Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Crossing Field
"Crossing Field" (クロッシング・フィールド, azərb. "Kəsişmə sahəsi"‎) — Yaponiya pop müğənnisi və mahnı yazıçısı LiSA-nın 2-ci sinqlı. Sinql Aniplex tərəfindən 8 avqust 2012-ci ildə CD formatında, 21 avqust 2012-ci ildə isə mini-albom formatında buraxılmışdır. Sinql Oricon-un həftəlik çartlarında 5-ci yerə qədər yüksəlmiş, daha sonra Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya almışdır. Mahnının rəsmi ingilis versiyasına LiSA-nın 7-ci sinqlı olan "Shirushi" daxil edilmişdir. "Crossing Field" "Sword Art Online" anime serialının 2-14-cü seriyalarının açılış mahnısı, 1-ci və 25-ci seriyalarının isə bağlanış mahnısı olmuşdur.
Webb's First Deep Field
Webb's First Deep Field ("Vebbin ilk dərin sahəsi") — "Ceyms Vebb" kosmik teleskopunun çəkdiyi ilk fotoşəkil. 11 iyul 2022-ci ildə ictimaiyyətə yayımlanmışdır. Fotoşəkil 4,6 milyard işıq ili məsafəsində yerləşən SMACS 0723 qalaktik klasterini göstərir. "Ceyms Vebb" yaxın infraqırmızı kamera ilə çəkilmiş kompozit şəkil Cənub yarımkürəsinin səmasının təqribən qum dənəciyi ölçüsündə bir sahəsini göstərir. Şəkildə minlərlə qalaktika göstərilir. Bu, kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir. Şəkil kainatın indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli təsviridir. Şəklin ictimaiyyətə təqdimatı 11 iyul 2022-ci ildə Ağ Evdə baş tutmuşdur. Webb's First Deep Field "James Webb Space Telescope" veb saytında.
Afisid
Afisid — tilələri qırmaq üçün işlədilən dərman. == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Fiyeld
Fiyeld – Norveçdə xeyli hündürdə yerləşən platoya deyilir ki, burada yüksək tirələr ilə çökək yerlər növbələşir. Çökək yerlərdə çoxlu göl və bataqlıq yerləşir.
Afeli
Afeli [yun. apo – uzaqlıq + yun. Helios – Günəş] == Ümumi məlumat == Afeli - Günəş ətrafında fırlanan planetlərin, asteroid və kometaların orbitinin Günəşdən ən uzaq nöqtəsi. Yer hər il iyulun 5-də Afelidən keçir və bu vaxt Günəşdən 152 mln. km məsafədə olur.
Ariel
Ariel (Uranın peyki)
Fyeld
Skandinaviya dağlarının ayrı-ayrı massivlərində platoyaoxşar , qabarıq , buzlaqla və ya tundra bitkiləri ilə örtülü təpənin səthidir.
Hotspot Shield
Hotspot Shield — internet filtrasiyadan yayınmaq üçün istifadə olunur. Bu proqram internet sessiyasını kodlaşdırmaq üçün HTTPS-dən istifadə edir. O, internet istifadəçisinin IP-ünvanını gizlədir və internetə daxil olduğu ərazidə bloklanmış informasiyalara çıxışını təmin edir.
Den Arieli
Den Arieli (ing. Dan Ariely; 29 aprel 1967, Nyu-York, Nyu-York ştatı) — İsrail-ABŞ iqtisadçısı, psixologiya və davranış iqtisadiyyatı professoru. Dyuk Universitetində dərs deyir və Retrospektiv Araşdırmalar Mərkəzinin yaradıcısıdır. == Bioqrafiya == Den Arieli Nyu Yorkda anadan olub. Bu zaman atası Kolumbiya Universitetində MBA dərəcəsi alırdı. Den Arieli uşaqlığını İsrailin Ramat Qan və Ramat Haşaron şəhərində keçirib. Den "siqnal atəşləri" (İsrail gənclər təşkilatları tərəfindən həyata keçirilən tədbirlərin ənənəvi elementi) hazırlayarkən təsadüfən maqnezium partlaması nəticəsində bədəninin 70%-i üçüncü dərəcəli yanıqlar almışdır . Den Arieli Tel-Əviv Universitetində oxuyarkən fizika və riyaziyyat üzrə ixtisaslaşmış, lakin əl ilə yazmaq onun üçün fiziki cəhətdən çətinləşdiyindən ixtisasını fəlsəfəyə dəyişmişdir. O, həmçinin Çapel-Hill Şimali Karolina Universitetində koqnitiv psixologiya üzrə magistr və doktorantura təhsili almış, Dyuk Universitetində isə marketinq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Fəlsəfə doktoru dərəcəsini aldıqdan sonra 1998–2008-ci illərdə Massaçusets Texnologiya İnstitutunda dərs demişdir.
