Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Noşad Alamiyan
Noşad Alamiyan (21 noyabr 1991) — İranı təmsil edən stolüstü tennisçi. == Karyerası == Noşad Alamiyan İranı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Noşad Alamiyan İranı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Tayna Halasima
Tayna Halasima (11 dekabr 1997) — Tonqalı sprinter. Tayna Halasima Tonqanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tayna Halasima birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 12.80 saniyəlik nəticə ilə 2-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Alassan Uattara
Alassan Draman Uattara (fr. Alassane Dramane Ouattara; 1 yanvar 1942[…], Dimbokro[d]) — 2010-cu ildən etibarən Kot-d'İvuar Respublikasının Prezidenti olan siyasətçi. == Həyatı == Uattara 1 yanvar 1942-ci ildə Fransa Qərbi Afrikasının Dimbokro şəhərində anadan olmuşdur. O, Vattara İmperiyası olaraq da bilinən Konq İmperiyasının bir hissəsi olan Burkina-Fasonun müsəlman xalqlardan gəlir. Uattara müsəlmandır və Dyula xalqının üzvüdür. 1965-ci ildə Pensilvaniyada yerləşən Filadelfiya Drekael Texnologiya İnstitutunda elmi bakalavr dərəcəsi aldı. Uattara daha sonra 1967-ci ildə iqtisadiyyat üzrə magistr, 1972-ci iildə isə Pensilvaniya Universitetində iqtisad elmləri namizədi olmuşdur.Uattaranın amerikalı Barbara Jan-Devis ilə ilk evliliyindən Devid Draman Uattara və Fanta Katrin Uattara adlı iki övladı var. 1991-ci ildə yəhudi əsilli fransız katolik iş adamı Dominik Nuvian ilə evləndi. Onların toyu Parisin 16-cı dairəsinin bələdiyyə binasında keçirilib. == Maliyyə institutlarındakı fəaliyyəti == O, 1968–1973-cü illərdə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunda iqtisadçı kimi çalışıb, daha sonra 1973–1975-ci illərdə Qərbi Afrika Dövlətləri Mərkəzi Bankının Parisdəki müvəqqəti missiyasına rəhbərlik edib.
Asif Asiman
Asif Asiman (tam adı: Asif Məhəmmədəli oğlu Quliyev; 23 yanvar 1955, Disər, Ordubad rayonu) — şair, yazıçı, publisist; Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 23 yanvar 1955-ci ildə Ordubad rayonunun Disər (indiki Başkənd) kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Əvəz Sadıq adına Vənənd kənd orta məktəbində 1972-ci ildə başa vurmuş, elə həmin ildə də Bakı Politexnik Texnikumunun "Gündüz Mexanika şöbəsi"nə daxil olmuşdur. Oradan da birbaşa Ukrayna SSR-in Vinitsa vilayətinə hərbi xidmətə yola düşmüşdür. Hərbi xidməti 1975-ci ildə başa vurduqdan sonra Bakıya qayıtmış və təhsilini davam etdirmişdir. 1977-ci ilin may ayında gənc mütəxəssis kimi Sumqayıtda yerləşən Azərboru zavoduna təyinatla göndərilmişdir. İstehsalatdan ayrılmadan 1987, 1988, 1989-cu illərdə Azərbaycan Jurnalistika Sənətkarlığı İnstitutunda təhsil almışdır. 1986-1994-cü illərdə 49 nömrəli (indiki 4 nömrəli) Texniki Peşə Liseyində istehsalat təlimi ustası işləmişdir. 1994-cü ildən bu günədək Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə əmək təlimi müəllimi kimi çalışmaqdadır. Eyni zamanda "Yeganə yol" və "Məslək" qəzetlərinin xüsusi müxbiridir.
