Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anqara
Anqara — RF-nin İrkutsk vilayətində və Krasnoyarsk diyarında çay. Adı buryat dilində "oyuq", "yarğan", "dərə", habelə "açıq", "aralanmış" mənalarını verən "anqa" sözündən götürülmüşdür. Tarixi mənbələrdə ilk dəfə XIII əsrdə Ankara-Muren adı ilə xatırlanır. Yeniseyin ən çoxsulu sağ qolu. Mənbəyini Baykal gölündən götürür. Orta Sibir yaylasının cənub hissəsindən keçərək Yeniseysk şərqindən yuxarıda Yenisey çayına tökülür. Uzunluğu 1779 km, hövzəsinin sahəsi - 1 040 min km², Baykal gölünün hövzəsini çıxmaqla 468 min km². İrkutsk, Bratsk və Ust-İlim SES-lərinin tikilməsi nəticəsində Anqaranın yuxarı axını su anbarına çevrilmişdir. Su anbarları arasındakı sahədə Anbarının dərəsi asimmetrik quruluşludur. Mənsəb hissəsində Yenisey təpəliyini kəsir və astana əmələ gətirir.
Angilya
Angilya, Anquilla (Anguilla) – Böyük Britaniyanın Karib dənizində mülkü. Kiçik Antil adaları arxipelaqının şimal qurtaracağında, Küləktutan adalar qrupunda yerləşən Angilya adasını (sah. 91 km²) və əhalisi olmayan kiçik adalar qrupunu (Skrab, Doq, Sombrero, Prikli-Pir-Keys, Sil və s.) əhatə edir. İnzibati mərkəzi Valli şəhəridir. Rəsmi dili ingilis dili, pul vahidi şərqi Karib dollarıdır. Əhəngdaşlardan təşkil olunmuş adalar mərcan rifləri ilə əhatələnmişdir. Angilya adasının xırda təpəlikli səthi nisbətən hamardır, ən yüksək nöqtəsi 65 m-dir (Krokus-Hill d.). İqlimi tropik passatdır. Havanın orta aylıq temperaturu 18 24 °C, illik yağıntının miqdarı 700–1200 mm-dir. Yağış suyundan içmək üçün istifadə olunur.
Anguria
Qarpız (lat. Citrullus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Əkilmə ərazisinə görə bostan deyil, bağça bitkisi sinfinə aiddir. Qarpız əsasən sidik ifrazı sistemi üçün faydaları məhsul hesab olunur. Lakin bu şirin giləmeyvənin digər də çoxsaylı faydaları var. Azkalorili və qidalı liflərlə zəngin olan qarpız insanı tox saxlayır və arıqlamağa yardım edir. Likopinlə zəngin olan qarpız orqanizmə çox yaxşı xərçəng əleyhinə təsir edir və xüsusilə orqanizmi həzm sistemi xərçəngindən qoruyur. Likopin orqanizmdə “pis” xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir. Qarpızın tərkibində olan faydalı maddələr damarları genişləndirir və təzyiqi aşağı salmağa yardım edir. Qarpız güclü iltihabəleyhinə təsirə malikdir.
Ankaray
Ankaray - Türkiyənin paytaxtı, Ankara şəhərində fəaliyyət göstərən yeraltı dəmiryol xətlərindən biri. Uzunluğu 9,5 km-dir. Ankarada nəqliyyatın sıxlığını aradan qaldırmaq üçün 7 aprel 1992-ci ildə inşası başlayan Ankaray yüngül relsli sistemi 30 avqust 1996-cı ildə istifadəyə verilmiş və Ankara şəhərlərarası avtobus terminalı ilə Dikimevi stansiyaları arasında fəaliyyətə başlamışdır.
Antakya
Antakya və ya tarixi azərbaycancada Əntakiyə — Türkiyənin cənubunda, Suriya sərhədinin yaxınlığında olan Hatay ilində şəhər və onun inzibati mərkəzi. Əntakiyəni e.ə. 300-cü ildə Makedoniyalı İsgəndərin sərkərdəsi I Selevk Nikator salmış və atası Antioxun adını vermişdir. 1516-cı ildə türklər Əntakiyəni alandan sonra Əntakiyə adlandırılmışdır. Roma tikililərindən stadionun, yaşayış evlərinin, şəhərkənarı mozaikalı mülklərin, Asi çayı üzərindəki körpünün, 5 darvazalı Bizans divarlarının qalıqları saxlanılmışdır. Şəhərkənarı Dafnada teatr (2 əsr), qəbiristanlıq (381), Müqəddəs Pyotr mağara məbədi (4–5 əsrlər) qalmışdır. Əntakiyənin ətraf yerlərində erkən xristian xarabalıqlarından müqəddəs Semyon (541–565), Müqəddəs Varlaam (6 əsr) monastırları, islam abidələrindən Ulu Came (16 əsr), Həbib Nəcar məscidi saxlanılmışdır. Hatay arxeoloji muzeyi var. Əhalisi 352 min (2007). Asi çayı sahilindədir.