Ariel (şirkət)
Ariel — 7 işçiyə malik avtomobil şirkəti. İldə 100-ə qədər avtomobil istehsal etməklə Böyük Britaniyanın ən kiçik avtomobil şirkətlərindən biridir.
Ariel (şəhər)
Ariel (ivr. ‏אריאל‏‎) — İsraildə şəhər, 1978-ci ildə əsası qoyulub. İordan çayının qərb sahilində Samariyada yerləşir. Şəhər statusunu 1998-ci ildə alıb, İudeya və Samariya dairəsinin ən böyük şəhərlərindəndir. 2010-cu il məlumatına görə, əhalisi 17700 nəfərdir, o cümlədən MDB ölkələrindən 7 min nəfər də orada yaşayır.
Ariel Anri
Ariel Anri (fr. Ariel Henry; h.kreol Ariel Henry; 6 noyabr 1949, Port-o-Prins) — 20 iyul 2021-ci ildən etibarən Haiti Baş naziri və Haiti Prezidenti vəzifələrini icra edən Haiti siyasətçisi və neyrocərrah. == Həyatı == Anri 1977-ci ilin martından 1981-ci ilin dekabrına qədər Fransanın Monpelye şəhərində professor Klod Qrosun yanında neyrocərrahiyyə rezidenti olaraq çalışdı. 1981–1984-cü illərdə Monpelye Universitetinin tibb fakültəsində neyrofiziologiya və neyropatologiya təhsili aldı və doktorluq dissertasiyasını 1982-ci ilin yanvar ayında təqdim etdi. O, 1983-cü ilin sentyabrında Monpelye Universitetindən elektroensefaloqrafiya üzrə sertifikat aldı. 1989-cu ildə Loma Linda Universitetində "beynəlxalq sağlamlıq" xalq sağlamlığı sahəsində magistr dərəcəsini tamamladı. 1990-cı ilin fevralından may ayına qədər Boston Universitetində "Beynəlxalq sağlamlıq üçün idarəetmə üsulları" mövzusunda doktorluq dissertasiyasını da davam etdirdi. Ariel Anri Yeddinci Gün Adventist kilsəsinin keşişi və ağsaqqalı olan Eli Anrinin oğludur. Arielin atası 20 dekabr 2015-ci ildə vəfat etdi. Anni Klod Masso ilə evlidir və Monik Anri, Edlin Anri Rişar, Eli Anry və Elvir Anri adlarında qardaş və bacıları var.
Ariel Kebbel
Ariel Kebbel (ing. Ariele Kebbel; 19 fevral 1985, Vinter-Park[d], Florida) — amerikalı aktrisa və modeldir. Amerika Tortu: Düşərgə Kamandası (2005), Con Tuker Ölməlidir (2006), Akuamarin (2006) və Vampir Məni Dişlədi (2010) filmləri ilə tanınır. Eyni zamanda Gilamur Qızları (2003-04), Vampirin gündəlikləri (2009-2014), Gözlənilməyən həyat (2010) və 90210 (2011-13) teleserialları da ona uğur gətirən filmlərdəndir. == Həyatı və model karyerası == Ariel Florida ştatının Vinter Park şəhərində doğulub. Anası Şeri, öz şəxsi kompaniyasənda istedadlı menecerdir. Ariel Üinter Parkda yerləşən Crenshaw School məktəbində məzun olub. O 2002-ci ildə Miss Florida Teen USA tamaşasında iştirakçı kimi çıxış edib. Aktrisalığa başlamazdan əvvəl, Ariel model şirkətində çalışırdı. Həmin vaxtlar o, Maxim, H, Lucky, Men's Health, FHM, kimi jurnallarda görünürdü.
Ariel Uilson
Anna Qrbaç — amerikalı qadın voleybolçu. Blokçu mövqeyində oynayır. 1989-cu ildə Çikaqoda anadan olmuşdur. == Karyerası == Ariel Vilson 2007-2010 illəri ərzində ölkəsində "Pensilvaniya State University"nin komandasında oynamışdı. Adından da məlum olduğu kimi universitet komandası olan Pensilvaniyada dörd dəfə NCAA klublar çempionlar liqasının qalibi olmuşdu. Voleybolçu 2012-ci ildən etibarən Azərbaycan Superliqasında da oynamışdı. O, ilk öncə Azərreyl Bakıdan gələn transfer təklifini müsbət qarşılamış, bu klubda oynamağa razılıq vermişdi. Burada o, Azərbaycan çempionatının gümüş medalına da yiyələnmişdi. Vilson 2013-cü ildə digər bir Bakı klubu İqtisadçı ilə müqavilə imzaladı. Karyerasındakı ikinci universitet klubu olan İqtisadçıda çıxışı bəyənilməməsinə baxmayaraq yarım mövsüm bu komanda da oynamışdı.
