Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ammi
Dişqurtlayan (lat. Ammi) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Ammi glaucifolium
Böyük dişqurtlayan (lat. Ammi majus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik ot bitkisi olub, kiçik ağ çiçəkləri olmaqla, iri çiçəklərınin diametri 15 sm, çiçək qrupu isə mürəkkəb çətirdir. Düz, çılpaq, şırımlı gövdəli, hündürlüyü 100-140 sm-dir. Yuxarı hissəsi budaqlanan, gövdə budağındakı yarpaqları orta saylıdır. Yarpaq lövhəcikləri iki, hətta üç lələkvari bölünmüş olur. Meyvəsi sallaq, kiçik, uzunluğu 2-3 mm, eni isə 1 mm-dir. Yetişmiş və qurudulmuş mədəni birillik ot bitkisi olan böyük amminin meyvələri xammal olaraq toplanılır. Meyvələrini bitki ölüşkəyən zaman toplanılır. Mərkəzi çətirindəki meyvələri yetişməyə başladıqda bitki toplanılmalı və qurudulmalıdır.
Ammi majus
Böyük dişqurtlayan (lat. Ammi majus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik ot bitkisi olub, kiçik ağ çiçəkləri olmaqla, iri çiçəklərınin diametri 15 sm, çiçək qrupu isə mürəkkəb çətirdir. Düz, çılpaq, şırımlı gövdəli, hündürlüyü 100-140 sm-dir. Yuxarı hissəsi budaqlanan, gövdə budağındakı yarpaqları orta saylıdır. Yarpaq lövhəcikləri iki, hətta üç lələkvari bölünmüş olur. Meyvəsi sallaq, kiçik, uzunluğu 2-3 mm, eni isə 1 mm-dir. Yetişmiş və qurudulmuş mədəni birillik ot bitkisi olan böyük amminin meyvələri xammal olaraq toplanılır. Meyvələrini bitki ölüşkəyən zaman toplanılır. Mərkəzi çətirindəki meyvələri yetişməyə başladıqda bitki toplanılmalı və qurudulmalıdır.
Ammi visnaga
Diş dişqurtlayan (lat. Ammi visnaga) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. == Dişqurtlayan == Dişlərin arasına dolan yemək qalıqlarını təmizləmək üçün çırtlanmış tum qabığını xatırladan dişqurtlayan meyvələrinin çəyirdəyi bəlkə də ən təbii vasitədir. Ehtimal ki, bitkinin adının yaranmasında da bu amil əsas rol oynayıb. Əks halda nə bitkinin boy-buxunu, nə də ağappaq çiçəkləri ilə adı arasında heç bir əlaqə tapmaq mümkün olmazdı. Dişqurtlayan ağappaq çiçəklərinin başçatladan xoşagəlməz qoxusu olur və bu kəsif qoxu hər kəsi ondan aralı gəzməyə vadar edir. == Botaniki təsviri == 1 m-ə qədər hündürlüyü olan çoxbudaqlı ikillikot bitkisidir. Milşəkilli odunlaşmış incəbudaqlı kökə malikdir. Dikdayanan, incəşırımlı, en kəsiyində dəyirmi gövdəsi, növbəli düzülmüş, ayaları ikili və ya üçlü yarılmış və xətvarı paylar əmələ gətirmiş yarpaqları var. Xoşagəlməyən qoxusu olan, ağ rəngli xırda çiçəkləri gövdə və budaqların sonunda məskunlaşaraq çoxşüalı, diametri 6-10 sm olan mürəkkəb çətirşəkilli çiçək qrupunu əmələ gətirmişdir.
