Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alunit
Alunit — Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – sarımtıl, qırmızımtıl çalarlı ağ, boz, qəhvəyi, qonur, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – yarımşəffaf, şəffaf; Sıxlıq – 2,7-2,8; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qabıqlı, tikanlı ; Başqa xassələr: kəskin ifadə olunmuş piroelektrik xassələri; Morfologiya – kristallar: nadir rast gələn kiçik ölçülü psevdokubik, lövhəvari, romboedrik; Mineral aqreqatları: sıx xırda dənəli, ovuntulu giləoxşar torpaqvari kütlələr, badamvari əmələgəlmələr. == Mənşəyi və yayılması == Turş və orta tərkibli vulkanitlərin sulfat turşusunun təsiri ilə metasomatik dəyişilməsi prosesində əmələ gəlir. Solfatarların təsirinə məruz qalmış süxurlarda daha intensiv təzahür edir. Mineralın iri kütlələri törəmə kvarsitlər içərisində yerləşir. Hidrotermal — metasomatik dəyişilmiş damaryanı süxurlarda da rast gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında və H2SO4 ilə zəngin olan aşınma qabıqlarında da müşahidə olunur. Alunitin çökmə süxurlarda — gillərdə, əhəngdaşlarında və s. əmələ gəlməsi onlarda olan piritin oksidləşməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, kaolinit, halluazit, hidrargillit, gips və s.
Zəylik alunit yatağı
Zəylik alunit yatağı — dünyada ən böyük alunit yataqlarından biri ola­raq, filizləşmənin miqyasına, yaranma şəraitinə və layşəkilli yatımına görə çox nadirdir və Azərbaycan Respublikasının və dünyanın başqa yataqla­rından kəskin surətdə fərqlənir. Yataq Daşkəsən sinklinalının orta və üst yura vulkanogen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş şimali-şərq qanadında yerləşir və sənaye ehtiyatları 170 mln. tondan çoxdur. Minerallar paragenezinə alunit, kaolinit (dikkit), kvars, xalsedon, pirofillit, serisit, diaspor, züniit, korund, hematit və flüorit daxildir. Hipergen minerallardan qalluazit, limonit, tək-tək hallarda isə kalsit, gips və başqa­larına rast gəlinir. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Alunitdağ
Alunitdağ — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən şəhər inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbə bir müddət "85-ci sahə" adlanmışdır. 1958-ci ildən Alunitdağ mədəni yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Toponim elmi ədəbiyyatda "alunit" (mineral adı) və "dağ" sözlərinin birləşməsi kimi izah olunur. Bəzi türkdilli xalqların toponimiyasında alin/alun və it — dağın cənub tərəfi, cənub ətəyi deməkdir. Qəsəbənin coğrafi mövqeyi onun "dağın cənub ətəyi" mənasında olduğunu bir daha sübut edir. == Tarixi == === Tarixi abidələri === Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Qəsəbə Qaflanqala silsiləsinin cənub ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Qəsəbədə Alunitdağ qəsəbə kitabxanası, Alunitdağ qəsəbə klubu fəaliyyət göstərir. == Təhsil == Qəsəbədə Daşkəsən rayon Alunitdağ qəsəbə R.Qafarov adına tam orta məktəb fəaliyyət göstərir.
Aluni
Aluni— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Xanmirzə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,297 nəfər və 481 ailədən ibarət idi.
Akonit
Kəpənəkçiçək (lat. Aconitum) — qaymaqçiçəklilər sırasının qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni (yun. Aconae - ox, oxlu) şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır. == Təbii yayılması == == Botaniki təsviri == Akonit 50-199 sm hündürlükdə, çoxillik bitkidir. Çiçəkləri sarı, moruğu, ya da tünd mavi rəngdə olur. Ehtiva etdiyi alkoloidlər səbəbi ilə zəhərlidir.
Alanin
Alanin (Ala, A) (HO2CCH(NH2)CH3) eyni zamanda 2-aminopropanoik turşusu olaraq adlandırılır. Ən çox istifadə olunan aminturşulardandır. Proteinlərin təxminən %7.8'i alanin özülündən ibarətdir. D-alanin, bəzi bakteriyaların hüceyrə divarlarında və peptid antibiotiklərin formullarında da vardır.
