Afghanistan
Afrikaner
OBASTAN VİKİ
Cənubi Afrika
Cənubi Afrika — Afrika qitəsinin cənub hissəsini əhatə edən region. BMT təsnifatlandırılmasına görə regionun tərkibinə aşağıdakı ölkələr daxildir: Botsvana Lesoto Namibiya Esvatini CAR Bu 5 ölkə eləcə də Cənub Afrika Gömrük İttifaqına daxildirlər. Coğrafi cəhətdən Cənubi Afrika regionuna eləcə də aşağıdakı ölkələr daxıldir.
FİBA Afrika
FİBA Afrika FİBA üzvləri olan 54 Afrika basketbol federasiyasının birləşdiyi konfederasiyadır.
Afrika
Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür. Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür. Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir. Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub.
Afrika Bambaataa
Kevin Donovan (17 aprel 1957, Nyu-York, Nyu-York ştatı) ya da bilinən səhnə adıyla Afrika Bambaataa — Cənubi Bronks çıxışlı amerikalı DJ. O, 1980-ci illərdə çıxardığı elektro parçaları ilə Hip-hop mədəniyyətinin inkişafına təsir göstərmişdir. Afrika Bambaataa break-beat DJ-liyin yaradıcılarından birincisi, Hip-hop mədəniyyətinin atası və Amen Ra-sı, həmçinin, Elektro Funk-ın atası olaraq bilinir.
Afrika Birliyi
Afrika İttifaqı — 55 Afrika ölkəsini birləşdirən beynəlxalq təşkilat, Afrika Birliyi Təşkilatının hüquqi varisi. 9 iyul 2002-ci il tarixində yaradılmışdır. 2011-ci ilin yanvar ayında Azərbaycan Aİ-də müşahidəçi statusu əldə etmişdir.
Afrika Oyunları
Afrika Oyunları — Afrika qitəsi üçün təşkil olunan çoxnövlü idman yarışları. Bu oyunlarda ancaq Afrika ölkələrinin iştirakı mütləqdir. Afrika oyunları Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir. 1965–2003-cü illərdə Afrika oyunları 8 dəfə keçirilmişdir: 1965 (Brazzavil, Konqo), 1973 (Laaqos (Nigeriya), 1978 (Əlcəzair şəhəri, Əlcəzair), 1987 (Nayribi, Keniya), 1989 (Yohannesburq, CAR), 1991 (Qahirə, Misir), 1995 (Harare, Zimbabve), 2003 (Abuca, Nigeriya). Əsas idman növləri futbol, basketbol, voleybol, həndbol, boks, yüngül atletika, tennis, velosiped idmanı, güləş və üzgüçülükdür. İndiyədək 10 dəfə təşkil edilən Afrika Oyunlarında 48 ölkə medal qazanmışdır. Onların içində ən yaxşı nəticəni böyük fərqlə Misir olimpiyaçıları göstərmişdilər. 1145 medal qazanan bu ölkənin 463 qızıl, 342 gümüş, 340 ədəd də bürünc medalı vardır. Onların ən yaxın izləyiciləri isə Nigeriyadır. Nigeriyanın aktivində 334 qızıl, 305 gümüş, 295 bürünc medal olmaqla 934 medalı var.
Afrika abxazlar
Zənci abxazlar (gürc. შავკანიანი აფხაზები) — Abxaziyada yaşayan Afrika mənşəli az saylı etnik qrup.
Afrika burnu
Afrika burnu — Kamçatski yarımadasında yerləşən burun. Kamçatka yarımadasının ən ucqar şərq qutaracağı. Afrika burnunda mayak fəaliyyət göstərir. Ətrafında isə elə də böyük olmayan yaşayış məskəni vardır ki, onunda 10 nəfər əhalisi vardır. Burnu ilk dəfə 1882-ci ildə «Afrika» kreyserinin zabitləri kəşf etmişlər. Gəminin şərəfinə isə buruna bu cür ad vermişlər. Siz Kamçatka Afrikasında olmusunuz?
Afrika buynuzu
Somalí və ya Afrika Buynuzu — Afrika materikinin şərqində yarımada. Şimaldan Ədən körfəzi, şərqdən Hind okeanının suları yuyulur. Şimal-şərq qutaracağında Qvardafuy burnu yerləşir. Yarımadanın ərazisinin böyük qismi Somalinin, az hissəsi isə Efiopiyanın tərkibinə daxildir. Sahəsi 750 000 km² yaxındır. Yarımada həm Ekvatordan həmdə Şimal Tropik xətdindən eyni məsafədə yerləşir. Ərazidə ən hündür dağ Efiopiyanın şimal-qərbində Simiem dağıdır. Nə zamansa Simiem və Beyl dağlarının zirvəsi buzla örtülü olur. Dağlar Qırmızı dəniz istiqamətində birdən-birə enir. Hind okeanına doğru isə hüdürlük tədricən enir.
