ALMAQ
ALNIAÇIQ
OBASTAN VİKİ
Almanax
Almanax — XIV–XV əsrlərdə astronomik hesablamaları əhatə edən təqvim cədvəllərinə verilən ad. Sonralar hər il nəşr edilməyə başlayan bu cədvəllərə şeirlər, zarafat ruhunda yazılar və s. əlavə olunmuşdur. Daha sonrakı dövrlərdə müxtəlif bədii və elmi əsərləri əhatə edən məcmuələrə alamanax adı verilmişdir. 1940-cı illərdə Bakıda "Nizami" almanaxı çap olunmuşdur. == Mənşəyi == Sözün mənşəyinin haradan gəldiyi dəqiq bilinmir, lakin bununla bağlı bir neçə nəzəriyyə var: Almanax sözü yunan sözü olan almenikiaka-dan gəlib, mənası təqvim deməkdir. Ən birinci almanaxlar tərkibində kənd təsərrüfatı, astroloji və meteoroloji məlumatlar olan təqvimlərdən ibarət idi. Digər bir iddia isə almanaxın mənşəcə ərəb sözü olan (əl-manāx) iqlim mənasını verdiyi ilə bağlı idi, hansı ki, havanın təbii şəkildə dəyişdirilməsini bildirirdi. Müasir mənasında da almanax müəyyən bir dövr üçün hava proqnozunu nəzərdə tutur. Bu, eyni zamanda iqlim deyə adlandırılan, xüsusi bir ərazi üçün nisbətən sabit hava şəraitidir.
Almanax (dəqiqləşdirmə)
Almanax —
Almanax (film, 2013)
Almanax — rejissor Eltun Baxışzadə tərəfindən 2013-cü ildə çəkilmiş qısametrajlı bədii film. Noize of Artın istehsalıdır. Film yuxuları ilə reallığı qarışdıran yazıçının əhvalatıdır. Əsas rolları Zaur Əliyarov, Fazil Əliyev, Fərrux Səlimxanlı, Cəmilə Ramazanova ifa edirlər. == Məzmun == Pavel (Zaur Əliyarov) ortayaşlı yazıçıdır. O, "P.İ.R" adlı almanax üzərində gərgin işləyir. Bu müddət ərzində qeyri-adi yuxular görür. Həm işinə, həm də yuxularına dərindən köklənən Pavel reallıqla yuxularını ayırd etməkdə çətinlik çəkməyə başlayır...
Qoşa qanad (almanax)
Qoşa qanad almanax

Digər lüğətlərdə