Altait
Altait — mineral, PbTe. == Haqqında == Qalenitlə eyni quruluşludur. Kubik. Habitus kubik və kubik-oktaed­rik. Ayrılma{100} üzrə mükəmməl. Rəng qalayı-ağ. Parıltı metallik. Sərtliyi 3. Xüsusi çəkisi 8,19. Au-Ag kvars damarlarında digər tellurid və sulfidlərlə birlikdə.
Azurit
Azurit Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – intensiv lacivərdi-göydən tünd-göyədək; torpaqvari kütlələri mavidir; Mineralın cizgisinin rəngi – mavi, göy; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffafdan işıqkeçirənədək; Sıxlıq – 3,77-3,83; Sərtlik – 3,5- 4,0; Kövrəkdir; Ayrılma – {011} üzrə mükəmməl, {100} üzrə orta; Sınıqlar – qeyri-hamar, pilləli; Morfologiya – kristallar: kiçikdir; yaxşı ifadə olunmuş sütun- və lövhəvari həbəoxşar, nisbətən az hallarda qısaprizmatik, bəzən izometrik, çox zaman əyriüzlü; Mineral aqreqatları: torpaqvari (mis göylüyü), böyrək- və salxımvarı, radial-şüalı kütlələr, qabıqlar, qaysaqlar, konkresiyalar, druzalar, fırçalar, malaxit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mis filizi yataqlarının səciyyəvi törəmə mineralı olub, karbonatların iştirak etdiyi şəraitdə ilkin Cu minerallarının oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: malaxit, xalkozin, digenit, kovellin, kuprit, bornit, Fe hidroksidləri və b. Mineralın tapıldığı yerlər: Sumeb (Namibiya); Broken-Xill və Burra (Avstraliya); Kelli, Bisbi (ABŞ); Kopiapo (Çili); Kornuoll, Devonşir, Derbişir (Böyük Britaniya); Cezkazqan (Qazaxıstan); və b. Azərbaycanda hər yerdə kəskin üstünlük təşkil edən malaxitlə sıx assosiasiyada rast gələn azuritin kiçik yığınları Gədəbəy rayonunda müşahidə edilir. == Tətbiqi == Bəzən Cu mənbəyi kimi praktik maraq doğurur. Göy boya alınmasında da istifadə edilir. Mineral-indikator kimi mis filizlərinin axtarışında istifadə olunur.
Larnit
Larnit — mineral, β - Ca2[SiO4] == Haqqında == Larnit - dörd modifikasiyadan (α, β, γ1, γ) biri. Təbiətdə ancaq ikisi tapılıb - β larnit və γ1-larnit (bredigit). Monoklinik habitus lövhəvari.İkiləşməsi {100} üzrə polisintetik. Ayrılması {100} üzrə mükəm­məl. Rəngsiz, boz. Əsasi püskür­mə süxurların əhəngdaşı ilə kontaktından əmələ gəlir. Mervinit, sperrit, şpinel ilə assosiasiya olur. Çox az tapılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Qalenit
Qalenit (qurğuşun parıltısı) – PbS — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Selenli qalenit; svinçak – narındənəli bütöv sıx kütlələr. == Xassələri == Rəng – qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü, metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 7,4-7,6; Sərtlik – 2-3; Ayrılma – kub üzrə tam mükəmməl; Sınıqlar – pilləvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, heksaoktaedrik, hərdənbir oktaedrik, bəzən skelet formalı, İkiləşmə: təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: dənəvər kütlələr, druzalar. == Mənşəyi və yayılması == Skarn yataqlarında, bəzən püruzlar şəklində qələvi süxurlarda və peqmatitlərdə qeyd olunur. Qalenitin mineraloji əhəmiyyət daşıyan aqreqatlarına vulkanik qazlardan əmələ gələn məhsullar içərisində rast gəlinir. Geniş yayıldığı hidrotermal yataqlarda başqa sulfidlərlə birlikdə damarlar, metasomatik filiz cisimləri və püruzlar əmələ gətirir. Mühüm sənaye əhəmiyyətli toplularına polimetal və kolçedan-polimetal yataqlarında rast gəlinir. Sfaleritlə birlikdə karbonat süxurlarında iri filiz cisimləri əmələ gətirir. Nadir hallarda fosforit və pirit konkresiyalarında müşahidə edilir.
Albit
Albit — mineral - Na[AlSi3O8]. == Haqqında == Plagioklazın izomorf sırasının son üzvü. Kris­tallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir. == Albit ikiləşməsi == Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagio­klazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.
