA (roman)
Nepal Bhasa
Nevar dili (नेपाल भाषा, Nēpāl bhāṣā, Newah Bhaye və Newari kimi də tanınan) – Nepalın əsas dillərdən biri. Təxminən Nepal əhalisinin 3%-inin ana dilidir.Nepal Bhasanın Çin-Tibet dilləri kimi təsnifləşdirilməsinə baxmayaraq,böyük ölçüdə Hind-ari dillərindən təsirlənmişdir. Nepalın xaricində, Nepal Bhasa , Hindistanda da danışılır, xüsusilə Sikkimdə ki 11-rəsmi dillərindən biridir.
Nikolay Abaza
Nikolay Savviç Abaza (rus. Никола́й Са́ввич Абаза́; 7 (19) avqust 1837, Moskva – 21 sentyabr (4 oktyabr) 1901, Moskva) — Rusiya dövlət xadimi. Nikolay Savviç Abaza 1837-ci ildə Moskvada anadan olmuşdur. O, Aleksandr Abazanın əmisioğludur. Abaza 1880–1881-ci illərdə Mətbuat İşləri üzrə Baş İdarəsinin rəisi, Ali İnzibati Komissiyanın üzvü olmuşdur. O, 1880-ci ildən senator, 1890-cı ildən Dövlət Şurasının üzvü kimi xidmət etmişdir. Abaza 1891-ci ildən torpaq mülkiyyətinin zadəganlığını qorumaq tədbirləri məsələsini müzakirə etmək üçün komissiyanın sədri olmuşdur. Альманах современных русских государственных деятелей. — СПб.: Тип. Исидора Гольдберга, 1897.
Rut Asava
Rut Ayko Asava (ing. Ruth Aiko Asawa; 24 yanvar 1926, Noruolk, Kaliforniya – 6 avqust 2013, San-Fransisko, Kaliforniya) – yaponəsilli ABŞ heykəltəraşı və rəssamı. O, yaratdığı biomorfik tel formalarına, eləcə də, ictimai sənət quraşdırmalarına görə tanınır. Rut Asava 24 yanvar 1926-cı ildə Kaliforniya ştatının Norualk ferma icmasında doğulmuşdur. Valideynləri Umakiçi və Haru Asava ABŞ-yə immiqrasiya etmiş yaponlar idi. Rut yeddiuşaqlı ailənin dördüncü uşağı idi. Rut uşaq yaşlarından etibarən sənətə maraq göstərməyə başlamışdır. Onun ağ ayı rəsmi 1935-ci ildə sərgiyə qoyulmuş və üçüncü sinif müəllifi onun sənət bacarığını tərifləmişdir. Asava 1939-cu ildə Azadlıq heykəlinin rəsmini çəkərək məktəbdə keçirilən bir rəsm müsabiqəsinin qalibi olmuşdur. Şənbə günləri yapon dili və mədəniyyəti ilə məşğul olur, eləcə də, kalliqrafiya öyrənirdi.
Sani Abaça
Sani Abaça (20 sentyabr 1943[…] – 8 iyun 1998[…]) — Nigeriya dövlət xadimi, dövlət başçısı, Müvəqqəti Hakim Şurasının sədri, 1993-cü ilin noyabrından Federal İcraiyyə Şurasının (hökumət) sədri, 1990-cı ilin noyabrından isə Müdafiə Naziri. 1987-ci ildə general-leytenant olmuşdur. Hərbi təhsilini Birləşmiş Krallıq və ABŞ-da almışdır. 1983-cü və 1985-ci illərdə hərbi çevrilişlərin hazırlanmasında iştirak etmişdir. 1990-cı ildən müdafiə naziri, 1992-ci ildən Nigeriyanın vitse-prezidenti. 1993-cü ildən onun təşkil etdiyi çevrilişdən sonra Müvəqqəti Hakim Şurasının və Federal İcraiyyə Şurasının sədri olmuşdur.