Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Afanasi
İskəndəriyyəli Afanasi və ya Böyük Afanasi — Kilsə atalarından biri, erkən dövr xristian din xadimi, İsgəndəriyyə yepiskopu. == Həyatı == O, 297-ci ildə İskəndəriyyədə dünyaya gəlmişdir. Ailəsi və gənclik illəri haqqında demək olar ki, məlumat yoxdur. Sadəcə bəzi mənbələrdə İskəndəriyyə yepiskopu Aleksandrın tələbəsi olduğu qeyd edilmişdir. 325-ci ildə Nikeya şəhərində keçirilmiş Kilsə Məclisində iştirak etmişdir. Bu dövrlərdə rəsmi kilsə ilə arrian məzhəbinin nümayəndələri arasında gərgin mübarizə getdiyindən Nikeya Məclisinin qərarı ilə həmin məzhəbin yaradıcısı Arius bidətçi elan edilərək, sürgün olunmuşdu. Həmin ərəfədə Aleksandr vəfat etdiyindən İskəndəriyyə yepiskopluğu vəzifəsinə Afanasi yiyələnmişdir. == Yepiskop fəaliyyəti == Afanasinin yepiskopluğunun ilk dövrü nisbətən sakit məcrada keçmişdir. Lakin arrian məzhəbindən olan yepiskop Evsevinin imperator Konstantinə təsiri nəticəsində Arius sürgündən azad edilərək, kilsəyə bərpa olunmuş və öz görüşlərini yaymağa başlamışdı. Beləlilkə, onun ideyaları xeyli sayda tərəfdar qazanaraq, əsas düşüncəyə çevrilmişdi.
Afarar
Afarar — çox nazik yuvarlanmış xəmirdən müəyyən içliklə hazırlanmış məşhur ləzgi milli yeməyi. Afarar ən çox sevilən ləzgi yeməklərindən biridir. Bir çox cəhətlərinə görə çudu və osetin piroqlarına bənzəyir.. == Resepti == Afarlar müxtəlif içliklərlə bişirilir. Afarlar ənənəvi olaraq, ləzgilərin tarixi dağlıq və dağətəyi ərazilərində bitən otlardan hazırlanır (belə otların 50-dən çox növü məlumdur). Afararın içi: çuğundur yarpaqlarından tutmuş gicitkənə qədər müxtəlif otlar ilə doldurula bilər. Balqabaq afarları populyarlıq baxımından bitki tərkibli afarlardan daha az populyardır, bu yəqin, dağlarda əkin sahələrinin az olması ilə əlaqədardır, hansı ki, burada çox geniş sahələrdə tərəvəz yetişdirmək mümkün olardı. Əksinə, dağlarda daha çox ot yetişir. Afarlar turpdan da hazırlanır. Ancaq bütün tərəvəz növlü afarlar arasında kartoflu afararıar daha çox yayılmışıdır.
Almanax
Almanax — XIV–XV əsrlərdə astronomik hesablamaları əhatə edən təqvim cədvəllərinə verilən ad. Sonralar hər il nəşr edilməyə başlayan bu cədvəllərə şeirlər, zarafat ruhunda yazılar və s. əlavə olunmuşdur. Daha sonrakı dövrlərdə müxtəlif bədii və elmi əsərləri əhatə edən məcmuələrə alamanax adı verilmişdir. 1940-cı illərdə Bakıda "Nizami" almanaxı çap olunmuşdur. == Mənşəyi == Sözün mənşəyinin haradan gəldiyi dəqiq bilinmir, lakin bununla bağlı bir neçə nəzəriyyə var: Almanax sözü yunan sözü olan almenikiaka-dan gəlib, mənası təqvim deməkdir. Ən birinci almanaxlar tərkibində kənd təsərrüfatı, astroloji və meteoroloji məlumatlar olan təqvimlərdən ibarət idi. Digər bir iddia isə almanaxın mənşəcə ərəb sözü olan (əl-manāx) iqlim mənasını verdiyi ilə bağlı idi, hansı ki, havanın təbii şəkildə dəyişdirilməsini bildirirdi. Müasir mənasında da almanax müəyyən bir dövr üçün hava proqnozunu nəzərdə tutur. Bu, eyni zamanda iqlim deyə adlandırılan, xüsusi bir ərazi üçün nisbətən sabit hava şəraitidir.