Alund
Alund — korundun süni növ müxtəlifliyi; yüksək keyfiyyətli boksitlərin və ya digər gil-torpaqla (alüminium 4-oksid) zəngin süxurların elektrik qaynağı yolu ilə əriməsi nəticəsində alınır. Təbii korundlardan bir sıra üstünlükləri (iridənəliyi, təmizliyi və b.) ilə fərqlənən alund, abraziv material kimi geniş istifadə olunur. Alund həmçinin yüksək odadavamlı (2000° C-dək) və turşuyadavamlı məmulatların (kərpic, tiql və b.) hazırlanmasında istifadə olunur. Sinonim: Elektrokorund. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədi ilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Dunit
Dunit — demək olar ki, təmamilə olivindən (>90%) ibarət, olivinitlər – dunit ailəsindən olan tam kristallik ultraəsasi dərinlik süxuru. == Haqqında == Tərkibində adətən 3–12% fayalit komponenti olur. Aksessor minerallardan yüksəkxromlu idiomorf xrom-şpinelid (5%-dək) iştirak edir. Adətən qismən serpentinləşmiş olur. Panidiomorf dənəvər, serpentinləşmiş növü isə ilgəkvari quruluşda olur. Qırışıqlıq əyalətlərdə dunit – qarsburkit və dunit – piroksinit-qabbro komplekslərində, qədim platformalarda isə təbəqələşmiş intruzivlərdə və həlqəvi qələvi-ultraəsasi komplekslərdə yayılmışdır. Növ müxtəlifliyi: tərkibinə görə – hortonolitli, qranatlı, xromitli, enstatitli dunit, ferrodunit; əmələgəlmə şəraitlərinə görə – törəmə dunitlər. == Həmçinin bax == Olivin Süxur Aksessor minerallar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Yunit
Vahid (ing. unit) — fiziki kəmiyyətlərin hesablanmasında, ifadə edilməsində və eyni cinsdən olan kəmiyyətlərin bir-biri ilə qarşılaşdırılmasında istifadə edilən beynəlxalq standart böyükləridir. Beynəlxalq vahidlər sistemində əsas vahidlər; kütlə Kiloqram, uzunluq Metr, zaman Saniyə, istilik Kelvin, elektrik cərəyanı şiddəti Amper, işıq şiddəti Kandela və maddə miqdarı Mol vahidləri ilə ifadə olunur.
Alanis Morissett
Alanis Nadin Morissett - (1 iyun 1974) Kanada və Amerikalı müğənni, bəstəkar, gitaraçı, prodüser və aktrisadır. Alanis 16 Juno mükafatının, 7 Qremmi mükafatının sahibidir. O, 2 dəfə Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir.
Alanis Morissette
Alanis Nadin Morissett - (1 iyun 1974) Kanada və Amerikalı müğənni, bəstəkar, gitaraçı, prodüser və aktrisadır. Alanis 16 Juno mükafatının, 7 Qremmi mükafatının sahibidir. O, 2 dəfə Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir.
Aluçin (Çaroymaq)
Aluçin (fars. الوچين‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (16 ailə).
Boris Akunin
Boris Akunin (əsl adı Qriqori Şalvoviç Çxartişvili, gürcü: გრიგორი შალვას ძე ჩხარტიშვილი; 20 may 1956, Zestafoni və ya Tbilisi) — rus yazıçısı, yaponşünas alim, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim. Ayrıca Anatoli Brusnikin, Anna Borisova ədəbi təxəllüsləri ilə nəşr edilmişdir. == Həyatı == Qriqori Çxartişvili artilleriya zabiti, Böyük Vətən Müharibəsi iştirakçısı, Qırmızı Ulduz ordeninin kavaleri Şalva Noeviç Çxartişvili (1919-1997) və Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu, rus dili və ədəbiyyatı müəllimi Berta Isaakovna Brazinskinin (1921, Moskva - 2007) ailəsində anadan olmuşdur. Atası Tsixsperdi (indiki Ozurqeti bələdiyyəsi) kəndində doğulmuşdu, müharibəni mayor rütbəsi ilə başa vurmuşdu. Anasının ailəsi əslən Taraşidən idi . 1958-ci ildə ailə Moskvaya köçmüşdür. 1973-cü ildə ingilis dili təmayüllü 36 nömrəli məktəbi , 1978-ci ildə isə Asiya və Afrika ölkələri İnstitutunun (MSU) tarixşünaslıq və filologiya fakültələrini bitirib. Yapon və ingilis dillərindən bədii tərcümə ilə məşğul idi. Onun tərcüməsində Misima Yukio, Kenji Maruyama, Yasusi Inoue, Masaxiko Simada, Kobo Abe, Siniti Xosi, Takesi Kayko, Sexey Ooka kimi yapon müəlliflərinin əsərləri nəşr olunmuşdur. Habelə o, amerika və ingilis ədəbiyyatının nümayəndələri - T.Koraqessan Boyl, Malkolm Bredberi, Piter Ustinov və digərlərinində əsərlərini rus dilinə tərcümə etmişdir.