Ariel Universiteti
Ariel Universiteti (ivr. ‏אוניברסיטת אריאל בשומרון‏‎) — İsrail ali təhsil müəssisəsi. İordan çayının qərb sahilində, Samariyada, Ariel şəhərində yerləşir. 1982-ci ildə kiçik bir kollec kimi yaradlaraq universitet pilləsinə qədər inkişaf yolu keçib. 2014-cü ildə universitetdə 14 min nəfər tələbə təhsil alır və 100 nəfər professor çalışırdı. Universitet kampusunda yəhudilər, ərəblər, dünyəvi və dini təhsil nümayəndələri, ölkə vətəndaşları və xarici ölkələridə yaşayan yəhudi ailələrindən tələbələr təhsil alır. == Həmçinin bax == == Mənbə == Ариэльский университет, официальный сайт на русском языке "Ариэльский университет в Самарии (ing.)". en:Council for Higher Education in Israel. 2014-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 03 июля 2014.
Ariel Vilson
Anna Qrbaç — amerikalı qadın voleybolçu. Blokçu mövqeyində oynayır. 1989-cu ildə Çikaqoda anadan olmuşdur. == Karyerası == Ariel Vilson 2007-2010 illəri ərzində ölkəsində "Pensilvaniya State University"nin komandasında oynamışdı. Adından da məlum olduğu kimi universitet komandası olan Pensilvaniyada dörd dəfə NCAA klublar çempionlar liqasının qalibi olmuşdu. Voleybolçu 2012-ci ildən etibarən Azərbaycan Superliqasında da oynamışdı. O, ilk öncə Azərreyl Bakıdan gələn transfer təklifini müsbət qarşılamış, bu klubda oynamağa razılıq vermişdi. Burada o, Azərbaycan çempionatının gümüş medalına da yiyələnmişdi. Vilson 2013-cü ildə digər bir Bakı klubu İqtisadçı ilə müqavilə imzaladı. Karyerasındakı ikinci universitet klubu olan İqtisadçıda çıxışı bəyənilməməsinə baxmayaraq yarım mövsüm bu komanda da oynamışdı.
Ariel Şaron
Ariel Şaron (ivr. ‏אריאל שרון‏‎; 26 fevral 1928[…] və ya 27 fevral 1928 – 11 yanvar 2014[…], Ramat-Qan, Təl-Əviv dairəsi) — İsrailin keçmiş baş naziri, diplomat. Müxalif Kadima Partiyasının qurucusu və ilk lideri olub. == Həyatı == 4 yanvar 2006-cı il tarixində Ariel Şaron beyin qanaması keçirərək xəstəxanaya aparıldı. Ehud Olmert baş nazirliyə təyin edildi. Bu tarixdən sonra Ariel Şaron bir daha şüurunu qazana bilmədi. Səkkiz illik komadan sonra Ariel Şaron 11 yanvar 2014-cü ildə vəfat etdi. O, dövlət dəfn idi və onun təsərrüfat üzrə növbəti ikinci həyat yoldaşı Lilly dəfn edilmişdir. == Fəaliyyəti == Ariel Şaron 1982-ci ildə Livan vətəndaş müharibəsi zamanında müdafiə naziri vəzifəsində idi. Müşahidəçilər İsrailin gözləri önündə həyata keçirilən Səbra və Şətila qırğınından Ariel Şaronu günahkar bilirdilər.
Bulbophyllum ariel
Bulbophyllum ovalifolium (lat. Bulbophyllum ovalifolium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Çindən Malayziyanın mərkəzi hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Bulbophyllum amblyoglossum Schltr. Bulbophyllum ariel Ridl. Bulbophyllum diploncos Schltr. Bulbophyllum hirsutum (Blume) Lindl. Bulbophyllum ovatilabellum Seidenf. Bulbophyllum parvulum Lindl. Bulbophyllum pusillum (Blume) Rchb.f.
Baby Ariel
Ariel Rebecca Martin (22 noyabr 2000, Pembrok-Payns[d], Florida) — amerikalı aktrisa və müğənnidir.