Antalya
Antalya — Türkiyənin cənubunda Aralıq dənizi sahilində kurort şəhəri və liman. Antalya ilinin mərkəzidir. Əhalisi 2015-ci ildə 2.300.000 nəfərdir. Tamamı Aralıq Dənizi Bölgəsinin qərbində yerləşir və Antalya Körfəzi ilə Qərbi Tavr Dağlarının arasında yaradılıb. Ərazicə Türkiyənin altıncı böyük rayonudur. Cənubunda Aralıq dənizi, qərbində Muğla, şimalında Burdur və Isparta, şimal-şərqində Konya, şərqində isə Karaman və Mersin rayonları var. Antalya şəhəri, 1980 ildən sonra əlverişli iqlim şəraiti və turizm tədbirləri səbəbilə sürətlə inkişaf etmiş və buna paralel olaraq rayon də hazırda Türkiyənin ən böyük beşinci rayonu olmuşdur. Antalyada iqtisadi həyat böyük miqdarda ticarət, kənd təsərrüfatı və turizmə əsaslanır. Antalya rayonunun əhatə etdiyi bölgə tarix boyu günümüzə qədər bir çox mədəniyyətə sahib olmuş və Türkiyədə ən çox antik şəhər olan rayondur. Öz növbəsində Likiyalılar, Lidiya, Pamfiliyalılar, Bergamalılar, Romalılar, Bizanslılar, Səlcuqlar, Osmanlılar və son olaraq da Türkiyə Cümhuriyyəti hakimiyyətində olan Antalya, bu mədəniyyətlərin heç birində paytaxt olmayıb.
Ankara
Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir. Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα [Anqira] olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Anqara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Anqara" olmuşdur.
Anqara çayı əfsanəsi
Anqara çayı haqqında əfsanə - Anqara və Yenisey çayları, Baykal gölü və Şaman daşı haqqında qədim buryat əfsanəsi. Qədim dövrlərdə qüdrətli Baykal şən və xeyirxah idi. O, öz yeganə qızı Anqaranı çox sevirdi. Dünyada ondan gözəli yox idi. Gündüzlər o səmadan daha parlaq, gecələr isə buludlardan daha tutqun olardı. Anqaranın yanından keçən hər kəs onun gözəlliyinə heyran olar, onu vəsf edərdi. Hətta köçəri quşlar, durnalar, leyləklər, qazlar da alçaqdan uçaraq ona tamaşa edər, lakin onun sularına nadir hallarda enərdilər. Qoca Baykal öz qızını göz bəbəyi kimi qoruyurdu. Bir dəfə Baykal yuxuya getdikdən sonra Anqara gənc Yeniseyin yanına qaçdı. Yuxudan oyanan Baykal öz sularını titrətdi.
Almalı (Antalya)
Almalı — Muğla ili ilə sərhədi olan Antalya ilinə bağlı bir şəhər. Antalya şəhərinin 110 km qərbindədir.
Antakya knyazlığı
Antioxiya knyazlığı (lat. Principatus Antiochenus) — 1098-1268-ci illərdə mövcud olmuş feodal dövləti. Knyazlığın mərkəzi indiki Antakya şəhəri idi.
Antalya ili
Antalya — Türkiyənin vilayəti. Turizm potansialı zəngin vilayətdir. Rusiyalı turistləri daha çox cəlb edir. Antalya Türkiyənin cənubunda dəniz səviyyəsindən 30 m yüksəklikdə, eyni adlı körfəzdə yerləşən kurort şəhəridir. O, aypara formasındadır. Ölkənin ikinci paytaxtı hesab olunur. Şəhəri hər tərəfdən Taurus dağı əhatə edir. Gözəl çimərlikləri ilə seçilir. Ərazisi 1,4 min kvadrat kilometrdir. Əhalisi 677 min nəfərdir.
Antalya körfəzi
Antalya körfəzi (türk. Antalya Körfezi) — Türkiyənin cənubunda yerləşən körfəz Körfəz şərqdən Anamurdan başlayaraq qərbdə Tavr dağlarına qədər uzanır. Düz üzrə uzunluğu 200 km təşkil edir. Körfəzdə hər hansı əhəmiyyətli adalar yoxdur. Burada Kəmər şəhərindən Qazipaşaya qədər 200 km uzunluğu olan Türk Riviera adlanan məşhur kurort bölgəsi yerləşir Körfəz regionunun iqtisadiyyatının ən mühüm sahəsi turizmdi. Körfəz ərtafında Antalya şəhərindən başqa, Kəmər, Belek, Side, Manavqat və Alanya şəhərləri yerləşirlər.