Aleni Smit
Aleni Smit (5 dekabr 1982) — Samoalı cüdoçu. Aleni Smit Samoanı 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleni Smit birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/16 final mərhələsində Çexiyanın nümayəndəsi Yaromir Yezek ilə üz-üzə gəldi. Həmin görüşdə Aleni Smit rəqibinə 0:100 hesabı ilə uduzdu.
Andrey Lunin
Andrey Alekseyoviç Lunin (ukr. Андрій Олексійович Лунін, 11 fevral 1999, Krasnoqrad[d], Xarkov vilayəti) — İspaniyanın Real Madrid klubunda və Ukrayna millisində qapıçı mövqeyində çıxış edən oynayan ukraynalı peşəkar futbolçudur. == Klub karyerası == Andrey xarkov futbolunun yetirməsidir. 2005–2010-cu illərdə Krasnoqrad UGİM-ində, 2007-ci ildən həm də paralel olaraq həftə sonlarından etibarən Xarkov Arsenalında oynayırdı. 2010–2014-cü illərdə isə Xarkovun digər təmsilçisi Metallistin akademiyasında futbolun sirrlərinə yiyələndi. === Dnepr === 2016-cı ilin yayında gənclər idman məktəbini bitirdikdən sonra Dneprin eyniadlı klubunun ehtiyat komandasında oynadı. İlk dəfə əsas komandanın heyətində Lunin 17 yaşında start heyət oyunçusu olaraq 16 oktyabr 2016-cı il tarixində Ukrayna Premyer Liqasında Lvovun Karpatı klubu ilə matçda çıxdı. Mövsümün qalan hissəsində klubun liqada və klub yarışlarında cəmi 25 matçda oynamasına baxmayaraq ilk seçim qapıçısı idi, lakin mövsümün sonunda maliyyə pozuntuları səbəbindən Dnepr birbaşa Ukrayna İkinci liqasına (futbolun üçüncü səviyyəsi) düşdü və Luninin də daxil olduğu bir çox oyunçunun klubdan ayrılmasına icazə verildi.
Audit jurnalı
Audit jurnalı− sistemin subyektlərinin fəaliyyəti barəsində xronoloji nizamlanmış yazıların son nəticənin təftişi məqsədi ilə əməliyyatların, prosedurların yerinə yetirilməsinə və ya tranzaksiyalar zamanı hadisələrin baş verməsinə səbəb olan və ya şərait yaradan hərəkətlər ardıcıllığının bərpası, baxılması və analizi üçün yetərli olan verilənlər == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Corc Kluni
Corc Timoti Kluni (ing. George Timothy Clooney; 6 may 1961[…], Leksinqton, Kentukki) — Amerika aktyoru. == Həyatı == Uşaqlıqdan Corc Kluni yaradıcı ailədə böyüyür. Onun atası televiziyada çalışır və özünün şəxsi "Şou Nika Kluni" proqramını aparır. Buna görə də Corc artıq 5 yaşında teleekranlara çıxır, reklam çarxlarında çəkilir. Aktyor ilk əvvəl idmanla məşğul olur. Onun maraqlandığı idman növü beysbol olur və o, Cincinnati Reds komandasının üzvü olur. Ancaq o bu sahədə uğur əldə edə bilmir və tezliklə bu sənəti tərk edir. Şimali Ketukki Universitetinə daxil olan Corc oxumaq əvəzinə, ən çox dostları ilə vaxt keçirir və elə buna görə də 3 il birinci kursda qalır. Lakin burada da sona qədər qərar tutmur.
Daxili audit
Daxili audit — təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.