Ammit
Ammit (q.misir ꜥm-mwt , "ölüləri yeyən"; həm də Ammut və ya Ahemait olaraq tərcümə olunur) — qədim Misir mifologiyasında şirin ön hissəsi, begemotun arxa hissəsi və timsahın başı olan ilahə. Qədim misirlilərə məlum olan üç ən böyük "insan yeyən" heyvan. Cənazə tanrısı, onu "Ölüləri yeyən", " Ürək yeyən" və "Böyük ölum"də adlandırırdılar. == Təsviri == Ammit adətən timsahın başı, aslanın ön ayaqları və yuxarı bədəni (bəzən bəbir və ya pələngin yuxarı bədəni kimi də təsvir olunur) və begemotun arxa ayaqları və aşağı bədəni ilə təsvir olunur. Bu üç ölümcül yırtıcı birləşməsi onu göstərir ki, heç bir pis ruh Ammitin məhvindən xilas ola bilməz. Ammit də digər Misir tanrıları ilə birlikdə, insan öldükdən sonra onun ürəyini çəkərək təsvir edilmişdir və insanın taleyi burada həll olunur. Əgər bir insan pis hesab edilərsə, Ammit qəlbi məhv edər və insan məhv olar. Ammit Misirin yeraltı dünyası olan Duatda "ədalət tərəzisinin" yanında yaşayırdı. "İki Həqiqət Salonu"nda Anubis insanın ürəyini dəvəquşu lələyi kimi təsvir edilən, həqiqət ilahəsi Maatın tükü ilə ölşərdi (lələk tez-tez Maatın baş geyimində təsvir olunurdu). Ürəyin murdar olduğu mühakimə edilsəydi, Ammit onu yeyərdi və mühakimə olunan şəxsin Osiris və ölümsüzlüyə doğru səyahətini davam etdirməsinə icazə verilməzdi.
Ammian Marsellin
Ammian Marsellin (təq. 330[…], Antioxiya – təq. 395, Roma[…]) — Roma tarixçisi. IV əsrin ortalarında Roma-Əhəməni müharibələrində iştirak etmiş, eyni zamanda imperiyanın qərb hissəsində xidmət etmişdir. Suriya əsilli Marselin yeganə əsəri olan "Əməllər"i (lat. Res gestae), latın dilində yazmışdır. Bu əsər "Tarix" və ya "Roma tarixi" olaraq da bilinir. Tarixi əsərin qalan hissəsi (kitablar XIV-XXXI) 353-378-ci illəri əhatə edir, lakin ümumilikdə povest imperator Nervanın hakimiyyəti ilə başlamışdır (96). Ammian Marcellin bəzən son böyük Roma və ya hətta qədim Yunan tarixçisi kimi də xarakterizə olunur. == Həyatı == Qədim dövrün bir çox müəllifləri kimi Ammian Marsellin özü haqqında bugünümüzə gəlib çatan yeganə əsərində olduqca az məlumat verib.
Armi
Armi (fr. Armix) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Biryo-le-Qran kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01019. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 20 nəfər təşkil edirdi. == Coğrafiyası == Armi, Yura dağlarında, Amberye-an-Byuje şəhərindən 21 km cənub-şərqdə, dəniz səviyyəsindən 720 m yüksəklikdə yerləşir. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Armi ilə əlaqəli mediafayllar var. "Armi" (fransız).
Mami
Mami — Yaponiya qadın adı. Mami Ueno — Yaponiya qadın futbolçusu. Mami Yamaquçi — keçmiş Yaponiya qadın futbolçusu. Mami Kaneda — keçmiş Yaponiya qadın futbolçusu.
AMM
Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) - əsas məqsədi azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, gənclərin təhsilə marağının artırılması, azərbaycanlıların mədəniyyətinin, tarixinin, ədəbiyyatının təbliğini aparan, Gürcüstanın Marneuli şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Mərkəz 2006-cı ildə indiki sədri Fazil Həsənovun Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Gürcüstan Respublikasının prezidenti Mixail Saakaşvilinin Marneulidəki görüşləri zamanı müraciətindən sonra yaranmışdır. === Fəaliyyəti === Azərbaycanlılarn Mədəniyyət Mərkəzinin nəzdində sistematik gürcü dilöyrətmə və kompüter kursları fəaliyyət göstərir. Eləcə də, mərkəzin nəzdində "Sarvan" folklor rəqs qrupu fəaliyyət göstərir. Qrupun bədii rəhbəri Cəmilə Məmmədovadır, xoreoqrafı isə Nino Lomidzedır. Qrupun repertuarında azərbaycan və gürcü milli rəqsləri var. Gürcüstanda yaşayan etnik azlıqlar (Gürcüstan, Ukrayna, Estoniya, Ermənistan və s) arasında keçirilən Global Peace Festivalda qrupun solisti Aygün Həsənova milli rəqs "Sarı gəlin"i ifa edərək 1 yer qazanmışdır. Bundan əlavə, "Open new world 2009" yarışmasının solo nominasiyasında "Sarı gəlin" rəqsi 1-lik qazanmışdır, qrup nominasiyasında isə "Nazilə" rəqsini ifa edərək Sarvan qrupu 2 yerə sahib olub. === KİV === Azərbaycanlıların Mədəniyyət Mərkəzi qəzet və jurnal nəşri ilə məşquldur. "Region press" qazeti artıq ayda 3 dəfə oxucuların qarşısına çıxır, qazetdə gənc qələmlərin yazılarına və hüquq məsləhətlərinə rublika ayrılıb.