Antalya muzeyi
Antalya muzeyi (tür. Antalya Muzesi ) — Antalyanın Konyaaltı rayonunda yerləşən Türkiyənin ən böyük muzeylərindən biri. Buraya 13 sərgi salonu və açıq hava qalereyası daxildir. Muzey 7000 m2 (75000 kv fut) ərazini əhatə edir. Burada 5000 sənət əsəri nümayiş olunur. Bundan əlavə, nümayiş oluna bilməyən daha 25000-30000 artefakt saxlama otağındadır. Anadoluda Aralıq dənizi və Pamfiliya bölgələrinin tarixini işıqlandıran əsər nümunələrinin sərgiləndiyi bir muzey olaraq Antalya muzeyi Türkiyənin ən əhəmiyyətli muzeylərindən biridir. Muzey 1988-ci ildə "Avropa Şurasının Xüsusi Mükafatı"na layiq görülüb. Birinci Dünya Müharibəsinin sonunda, Antalyanın İtaliyanın hərbi işğalı altında olduğu dövrdə italyan arxeoloqları şəhərin mərkəzində və İtaliya səfirliyinin ətrafında tapılmış arxeoloji xəzinələri çıxarmağa başladılar. Bu təşəbbüslərin qarşısını almaq üçün Sultanın müşaviri Süleyman Fikri bəy 1919-cu ildə Antalya vilayətinin qubernatorluğu üçün müraciət etdi.
Açarya Bxaskara
Açarya Bxaskara (ing. Bhāskara; təq. 1114, güm. – təq. 1185[…], güm. […]) — Hind riyaziyyatçısı və astronomu; müxtəlif cəbri məsələlərin həllini əks etdirən "Təlimin haləsi" əsərinin müəllifi.
Anqara çayı haqqında əfsanə
Anqara çayı haqqında əfsanə - Anqara və Yenisey çayları, Baykal gölü və Şaman daşı haqqında qədim buryat əfsanəsi. Qədim dövrlərdə qüdrətli Baykal şən və xeyirxah idi. O, öz yeganə qızı Anqaranı çox sevirdi. Dünyada ondan gözəli yox idi. Gündüzlər o səmadan daha parlaq, gecələr isə buludlardan daha tutqun olardı. Anqaranın yanından keçən hər kəs onun gözəlliyinə heyran olar, onu vəsf edərdi. Hətta köçəri quşlar, durnalar, leyləklər, qazlar da alçaqdan uçaraq ona tamaşa edər, lakin onun sularına nadir hallarda enərdilər. Qoca Baykal öz qızını göz bəbəyi kimi qoruyurdu. Bir dəfə Baykal yuxuya getdikdən sonra Anqara gənc Yeniseyin yanına qaçdı. Yuxudan oyanan Baykal öz sularını titrətdi.
Ankara (roman)
Ankara—Yaqub Qədri Qaraosmanoğlunun 1934-cü ildə nəşr etdirdiyi romanı. Yaqub Qədri Qaraosmanoğlunun yaradıcılığında önəmli yer tutan romanlardan biri də "Ankara"dır. Dövrün ictima-siyasi panoramasının əks olunduğu bu roman utopik bir əsərdir. Əsərdə milli mücadilənin sonucları ən xırda detallarına qədər təhlil olunur. Ümumiyyətlə, əsər həm konflikt, həm də dərin-gərgin konfliktlərin ortaya çıxartdığı xarakterlər baxımından diqqəti cəlb edir. Əsərdə hadisələr İstanbullu, evdar bir xanım olan Səlmanın kontekstində cərəyan edir. Konfliktlər, düyünlər bu əsas obrazın müstəvisində təqdim edilir. Onu da qeyd edək ki, seçilən məkanlar, xarakterler və dövr bir-biri ilə əlaqələndirilmiş, yazıçı öz ideyalarını bu obrazların simasında ümumiləşdirmiş, bəzən isə ümumiyyətlə simvollaşdırmışdır. Roman üç bölümə ayrılır, hər bir hissə isə Türkiyənin mühüm bir mərhələsini özündə əks etdirir: Birinci bölüm: Sakarya savaşı öncəsi (1922-ci illərə qədərki mərhələni əhatə edir). İkinci bölüm: Cümhuriyyətin elan olunmağa başladığı dövr (1926-cı illərə qədərki mərhələ).
Ankara (toponim)
Ankara — Türkiyə Cümhuriyyətinin paytaxtı, İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhərinın adı. Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα (Qədim yunan dilində Anqira və Ankira olaraq tələffüz edilir) olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Ankara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Ankara" olmuşdur. Şəhərin adı Osmanlı İmperiyası dövründə, XVI əsrdən etibarən rəsmi olaraq Ankara (آنقره) olmasına baxmayaraq, xalq arasında "Əngürü", qərb ölkələrində isə "Anqora" adlarından istifadə edilirdi. Türkiyə Respublikasının öz müstəqilliyini əldə etməsindən sonra digər adların istifadəsi sona çatmış, Ankara adı isə universallaşdırmışdır.
