Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Doydu
Doydu - türk və altay mifologiyalarında nəhəng Ölüm Balığı. Toydu Balıq olaraq da bilinir. Yeraltındaki böyük dənizdə yaşadığına inanılan əfsanəvi nəhəng balıq. Ağzı gırtlağının altında, gözü isə peysərindədir. Bel sümüyü tərs çevrilmişdir. Zəncirlərlə bağlı tutular. Baş və bədənini oynatınca zəlzələlər olur, tufanlar qopar. Ker Balıq da deyilir. Adı Abra və Yutpa ilə birlikdə xatırlanar. == Etimologiya == (Doy/Toy) kökündən törəmişdir.
Adqoyma mərasimi (Azərbaycan)
Adqoyma mərasimi — Azərbaycanın bir çox yerində yayılmış adət. Müxtəlif bölgələrdə adqoyma mərasimi fərqli qaydalarla keçirilir. == Haqqında == Azərbaycan xalqının özünəməxsus zəngin antroponimiyası vardır. Bu antroponimiya etnosun mədəniyyəti, dili, tarixi haqqında müəyyən qədər məlumat verir. Azərbaycan xalqının etnoqrafik irsində ailə məsələlərinin özünəməxsus yeri olmuş, ailə məsələlərində adqoyma adətinin öyrənilməsi də etnoqrafik baxımdan xüsusi maraq doğuran məsələlərdən biri olmaqla bərabər adqoyma insanların fərqliliyini ortaya çıxararaq onların digərlərindən seçildiyini göstərəm kateqoriyadır. Yeni doğulmuş körpəyə ad verilməsi mənsubiyyət və kimlik nümunəsidir. Adlar hər bir xalqın mənəvi zənginliyini, dünyagörüşünü və məişət xüsusiyyətlərini öyrənməkdə köməkçi rolu oynayır. == İcrası == Azərbaycanlılarda adqoyma mərasimi uşaq doğulan gün və ya uşağın doğumundan 7 və ya 40 gün sonra keçirilir. Bərdədə uşağa doğumundan 40 gün keçməmiş ad verilməlidir. Yoxsa uşaq yalançı olar.