Afrika bəbiri
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü. Bəbirlərin ölçüsü və çəkisi yaşayış yerlərinin coğrafi ərazisindən asılıdır və çox dəyişir. Meşələrdə yaşayan fərdlər adətən daha kiçik və yüngül olur, açıq yerlərdə yaşayanlar isə əksinə, meşə həmkarlarından daha böyük olurlar. Ancaq orta hesabla kişilər qadınlardan üçdə bir böyükdür. Bəbirin bədən uzunluğu 200-250 sm-ə çatır (bundan 75-110 sm quyruğudur). Kişilərin çəkisi 60 kq-a qədər, qadınların çəkisi 40 kq-a qədərdir. Rəng dəyişir - sıra və yaşayış yerindən asılı olaraq, rəng qırmızı və qəhvəyi rəngdən sarıya qədər dəyişə bilər. Afrikada həm qitənin mərkəzi rayonlarının rütubətli cəngəlliklərində, həm də Mərakeşdən Kapa qədər olan dağlarda, savannalarda və yarımsəhralarda yaşayır. Bəbir böyük səhralardan və susuz quraq ərazilərdən qaçır və buna görə də Saxara və Namibiyanın ən quraq bölgələrində yoxdur.
Afrika darısı
Afrika darısı — xüsusi qida məhsulu kimi yetişdirilən bitki növü 2000 ildən çox tarixə malik olan bu darı növü ilk dəfə Afrika qitəsində yetişdirilmişdir. Digər dənli bitkilərdən fərqli olaraq bu növün özünün spesifik xüsusiyyətləri vardır. Əsas xüsusiyyətlərindən biri odur ki, məhsul götürüldükdən sonra əkinə hazırlanan yerdə hər hansı gübrəyə ehtiyac olmur. Afrika darısı bitki növü dünyanın bir çox yerində becərilir. Hindistan, Pakistan, Avstraliya və bəzi Avropa və Amerika ölkələrində 10 milyonlarla hektar ərazidə əkilir. Azərbaycan təbiəti üçün xarakterik hesab olunmayan bu bitki növü ilk dəfə 2011-ci ildə Bərdədə yetişdirilib. Afrika darısı "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində Azərbaycana gətirilmiş və sınaq əkini uğurlu nəticələnmişdir. Bu məqsədlə toxum dövlət hesabına Hindistandan alınmışdır.
Afrika eşşəyi
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Afrika fili
Afrika fili (lat. Loxodonta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinə aid heyvan cinsi.
Afrika futbolu
Afrika fəlsəfəsi
Afrikanın ən qədim filosoflarından biri Ptahhotep idi.Onun şagirdləri uzun illər boyu siyasi fəlsəfə üzərində çalışmışlar.Misir filosoflarının fəlsəfəsi Helenestik və Xristian fəlsəfəsinə təsir göstərmişdir.Şimali Afrikada "maat" fəlsəfəsi aktual olmuşdur.Maat-ın tərcüməsi "doğru olan" və ya "ədalət","düzgünlük" olmuşdur.3-cü əsrdə Plotin antik idealist-filosof, Neoplatonizmin yaradıcılarından biri olmuşdur. O həmdə Neoplatonizmin nəzəri əsaslarını yaratmışdır. Ona görə də ona "İkinci Platon" deyirdilər Qərbi Afrikada müasir dövrdən əvvəl ən diqqət cəlb edən fəlsəfə Yoruba fəlsəfəsi idi.Diğər fəlsəfələrdən fərqlənən Yoruba fəlsəfəsi bir çox dinə və fəlsəfələrə zəmin hazırlamışdır.Bunlardan biridə Omoluabi idi.Yoruba fəlsəfə və mifologiyasından Itan dini yaranmışdır.Bunlardan başqa Akan,Doqon,Serer və Dahomeyada önəmli rola malik idi. Müstəmləkə dövründən əvvəl Seneqambiyada (Seneqal və Qambiya) Kocc Barma Fall 17-ci əsrdə yaşamış filosof idi.Onun atalar sözləri Seneqal və Qambiyada geniş istifadə olunur. Afrika buynuzu ərazisində,xüsusilə Efiopiyada çox qədimdən fəlsəfi fikirlər geniş yayılmışdır.Bunların ən məşhuru 17-ci əsr filosofu Zera Yacob olmuşdur.Zera Yacob öz təlimlərində bütün inancların doğru olduğunu və bütün insanların bərabər olduğunu müdafiə edirdi.Onun əsərlərində din,əxlaq, və s.. kimi fəlsəfi mövzular öz əksini tapır. Cənubi və Cənub-Şərqi Afrikada Bantu fəlsəfəsi Bantuların köçüilə regiondan getmiş amma digər fəlsəfələrə böyük təsir göstərmişdir.Bantu fəlsəfəsi kosmos və insanı birləşdirirdi.Bantu fəlsəfəsindən sonra isə Ubuntu regionun fəlsəfəsini şəkilləndirmiş və böyük kütləyə çatmışdır.Ubuntu humanizmi,etikanı və insanların bağlılığını öyrədən təlim idi.