Ankara (viski)
Ankara viskisi — 1963-cü ildə Ankara, Atatürk Meşə Fermasında istehsalına başlanan, Türkiyənin ilk və tək viskisi. 1960-cı illərə qədər xaricə qapalı bir iqtisadiyyat modeli mənimsənən Türkiyədə, dövrün hökuməti tərəfindən yerli məhsulların istehsalını dəstəkləmək və xüsusilə spirtli içkilərin idxalı vəsiləsiylə xaricə yerli valyutanın çıxmasının qarşısını almaq məqsədilə yerli bir viski istehsalı edilməsi qərarlaşdırılmışdır. 1963-cü ildə viski istehsal etmək üçün TEKEL-in Ankaradakı pivə zavoduna kiçik bir hissə inşa edildi. Bu qurğunun istehsal həcmi 200.000 litrə yaxındır. 1980-ci illərə gəlindiyində Türkiyənin, iqtisadi siyasətlər istiqamətində açıq iqtisadiyyata keçid etməsiylə birlikdə daxili bazara idxal spirtli içkilərin girişi sərbəst buraxılmışdır. Belə bir rəqabət şəraitində Ankara viskisinin populyarlığı gündən-günə azalmağa başladı. O dövrdə hələ də viski istehsalına cavabdeh olan TEKEL, satış siyasəti və reklamda bəzi dəyişikliklər etməyə və bazarda saxlamağa çalışsa da, bu təşəbbüslərdən heç biri müsbət nəticə almadı. Ankara viskisinin istehsal hüquqları əvvəlcə Mey içki şirkətinə verildi və təxminən 10 il bu şəkildə davam etdikdən sonra dünyaca məşhur spirt istehsalçısı Diageoya satıldı. Xarici sərmayəçilər tərəfindən alınan Ankara viskisi qısa müddətdə fəaliyyətini dayandırdı. İstehsal müddətində Ankara viskininin əsas tərkib hissəsi kimi taxıl və düyü istifadə edilmişdir.
Ankara Hökuməti
Ankara Hökuməti və ya Türkiyə Böyük Millət Məclisi Hökuməti — Türkiyə İstiqlaliyyət müharibəsi əsnasında Ankaradakı hökumətə verilən addır. 23 aprel 1920-ci ildə Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi (TBMM) bünyəsində, ilk olaraq 25 apreldə Müvəqqət İcra Əncüməni sifətiylə, TBMM Rəisi Mustafa Kamal Paşa başçılığında bir hökumət yaradıldı. Beləcə, İstanbuldakı Osmanlı hökuməti xaricində Ankarada bir hökumət ortaya çıxmış oldu. Əncümən, 3 mayda, İcra Vəkilləri Heyəti adlı hökumət qurulana qədər vəzifəsinə davam etdi. Bu dövrdə bir dövlət başçısı yox idi və bu vəzifəni Məclis Reisi yerinə yetirirdi. Məclis, həmçinin 5 avqust 1921 tarixində çıxardığı Baş komandirlik Qanunu ilə Mustafa Kamal Paşayı baş komandirliyə gətirərək ordunun maddi və mənəvi gücünün artırılması ilə sövq və idarə edilməsi mövzusundakı səlahiyyətlərini icra etmək icazəsi vermişdir. 29 oktyabr 1923-cü ildə respublikanın elan edilməsiylə edilən seçkidə Mustafa Kamal Paşa "Reisicumhur" (Prezident) seçilərək dövlət başçısı olmuşdur. Hökumət başkanıysa "Başvekil" (Baş nazir) sifətini almış və Reisicumhur tərəfindən seçilməyə başlanmışdır. Bu səbəbdən 1923-cü ildən sonra qurulan hökumətlər, Türkiyə Böyük Millət Məclisi Hökuməti ya da Ankara Hökuməti olaraq adlandırılmazlar.
Ankara Universiteti
Ankara Universiteti — 1946-cı ildə Paytaxt Ankarada qurulmuş bir universitetdir. Ankara Universitetinin təməli şəxsən Atatürk tərəfindən atılmışdır. İlk olaraq 1925-ci ildə qurulan Hüquq Məktəbi, Türk cütçüsünə xidmət etmək üzrə 1933-cü ildə təhsilə başlayan Yüksək Əkinçilik İnstitutu, zəngin Anadolu mədəniyyətini araşdırmaq və Türkiyənin dünya ilə dil və mədəniyyət körpüsü qurmaq məqsədiylə 1935-ci ildə açılan Dil və Tarix-Coğrafiya Fakültəsi, 1859-cu ildən bəri Məktəbi Mülküyə adıyla üst səviyyə cəmiyyət idarəçiləri yetişdirən və 1936-cı ildə Paytaxt Ankaraya daşınan və Atatürkün xüsusi əmr və maraq əlaqələri ilə qurulan Siyasi Məlumatlar Məktəbini açmaq olmuşdur. Bunlara, hazırlıqları Atatürk tarfından başladılan ancaq quruluşu II Dünya Döyüşü səbəbiylə 1940-ın başına qalan Tibb və Fənn Fakültələrini əlavə etmək lazımdır. 1925-ci ildə qurulmuş olan Hüquq, 1935-ci ildə fəaliyyətə başlayan Dil və Tarix-Coğrafiya Fakültəsi, 1943-cü ildə açılan Fənn Fakültəsi, 1945-ci ildə quruluşu tamamlanan Tibb Fakültələrindən ibarət olan yaranan Ankara Universiteti 1946-cı ildə rəsmi olaraq quruldu. Universitet 1948-ci ildə Yüksək Əkinçilik İnstitutunun Əkinçilik və Baytar Fakültələrini bünyəsinə götürmüş, 1949-cu ildə İlahiyyat Fakültəsi, 1935-ci ildə qurulan 1950-ci ildə Fakültə adını alan Siyasi Məlumatlar Məktəbi, 1960-cı ildə Əczaçılıq Fakültəsi, 1963' te Yüksekokul olaraq qurulan 1977-ci ildə Fakültə olan Diş Həkimliyi Fakültəsi, 1965-ci ildə Təhsil Elmləri Fakültəsi və 1965-ci ildə də indi adı Ünsiyyət Fakültəsi olan Mətbuat Nəşr Yüksekokulu quruldu. Çankırı Meşə və Sağlamlıq Təhsili Fakültələri isə 1996-cı ildə təhsil-təhsilə açılmışdır.