Ananas
Ananas (lat. Ananas) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinə aid bitki cinsi. Vətəni Mərkəzi Braziliyadır. Becərilən növü kəkilli ananasdır (A. comosus). Hündürlüyü 40–120 sm-dir. Yarpaqları qalın, uzun (50–70 sm), ətli, üstdən tünd-yaşıl, altdan gümüşü olub, rozetdə toplaşmışdır. Çiçək qrupu sünbüldür. Çəkisi 0,9–10 kq (bəzən 15 kq-adək) olur. Meyvənin qabığı bərk, ləti şirəli, sarımtıl-ağ, spesifik ətirlidir, B vitamini və karotinlə zəngindir. Meyvəsindən təzə və konservləşdirilmiş halda istifadə olunur, mürəbbə bişirilir və konfet hazırlanır.
Aranas
Aranas(isp. Aranaz) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2005-ci ilin məlumatına görə bu bələdiyyənin əhalisi 625 nəfərdir.
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Adana
Adana — Türkiyənin ili və ən çox əhalisi olan VI şəhəri. 2023-cü ilin məlumatına görə, əhalisi 2.270.298 nəfərdir. İlin sahəsi 13.844 km²-dir. İldə hər km² 160 nəfər düşməkdədir. Bu sayı ən çox Seyhan ilində 1787 nəfərdir. 01.02.2018 məlumatlarına görə 4-ü ilçəsi (Seyhan, Yüreğir, Çukurova, Sarıçam) olmaqla ümumi 15 ilçəsi və bələdiyyəsi vardır. Bu yerlərdə 831 məhəllə vardır. Türkiyədəki VI böyük metropoliya sahə olub, ölkənin irəlidə gedən ticarət və mədəniyyət mərkəzidir. Mədən ehtiyatlarına görə IV bölgə olan Adana xrom, dəmir, manqan, qurğuşun və sink yataqları baxımından əhəmiyyət daşımaqdadır. Adananın mərkəzi Mərsin, Adana, Osmaniyyə və Hatay illərini əhatə edən coğrafi, iqtisadi və mədəni mərkəz bölgə olan Çukurovanın mərkəzində yerləşir.
Afina
Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur. Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir. == Afina mifologiyada == Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar. == Tarixi == Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var. == Turizm == Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. == Həyatı == 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Panax
Jenşen (lat. Panax) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Jenşen şəfalı bitki kimi yüz ildən çoxdur ki, istifadə edilməkdədir. Çin ölkələrində becərilsə də vətəni Çənubi Amerikanın qərb hissəsi hesab edilir. XIX əsrdən bu bitkinin kökləri və yarpaqları ABŞ-də ağdərililər tərəfından müalicə məqsədilə Çin və Hong-Konglu tacirlərə satılır. Nyu-York və Kanadanın Ontario bölgəsində yayılmışdır. Ancaq məşhurluğu və şəfalı bitki kimi tez-tez istifadə edilməsinə məruz qalması, çox toplanması səbəbindən məhvolma altındadır. Artıq ABŞ ilə Kanadanın bir çox sahələrində çətin rast gəlinən hala gəlmişdir. Yeni şəhərsalma, marallar tərəfindən istehlak edilmə də həyat sahələrinin daralmasına gətirib çıxarmışdır.
Tanax
Tanax (ibrani dilində תנַ"ךְ) – yəhudilərin Müqəddəs Yazılar toplusu. Bu Kitab xristianlar tərəfindən Əhdi-Ətiq adlandırılır və Bibliyanın birinci hissəsini təşkil edir. Tanax üç hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). Əslində, "TaNaX" sözü bu bölmələrin adlarının ilk hərflərinin qısaldılmış şəklidir. Xristianlara görə, Əhdi-Ətiq 39 əsərdən ibarətdir. Yəhudilər isə Tanaxın 24 kitabdan ibarət olduğunu deyirlər. Buna səbəb, yəhudilər bəzi əsərləri birləşdirmələridir. Nəticədə 39 deyil, 24 əsər alınır. Katoliklər, yəhudilər, pravoslavlar və protestantlar tərəfindən "qeyri-kanonik" sayılan 11 əsəri əlavə olaraq kanon kimi qəbul edirlər. Tanaxın ilk bölməsi olan Tövratda (תּוֹרָה Tora) kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən (ə), Habil və Qabildən, Nuh tufanından, Yusifin (ə) həyatından, Musanın (ə) fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin Allahla əhd bağlamaqlarından, haramlardan, halallardan və digər bir çox məsələlərdən bəhs olunur.
