Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Calanthe anchorifera
Calanthe triplicata (lat. Calanthe triplicata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Alismorkis veratrifolia Kuntze Amblyglottis veratrifolia Blume Calanthe veratrifolia R.Br. ex Ker Gawl. Limodorum veratrifolium Willd.
Anqkor
Anqkor — Kamboca: Bir zamanlar böyük Xmer imperiyasının paytaxtı olan bu şəhər, Kambocanın tropik meşələrinin içində yerləşir. Dünyanın ən böyük məbədi olan və şəhərə adını verən "Anqkor Vat", ölkənin ən çox turist gələn bölgəsidir.
Archer
Tomas Arçer (ing. Thomas Croxen Archer; 1817[…] – 19 fevral 1885) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Tomas Arçer toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Təsnif etdiyi taksonlar == Leopoldinia piassaba Wallace ex Archer Mauritia carana Wallace ex Archer Olearia fulvida Archer ex Kuntze Olearia rugosa Archer ex Kuntze == İstinadlar == == Ədəbiyyat == C.D. Waterston; A. Macmillan Shearer. 2006. Former Fellows of The Royal Society of Edinburgh, 1783–2002, Royal Society of Edinburgh (Edinburgo) : 1024 pp.
Ancar
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Anhoy
Anhoy (палл. Аньхуэй, Аньхуй, çin. 安徽; пиньинь Ānhuī) — Çinin şərqində əyalət. == Tarixi == Anxoy əyalətində qədim qəsəbə tikililəri kompleksi. Xuanşan dağı ətəyində yerləşən Anxay əyalətinin İ qəzasındakı qədim məskən kompleksi ənənəvi Xoy memarlıq məktəbi üslubunda tikilmişdir. Min və Tsin dövründə tikilmiş çoxlu sayda qədim yaşayış evləri və qəbilə məbədləri bizim vaxtlara qədər yaxşı qalmışdır. Min sülaləsi dövründə 29, Tsin zamanında isə 3611 tikili yaradılmışdır. Xoy məktəbi memarlıq üslubu burada hər şeydə gözə dəyir: zərif qravürlər və kirəmit üzərində naxışlarda, ev və məbədlərin ağac sütunları və daş divarlarında, orijinal və təmtəraqlı interyerdə. Bu qəsəbə və tikililər təkcə turistləri deyil, tarix və mədəniyyəti öyrənən alimləri də cəlb edir. Onlar turistik baxımdan nadir diqqətəlayiq yerlərdir və böyük tarixi əhəmiyyətə malikdir.
Anhur
Anhur — Erkən Misir mifologiyasında tanrı. Onun titullarından biri Düşmən Qatili idi. Anhur saqqallı kişi, bəzən isə şir başlı tanrı (güc və qüdrəti ifadə edən) kimi təsvir olunur, əynində xalat və dörd lələkli baş geyimi var, əlində nizə və ya nizə tutur. Bəzi təsvirlərdə xalat daha çox ətək kimi görünürdü. == Rollar == === Müharibə tanrısı === Döyüş tanrısı mövqeyinə görə o, qədim Misir ordusunun himayədarı və kral döyüşçülərinin təcəssümü idi. Doğrudan da, onun şərəfinə keçirilən festivallarda istehzalı döyüşlər təşkil edilirdi. Roma dövründə İmperator Tiberius Misir məbədlərinin divarlarında fərqli dörd lələkli Anhur tacı taxaraq təsvir edilmişdir. Yunanlar Anhuru öz döyüş tanrısı Aresə bərabər tuturdular. Tayfondan qaçan və Misirdə heyvan şəklini alan Olimpiya tanrılarının əfsanəsində Aresin Lepidotus və ya Onuris kimi balıq şəklini aldığı deyilirdi. === Göy daşıyıcısı === Anhurun adı Göy Daşıyıcı mənasını da verə bilərdi və ortaq baş geyiminə görə Anhur daha sonra Şu ilə eyniləşdirildi və Anhur-Şu oldu.
Anqkor Vat
Anqkor Vat və ya Anqkorvoat — Kambocada yerləşən və tanrı Vişnuya həsr edilmiş nəhəng hinduizm məbəd kompleksi. Dünyanın vaxtilə yaradılmış mədəni tikilisi və arxeoloji abidələrindən biri sayılır. XII əsrin I yarısında kral II Suryavarmanın hakimiyyəti dövründə tikilmişdir. Bu abidə kompleksi UNESCO-nun ümumdünya irsi siyahısına salınmışdır. Anqkor Vat abidəsi Kambocanın Siem reap əyalətinin Siemreap şəhərindən 5,5 km aralıda yerləşərək özündə khmerlərin qədim paytaxtları olan Ankqorda məbəd kompleksini birləşdirir.Anqkor 200 km² əraziyə malik olduğu bilinsə də, son tədqiqatlar nəticəsində buranın ərazisinin 3000 km² çox olduğu və əhalisinin sayının yarımmilyona çatdığı aşkar olunmuşdur. İlk əvvəl tanrı Vişnaya həsr olunduğundan arxitektura nöqteyi-nəzərindən özündə induizmdəki tanrıların məskəni olan mifik Meru dağını nümayiş etdirən dağ-məbədləri birləşdirir. Məbəd mərkəzə doğru getdikcə hündürlüyü artan 3 konsentrik düzbucaqlı tikililər formasından ibarət olmaqla,3,6 km uzunluğa və 190 m enə malikdir. Daxili tikililər lotos formasında 5 qüllədən təşkil olunmuşdur. Mərkəzdəki qüllə ibadətgahdan 42 m hündürlüyündə, ümumilikdə yerdən isə 65 m hündürlüyündədir. XV əsrdə istifadə olunmamağa başlamış və atılıb qalmışdır.