Yeniməhəllə (Ankara)
Yeniməhəllə ilçəsi — Türkiyənin Ankara şəhərində yerləşən metropolis ilçələrdən biridir. Yeniməhəllə ilçəsi 1946-1949-ci illərdə ilin abadlığı ilə, xüsusilə o dövrün Ankara Bələdiyyə Başçısı Raqıp Tüzün tərəfindən Ankaranın yaxın yaşayış sahəsi olaraq planlanmışdır. 1950-ci illərdə dar gəlirli işçi və məmur vətəndaşları mənzil sahibi etmək məqsədilə iki mərtəbəli olaraq qurulmağa başlanmışdır. Bu günkü kimi sürətli bir inkişaf göstərən Yeniməhəllə ilçəsi 1 sentyabr 1957-ci ildə ilçə mərkəzi halına gətirilmişdir. Yeniməhəllə ilçəsi şəhər mərkəzi xaricində kələ-kötür bir ərazidə yaradılmışdır. Dəniz səviyyəsindən yüksəkliyi 830 metrdir. İlçənin sahəsi 274 km²-dir. Qonşu illərdən axan Çubuk çayı, Hatip çayı və İncəsu dərəsi ilçənin Akköprü mövqeyində birləşdikdən sonra Çiftlik, Güvercinlik və Etimesqutdan keçərək Sincan Osmaniye kəndi yaxınlığında Akıncı düzənliyindən gələn Ova çayı ilə birləşərək Ankara çayına tökülür və Sakarya şayının böyük bir qolu olaraq Polatlı sərhədlərinə qədər uzanır. Yeniməhəllə ilçəsi Ankaranın 16 mərkəz ilçəsindən biri olub 1957-ci ildə qurulmuşdur. İlçədə 54 məhəllə var.
Çubuk, Ankara
Çubuk — Ankaranın bir mahalıdır. Ankara şəhər mərkəzindən 35 km məsafədə yerləşir. Osmanlı İmperiyasında İnterregnumu başlatan Ankara döyüşü Çubuk düzündə baş verdi. Türkiyənin ikinci ən böyük beynəlxalq hava limanı olan Esenboğa Beynəlxalq Hava Limanı rayonun sərhədləri daxilində yerləşir.
Çubuk (Ankara)
Çubuk — Ankaranın bir mahalıdır. Ankara şəhər mərkəzindən 35 km məsafədə yerləşir. Osmanlı İmperiyasında İnterregnumu başlatan Ankara döyüşü Çubuk düzündə baş verdi. Türkiyənin ikinci ən böyük beynəlxalq hava limanı olan Esenboğa Beynəlxalq Hava Limanı rayonun sərhədləri daxilində yerləşir.
Ankara sarayı
Ankara sarayı — Türkiyənin paytaxtı Ankarada rəsmi dövlət qonaq evi kimi istifadə edilən tarixi bina. Əvvəlcə Türkiyə Səhiyyə Nazirliyinin binası kimi layihələndirilmiş, 1928-ci ildə tikintisi başa çatdıqdan sonra Türkiyə Böyük Millət Məclisinin deputatları üçün otel kimi istifadə edilmişdir. Bina 1924–1927-ci illər arasında tikilib. Onun ilk dizaynı memar Vedat Tek tərəfindən hazırlanmışdır. Səhiyyə Nazirliyinə məxsus bina kimi tikintisinə başlandıqdan sonra Vedat bəyin memarlıq haqqı ödənilməmişdir, bu səbəbdən işdən ayrılmışdır. Daha sonra memar Kəmaləddin bəy memar olaraq işə başlamış və onun yenilənmiş layihəsi ilə binanın tikintisi başa çatdırılmışdır. Memar Kəmaləddin bəy bina tikilərkən tikintidə vəfat edib. Vəqflər İdarəsinə verilən mehmanxana 1928-ci il aprelin 17-də 120 yataq yeri ilə istifadəyə verilmişdir. 1930-cu illərdə bina siyasətçilərin, jurnalistlərin və incəsənət xadimlərinin görüş yeri olub, xaricdən gələn rəsmi nümayəndə heyətlərini və qonaqları qəbul edib. Atatürk inqilabları ilə türk cəmiyyət həyatına gətirilən bəzi yeniliklərin ilk olaraq Ankara sarayında başladığı məlumdur.