Şüarları "Sən sən olduğun üçün mən mənəm"-dir Bantuların bura gəlişi ilə Bantu fəlsəfəsi ilə Nitolik və Sudan xalqlarının fəlsəfəi birləşmişdir.Zamanın və dünyanın yaradılışı,insanın təbiət ilə əlaqəsi və digər fəlsəfi mövzular Mərkəzi Afrika fəlsəfəsinin əsas mövzuları olmuşlar. Müasir dövrdə Afroamerikanlar və Avropada yaşayan afrikalıların ideologiyaları və fəlsəfələri ilə meydana çıxmışdır.Daha çox birlik,bərabərlik və irqçiliyə qarşı olmaq əsas məsələlər idi. Müasir Afrika fəlsəfəsi Dörd fəlsəfə sistemi üzərində qurulmuşdur.Afrika diasporasının ideologiyaları və digər alimlərin Afrika mədəni-fəlsəfi araşdırmaları müasir Afrika fəlsəfəsinə təsir göstərən amillərdir. Müasir Afrika fəlsəfəsi Dörd fəlsəfə sistemi üzərində qurulmuşdur.Bunlar Etnik fəlsəfə,Müdriklik təlimləri,milliyyətçi fəlsəfə və akademik fəlsəfədir.Etnik fəlsəfə Afrika fəlsəfəsini günümüzə daşıyarkən, milliyyətçi fəlsəfə afrikalılarında fəlsəfə edə biləcəyini göstərməyi özünə məqsəd təyin etmiş və onu təməlləndirmişdir.Akademik fəlsəfə Avropa fəlsəfəsinə meyl edən afrikalı filosofları özündə cəmləyərkən, Müdriklik təlimləri qədim afrika fəlsəfəsi üzərindən fəlsəfə etməyə çağırır.
Afrika gavalısı
Afrika gavalısı (lat. Prunus africana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Afrika herrozavrları
Herrozavrlar (lat. Gerrhosauridae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Afrika ölkələri
Afrika ölkələrinin siyahısı — Afrika qitəsində yerləşən 66 dövlət və əraziyə verilən ümumi ad. Bu siyahıya həm tam tanınmış dövlətlər, həm qismən və ya tanınmayan dövlətlər, həm də Afrika və qeyri-Afrika dövlətlərinin asılı əraziləri daxildir. Siyahı 56 suveren dövlət (bunlardan 54-ü BMT-nin üzvüdür), qeyri-Afrika suveren dövlətlərin iki qeyri-suveren (asılı) ərazisini və qeyri-Afrika suveren dövlətlərin on sub-milli bölgəsindən ibarətdir. Aşağıdakı tam tanınan 54 dövlətin hamısı Birləşmiş Millətlər Təşkilatı və Afrika İttifaqının üvüdür. Ətraflı bax: List of states with limited recognition The following two entities have declared themselves to be sovereign states and are in control of some territory but have limited or no recognition from other states. Neither entity is a member state of the United Nations, although the Sahrawi Arab Democratic Republic is a member of the African Union. There are currently 12 non-sovereign territories in Africa. Except two Spanish autonomous cities and Peñón de Vélez de la Gomera, all the remaining territories are islands off the continent's coast. Ətraflı bax: Dependent territory This list contains 10 territories that are administered as incorporated areas of a primarily non-African country.
Afrika İttifaqı
Afrika İttifaqı — 55 Afrika ölkəsini birləşdirən beynəlxalq təşkilat, Afrika Birliyi Təşkilatının hüquqi varisi. 9 iyul 2002-ci il tarixində yaradılmışdır. 2011-ci ilin yanvar ayında Azərbaycan Aİ-də müşahidəçi statusu əldə etmişdir.
Mərkəzi Afrika
Mərkəzi Afrika — ekvatorial və subekvatorial zolaqda Afrikanın qərb hissəsi boyu uzanan coğrafi sahə. Konqonun geniş çökəklikləri, qərbdə Atlantik okeanı və Qvineya körfəzi, şimalda Azandeni yaylası, cənubda Lunda platosu və Anqolanın yaylaları boyu uzanır. Regionun şərq hissəsi Şərqi Afrika rift sisteminin Qərbi rift qolu ilə məhdudlaşmışdır. Subregionun ümumi ərazisi 6613 min km²-dir. Mərkəzi Afrikaya aşağıdakı ölkələr daxildir: Qabon Kamerun (paytaxt Yaunde) Konqo Demokratik Respublikası (paytaxt Kinşasa) Konqo Respublikası (paytaxt Brazzavil) San-Tome və Prinsipi (paytaxtı San-Tome_(şəhər)) Mərkəzi Afrika Respublikası (paytaxt Bangi) Çad (paytaxt Ncamena) Ekvatorial Qvineya (paytaxt Malabo) Həmçinin, bəzi hallarda Böyük Britaniyanın xarici ərazisi (Müqəddəs Yelena adası) və Anqolada daxil edilir. Mərkəzi Afrika ölkələri ekvatorun hər iki tərəfində yerləşir. Məşhur "mis qurşağı" (KDR-nin şimal şərqi) bu regionda yerləşir. Region manqan, uran, dəmir, neft, meşə, hidroresurslarla zəngindir. KDR istisna olmaqla, bütün ölkələr geri qalmış iqtisadiyyata malikdirlər. İxracat əhəmiyyətli bitkilər qəhvə və kakaodur.