Afanasi Kirxer
Afanasi Kirxer (alm. Athanasius Kircher) (d.2 may 1602 - v. 27 noyabr 1680) — görkəmli Alman polimatı və rəssamı, dahi alim , Yezuitlər ordeni ona tərtib olunub, == Həyatı == Afanasi Krixer 2 may 1602 Fuldada anadan olmuşdur. Alimin atası- Yohan Krixer (Йоханнес Кирхер)- fəlsəfə ilə maraqlanırdı və həmcinin Maynsdaki teoriyalardan dərəçə qazanmışdır. 10 yaşında atası Fulda seminariyasına verir. 1616-cı ildə Afanasiya Maync tərəf yönləndirilmişdir. == Yaradıçılığı == Athanasius Kircher. The Last Man Who Knew Everything / edited by Paula Findlen. — L. : Routledge, 2004. — 466 с.
Afanasi Koçetkov
Afanasi Koçetkov — Aktyor. == Həyatı == Afanasi İvanoviç Koçetkov 9 mart 1930-cu ildə Kuybışev vilayətində anadan olub. Kişinyov Universitetində geologiya fakültəsində (1952), M.Şepkin adına Teatr Texnikumunda (K.O.Knebel və V.İ.Tsıqankovun kursunda, 1956) təhsil alıb. Teatr Studiyasında (1962-ci ilə qədər), A.S.Puşkin adına Moskva Dram Teatrında (1962-1979), Malıy Teatrda (1979-cu ildən) çalışıb. Rusiyanın xalq artisti (1976) Afanasi Koçetkov 25 iyun 2004-cü ildə dünyasını dəyişib.
Afanasi Nikitin
Afanasi Nikitin (XV əsr, Tver, Tver knyazlığı – 1475, Smolensk[…]) — XV əsr rus səyahətçisi və taciri. Afanasi Nikitin Hindistanda ilk dəfə оlmuş rus səyyahıdır. == Həyatı == Ruslar ХV əsrin I yarısında artıq bir sıra şərq ölkələri ilə ticarət əlaqələri yaratmışdılar. 1466-cı ildə Tverdən Xəzər dənizi arхasındakı ölkələrlə ticarət aparmaq üçün yоllanmış tacirlər əvvəllər uzaq ölkələrdə оlmuş, qərarı və savadı ilə sеçilən Afanasi Nikitini karvanbaşı sеçirlər. Həmin dövrdə Volqa aşağı aхında tatarlar tərəfindən tutulduğundan tacirlər Novqorodda birləşməklə qüvvələrini səfərbər еtdilər. Buna baхmayaraq Həştərxan yaхınlığında tatar хanı Qasımın adamları tərəfindən qarət еdilirlər. Şamaхı səfirinin gəmisində оlan Afanasi Nikitin хilas оlur. О, Bakıya yоla düşür və bir müddətdən sоnra İranın ən qədim şəhərlərindən biri оlan Rey şəhərinə çatır. 1469-cu ildə İrana məхsus Hörmüz limanında müvəqqəti məskunlaşan A.Nikitin yazır: "Burada dünyanın hər yеrindən adamlar var, Hörmüzdə nə istəsən tapmaq mümkündür." Hörmüzdə bir ay qalmaqla aparılan ticarətlə yaхından tanış оlan A.Nikitin Hindistanda atlara yüksək qiymət vеrildiyini öyrənərək bir nеçə at almaqla bu ölkəyə üzür. Bir ay yarım üzməklə о, Bombey şəhərindən cənubda Çayl limanında Hindistana qədəm basır.