Asiman Allahverdiyev
Asiman Allahverdiyev (23 avqust 1998, Sumqayıt – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asiman Allahverdiyev 23 avqust 1998-ci ildə Sumqayıt şəhərində Sevinc Abbasovanın ailəsində anadan olmuşdur. Ailədə onunla birgə əkiz qardaşı Cavidan da vardır. Asiman 2004-2013-cü illərdə Sumqayıt şəhər fars-ingilis dilləri təmayüllü tam orta internat məktəbində, 2013-2015-ci illərdə peşə liseyində "kompüter operatoru" ixtisası üzrə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Asiman Allahverdiyev 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət kursu keçmişdir və hərbi xidmətinə davam etmişdir. Kəşfiyyatçı olaraq döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyi üçün hərbi hissə komandirləri tərəfindən dəfələrlə diplom, təşəkkür və hədiyyələrlə təltif olunmuşdur. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Asiman Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Asiman Quliyev
Asiman Aydın oğlu Quliyev (1956, Şəki, Azərbaycan SSR) — Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyat və sənaye" fakültəsinin dekanı, iqtisadi elmlər namizədi, əməkdar müəllim (2020). == Həyatı == Asiman Quliyev 1956-cı ildə Şəki rayonunda anadan olmuşdur. 1963-1973-cü illərdə Bakı şəhərində orta məktəbdə, 1973-1978-ci illərdə isə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-1985-ci illərdə həmin institutun aspirantı olmuşdur. 1988-ci ildə Nikolay Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunda müdafiə edərək iqtisadi elmlər namizədi dərəcəsini almışdır. 1986-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1986-1989-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Həmkarlar Komitəsinin sədri olmuşdur. 1992-1993-cü illərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.1994-1997-ci illərdə Bakı Biznes Universitetində dosent olmuş və orada dekan işləmişdir. 1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi nəzəriyyə-1" kafedrasının dosentidir. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində ki, "İqtisad elmləri: nəzəriyyə və praktika" jurnalının mətbuat katibidir. 2006-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Türk dünyası işlətmə" fakültəsinin dekan müavini olmuşdur.
Asiman İmamverdiyev
Asiman Mehman oğlu İmamverdiyev (2 avqust 1988; Gəncə, Azərbaycan SSR — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi veteranı. == Həyatı == Asiman İmamverdiyev 1988-ci il avqustun 2-də Gəncə şəhərində anadan olub. == Hərbi xidməti == Asiman İmamverdiyev 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Asiman Əliyev
Asiman Vaqif oğlu Əliyev (1 fevral 1987, Düylün, Ordubad rayonu – 7 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asiman Əliyev 1987-ci il fevralın 1-də Ordubad rayonunu Düylün kəndində anadan olub. 1993-2001-ci illərdə Düylün kənd tam orta məktəbində, 2001-2004-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2001-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə ali hərbi təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Asiman Əliyev 2008-2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) "Zabit" ixtisası üzrə təhsil alıb. Azərbaycan Ordusunun mayoru olan Asiman Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asiman Əliyev noyabrın 7-də Hadrutun azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Asiman Həsənov
Asiman Həsənov (4 sentyabr 1974, Nüvədi, Meğri rayonu) — Azərbaycan alimi, ümumi cərrah, tədqiqatçı. 2 metodik vasitə, 1 dərslik, 1 dərs vəsaiti, 1 praktik vəsaitin müəllifidir. Səhiyyə idarəetməsi və Azərbaycanda xəstəxanaların qurulmasındakı fəaliyyətləri ilə tanınır. == Həyatı == Həsənov Asiman Balakişi oğlu 4 sentyabr 1974-cü ildə Zəngəzur mahalı, Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1981–1991-ci illərdə Nüvədi kənd orta məktəbində orta təhsil almış, 1991-ci ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1997-ci ildə müalicə işi ixtisası üzrə məzun olmuşdur. 1997–1998-ci illərdə bir illik internatura təhsili alaraq həkim-cərrah ixtisasını qazanmışdır. 1999, 2001, 2006-cı illərdə İzmirdə Ege Universistetində Loporoskopiya və Endoskopiya üzrə ixtisasartırmada olmuşdur. 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin menecment ixtisası üzrə məzun olmuşdur. 2009-cu ildə "Mədə və 12 barmaq bağırsaqda aparılan əməliyyatlardan sonra xroniki pankreatitin gedişi və tənzimlənməsi" elmi işini müdafiə etmiş və 2010-cu ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hazırda "Açıq və miniinvaziv cərrahi əməliyyatların tibbi, sosial və iqtisadi aspektləri" adlı doktorluq dissertasiyası üzərində çalışır.
