Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ablyasiya
Ablyasiya — texnikada bərk cismin səthindən qaz axını vasitəsilə maddə kütləsinin götürülüb-aparılmasıdır, atmosferdə metroitlərin, raket, kosmik aparatların (cihazların) böyük sürətlə hərəkəti zamanı müşahidə olunur. İstilik enerjisinin intensiv udulması ilə müşahidə olunan termik-fiziki kimyəvi çevrilmələr (qaz yaranma, ərimə, kokslaşma və s.) nəticəsində baş verir ki, bu da raket və kosmik cihazların istilik müdafiə vasitələrindən biri kimi ablyasiyanın geniş istifadəsini qabaqcadan müəyyən edir. Belə müdafiənin vacibliyi o səbəbdəndir ki, hipersəs hava axınlarının (və ya mühərriklərdə raket yanacaqlarının yanma məhsullarının) təsirinə, hətta istiyə davamlı konstruksion materiallar belə dözmür. Ablyasiya üçün ilkin materialın səth qatının tədricən dağılması və fiziki-kimyəvi çevrilmələr nəticəsində onun transformasiyası xarakterikdir; bu isə örtükdə əlverişli istilik rejimini, yəni müdafiə olunan konstruksiyada lazımi temperaturu təmin edir. İstilik bərk materiladan sublimasiya prosesində daha effektiv ayrılır; bu zaman qazlar materialda yaranan deşik və boşluqlardan yüksək temperaturlu qaçan istilik axınının sərhəd qatına daxil olur, istilik və diffuz axınlarının, həm də sürtünmənin təsirini aşağı salır. Adətən istilik keçirməyən (istilik qoruyan) örtüklərin dağılması onlarda eyni zamanda bir neçə fiziki -kimyəvi proseslərin keçməsi nəticəsində baş verir, lakin yalnız bir prosesin həyata keçməsi mümkündür; Məsələn: ayrılma (politetraftoretilen, polietilen), sublimasiya (qrafit), ərimə (kvars). Ablyasiyanın intensivliyi qaz axınının qazdinamik və fiziki-kimyəvi parametrlərindən (temperaturdan, təyziq və sürətdən), örtüyün eroziya nəticəsində daşınmasını sürətləndirən bərk hissəciklərin mövcudluğundan, qazların tərkibindən və s. asılıdır. Ablyasiya örtüyü kimi polimer kompozitlər, elastometrlər, termoplastrlar və s. materiallar tətbiq olunur; bu materiallar eroziya davamlılığını artırmaq (yüksəltmək) üçün bir və çoxqatlı (laylı) həcmi kətan toxumalı şeylərlə, həmçinin arı şanı kimi karkaslarda armatulaşdırılır.
Apelyasiya
Apelyasiya (lat. apellatio – müraciət, şikayət) — 1) məhkəmənin qərarından yuxarı mərhələyə şikayət etmə; 2) qəbul edilmiş qərarların, qətnamələrin zərər vurduğu şəxslər və ya onları ədalətsiz, qanunsuz hesab edən şəxslər tərəfindən həmin qərar və qətnamələrdən şikayət verilməsi. Apelyasiya qərarı qəbul etmiş instansiyaya nəzərən yuxarı instansiyaya verilir; 3) hüquqda cinayət işində və mülki işlərdə məhkəmənin qanuni quvvəyə minməmiş qərarlarından yuxarı instansiyaya şikayət vermə qaydası (forması); 4) işə yenidən baxılması məqsədilə məhkəmənin həm cinayət işləri, həm də mülki işlər üzrə qərarından daha yüksək məhkəmə instansiyasına edilən müraciət. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Apelyasiya məhkəməsi
Apellyasiya Məhkəməsi (ing. appeal - çağırış) - ikinci instansiya məhkəməsi . Cinayət və mülki məhkəmə proseslərində apellyasiya şikayəti əsasında hakimlər tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılır. Ümumi yurisdiksiya məhkəmələrində apellyasiya instansiyası birinci instansiya məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəmələridir. Arbitraj prosesində birinci instansiyada çıxarılmış arbitraj məhkəmələrinin bütün qərarları apellyasiya şikayəti əsasında yoxlanılır. Apellyasiya və kassasiya icraatı məhkəmə nəzarəti üsullarıdır, lakin bu üsullar məzmununa görə fərqlənir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, sübutları bilavasitə araşdırmaq və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan fərqli olaraq yeni qərar qəbul etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi sübutları yalnız qanunla məhdudlaşdırılmış hallarda bilavasitə tədqiq edir və məhkəmənin qərarını qanunsuz hesab edə, onu ləğv edə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycanda apellyasiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. == İstinadlar == == Ədəbiyyat == Lax, Jeffrey R. "Apellyasiya Məhkəmələrində Hüquqi Qaydaların qurulması".