Ankara Demirspor
Ankara Dəmirspor — 16 mart 1932-ci ildə təsis edilmiş və 29 oktyabr 1932-ci ildə təsis edilməsi rəsmi olaraq təsdiqlənmiş türk futbol klubudur. Klubun əsas rəngləri qırmızı-yaşıl idi və bu gün qəbul edilən rənglər ağ-tünd mavidir. Klub Ankarada MKE Ankaragücü və Gənclərbirliyindən sonra qurulan 3-cü klubdur. Yarandığı zaman qırmızı-yaşıl forma olan Ankara Dəmirspor 1933-cü ildə Çankaya komandası ilə birləşdi və formanın rəngi mavi-tünd göyə çevrildi. Uzun müddət ev matçlarını Cebeci İnönü Stadionunda keçirdikdən sonra 2015–16 mövsümündən etibarən Behiçbeydəki klub obyektlərində inşa edilən TCDD Ankara Dəmirspor Stadionunda oynamağa başladı.
Ankara Klementi
Ankara Klementi — Ankara şəhərinin yepiskopu, xristian müqəddəsi. Pravoslav, Katolik və Köhnə Pravoslav kilsələrində hörmətlə qarşılanır. Ankara Klementi 258-ci ildə Qalatiyanın tərkibində olan Ankara şəhərində anadan olmuşdur. Atası bütpərəst, anası isə xristian idi. On iki yaşında Klement yetim qaldı və Klementi xristian ruhunda böyüdən anasının dostu Sofiya tərəfindən övladlığa götürüldü. Sofiya, Klementin öyrətməyə və xristianlığı qəbul etməyə hazırlaşmağa başladığı bir çox tərk edilmiş uşağa sığınacaq verdi. On səkkiz yaşında Klement artıq Ankara xristian icmasında şöhrət qazanaraq presviter təyin edilmişdi. İyirmi yaşına çətinliklə çatan Klement məmləkəti Ankara yepiskopu təyin edildi. İmperator Diokletian (284–305) dövründə Ankaralı Klementdən xristian inancından imtina etməsi tələb olunur. İmtina etdikdən sonra yepiskop həbs olundu və işgəncələrə məruz qaldı.
Ankara tarixi
Ankara tarixi — Tunc dövrü Hatti sivilizasiyasına aiddir. Bunun ardınca eramızdan əvvəl II minillikdə Xet sivilizasiyası dövrü, eramızdan əvvəl X əsrdə Frigiya sivilizasiyası dövrü, daha sonra sırasıyla Lidiyalılar, Farslar, Makedoniyalılar, Qalatiyalılar, Roma İmperiyası, Bizans İmperiyası, Səlcuqlular və Osmanlı İmperatorluğu dövrləri gəlir. Anadoluda insan xüsusiyyətlərinə malik ilk primat qalıqları Ankarada Fikrət Ozansoy tərəfindən tapılmış və Ankarapithecus meteai adlandırılmışdır. Ankaranın məlum tarixi Paleolit ​​dövrünə gedib çıxır. Bu dövrə aid müxtəlif əsərlər Gavur qala, Erqazi, Lodumlu və Maltəpədə tapılmışdır. Ankaranın qədimliyinə aid tapıntılar Anadolu Sivilizasiyaları Muzeyinin Ankara qalereyasında əsrlər boyu sərgilənir. Avram Qalanti tərəfindən ilk dəfə 1950-ci ildə Ankara Tarix Kitabı nəşr olunmuşdur. Hetlər eramızdan əvvəl 2000-ci ildə Anadoluda ilk siyasi birlik idi. Ankara şəhər mərkəzi və ətrafındakı ən qədim xarabalıqlar Tunc dövründə hökm sürən Hatti sivilizasiyasına aiddir. Hellenistik dövrə qədər Ankara ilə bağlı yazılı sənədlərdə heç bir məlumat olmadığından, Xet dövrünün Ankarası ilə bağlı məlumatlar İç Anadoludakı mərkəzlər və bu dövrü ortaya qoyan Ankara ətrafındakı şir və sfenks təsvirləri vasitəsilə əldə edilmişdir.
Anqarida
Anqarida- ÜSt Paleozoyda və Mezozoyda mövcud olmuş, müasir Sibir ilə Şm. Çini ahətə edən fərziyəvi Şm.Asiya qurusu-materiki. Ob, Baykalid və Anabar quru massivlərinin birləşməsindən yaranıb, cənubda yerləşən Qondvana materikindən Tetis dənizi ilə ayrılmışdır.
Anqarsk
Anqarsk (rus. Ангарск) — Rusiya Federasiyasında yerləşən şəhər İrkutsk vilayətinin tərkibinə daxildir.
Çanqaya
Çankaya — Türkiyənın Ankara ilinin ilçəsi. Əhalisi 792 189 olan Çankaya Keçiören ilçəsindən sonra Ankaranın ikinci metropol ilçəsidir.