Alalax dövləti
Alalax, şimal Levantın "Amuq" olaraq bilinən bir bölgəsində tapılan bir arxeoloji sahənin adıdır. Amuq, Aralıq dənizinin şimal-şərq küncünün yaxınlığında yerləşən geniş, məhsuldar bir vadidir. İçərisindən sel suları qalın bir allyuvium qatını çökdürən aşağı Orontes çayı axır. Amuq, Türkiyə Respublikasının Hatay vilayətinin bir hissəsidir. Cənub və şərqdə Suriya Ərəb Respublikası ilə həmsərhəddir. Amuq, bəlkə də tarixən, Roma imperatorluğunun ən böyük şəhərlərindən biri olan Orontesdəki (müasir Antakya) klassik Antropiya metropolinin şərqindəki daxili bölgə olaraq bilinir. Ancaq vadi ən azı eramızdan əvvəl 6000-ci ildən bəri sıx bir şəkildə işğal edilmişdir. Neolit ​​dövründən bəri bütün dövrlərə aid qədim yerlərin böyük konsentrasiyası onu arxeoloji araşdırmalar üçün cəlbedici bir bölgəyə çevirir. 1930-cu illərdə Chicago Universitetinin Şərq İnstitutu və İngilis arxeoloq Sir Leonard Woolley tərəfindən arxeoloji tədqiqatlar və qazıntılar aparıldı. Şərq İnstitutu 1995-ci ildə yeni arxeoloji layihələrə başlayaraq Amuqa qayıtdı.
Alanağ (Bostanabad)
Alanağ (fars. الانق‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3.434 nəfər yaşayır (954 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Bostanabad bölgəsinin Mehranrud kəndistanında, Bostanabad qəsəbəsindən 22 km şimal-qərbdə, Təbriz-Bostanabad avtomobil yolunun 10 kilometrliyindədir.
Almanax (dəqiqləşdirmə)
Almanax —
Ananas comosus
Əsl ananas (lat. Ananas comosus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin ananas cinsinə aid bitki növü. == Əfsanəsi == Ananasın yaranması haqqında çox qəribə əfsanə mövcuddur. Hesab olunur ki, ananas-gözəl şaftalının və təsadüfən meşəyə düşmüş küknar qozasının sevgisinin məhsuludur. Bu o vaxtlar baş vermişdi ki, onda hər bir məhsul ruh və hissə malik idi. Bu iki bitki də bir-birini sevərək və başa düşərək ki, adi həyatda bir yerdə ola bilməzlər, allahlardan mərhəmət diləmişlər. Tanrılar imtina etmiş, lakin sevənlər çox inadcıl idi. Onlar ayrı-ayrılıqda yaşaya bilmirdilər. Onda tanrılar mərhəmət göstərərək şaftalı dadı verən və möhkəm küknar qozasına malik bu qəribə məhsulu yaratdılar. Beləliklə ananas yaranmışdır.
Ananas sativus
Əsl ananas (lat. Ananas comosus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin ananas cinsinə aid bitki növü. == Əfsanəsi == Ananasın yaranması haqqında çox qəribə əfsanə mövcuddur. Hesab olunur ki, ananas-gözəl şaftalının və təsadüfən meşəyə düşmüş küknar qozasının sevgisinin məhsuludur. Bu o vaxtlar baş vermişdi ki, onda hər bir məhsul ruh və hissə malik idi. Bu iki bitki də bir-birini sevərək və başa düşərək ki, adi həyatda bir yerdə ola bilməzlər, allahlardan mərhəmət diləmişlər. Tanrılar imtina etmiş, lakin sevənlər çox inadcıl idi. Onlar ayrı-ayrılıqda yaşaya bilmirdilər. Onda tanrılar mərhəmət göstərərək şaftalı dadı verən və möhkəm küknar qozasına malik bu qəribə məhsulu yaratdılar. Beləliklə ananas yaranmışdır.
Anass Ahannax
Anass Ahannax (7 fevral 1998, Amsterdam, Niderland) — Eerste Diviziya təmsilçilərindən olan Almere Siti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == Ahannax Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Ahannax öz peşəkar karyerasında debütünü 15 sentyabr 2017-ci ildə etmişdir. O, 76-cı dəqiqədə Dordrext klubu ilə qarşılaşmada Kevin Brandsı əvəz etmişdir. Həmin görüşdə Almere Siti liqa görüşündə Dordrext ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == 22 sentyabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir. == Şəxsi həyatı == Onun əmisi oğlu Soufyan Ahannax da peşəkar futbolçudur. Soufyanın qardaşı (Anassın əmisi oğlu) Alami Ahannax futbol məşqçisi və Mərakeş millisinin keçmiş futbolçusudur.