Qara Afrika
Qara Afrika və ya Böyük Səhradan cənubdakı Afrika — Afrika qitəsinin Böyük Səhranın cənubunda yerləşən hissəsinə verilən ad. Afrikanın bu qisminə Şimali Afrikadan fərqli olaraq, əsasən qaradərililər məskən salmışdır. Buna görə də Afrikanın bu hissəsi Qara Afrika adlanır. Afrika qitəsinin bü cür bölünməsi e.ə. III minilliyin ortalarına təsadüf edir. bu dövrdə Böyük Səhra formalaşmağa başlayır. Böyük Səhra sivilizasiyaların qarşılıqlı əlaqəyə girməsinə böyük maneə olmuşdur. Afrika qitəsinin bu iki hissəsi arasındakı yeganə keçid Nil çayıdır. Burada yaranmış sivilizasiyaların Qədim Misirlə yaxından əlaqələri var idi. E.ə.
Qərbi Afrika
Qərbi Afrika — Afrika qitəsinin Mərkəzi Saxaranın cənubundan Atlantik okeanı sahillərinə qədər olan hissəsi. Şərqi Afrika ilə təbii sərhəddi Kamerun dağlarıdır.
Şimali Afrika
Şimali Afrika (ərəb. شمال أفريقيا‎, ( kabil dili — Tafriqt ugafa) — 10 milyon kvadrat kilometr ərazini əhatə edən, Afrika qitəsinin şimal hissəsində yerləşən sahə. Çox hissəsini Saxara səhrası tutur. Ərazidə aşağıdakı ölkələr yerləşir: Misir Liviya Əlcəzair Tunis Mərakeş Mavritaniya Qərbi Saxara Sudan Bunların əksəriyyətinin ərazisi 1 milyon км²-dən çoxdur. Sudan və Əlcəzairin isə əraziləri 2 milyon км²-dən çoxdur. Kanar adaları, Eritreya, Həbəşistan və Madeyra da bəzən bu bölgəyə aid edilir.
Şərqi Afrika
Şərqi Afrika — Afrikanın Nil çayından şərqə olan ərazisi (Misir ora daxil edilmir). Bölgəyə aid edilir: Burundi Cibuti Keniya Qəmər adaları Madaqaskar Mavriki Mozambik Malavi Reyunyon Ruanda Seyşel adaları Somali Sudan Tanzaniya Uqanda Eritreya Efiopiya Cənubi Sudan Şərqi Afrika Ali Komissiyası Şərqi Afrika Valyuta Şurası Şərqi Afrika.
Afrika qızılquşu
Afrika qızılquşu (lat. Falco cuvierii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Afrikada Saxaranın cənubunda yaşayır. Ölçülərinə və rəng çalarlarına görə qarağöz qızılquşa bənzəyir.
Cırtdan Afrika gürzəsi
Cırtdan Afrika gürzəsi (lat. Bitis peringueyi) — Afrika gürzələri cinsinə daxil olan zəhərli ilan növü. Ümumi uzunluqların 20–25 sm arasında dəyişir. Maksimal uzunluqları isə 32 sm-dir. Dişilər erkəklərdən həm iri həmdə uzun olur. Başları enli və hamar olur. Bədənləri isə olduqca kökdür. Göz ətrafında pulcuq yoxdur. Rəngi boz və qəhvəyi-sarıdır. Quyruqlarının sonucu adətən qara olur.
Cənubi Afrika Birliyi
Cənubi Afrika İttifaqı (afrik. Unie van Suid-Afrika; ing. Union of South Africa; nid. Unie van Zuid-Afrika), CAİ — 31 may 1910-cu ildən 31 may 1961-ci ilə qədər mövcud olmuş dominion krallıq. Böyük Britaniya parlamenti tərəfindən 31 may 1910-cu ildə qəbul edilmiş Cənubi Afrika haqqında aktın əsasında özündə dörd britaniya müstəmləkəsini — Kap koloniyasını, Natal Respublikasını, Narıncı çay koloniyasını və Transvaalı birləşdirən Cənubi Afrika Briliyi yaradıldı. CAB Britaniya İmperiyasının dominionu oldu.