Şəfəq və Asiman qaz yatağı
Şəfəq və Asiman — Xəzərin Azərbaycan sahilində, Bakının 125 kilometr cənub-şərqində yerləşən qaz-kondensat yatağı. Şəfəq və Asiman strukturları əvvəllər müvafiq olaraq D8 və D10 adlanırdı. == Tarixi == Şəfəq və Asiman strukturlarının öyrənilməsi üçün qarşılıqlı anlaşma haqqında memorandum 13 iyul 2009 tarixində imzalanmışdır. İlkin razılığa görə, dəniz bloku BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (abr. SOCAR) tərəfindən birgə hazırlanacaqdı. Qarşılıqlı anlaşma haqqında memorandum SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Kəşfiyyat və Hasilat üzrə icraçı direktor Endi Aynqilis tərəfindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və keçmiş Böyük Britaniya Baş Naziri Qordon Braunun iştirakı ilə imzalanmışdır. Qarşılıqlı anlaşma memorandumundan sonra, BP-nin prezidenti Toni Heyvardın Azərbaycana səfəri zamanı Rövnəq Abdullayev və BP Azərbaycanın prezidenti Rəşid Cavanşirin 6 iyul 2010 tarixində imzalanması ilə əsas kommersiya prinsipləri haqqında razılığa gəliblər. Şəfəq və Asiman blokunun inkişafı BP tərəfindən idarə olunan Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinin uzadılması kimi qiymətləndirilir. Kəşfiyyat işlərinin 2016-cı ilin ikinci yarısında başlaması və 2017-ci ilin ikinci yarısında davam etməsi gözlənilir.
Alasığın
Alaşaxan
Alaşaxan (qaz. Алашахан) — XV–XVII əsrlərdə yaşayış məntəqəsi. İndiki Qazaxıstanın Ulıtau kəndindən 18 kilometr (11 mil) aralıda, Karatal çayının sol sahilində yerləşir. Alkey Xaqanoviç Marqulanın rəhbərlik etdiyi arxeoloji ekspedisiya nəticəsində tapılmışdır. Burada iri çiy kərpicdən və çınqılla qarışdırılmış gildən hörülmüş qala və müdafiə divarının qalıqları tədqiq edilmişdir. Əsas qala dördbucaqlı formadadır (90x92 metr), ətrafı divarla (eni 4,5 metr) və eni 3,5–4 metr olan xəndəklə əhatə olunmuşdur, künclərdə bürclərin izləri qalmışdır. Darvazası cənubda yerləşir. Qalanın şərqində dördbucaqlı formalı (65x70 metr) daha kiçik bir qala da var.
Alaşan
Alaşan — Mərkəzi Asiya ərazisində (Çin), Qobi səhrasının bir hissəsini təşkil edir ("Alaşan Qobisi"). Səhra cənub-qərbdən Nanşan dağları, şimaldan Çin, Monqolustan sərhədi, cənub-şərqdən Xuanxe çayı əhatələnir. Burada Badln-Caran, Holalis, Tenqer və Ulanpuxo adlı qumlu massivlər yerləşir. Səhra ərazisində dünyanın ən hürndur barxanı yerləşir (39°53′09″ şm. e. 102°26′52″ ş. u.). Barxanın hündürlüyü 405 metr təşkil edir.
Avaşima adası
Avaşima adası (yap. 粟島) — Yapon dənizinin şərq hissəsində yerləşən, Yaponiyaya məxsus olan ada. İnzibati baxımından Niiqata prefekturası, Avaşimaura kəndinə daxildir. 1 yanvar 2008-ci il məlumatına görə adanın sahəsi 9,86 km², əhalisi 412 nəfər, əhalinin sıxlığı 41,785 nəf./km² təşkil edir. Ən hündür zirvəsi Koşiba dağıdır (yap. 小柴山, 265,3 m).