Aqarta
Aqarta — Tibet və Mərkəzi Asiya mədəniyyətlərində qeyd olunan Asiyada yerləşən sıra dağlardakı əfsanəvi yeraltı dünyası. Aqartaya məxsus tunellərin ABŞ, Braziliya və Türkiyədə yerləşdiyi irəli sürülür. Aqartaya inanan insanların düşüncələrinə görə aqartalılar bizdən daha yüksək texnologiyaya sahibdirlər və UFO-ları da əslində onlar hazırlayıblar. Həmçinin Hitler bu mövzu üzrə araşdırmalar etmişdir. Aqarta teosoflara görə Mu və Atlantidadan köç edən rahiblər tərəfindən qurulub və sonralar gizli qalmaq üçün dağ və mağaranın içərilərinə çəkilmişdir. Bəziləri Aqartaya qarşı qurulmuş Şambala adlı varlığın mövcudluğunu irəli sürsələr də Aqartanın Tibet mədəniyyətindəki digər adı Şambaladır.
Ağqaya
Kəndlər Ağqaya (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Dağlar Ağqaya dağı (Şahbuz) — Azərbaycan Respublikasının Şahbuz rayonunun ərazisində dağ. Ağqaya dağı (Babək) — Azərbaycan Respublikasının Babək rayonunun ərazisində dağ. Ağqaya dağı (İcevan) — Ağqaya dağı (Göyçay) — Göyçay rayonunun Şərqində, Qarayazı kəndindən Şimalda dağ. Ağqaya dağı (Quba) — Quba rayonu ərazisində dağ.
Nağara
Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb. Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Coşdu qurd gönündən olan nağara, Dünyanın beynini gətirdi zara. "Nağara" ərəbcə "vurmaq" deməkdir " Nağara 5 hissədən ibarətdir: Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur.
Karlen Abqaryan
Karlen Aramoviç Abqaryan (erm. Կարլեն Արամի Աբգարյան, rus. Карле́н Ара́мович Абгаря́н; 4 sentyabr 1928, Amasiya, Şirak mərzi – 4 fevral 1995, Sankt-Peterburq) — texniki kibernetika sahəsində SSRİ alimi, texnika elmləri doktoru (1966), professor (1968), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1987). Əslən Ermənistandandır. Avtomatik idarəetmə sistemlərinin nəzəriyyəsi, diferensial və inteqro-diferensial tənliklər nəzəriyyəsi, çoxölçülü qeyri-stasionar idarəetmə sistemlərinin dinamik xarakteristikalarının qurulması üsulları üzərində işləmişdir. 1987–1992-ci illərdə SSRİ Nəzəri və Tətbiqi Mexanika Milli Komitəsinin üzvü, Amerika Riyaziyyat Cəmiyyətinin fəal üzvü olmuşdur. 30 elmlər namizədi və 5 elmlər doktoru hazırlamışdır. 3 medalla təltif olunmuşdur. Qızı Karine Karlenovna Abqaryan, MAİ-nin dosenti, Rusiya Elmlər Akademiyası Hesablama Mərkəzinin baş alimi. Oğlu Vartan Karlenoviç Abqaryan 1980-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir, MAİ-də elmi işçidir.
Çanqaya köşkü
Çanqaya köşkü — Türkiyənin paytaxtı Ankarada yerləşən və siyasi-mədəni əhəmiyyətə sahib memarlıq nümunəsidir Bu köşk uzun illər Türkiyə Cümhuriyyəti rəhbərlərinin iqamətgahı olmuşdur. Köşk Qızılay meydanından 5 km. Şərqdə və 1.77 km² ərazidə yerləşir. İctimaiyyətə bağlıdır. Atatürk muzey köşkü kimi tanınan və kompleksə daxil olan ilk tikilidir. Ankarada yaşayan bir erməni tacir tərəfindən XIX əsrin sonlarında tikilmişdir. Şəhərin varlı ailələrindən olan Bulgurzadələrin əlinə keçən bağevi Kasapyan köşk adı ilə tanınır. Köşk Atatürkə hədiyyə olaraq verilir. Belə ki, Ankara Müftisi Rüfət Əfəndinin səyləri nəticəsində əhali arasında 4500 türk lirəsi yığılaraq köşk Bulgurzadələrdən alınır və Mustafa Kamala hədiyyə edilir. Mustafa Kamal Atatürk burada 1921–1932-ci illər arasında yaşayıb.
İnqaryo adası
İnqaryo adası (isv. Ingarö) — İsveçin sahəsinə görə 16-cı ən böyük adası. Stokholm arxipelaqının tərkibinə daxildir. İnzibati cəhətdən Stokholm leninin Vermdyo kommunasına daxildir. Sahəsi 63 km²təşkil edir. Ən hündür nöqtəsi 47 m adanın şimalında yerləşir. Didər yüksəklik isə şərqdədir (45 m). Stokholmdan cənub-şərqdə yerləşr. Materiklə körpü ilə birləşir. Ada meşə ilə örtülüdür.
