Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • ANDROMEDA

    сущ. бот. андромеда (род вечнозеленых кустарников из сем. вересковых)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
OBASTAN VİKİ
Andromeda
Andromeda (mifologiya)
Andromeda (bürc)
Andromeda (lat. Andromeda) —Andromeda, II əsr Yunan-Roma astronomu Ptolemey tərəfindən sadalanan 48 və 88 müasir bürcdən biridir.Göy ekvatorunun şimalında, dəniz canavarı Cetus tərəfindən yeyilmək üçün bir qayaya zəncirlənmiş Yunan mifindəki Kassiopeiyanın qızı Andromedanın şərəfinə adlandırılmışdır.Ən böyük bürclərdən biridir. Ən parlaq ulduzu Alpha Andromedae, Pegasusun bir hissəsi olaraq da hesablanan ikili bir ulduzdur.Alfa'dan yalnız bir qədər cılız olan Beta Andromedae rəngi,adi gözlə görünən qırmızı bir nəhəngdir.Bürc daxilində Süd Yoluna ən yaxın qalaktika olan Andromeda qalaktikasını (M31) saxlayır.M31-in yoldaşları M110 və M32 , daha uzaq NGC 891 daxil olmaqla bir neçə solğun qalaktikalar Andromedanın içindədir.Planet dumanlığı olan Mavi Qartopu Dumanı, teleskopda mavi dairəvi bir cisim kimi görünür. Andromeda, Noyabr ayında meydana gələn zəif meteor yağışı olan Andromedidlər üçün parlaq yerdir.
Andromeda (mifologiya)
Andromeda (qədim yun. Andromede) — qədim yunan mifologiyasında Efiopiya padşahı Kefeyin qızı olmuşdur. Əhalinin tələbi ilə atası onu dəniz əjdahasına qurban vermiş, igid Persey Andromedanı azad edərək onunla evlənmişdi. Andromeda surəti incəsənətdə (Rubensin "Persey və Andromeda" tablosu və s.) öz əksini tapmışdır. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Andromeda dumanlığı
Şimal yarımkürəsinin orta enliklərində yaşayanlar Andromeda dumanlığını müşahidə etmək imkanına malikdirlər. Aydın gecədə onu γ Andromeda ulduzunun yaxınlığında çox da böyük olmayan işıqlı bulud kimi adi gözlə görmək olar. Peqas bürcünün yaxınlığında yerləşir. Bu dumanlıq haqqında bizə gəlib çatan birinci yazılı məlumat X əsrin ərəb astronomu Əs-Sufiyə məxsusdur. Ulduz göyünün təsvir edən əlyazmasında , o, "kiçik bulud" və onun yaxşı istinad nöqtəsi olmasını bir neçə dəfə qeyd edir. Hətta onun şəklimi çəkmişdir. Teleskoplar icad olunduqdan sonra Andromeda dumanlığının yenidən kəşfi başlandı. 1618-ci ildə ilk dəfə teleskopla müşahidə aparmağa başlayan alman alimi Simon Mari onu qeydə aldı.XVII əsrin axırlarından başlayaraq dumanlıq müşahidə obyektinə çevrildi. XVII əsrdə böyük ingilis astronomu Vilyam Herşel ciddi şəkildə dumanlıqları tədqiq etməyə başladı. Müşahidə olunan dumanlı ləkələrin çoxunun kürəvi və ya dağınıq ulduz topaları olması aşkar olundu.
Andromeda qalaktikası
Andromeda qalaktikası və ya Andromeda dumanlığı (həmçinin, Messye 31 (M31), və ya (Y.Dreyer kataloquna görə) NGC 224 adlandırılır. Türk mifologiyasında "zəncirlənmiş qız" adlandırılır.) — Göyün Şimal yarımkürəsinin ən parlaq qalaktikası, bizim qalaktikaya, Süd Yoluna ən yaxın olanlardan biri. Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Andromeda bürcü istiqamətində yerləşir. Andromeda bürcündə adi gözlə zəif işıqlanan duman ləkəsi kimi görünür. Andromeda qalaktikası ilk dəfə ərəb astronomu as-Sufinin əsərində «kiçik buludcuq» kimi xatırlanmışdır. Bu qalaktikanı 1614-cü ildə teleskopun köməyi ilə alman astronomu Ş.Marius kəşf etmişdir. 1925-ci ildə 2,5 m-lik teleskop vasitəsilə Andromeda qalaktikası ilk dəfə ulduzlar aşkar edildikdən sonra onun ulduz təbiətli olduğu müəyyən edilmişdir. Andromeda dumanlığının bucaq ölçüləri (foto şəkillər vasitəsilə ölçülmüş) təxminən 200′×90′, xətti ölçüsü isə 40×20 kiloparsekdir (kpk). Yerdən məsafəsi 700 kpk-dir.