Kənar audit
Kənar audit — müstəqil bir audit təşkilatı (auditor) tərəfindən bir təsərrüfat subyekti ilə müqavilə əsasında bir təsərrüfat subyektinin maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olduğuna dair əsaslı əminlik əldə etmək və bu barədə fikir bildirmək məqsədi ilə aparılan yoxlama auditor hesabatının forması. Xarici audit sənayenin özəlliklərinə əsasən ümumi audit, sığorta təşkilatlarının auditi, bankların auditi və birjaların, büdcədənkənar fondların və investisiya institutlarının auditi kimi bölünür. Xarici audit həm qanunun tələbi, həm də təsərrüfat subyektinin sahiblərinin təşəbbüsü ilə həyata keçirilə bilər. == Haqqında == Kənar audit yoxlaması müəssisələrə maliyyə fəaliyyətinin düzgünlüyü haqqında əminlik verir və kənar auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının və mühasibat uçotunun düzgünlüyünün qiymətləndirilməsi ilə həyata keçirilir. Kənar auditin cəlb olunmasının əsasən iki səbəbi vardır. Bu səbəblər də kənar auditi iki hissəyə ayırır: Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit; Dövlət orqanları tərəfindən məcburi olmayan auditBir çox hallarda kənar audit yoxlaması dövlət orqanları tərəfindən qanunla tələb olunur. Bu əsasən müəssisələrin vergi öhdəliklərini düzgün yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün həyata keçirilir. == Auditorların hesabatı == Xarici auditorların əsas vəzifəsi hesabatlarda təqdim olunan maliyyə məlumatlarının etibarlılığı barədə rəy hazırlamaqdır. Üç növ audit hesabatı mövcuddur: Şübhəsiz ki, müsbətdir — maliyyə hesabatları maliyyə vəziyyətini, əməliyyatların nəticələrini və pul vəsaitlərinin hərəkətlərini sədaqətlə əks etdirir. Kvalifikasiyaları müsbətdir — hesabatlar, müəyyən maddələr istisna olmaqla, maliyyə vəziyyətini, əməliyyat nəticələrini və pul vəsaitlərinin hərəkətini kifayət qədər əks etdirir.
Əməl Kluni
Əməl Kluni (qızlıq soyadı Ələməddin, ing. Amal Clooney, ərəb. أمل كلوني‎; 3 fevral 1978, Beyrut) — Londonda yaşayan Livan əsilli Britaniya vəkili, fəalı və müəllifidir. Hal-hazırda Doughty Street Chambers vəkil idarəsində işləyir. Hollivud aktyoru Corc Kluninin həyat yoldaşıdır. Əməl Kluninin vəkil xidmətlərindən istifadə edənlər sırasında WikiLeaks-in təsisçisi Culian Assanj, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko və Misir əsilli Kanada jurnalisti Məhəmməd Fəhmi vardır. Əməl Kluni Livanın Beyrut şəhərində anadan olmuşdur. 1980-ci ildə Livan vətəndaş müharibəsi əsnasında ailəsi Londona köçmüşdür. Atası Rəmzi Ələməddin əslən Şuf vilayətindən olan druz ərəb, Liviyada doğulmuş anası Bərə Ələməddin isə əslən livanlı sünni ərəb ailəsindəndir. Əməl Klunin ana dili ərəb dilidir.
Alüminit
Alüminit — mineral, Al2[(OH)4|SO4] H2O. == Haqqında == Monoklinik. Habitus iynəvari. Aqreqat: böyrəyə bənzər, lifli, torpaqvari, yumşaq. Rəngi ağ rəngli. Parıltısı tutqun, qeyri-şəffaf. Sərtliyi 1-2,5, Xüsusi çəkisi 1,82. Sulfat məhlullarının alümosilikatlara təsirin­dən alınan məhsul. Suda həll olmur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Lünet
Lünet — qeyri-sərt valların metalkəsən dəzgahlarda emal zamanı kəsmə qüvvəsinin təsiri altında və məxsusi ağırlıqdan yaranacaq elastiki yerdəyişmələri azaltmaq, hissənin titrəməyə qarşı davamlığını artırmaq məqsədi ilə tətbiq edilən dəzgah komponentidir. Lünet tərpənməz olaraq dəzgahın gövdəsinə bərkidilir və ya da hərəkətli olaraq supportla birlikdə emal zamanı hərəkət etdirilir.
Alnı
Alnı — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,739 nəfər yaşayır (1,197 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.