AMİ
Azərbaycan Müəllimlər İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ali təhsil müəssisəsi. == Tarixi == 1929-cu ildən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində ali təhsili mütəxəssis hazırlığı ilə fəaliyyətə başlayan indiki AMİ hal-hazırda müxtəlif istiqamətlər, bakalavr, magistratura, aspirantura və dissertantura, ixtisasartırma və yenidənhazırlanma təhsil istiqamətləri üzrə kadr hazırlığı mərkəzinə çevrilmişdir. Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutu 26 noyabr 2015-ci ildə ləğv edilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşib. == Filialları == === Ağcabədi filialı === 13 iyun 2000-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı, Bakı Mədəni-Maarif Texnikumunun Ağcabədi şöbəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şöbəsinin bazasında yaradılmışdır. 26 noyabr 2015-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına çevrilmişdir. === Cəlilabad filialı === 13 iyun 2000-ci il tarixində ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. 26 noyabr 2015-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialına çevrilmişdir. === Gəncə filialı === 13 iyun 2000-ci il tarixində Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci il tarixli 13 iyun tarixində Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır.
Akmi, Vaşinqton
Akmi (ing. Acme) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 246 nəfər olmuşdur. Akmi Kaskad dağlarının şimalı ilə Uatkom gölünün arasında, Cənub Fork vadisində yerləşir. Uotkom gölünün ətrafında olan mənzərəli kamp yerləri ilə məşhurdur. == Tarixi == Akmi adı 1887-ci ildə Samuel Parks tərəfindən verilmişdir. == Coğrafiyası == Ümumi ərazisi 21.83 km² olub, tamamilə quru ərazisindən ibarətdir. == İqlimi == Orta illik temperatur 10.3 °C-dir. Ən isti ay Avqust (orta aylıq temperatur 16.5 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur 4.0 °C). Ən yüksək temperatur 35.3 °C, ən aşağı temperatur isə -17.3 °C olmuşdur.
Akmi (Vaşinqton)
Akmi (ing. Acme) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 246 nəfər olmuşdur. Akmi Kaskad dağlarının şimalı ilə Uatkom gölünün arasında, Cənub Fork vadisində yerləşir. Uotkom gölünün ətrafında olan mənzərəli kamp yerləri ilə məşhurdur. == Tarixi == Akmi adı 1887-ci ildə Samuel Parks tərəfindən verilmişdir. == Coğrafiyası == Ümumi ərazisi 21.83 km² olub, tamamilə quru ərazisindən ibarətdir. == İqlimi == Orta illik temperatur 10.3 °C-dir. Ən isti ay Avqust (orta aylıq temperatur 16.5 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur 4.0 °C). Ən yüksək temperatur 35.3 °C, ən aşağı temperatur isə -17.3 °C olmuşdur.
Amami adaları
Amami (yap. 奄美群島) — Sakit okeanda, Nansey arxipelaqına daxil olan adalar qrupu. Ryukyu adalarından fərqli olaraq Okinava prefekturasına deyil Kaqoşima prefekturasına daxildir. Əhalisi Ryuku dilinin dialektində danışır. == Coğrafiyası == Amami arxipelaqı ümumilikdə 13 adadan ibarətdir: Oşima adası (奄美大島) Üdatekkuşima (枝手久島) Kikayşima (喜界島) Kakaeromaşima (加計呂麻島) Eniyabanareşima (江仁屋離島) Sukoimocima (須子茂島) Yoroşima (与路島) Ukecima (請島) Kiyamaşima (木山島) hamyyaşima (ハンミャ島) Tokunoşima (徳之島) Okinoerabu (沖永良部島) Yoronşima (与論島), həçmcinin bir necə qayalıq.Adalarda hazırda belə unikal endemik calıları müşahidə etmək olar: Dırmanan dovşan (lat. Pentalagus furnessi) və Amami çilingdimdyi (lat. Scolopax mira). == Tarixi == 1945 - 1953-ci illər arası adalar ABŞ işğalında olmuşdur. 1953-cü ilin milad bayramı günü ABŞ daları Yaponiyaya qaytarmışdır. == Mənbə == VikiSəyahətdə Amami Islands haqqında səyahət məlumatları var.