Cənubi Afrika Həmkarlar İttifaqları Federasiyası
Cənubi Afrika Həmkarlar İttifaqları Federasiyası (ing. Federation of Unions of South Africa) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. Federasiya 1 aprel 1997-ci ildə yaranmışdır. Həmin dövrdə ölkədə iki həmkarlar ittifaqı fəaliyyət göstərirdi. Hər iki təşkilat ölkədə işçilərin hüquqlarını müdafiə edə biləcək vahid və güclü bir təşkilata ehtiyac duyulduğunu hiss edir. Beləliklə, onlar vahid federasiyada birləşir. Qurumun yaranmasında əsas məqsəd Afrika işçi hərəkatında demokratik mühit yaratmaq olub. Hazırda təşkilatın tabeçiliyində 18 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Federasiya 556 min üzvü özündə cəmləşdirir.
Cənubi Afrika Həmkarlar İttifaqları Konfederasiyası
Cənubi Afrika Həmkarlar İttifaqları Konfederasiyası (ing. Confederation of South African Workers' Unions) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. Konfederasiyanın yaranması 2003-cü il mart ayının 8-də keçirilən Milli Şuranın konfransında təsdiqlənmişdir. Hazırda təşkilatın tabeçiliyində 27 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konfederasiya 290 min üzvü özündə cəmləşdirir. Konfederasiya iş yerlərində mövcud olan ayrı-seçkiliklərə qarşı mübarizə aparır. Konfederasiyanın siyasəti iş yerlərində ekspluatasiya, diskriminasiya və ayrı-seçkiliyi aradan qaldırmaq prinsipləri üzərində qurulub. Bununla yanaşı, təşkilat hər zaman işçilərin iqtisadi-sosial durumunda bərabərliyi tənzimləmək üçün əlindən gələni edir. Hazırda təşkilata Joel Mfinqvana rəhbərlik edir.
Cənubi Afrika Həmkarlar İttifaqları Konqresi
Cənubi Afrika Həmkarlar İttifaqları Konqresi (ing. Congress of South African Trade Unions) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. Konqres 1 dekabr 1985-ci ildə bir neçə təşkilat və federasiyanın birləşməsi nəticəsində yaranmışdır. Yarandığı vaxt qısa zaman ərzində tərkibinə 33 təşkilat və yarım milyon üzv cəmləşmişdir. Hazırda təşkilatın tabeçiliyində 21 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konqres 1,8 milyon üzvü özündə cəmləşdirir. Təşkilat yarandığı ilk gündən ona üzv olan işçilərin hüquqlarını qorumaq istiqamətində əlindən gələni əsirgəməyib. Dəfələrlə təşkilatın təşəbbüsü ilə irimiqyaslı nümayiş, tətil, etiraz aksiyaları keçirilib. Etirazlara əsas səbəb isə işçilərin maaşlarının qaldırılmaması, iş şəraitinin yaxşılaşdırılması yönündə heç bir addım atılmaması, iş saatının uzadılması olub.
Cənubi Afrika Həmkarlar İttifaqlarının Milli Şurası
Cənubi Afrika Həmkarlar İttifaqlarının Milli Şurası (ing. National Council of Trade Unions) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. Şura 1986-cı ildə Cənubi Afrika Həmkarlar İttifaqları Şurası və Azanian həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmışdır. Hazırda təşkilatın tabeçiliyində 17 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Şura 397 min üzvü özündə cəmləşdirir. Onların sıralarında mədən, tikinti, təhsil, rabitə, yüngül sənaye və bir sıra digər sahələrin işçiləri var. Şura ölkədə əmək münasibətlərinin qurulmasında aparıcı rol oynayır. İşçilərin maraqlarını qorumaq və iş yerlərində baş verən haqsızlıqla mübarizə aparmaq üçün Şura dəfələrlə irimiqyaslı nümayiş, tətil, yürüşlər keçirib. Afaq HÜSEYNOVA. Cənubi Afrika Həmkarlar İttifaqları.
Cənubi Afrika Milli Müdafiə Qüvvələri
Cənubi Afrika Respublikasının Milli Müdafiə Qüvvələri (abr. CARMMQ; ing. South African National Defence Force, SANDF) — Cənubi Afrika Respublikasının dövlət müstəqilliyini, ərazi bütövlüyünü qorumaqla səlahiyyətli hərbi təşkilat. Quru, hərbi dəniz, hərbi hava qüvvələrindən və hərbi tibbi xidmətdən ibarətdir. CAR Milli Müdafiə qüvvələri 1994-cü ildə aparteid siyasətindən sonra konstitusiya edilən dəyişikliyə əsasən yaradıldı. Bu qurum sələfi Cənubi Afrika Müdafiə Qüvvələrini (ing. South African Defence Force) əvəz etdi.
Cənubi Afrika Respublikası
Cənubi Afrika (ing. Republic of South Africa, afrik. Republiek van Suid-Afrika) — Afrikanın cənubunda dövlət.Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir. CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir. Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən biridir və qitəyə nəzərən ağ, Asiya və qarışıq əhalinin ən çox olduğu ölkələrdən biridir. Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir. CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövcud olmuş aparteid rejimi qurulduqdan sonra özünün kulminasiya nöqtəsinə çatdı. Ayrı-seçkilik qanunlarının tətbiqinin təşəbbüskarı Milli Partiya olmuşdur.