Anqkor krallığı
Khmer İmperiyası (khm. ចក្រភពខ្មែរ, Çakrphup Khmer və ya khm. អាណាចក្រខ្មែរ, Anaçak Khmer), rəsmi olaraq Anqkor krallığı (khm. អាណាចក្រអង្គរ, Anaçak Anqkor) və ya hindlilər tərəfindən Kambucadeşa (hind. ख्मेर साम्राज्य) — IX–XV əsrlərdə indiki Kamboca, Vyetnam, Tayland və Laos ərazisində hökmranlıq etmiş feodal khmer buddist dövləti. Keçmiş Bapnom və Çenla krallıqlarının süqutu ilə yaranan imperiya Cənub-şərqi Asiyanın əksəriyyətini və Cənubi Çinin bir hissəsini idarə edirdi. Dövlətin ən böyük irsi onun paytaxtı Anqkor şəhəri idi. Şəhərin Anqkor Vat və Bayon kimi tikililəri Khmer İmperiyasının ucsuz-bucaqsız güc və zənginliyinin, valehedici incəsənət və mədəniyyətinin, memarlıq üslublarının, estetik nailiyyətlərinin və əsrlər boyu qoruyub-saxladığı müxtəlif inanc sistemlərinin rəmzidir. Süni peyklərdən əldə edilən şəkillər Anqkor şəhərinin sənaye inqilabından əvvəlki dünyanın ən böyük şəhəri olduğunu sübut edir. Khmer İmperiyasının yaranma tarixi 802-ci il götürülür.
Archon apollinus
Archon apollinus (lat. Archon apollinus) — archon cinsinə aid kəpənək növü.
Aconitum anthora
Aconitum anthora (lat. Aconitum anthora) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Ankor adası
Ankor adası (mao. Puke Nui) — adanın sahəsi 1380 ha təşkil edir. Yeni Zelandiyanın Fordlend Milli Parkı ərazisində, Daksi-Saun fiordu rayonunda yerləşir. Adanın malsimal hündürlüyü 417 metrdir. Əsas adalardan 2,5 km məsafədə yerləşir. Ada Kakapo, Tiko kimi bir çox quş növlərinin qorunması məqsədilə qoruq elan edilmişdir.
Anqor çılpaqçası
Anqor çılpaqçası (lat. Oxynoemacheilus angorae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Quyruq üzgəci demək olar ki, çökəksizdir. Döş üzgəcləri nisbətən uzun və böyükdür. Üst çənəsində dişvari çıxıntı vardır. Bel üzgəcində 7-8, anal üzgəcində 5 şaxəli şüa, bütün cüt olmayan üzgəclərində o qədər də düzgün olmayan sıralar əmələ gətirən tünd xallar vardır. Cinsi yetkin fərdlərin yan xətlərində deşiklər aydın görünür. Bədənində xırda pulcuqlar, yanlarında müxtəlif ölçülü və quruluşu xallar vardır. Quyruq gövdəsi orta hesabla quyruq üzgəci uzunluğundadır. Döş üzgəcləri erkəklərdə uzun olub, qarın üzgəclərinə çatmağa az qalır.
The Archer (albom)
The Archer — amerikalı müğənni Aleksandra Saviorun ikinci studiya albomu. 10 yanvar 2020-ci ildə 30th Century Records tərəfindən buraxılıb. Bütün treklər Aleksandra Savior tərəfindən yazılıb.
Aşağı Anhar (Urmiya)
Aşağı Anhar (fars. انهر سفلی‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 765 nəfər yaşayır (147 ailə).
Yuxarı Anhar (Urmiya)
Yuxarı Anhar (fars. انهرعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 785 nəfər yaşayır (222 ailə).
Rancho De La Luna
Rancho De La Luna — Kaliforniyanın Coşua-Tri şəhərində yerləşən səsyazma studiyası. 1993-cü ildə Fred Dreyk və Devid Ketçinq tərəfindən yaradılmışdır.
Təzəkənd-i Anhar (Urmiya)
Təzəkənd-i Anhar (fars. تازه كندانهر‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (17 ailə).