Amma ulusu
Amma ulusu (saxa Амма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Amma kəndidir. == Coğrafiyası == Mərkəzi Yakutiyanın cənub-şərqində yerləşir. Şimaldan Çurapçı ulusu, şərqdən və cənub-şərqdən Ust-Mayski ulusu ilə, cənubdan və qərbdən Aldan ulusu ilə, şimal-qərbdən Xanqalas və Meqino-Kanqalas ulusları ilə həmsərhəddir. Rayonun sahəsi 29,4 min km²-dir. === Təbii şərait === Amma çayının orta axarında, Prilenski yaylasında yerləşir. Yanvarda orta temperatur −38 … — 42 ° C, iyulda + 16 … + 18 ° C təşkil edir. Yağıntı ildə 200–250 mm-dir. == Tarixi == Ulusun mərkəzi 1652-ci ildə rus kəndli fermerləri tərəfindən Amqinskaya qəsəbəsi olaraq qurulan Ammadır. Saxalıların yerli sakinlərinin əkinçilik mədəniyyətinə qoşulduğu ilk rayonlardan biridir.
Aymi Kunitake
Aymi Kunitake (d. 10 yanvar 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Emmi Bedjanyan
Emma Becanyan (erməni dilində: Էմմա Բեջանյան) — erməni müğənni. Eurovision 2011 mahnı müsabiqəsində Ermənistanı təmsil edən müğənni. == Həyatı == 12 aprel 1984-cü ildə musiqiçi ailəsində anadan olmuşdur. == Karyerası == Musiqi karyerasına 1993-cü ildə çıxmış ilk "Hayastan" adlı albomla başlamışdır. Musiqinin klipi də həmin il yayımlanmışdır. 2011-ci ildə Eurovision mahnı müsabiqəsində Ermənistanı təmsil edib. İlk albomu 2006-cı ildə yayımlanmışdır.
Emmi Mükafatı
Emmi mükafatı və ya sadəcə Emmi — Amerikada televiziya sahəsində təqdim edilən mükafat. Emmi Oskar (kino sahəsində) Qremmi (musiqi sahəsində) və Toni (teatr sahəsində) mükafatlarının televiziya ekvivalenti hesab edilir. == Tarixi == Emmi mükafatlarını amerika televiziya sənayesinin müxtəlif sektorları təqdim edir və mükafatların təqdimetmə mərasimləri hər il keçirilir, lakin hər sahə üzrə müxtəlif aylarda verilir. Onların arasında ən məşhurları, mətbuatda geniş işıqlandırılan və nüfuzlu hesab edilən "Emmi" mükafatları Praymtaym və Gündüz mükafatlarıdır. Mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir, lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmi" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmi" mükafatından fərqləndirmək məqsədi ilə adı dəyişdirilərək praymtaym "Emmi" mükafatı adlandırılıb. Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika milli televiziya akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq televiziya akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir. İlk heykəlcik 1949-cu ildə yanvarın 25-də Hollivudun idman klubunda təqdim edilib, lakin mükafat yalnız Los-Ancelesdə yayımlanan proqramları əhatə edirdi. "Emmi" adı "immy" sözündən əmələ gəlib. Belə ki, ilk televiziya kameralarında katod borusu belə adlanırdı yəni "immy".