Cənubi Afrika Respublikası (Transvaal)
Cənubi Afrika Respublikası, və ya Transvaal, Transvaal Respublikası (nid. Zuid-Afrikaansche Republiek) — 1852–1902-ci illərdə Cənubi Afrika ərazisində mövcud olmuş dövlət. Transvaal ərazisində minillər boyunca yerli əhali — buşmenlər və hottentotlar məskunlaşmışdı. Təxminən e.ə. IV-cü əsrdə doğma bantu dilləri gələcək Transvaal ərazisində görünür: soto dili, tsvana dili, pedi dili, venda dili, ndebele (Qərb, Karra və Kalahari çöl ərazilərində, kənd təsərrüfatı üçün uyğun deyil, onlar maraqlı deyil). XIX əsrin əvvəllərində, Avropa ərazilərinin müstəmləkəçiliyi başlandıqdan sonra, əhalisi əkinçiliklə məşğul olmuş, minerallarla qazılmış və uzun məsafələr üzərində birbaşa və dolayı ticarət aparmış, sonra Keyptaun şəhərinə qədər müqayisə ediləcək yaşayış yerləri olmuşdur. 1817-ci ildə Çaki ilə birlikdə xidmət edən Zulu lideri Mzilikazi, üsyan etdi və qərbə yönəldildi bu bölgəni işğal etdi. Transvaal Ndebele ərazisində yaşayanlarla ittifaq qurduqdan sonra onların liderləri oldu. Bu dövrdə "Mfekane" kimi gedən müharibələr, Soto və Tsvana tayfalarını ciddi şəkildə zəiflətmiş və bu torpaqların sonrakı Avropanın müstəmləkəçiliyinə kömək etmişdir. Ndebele, vendianların şimala qalıqlarını atdı və Mzilikazi, kralını günümüz Pretoriya bölgəsinə yerləşdirdi və müasir Zeerust ərazisində ticarət yollarını mühafizə edən Mosega hərbi postunu qurdu.
Cənubi Afrika Respublikasındakı vulkanların siyahısı
Cənubi Afrika ərazisindəki vulkanların siyahısı Siebert L, Simkin T (2002-). Volcanoes of the World: an Illustrated Catalog of Holocene Volcanoes and their Eruptions. Smithsonian Institution, Global Volcanism Program Digital Information Series, GVP-3, (http://www.volcano.si.edu/world/).
Cənubi Afrika bağrıqarası
Cənubi Afrika bağrıqarası (lat. Pterocles namaqua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Cənubi Afrika dağ mədən sənayesi
Cənubi Afrikadakı dağıntılar bir zamanlar Afrikanın ən inkişaf etmiş və ən zəngin iqtisadiyyatının tarixi və inkişafı üçün əsas vasitə idi. Böyük miqyaslı və gəlirli mədən 1867-ci ildə Erasmus Jacobs tərəfindən Orange Çayının sahillərində bir almazın tapılması və bir neçə il sonra Kimberley borularının aşkarlanması və istismarı ilə başlamışdır. Briliant və qızıl istehsalı artıq yaxşıdır, baxmayaraq ki Cənubi Afrika qızılı hələ də 5 nömrə qızıldır, lakin mineral zənginliklərin kölgəsində qalır. Dünyanın ən böyük xrom, manqan, platin, vanadium və vermikulit istehsalçısıdır. İmanit, palladium, rutil və zirkonyumun ikinci ən böyük istehsalçısıdır. Həm də dünyanın üçüncü böyük kömür ixracçısıdır. Cənubi Afrika dəmir filizinin böyük bir istehsalçısıdır; 2012-ci ildə Hindistan dünyanın ən böyük dəmir filizi istehlakçıları üçün Çin üçüncü ən böyük dəmir filizi tədarükçüsü olmaq üçün Hindistanı aşdı. Cənub Afrika dağ-mədən sənayesində korrupsiya və maladministration tarixinə görə, ANC-nin baş katibi Gwede Mantashe 2013-cü ilin əvvəlində niyyətlərini yanlış təqdim edən dağ-mədən şirkətlərinin lisenziyalarını ləğv edə biləcəyini elan etdi Briliant və qızıl kəşflər, Cənubi Afrika iqtisadiyyatının erkən dövründə böyüməsində əhəmiyyətli rol oynadı. Cape Townun şərqindəki bir yataqda zəngin biriliant yataqları tapıldı və kəşfdən faydalanmaq üçün minlərlə insan Kimberley sahəsinə qaçdı. İngilislər daha sonra alman sahələrini əhatə edən Griqualand West bölgəsini birləşdirdi.