Andromeda ştamı
Andromeda ştamı (ing. The Andromeda Strain; 1969) — ABŞ yazıçısı Maykl Kraytonun elmi-fantastik romanı. == Mövzusu == ABŞ-nin kosmosa göndərdiyi hərbi kosmik peyk kiçik bir qəsəbəyə düşür. Peyki götürmək üçün bölgəyə gedən xüsusi hərbi heyətin mərkəzlə radio əlaqəsi qəflətən kəsilir. Heyətin və qəsəbə sakinlərinin hamısı (bir körpə və sərxoşdan başqa) ölü tapılır. Hərbi peykin kosmosdan indiyədək mənşəyi bilinməyən virus gətirdiyindən şübhələnirlər. Ölkənin qabaqcıl alimlərindən ibarət qrup müasir texnologiya ilə təchiz olunan laboratoriyada virusun sirrini açmağa çalışır. == Filmlər == Maykl Kraytonun 1969-cu ildə yazdığı bu roman əsasında 1971-ci ildə eyniadlı film çəkildi. Robert Uaysın rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt Ridin oynadığı film böyük rəğbət qazandı. 2008-ci ildə bu roman üzrə 2 seriyalı televiziya film çəkilmişdir.
Dumanlı Andromeda
Dumanlı Andromeda (rus. Туманность Андромеды) - Rus yazarı İvan Antonoviç Yefremov tərəfindən 1955-1956-cı illərdə yazılmış sosial-fəlsəfi elmi-fantastik romanı. Roman ilk dəfə 1957-ci ildə Texnika - Gənclik jurnalında dərc edilib. Kitab formasında isə Gənc Qvardiya nəşriyyatında 165 000 nüsxədə işıq üzü görür. Dünyanın bir çox dillərinə tərcümə olunan əsər Sovet ədəbiyyatının ən parlaq nümunələrindən, kosmik romantikanın etalon sayıla biləcək nümayəndələrindəndir. == Məzmun == Romandakı hadisələr vahid hakimiyyət altında kommunistik cəmiyyətin bərqərar olduğu, intellektin yüksək inkişaf etdiyi uzaq gələcəkdə baş verir. Bu era elmin və incəsənətin yüksək inkişaf etdiyi, kosmosun fəthi, Yer landşaftının və iqliminin süni olaraq yaxşılaşdırıldığı və insan psixologiyasının dəyişməsi ilə fəqrlənir. Oxuyucuya gələcəyin dünyasını müxtəlif yönlərdən göstərmək məqsədilə romanda bir neçə süjet xətti var.Birinci süjet xətti "Tantra" adlı kosmik gəmi və onun heyətinin uçuşları haqqındadır. Bütün tapşırıqları yerinə yetirən heyət Yerə qayıdarkən, Günəş Sisteminin yaxınlığında yerləşən və əvvəllər naməlum olan Dəmir Ulduzun qravitasiya sahəsinə düşürlər. Heyət faciədən can qurtarmağa çalışır.
Andromeda ştamı (roman)
Andromeda ştamı (ing. The Andromeda Strain; 1969) — ABŞ yazıçısı Maykl Kraytonun elmi-fantastik romanı. == Mövzusu == ABŞ-nin kosmosa göndərdiyi hərbi kosmik peyk kiçik bir qəsəbəyə düşür. Peyki götürmək üçün bölgəyə gedən xüsusi hərbi heyətin mərkəzlə radio əlaqəsi qəflətən kəsilir. Heyətin və qəsəbə sakinlərinin hamısı (bir körpə və sərxoşdan başqa) ölü tapılır. Hərbi peykin kosmosdan indiyədək mənşəyi bilinməyən virus gətirdiyindən şübhələnirlər. Ölkənin qabaqcıl alimlərindən ibarət qrup müasir texnologiya ilə təchiz olunan laboratoriyada virusun sirrini açmağa çalışır. == Filmlər == Maykl Kraytonun 1969-cu ildə yazdığı bu roman əsasında 1971-ci ildə eyniadlı film çəkildi. Robert Uaysın rejissoru olduğu və baş rollarda Artur Hill, Devid Ueyn, Ceyms Olson və Keyt Ridin oynadığı film böyük rəğbət qazandı. 2008-ci ildə bu roman üzrə 2 seriyalı televiziya film çəkilmişdir.
Zoothera andromedae
Zoothera andromedae (lat. Zoothera andromedae) — asiya qaratoyuğu cinsinə aid heyvan növü.
Andromedaceae
Erikakimilər (lat. Ericaceae) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Androcera
Quşüzümü (lat. Solanum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.