Emmi Nöter
Emmi Nöter Amali (23 mart 1882[…] və ya 1882, Erlangen, Almaniya imperiyası[…] – 14 aprel 1935[…] və ya 1935, Brin-Mar[d], Pensilvaniya, ABŞ) — riyaziyyat elminin tədrisi, inkişafı və praktikada tətbiqi ilə məşğul olan mütəxəssis. == Həyatı == Məşhur riyaziyyatçı, cəbr və fizika səhəsində fundamental kəşflər edib. Uzun müddət Göttingen Universitetində dərs verməsinə universitet rəhbərliyi qadın olmasını əsas gətirərək izin verməmiş, böyük riyazıyyatçı Hilbert, "hamamda deyilik, universitetdəyik" deyə etiraz edərək, öz mühazirələrində onun da çıxış etməsi üçün şərait yaratmışdı. Bu gün Emma Noter ən önəmli alimlərdən sayılır və "Noter teoremi" ilə xatırlanır. Noter teoreminə görə hər simmetriya bir qorunma qanununun manifestidir, zamanda homogenlik enerjinin saxlanma qanunundan irəli gəlir. Təbiət qanunları dünən də, bügün də eynidir, dəyişməzdir. Əgər belə olmasa idi, məsələn həftənin tək günləri yerin cazibə qanunu cüt günlərdəkindən az olsaydı, tək günlər yüksəyə qaldırdığımız bir yükü cüt günlər endirib, artıq enerji əldə edərdik. Ancaq bu, mümkün deyil çünki enerjinin saxlanma qanunu hər zaman eynigüclüdür.
Emmi Rossum
Emmanuell Qrey Rossum (12 sentyabr 1986, Nyu-York, Nyu-York ştatı) — amerikalı aktrisa, rejissor və müğənni. "Utanmaz" serialında canlandırdığı Fiona Qallaher rolu ilə tanınır. O, 2022-ci ildə "Angelyne" serialında çəkilib.
Mami Kaneda
Mami Kaneda (d. 9 mart 1968) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Mami Ueno
Mami Ueno (d. 27 sentyabr 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Mami Yamaquçi
Mami Yamaquçi (d. 13 avqust 1986) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 18 oyun keçirib, 8 qol vurub.
Şammi Kapur
Şammi Kapur (21 oktyabr 1930, Bombey, Britaniya Hindistanı – 14 avqust 2011, Mumbay) bir Hindistan aktyoru və rejissorudur. Aktyorluq fəaliyyətinə 1948-ci ildən başlamışdır. Məşhur hind aktyoru Rac Kapurun qardaşı olan sənətçi 14 avqust 2011-ci ildə 79 yaşında Mumbayda böyrək çatışmazlığı səbəbiylə öldü.
Emmi Abrahamson
Emmi Abrahamson (1976-cı ildə anadan olub) — İsveç yazıçısı, uşaq ədəbiyyatının müəllifi, rejissor və aktrisadır. == Haqqında == Emmi Abrahamson İsveçdə anadan olub. Uzun illər Moskvada yaşayıblar, sonra isə təhsil almaq üçün Londona köçüblər. Amsterdamda aktrisa, Vyanada rejissor və bədii rəhbər kimi işləyib. 2009-cu ildə İsveçə qayıtdı və Malmödə beynəlxalq teatrın əsasını qoydu. Onun ədəbi debütü 2011-ci ildə "Atam mehribandır, anam isə əcnəbidir" kitabı ilə baş tutub. Növbəti il ​​o, uşaq ədəbiyyatı kateqoriyasında avqust mükafatına namizəd olan "Yalnız yoldur" kitabını yazdı. Amsterdamda olduğu müddətdə Emmi Vik Kokula ilə tanış olub. Onlar 2006-cı ildə evləniblər, cütlüyün iki övladı dünyaya gəlib. . == Biblioqrafiya == Atam mehribandır, anam isə əcnəbidir.
Ami Hetzel
Ami Hetzel (27 aprel 1983) — Avstraliyanı təmsil edən su poloçusu. Ami Hetzel, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb və bürünc medal qazanıb. == Karyerası == Ami Hetzel, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu.
Ami Mizuno
Seylor Merkuri (セーラーマーキュリー, Sērā Mākyurī) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" animanqasında personaj. Əsl adı Ami Mizuno (水野 亜美, Mizuno Ami) olan Seylor Merkuri gənc yapon tələbə qızdır. Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. 14-16 yaşlarındadır. 10 sentyabrda anadan olmuşdur. Boyu 158 santimetrdir. Seylor Merkuri Seylor Mun tərəfindən tapılmış ilk Seylor döyüşçüsüdür, komandanın beynidir. Əsas gücü suyun bütün aqreqat hallarını idarə etmək, onu manipulyasiya etməkdir. Həmçinin IQ səviyyəsi 300 olduğundan çox güclü intellektə malikdir, hər cür texnologiyadan başı çıxır. "Seylor Mun" manqasından başqa Seylor Merkuri qısa müddət xüsusi olaraq hazırlanmış "Aminin ilk məhəbbəti" manqasından yer almışdır.