Cənubi Afrika kefalı
Cənubi Afrika kefalı (lat. Liza richardsonii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Cənubi Afrika mətbəxi
Cənubi Afrika çox müxtəlif mədəniyyətlərə sahib və geniş bir əraziyə yayılmış ölkə olduğundan yemək və mətbəx mədəniyyəti regiondan regiona dəyişir. Dünyanın dörd bir yanından gələn immiqrant kütlələri: ingilislər, yunanlar, almanlar, ispanlar, macarlar, hindlilər, çinlilər, ərəblər, ruslar və digər bir çox etnik qrup buraya mətbəx ənənələrini gətirdi. Dünyadakı ət ixracında önəmli yer alan ölkədə, ət tükətimi son dərəcə yayılmışdır. Ət yeməklərinin hər çeşidini Cənubi Afrika mətbəxində dadmaq mümkündür. Ölkəyə aid ət yeməklərinin bir neçəsi: biltong, bredies, potjekos, braaivleis, boereworsdur. Bunların yanında bəzi yerli restoranlarda dəvəquşu və timsah ətindən yeməklər də servis edilir. Dəvəquşu ilə hazırlanan yeməklər ancaq xüsusi günlərdə yeyilir. Yohannesburqda ən çox yeyilən ətlər isə toyuq və donuz ətləridir. Atlantik okeanı Qərb sahilləri boyunca dünyanın ən zəngin və ən məhsuldar sularından biridir. Ölkənin uzun bir okean sahili olduğundan, Cənubi Afrika mətbəxi dəniz məhsulları ilə zəngindir.
Cənubi Afrika randı
Cənubi Afrika randı (ISO 4217 kodu: ZAR) — Cənubi Afrikanın pul vahidi. Cənubi Afrika randı çox vaxt R hərifi ilə işarə olunur. Rand sözü Yohannesburqun əsası qoyulduğu və Cənubi Afrikanın qızıl yataqlarının əksəriyyətinin yerləşdiyi Vitvatersrand adlanan yerdən gəlir. Cənubi Afrika valyutası olan Cənubi Afrika Randı (ZAR) ilk dəfə 1961-ci ilin fevral ayında Cənubi Afrikanın Respublikasının əsası qoyulmamışdan əvvəl təqdim olundu və rand Cənubi Afrikanın köhnə valyutası olan poundu əvəz etdi. 1970-ci illərin əvvəllərinə qədər 1.5 rand 1 ABŞ dolları dəyərində idi. Ancaq sonrakı onilliklər ərzində randın dəyəri sürətlə düşməyə başladı. 1990-cı illərdə siyasi vəziyyət dəyişdikcə, randın dəyəri daha da azaldı.
Cənubi Afrika tarixi
Etnik müxtlifliyə sahib olan Cənubi Afrika Respublikasının tarixi keçmişi ümumilikdə 5 mərhələyə ayılır. Müstəmləkədən əvvəlki mərhələ, müstəmləkə mərhələsi, müstəmləkədən sonrakı mərhələ, aparteid mərhələsi və ondan sonrakı mərhələ. Bu tarixin, xüsusi ilə müstəmləkə və müstəmlədədən sonrakı mərhələləri mədəniyyət fəaliyyətləri, Avropalıların və yerli xalqların arasındakı şiddətli torpaq anlaşılmazlıqları, təzyiqlər, digər irq və siyasi gərginliklərlə xarakterikdir. On doqquzuncu əsrdə almaz və qızıl kəşfləri bölgənin sərvətinə dərindən təsir göstərmiş, dünya səhnəsinə çıxartmışdır və sadəcə kənd təsərüfatı əsaslı iqtisadiyyatdan sənayeləşməyə keçid baş vermişdir. Kəşflər eyni zamanda Cənubi Afrika mədənçilik sənayesi üzərindəki nəzarət əldə etmək üçün əsasən Boer köçkünləri və İngiltərə imperiyası arasında açıq müharibəylə nəticələnən yerli münaqişələrə səbəb oldu. Anqlo-Boer və ya Cənubi Afrika müharibəsində (1899-1902) Boerlərin məğlubiyyətindən sonra Cənubi Afrika birliyi 1909-cu il Cənubi Afrika konstitusiyasına əsaslanaraq İngiltərə imperatoriyasının müstəmləkəsi olaraq quruldu. İngilis kolonyaları: Keyp koloinyası, Natal kolonyiası, Transvaal koloniyası və Orang koloniyası. Birlik qanunalarının qüvvəyə minməsindən sonra 1934-cü ildə Britaniya İmperatorluğu tərkibində özü-özünü idarə edən bir dövlət oldu. Bu müstəqillik 1960 referendumunda qərara alınmış və 31 may 1961 ci il tarixində reallaşmış ölkənin Cənubi Afrika Respublikası adı altında vahid müstəqil bir dövlət kimi formalaşması ilə sona çatdı. Cənubi Afrika siyasəti 1948-1994 cü ildə Afrika miliyyətçiləri tərəfindən idarə edilirdi.
Cənubi Afrika vəhşi pişiyi
Cənubi Afrika vəhşi pişiyi (lat. Felis silvestris cafra) — pişik cinsinə aid heyvan yarımnövü.