Ağarza Qafarov
Ağarza Nurməmməd oğlu Qafarov (23 yanvar 1920, Bakı – 5 may 1999) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1963–1968). Ağarza Qafarov 1920-ci ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1939–1944-cü illərdə Sovet Ordusunda xidmət edən Ağarza Qafarov Böyük Vətən müharibəsində iştirak etmişdir. 1944–1949-cu illərdə rəhbər komsomol işində, 1949–1954-cü illərdə Azərbaycan SSR Ehtiyat Əmək Qüvvələri İdarəsi rəisinin müavini, Kinolaşdırma İdarəsinin rəisi işləmişdir. 1954-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1959–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) işlər müdiri olmuşdur. 1963–1968-ci illərdə Azərbaycan SSR ticarət naziri, 1968-ci ilin iyunundan isə Azərbaycan SSR neftçıxarma sənayesi nazirinin müavini vəzifələrində çalışmışdır. Ağarza Qafarov 1955–1957-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi bürosunun üzvü, 1958–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1960–1963-cü illərdə Mərkəzi Komitə üzvlüyünə namizəd, 1964-cü ildən isə Mərkəzi Komitənin üzvü olmuşdur. 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. "Кафаров Агарза Нурмамедович" (rus).
Ağarza Quliyev
Ağarza Səməndər oğlu Quliyev (26 dekabr 1898, Lənkəran, Lənkəran qəzası – 15 sentyabr 1976, Bakı) — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). Ağarza Səməndər oğlu Quliyev 26 dekabr 1898-ci ildə Lənkəranda anadan olub. 1924–cü ildə Azərbaycan Teatr məktəbini, 1927–ci ildə isə Kinofabrikanın nəzdində kino emalatxanasını bitirib. 1936-cı ildə Lətifə Həsənova ilə ailə qurub. Ağarza Quliyev 15 sentyabr 1976-cı ildə Bakıda vəfat edib. 1924-cü ildən kinoda fəaliyyətə kinoaktyor kimi başlayıb, 1934-cü ildən kinorejissor kimi fəaliyyətini davam etdirib. Azərbaycan kinosunda 50 illik fəaliyyəti nəticəsində 25-dən çox filmin üzərində işləmiş, rejissor olaraq "Almaz", "Yeni horizont", "Qara daşlar", "Səhər", "Ulduz", "Mən ki gözəl deyildim" tammetrajlı bədii filmlərini çəkmiş, bir neçə filmdə aktyor kimi də çəkilmişdir. Eyni zamanda dublyaj sahəsində də əməyi olan rejissor bir çox filmlərin dilimizə tərcümə edilməsi üzərində işləmişdir. Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı — 1960 Aktyor kimi Bayquş (film, 1924) (tammetrajlı bədii film) (rol: Əli) Balıqçılar (film, 1927) (qısametrajlı bədii film)(rol: balıqçı) Gilan qızı (film, 1928) (tammetrajlı bədii film) (rol: Əli) İlk komsomol buruğu (film, 1930) (tammetrajlı bədii film) (rol: Məmməd) Qızıl kol (film, 1930) (tammetrajlı bədii film) Əlsiz adamlar (film, 1932) (tammetrajlı bədii film) (rol: Şərif) Тринадцать (On Üç) (film, 1936) (tammetrajlı bədii film) (rol: Quliyev) Bir məhəllədən iki nəfər (film, 1957) (tammetrajlı bədii film) Sən niyə susursan? (film, 1966) (tammetrajlı bədii film) (rol: kənd müəllimi) Mən ki gözəl deyildim (film, 1968) (tammetrajlı bədii film) (rol: Rəhim baba) Sevil (film, 1970) (tammetrajlı bədii film) (rol: Babakişi) Rejissor assistenti kimi Bismillah (film, 1925) (tammetrajlı bədii film) Qızıl kol (film, 1930) (tammetrajlı bədii film) 26 komissar (film, 1932) (tammetrajlı bədii film) Rejissor köməkçisi kimi Hacı Qara (film, 1929) (tammetrajlı bədii film) Rejissor kimi Direktiv bant (film, 1932) (qısametrajlı bədii film) Azərbaycan diviziyasının düşərgələrində (film, 1932) (qısametrajlı sənədli film) Dostlar (film, 1934) (qısametrajlı bədii film) Almaz (film, 1936) (tammetrajlı bədii film) Yeni horizont (film, 1940) (tammetrajlı bədii film) Vətən oğlu (film, 1941) (qısametrajlı bədii film) Bəxtiyar (film, 1942) (qısametrajlı bədii film) Qara daşlar (film, 1956) (tammetrajlı bədii film) Səhər (film, 1960) (tammetrajlı bədii film) Ulduz (film, 1964) (tammetrajlı bədii film) Mən ki gözəl deyildim (film, 1968) (tammetrajlı bədii film) Ssenari müəllifi kimi Ulduz (film, 1964) (tammetrajlı bədii film) Mən ki gözəl deyildim (film, 1968) (tammetrajlı bədii film) Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.