Artur Zifeld-Simumyaqi
Artur Zifeld (tam adı: Zifeld-Simumyaqi Artur Rudolfoviç; 1889, Revel – 1939) — Azərbaycan tarixçisi, ölkəşünas, 1921–1926-cı illərdə Bakı Xalq Maarif Şöbəsinin müdiri, Ali Partiya Məktəbinin təhsil bölməsinin rəhbəri, 1923–1930-cu illərdə isə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyətinin sədr müavini, həqiqi üzvü və elmi katibi, Azərbaycan Elmi Tədqiqat Neft İnstitutunda ölkəşünaslığın tarixi-etnoqrafik şöbəsinin müdiri, 1935–1937-ci illərdə Dil və Ədəbiyyat İnstitutunun, Xarici dillər və Ədəbiyyat İnstitutunun direktoru, 1937-ci il mayın 8-dən iyunun 1-ə qədər SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, repressiya qurbanı. == Həyatı == Zifeld Artur Ruldolfoviç 1889-cu ildə Estoniyanın indiki Tallin, keçmiş Revel şəhərində zəhmətkeş ailəsində anadan olub. Milliyyət baxımdan estondur. 1898–1905-ci illərdə Odessada RU lüteran-kilsə prixod məktəbində təhsil alıb. 1905–1912-ci illərdə inqilabi fəaliyyətdə fəal iştirak edir. 1912-ci ildə Almaniyaya emiqrasiya edir. 1917-ci ilə qədər İsveçrədə yaşayaraq V. İ. Leninlə birlikdə çalışır. 1917–1921-ci illərdə Odessada, Kubanda, Tiflisdə mədəni-maarifçilik fəaliyyəti ilə məşğul olur. 1921-ci ildə Bakıya qayıdaraq bir müddət Azərbaycanda fəaliyyətini davam etdirmişdir. 1932–1935-ci illərdə Gürcüstanda qısa müddətli fəaliyyətindən sonra yenidən Azərbaycana qayıtmışdır.
Ariel (Uranın peyki)
Ariel — Uranın məlum olan 27 peykinin dördüncüsüdür. Ariel öz oxu ətrafında fırlanır və Uranın ekvatorial sahəsində dolanır, belə ki onun orbiti Uranın orbitinə demək olar ki perpendikulyardır və bu səbəblə həddindən artıq mövsümi dəyişikliyə malikdir. O, 1851-ci ilin oktyabrında William Lassell tərəfindən kəşf edilmişdir və ədəbiyyatında iki ayrı ədəd ilə xarakterizə edilir. 2017-ci ilə qədər, Ariel haqqında məlumatlarının əksəriyyəti Uranın 1986-cı ildə "Voyager 2" kosmik aparatı vasitəsiləalçaqdan uçuşlarından əldə edilmişdi və peykin səthinin təxminən 35% -nə təsvir edilmişdir. Uranın orbitləri və zoldlanması kimi müxtəlif konsepsiyalar zaman-zaman təklif olunmasına baxmayaraq, bu peykin müşahidə etmək üçün hələ də aktiv plan yoxdur. Mirandadan sonra, Ariel Uranın beş əsas dairəvi peykinin ikinci ən kiçiyi və öz planetinə ən yaxın ikinci peykdir. Günəş sisteminin 19 ən məşhur dairəvi peyklərindən biri olub (diametr üzrə 14 sıradadır) təxminən bərabər hissələrdə buz və qayalı materiallardan ibarətdir. Onun kütləsi təxminən Yerin hidrosferinə bərabərdir. Bütün Uran peykləri kimi, Ariel, ehtimal ki, planetin meydana gəlməsindən qısa müddət sonra onu əhatə edən akkresiya diskindən formalaşmışdır və digər böyük peyklərə oxşardır, ancaq buzlu mantiya ilə əhatələnmiş sərt nüvəyə malik olması ilə fərqlənir. Ariel qoruqlar, kanyonlar və silsilələr sistemi ilə çarpaz kəsilmiş geniş krateri ərazilərdən ibarət olan mürəkkəb səthə malikdir.
Ariel (yuyucu toz)
Ariel — Procter & Gamble şirkətinə daxil olan yuyucu toz markası. Ariel Avropa ölkələri, Meksika, Braziliya, Türkiyə, Pakistan, Hindistan, Kolumbiya, Çili, Venesuela və Filippində əsas yuyucu toz markası hesab olunur. Ariel ilk dəfə 1967-ci ildə Böyük Britaniyada satışa çıxarıldı. Ariel xüsusi ləkə çıxarma enzimləri ilə ilk yuyucu toz hesab olunurdu. Paltaryuyan maşınların dəyişməsi və daha da inkişaf etdirilməsi nəticəsində Arielin məhsullarında da dəyişikliklər edilid. 80-cı illərdən etibarən satışa çıxarılan məhsullar bol köpükləndiricilik xüsusiyyəti ilə fərqlənirdi. 2010-cu ildə Airel üçün hazırlanmış reklam çarxının hazırlanmasında Çarli Çaplin, Mahatma Qandi və Corc Buş kimi simalardan istifadə olunmuşdur.