Cənubi Afrika İnkişaf Birliyi
Cənubi Afrika İnkişaf Birliyi (SADC, ing. Southern African Development Community) — baş qərargahı Botsvananın paytaxtı Qaborone şəhərində yerləşən hökumətlərarası təşkilatdır. Onun məqsədi 15 cənubi Afrika dövlətləri arasında sosial-iqtisadi əməkdaşlıq və inteqrasiya, həmçinin, siyasi və təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı inkişaf etdirməkdir. CAİB 1992-ci il Müqaviləsinin imzalanması nəticəsində yaradılmışdır və ümumi dəyərləri və məqsədləri olan ölkələrin postaparteid regional təşkilatı kimi inkişaf etmişdir. Əsas məqsədi nəqliyyat, demokratik idarələrin qurulması, münaqişələrin təhlükəsiz həll edilməsi sahəsində iqtisadi inteqrasiyaya və sıx əməkdaşlığa təkan verməkdən ibarətdir. Dövlət başçıları ildə bir dəfə, xarici işlər nazirləri isə ildə iki dəfə görüşlər keçirirlər; Anqola Botsvana Konqo Demokratik Respublikası Zambiya Lesoto Mavritius Malavi Mozambik Namibiya Esvatini Tanzaniya Cənubi Afrikadır CAİB-in katibliyi Qaboronedə yerləşir.
Cənubi Afrika şiri
Cənubi Afrika şiri (lat. Panthera leo krugeri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Cənubi Afrika şirkətlərinin siyahısı
Cənubi Afrika Afrikanın ən cənub ölkəsidir. Dünyadakı 25-ci ən böyük torpaq sahəsi olan ölkə, 56 milyona yaxın əhali sayı ilə isə dünyanın 24 ən sıx əhalisi olan ölkədir. Dünya Bankı Cənubi Afrikanı yüksək orta gəlirli iqtisadiyyat və yeni sənayeləşmiş ölkə hesab edir. Onun iqtisadiyyatı Afrikada ikinci, dünyanın ən böyük 34-cü ölkəsidir. Satınalma gücü paritəsi baxımından Cənubi Afrikada Afrika əhalisinin yeddi ən yüksək gəliri var. Lakin, yoxsulluq və bərabərsizlik sürətlə yayılır, əhalinin təxminən dörddə biri işsizdir və gündə 1,25 ABŞ dollarından az yaşayır. Buna baxmayaraq, Cənubi Afrika beynəlxalq məsələlərdə orta hakimiyyət kimi tanınmışdır və mühüm regional təsir göstərir Bu ölkədəki sahibkarlıq subyektlərinin növləri və onların qısaltmalarına dair daha ətraflı məlumat üçün baxın "Cənubi Afrikada sahibkarlıq subyektləri".
Cənubi Afrikada turizm
Cənubi Afrikada turizm — Cənubi Afrika, Afrikanın qitəsində ən məşhur tətil istiqamətlərindən biridir.Cənubi Afrikada turizm və sənaye ölkə gəlirinin əsasını təşkil edir. Dünya səyahət və turizm şurasının World Travel & Tourism Council məlumatına görə, 2012-ci ildə turizm sənayesi birbaşa Cənubi Afrika ÜDM-ə 102 milyard ZAR gətirib və ölkədə iş yerlərinin 10,3% -ni təşkil edir. Cənubi Afrika yerli və beynəlxalq turistlərə müxtəlif variantları təklif edir, bura mənzərəli təbii landşaft, təbiət qoruğu, tarixi mədəni irs, yüksək qiymətləndirilmiş şərablar və s. daxildir. Xüsusilə də su idmanı üçün həyəcan verən gözəl çimərliklər də tapa bilərsiniz. Ən məşhur turistik istiqamətlərə ölkənin şimalında geniş Kruger National park , sahil xəttləri və çimərliklərlə Qərbi Burun vilayəti və Kvazulu-Natal vilayəti, Keyptaun, Yohannesburq və Durban kimi iri şəhərləri daxildir.Turizm xüsusilə 20-ci əsrdən sonra Cənubi Afrika Respublikası üçün vacib yer tutur. Aparteid dövrünün sona çatmasından sonra ölkədə qalxan embarqolarının təsiri ilə xaricdən gələn turistlər ölkə üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilmişdir.2002-ci ilin məlumatlarına əsasən, sözügedən ildə ölkədə 6 milyon turist cəlb olunduğu bildirilir. Cənubi Afrikanın son Turizm və Miqrasiya Araşdırması statistikasına görə, 2017-ci ilin avqustunda ölkəyə daxil olan limanlardan təxminən 3,5 milyon turist keçmişdir. Ölkədə çalışan əhalinin 3% -i turizm sektorunda işləyir. Ölkənin sahil xətti təxminən 2,500 kilometr; Cənub Afrika Atlantik Okeanı və Hind Okeanı ilə həmsərhəddir.
Dünyanın xatirəsi (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.
Dünyanın yaddaşı (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.

Digər lüğətlərdə