Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abdulsalam hamamı
Yeraltı hamam və ya Abdulsalam hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir və təyinatı üzrə istifadə edilmir. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Yeraltı hamam da Ümumdünya İrsinə daxildir. == Haqqında == Yeraltı hamam XIX əsrdə sahibkar Abdulsalam tərəfindən tikilib. Bina iki böyük zaldan və böyük otaqlardan ibarətdir. Bir hissəsi yerin altında olduğundan el arasında "Yeraltı hamam" kimi tanınır. Bu hamam həm də Cümə məscidi və mədrəsə kompleksinə daxildir. Hamam 1995-ci ildə Şəki Elmi-Bərpa və İstehsalat İdarəsi tərəfindən əsaslı surətdə bərpa olunub, hazırda təyinatı üzrə istifadə edilmir.