Soufyan Ahannax
Soufyan Ahannax (9 sentyabr 1995, Amsterdam, Niderland) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Brayton & Houv Albion klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. 10 avqust 2017-ci ildə Ahannax İngiltərə Premyer Liqası təmsilçilərindən olan Brayton & Houv Albion klubu ilə beş illik müqavilə imzalamışdır. 21 yanvar 2018 tarixində yenilənib O, futbol məşqçisi və Mərakeş millisinin keçmiş futbolçusu olan Alami Ahannaxın kiçik qardaşıdır. Əmisi oğlu Anass Ahannax da peşəkar futbolçudur.
İskəndəriyyəli Afanasi
İskəndəriyyəli Afanasi və ya Böyük Afanasi — Kilsə atalarından biri, erkən dövr xristian din xadimi, İsgəndəriyyə yepiskopu. O, 297-ci ildə İskəndəriyyədə dünyaya gəlmişdir. Ailəsi və gənclik illəri haqqında demək olar ki, məlumat yoxdur. Sadəcə bəzi mənbələrdə İskəndəriyyə yepiskopu Aleksandrın tələbəsi olduğu qeyd edilmişdir. 325-ci ildə Nikeya şəhərində keçirilmiş Kilsə Məclisində iştirak etmişdir. Bu dövrlərdə rəsmi kilsə ilə arrian məzhəbinin nümayəndələri arasında gərgin mübarizə getdiyindən Nikeya Məclisinin qərarı ilə həmin məzhəbin yaradıcısı Arius bidətçi elan edilərək, sürgün olunmuşdu. Həmin ərəfədə Aleksandr vəfat etdiyindən İskəndəriyyə yepiskopluğu vəzifəsinə Afanasi yiyələnmişdir. Afanasinin yepiskopluğunun ilk dövrü nisbətən sakit məcrada keçmişdir. Lakin arrian məzhəbindən olan yepiskop Evsevinin imperator Konstantinə təsiri nəticəsində Arius sürgündən azad edilərək, kilsəyə bərpa olunmuş və öz görüşlərini yaymağa başlamışdı. Beləlilkə, onun ideyaları xeyli sayda tərəfdar qazanaraq, əsas düşüncəyə çevrilmişdi.
Elçin Afacan
Elçin Afacan (25 yanvar 1991, İstanbul) — Türk aktrisa. == Həyatı və karyerası == Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasında təhsilini başa vurduqdan sonra 2016-cı ildə FOX-da yayımlanan "Görevimiz Komedi" yarışmasında nümayiş etdirdiyi performansla ilk dəfə kamera həyəcanını yaşadı. Müsabiqədən sonra elə həmin il Show TV-də yayımlanan "İçerde" serialında "Gülçin" adlı obrazı canlandıraraq ilk dəfə serialda rol alıb. Daha sonra 2017-ci ildə FOX-da yayımlanan "Deli Gönül" serialında tələbə qız obrazını canlandırıb. Afacan əsas debütünü 2019-cu ildə FOX-da da yayımlanan "Bir Aile Hikayesi" serialında canlandırdığı "Beste Güneş" obrazı ilə edib və böyük izləyici kütləsinə sahib olmağa başlayıb. 2020-2021-ci illər arasında FOX-da yayımlanan "Sən çal qapımı" serialında "Melek Yücel (Melo)" obrazını canlandırıb. 2021-ci ildə ilk kino təcrübəsi olan "Benden Ne Olur" bədii filmində rol aldı. Afacan aktyorluqla yanaşı, teatr səhnələrində də iştirak etməyə davam edir.
Əlvida, Bafana
Əlvida, Bafana (ing. Goodbye Bafana) — Nelson Mandelanın həbsxana həyatından bəhs edən 2007-ci ilin dram filmidir. Film Mandelanın həbsxana şefi olan Ceyms Qreqorinin "Əlvida Bafana: Nelson Mandela, mənim dustağım, mənim dostum" adlı kitabı əsasında ekranlaşdırılmışdır. Filmin çəkilişləri 2006-cı ilin ortalarında Cənubi Afrikada aparılmışdır. Filmin rejissoru danimarkalı Bil Oqast, Nelson Mandela rolunun ifaçısı Denis Heysbert, Ceyms Qreqori rolunun ifaçısı isə Cozef Faynesdir. Film siyasi xadim Nelson Mandelanın 20 illik həbsxana həyatını və buradakı həbsxana şefi Ceyms Qreqori ilə dostluq münasibətlərini əks etdirir.