Relyasiya hesablaması
Relyasiya hesablaması – verilənlər bazalarının idarə olunmasında: əlaqələrin (cədvəllərin) işlənməsinin qeyri-prosedur üsulu. Relyasiya hesabının iki ailəsi var: domenə görə hesablama və kortejə görə hesablama. Hər iki ailə riyazi baxımdan ekvivalentdir; bu ailələrdən hər hansı birindən istifadə etməklə istənilən əlaqənin təsvirini verilənlər bazasında mövcud əlaqələr əsasında ifadə etmək olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tabulyasiya simvolu
Tabulyasiya simvolu — tab character ~ символ табуляции ~ sekme karakteri ~ səkmə simvolu, tabulyasiya simvolu – ekranda və çap olunan səhifədə sətirlər və sütunları düzləndirmək üçün istifadə olunan işarə. Tabulyasıya simvolu görünüşcə Spacebar klavişini basarkən daxil edilən boşluq simvolları ardıcıllığından fərqlənmir, ancaq kompüter üçün tabulyasiya simvolu və boşluq simvolu ayrı-ayrı simvollardır. Faylların ötürülməsi və saxlanması ilə bağlı bəzi əməliyyatlar zamanı tabulyasiya simvolu uyğun sayda boşluq simvoluna çevrilir ki, bu da faylın bir proqramda yaradılıb, başqa proqramda istifadə edildiyi hal üçün çox faydalıdır. ASCII kodlaşdırma sxemində tabulyasiya simvolu üçün iki kod var: ekrana, yaxud səhifəyə köndələn aralıqlar almaq üçün üfüqi tabulyasiya (onluq kodu: 9, onaltılıq kodu: 9h) və ekran, yaxud səhifə boyunca aralıqlar almaq üçün şaquli tabulyasiya (onluq kodu: 11, onaltılıq kodu: 08h). Dialoq boksunda bir neçə səhifənin əyani göstərilməsi. Hər hansı səhifəyə keçmək üçün, sadəcə, həmin səhifənin adı yazılmış "qulaqlığı" çıqqıldatmaq lazımdır. tabbed browsing – səkməklə gözdən keçirmə; veb-brauzerin yuxarısındakı "qulaqlıq"ları (TABS) çıqqıldatmaqla bir pəncərədə açılmış bir neçə veb-səhifənin birindən o birinə tez keçmək imkanı. Birdən çox veb-səhifə açıldıqda brauzerin pəncərəsinin yuxarısında "qulaqlıq"lar əmələ gəlir. Hər bir açıq veb-səhifənin öz "qulaqlığ"ı olur və aktiv "qulaqlıq" öz səhifəsi ilə ön planda əks olunur, qeyri-aktiv "qulaqlıq"lar isə arxada gizlənir. İstifadəçi hər hansı "qulaqlığ"ı çıqqıldatmaqla onu aktivləşdirə, yəni həmin səhifəni ön plana keçirə bilər.
Alaşiya
Alaşiya, həmçinin Alasiya (akkad. 𒀀𒆷𒅆𒅀 Alašiya [a-la-ši-ia]; Şablon:Lang-uga ẢLṮY; Linear B: 𐀀𐀨𐀯𐀍 Alasios [a-ra-si-jo]) və ya Alaşiya padşahlığı — Orta və Son Tunc dövrlərində mövcud olmuş, Şərqi Aralıq dənizində bir yerdə yerləşən dövlət. Bu, qədim Misir və qədim Yaxın Şərqin digər dövlətləri üçün əsas məhsul, xüsusilə də mis mənbəyi idi. Bir sıra sağ qalmış mətnlərdə buranın adı xatırlanır və hazırda Kipr adasının qədim adı olduğu düşünülür. Bunu Alaşiyadan başqa hökmdarlara göndərilən gil lövhələrin Təl-Əviv Universitetində apardığı elmi təhlillər də təsdiqləmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Armstrong, K. M. 2003 Settlement Hierarchy and The Location of Alashiya on Cyprus. Unpublished MA dissertation, University of Cincinnati. Knapp, A. B. ed. 1996 Near Eastern and Aegean Texts from the Third to the First Millennia BC. (Translations of all 122 Bronze Age and early Iron Age texts referring to «Alashiya»). ISBN 0-9651704-2-X Knapp, A. B. 1997 The Archaeology of Late Bronze Age Cypriot Society.