Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Animizm
Animizm (lat. anima – ruh) — ruhun varlığına inancı bildirən termin. Animizmə görə, insanları, heyvanları, maddi aləmin digər cism və hadisələrini ruh idarə edir. Yəni ruhların mövcudluğu, onların heyvanların, insanların həyatına , ətraf aləmin predmetinə və hadisələrinə təsir etməsinə inancdır. İbtidai insan doğum, ölüm, bayılma, yuxu, xəstəlik və s. hadisələri bədəndəki ruhun fəaliyyəti ilə bağlayırdı. Axirət dünyasına, əcdada, təbiətə pərəstiş animizmin əsas ideyasıdır. İnsanın və heyvanın ruhu onun nəfəsində, qanında, bəzi orqanlarında (ürək, baş, gözlər), kölgəsində yerləşə bilərdi. "Animizm" terminini elmə ilk dəfə 18-ci əsrin əvvəllərində alman həkimi G. Ştal gətirmişdir. 19-cu əsrdə ingilis idealist filosofları, təkamülçülük nümayəndələri E. Taylor və H. Spenser A. nəzəriyyəsini inkişaf etdirmişlər.
Atomizm
Atomistika və ya atomizm (qədim yunan sözü olub a-tomos, bölünməz deməkdir) - materiyanın diskret, arası kəsilmədən (atomlardan və mikrozərrəciklərdən ibarət) quruluşu haqqında təlim. Atomistikanınn ilk tərifi nyaya, vayşeşika qədim hind fəlsəfəsi təlimlərindən daha dolğun isə Levkip, Demokrit, Epikür və Lükretsi fəlsəfəsində verilmişdir. Antik fəlsəfənin sonrakı mərhələləri 1) eklektizm; 2) skeptisizm və sofizm üçün zəmin rolu oynayan qnoseoloji problemlərin meydana gəlməsi, bilik qaydalarını izah edən Sokratın fəlsəfəsi; 3) atomistlər tərəfindən təqdim edilmiş varlıqla olmuşun sintezi. Atomizm, yaxud mexanisizm müxtəlif formalarda ifadə olunmuşdur. Ya bir neçə keyfiyyətinə görə müxtəlif maddələr dünyanın başlan­ğıcı götürülür, yaxud da keyfiyyətinə görə vahid (atom) başlanğıcı kimi qəbul edilirdi. Birinci halda maddələr ilkin şeylər (Anak­saqor) sayılır, yaxud da maddə (cism) və ruh bir– birinə qarşı qoyulurdu (materializm). Hərəkətin mənbəyi də müxtəlif cür başa düşülürdü. Ya maddədən (cismin) özü ilə əlaqələndirilirdi. Atomizm Empedokl və Anaksaqorun mexanizmindən inkişaf etmişdir. Empedokl (b.
Unanimizm
Unanimizm — XX əsrin əvvəllərində fransız ədəbiyyatında formalaşmağa başlamış cərəyan. Unanimizm nümayəndələri simvolizmin əleyhinə çıxaraq həyat gerçəkliyinin düzgün təsvirinə, üslub sadəliyinə çalışır, sərbəst şeirə üstünlük verirdilər. Buna baxmayaraq mücərrəd humanizmə və qeyri-sinfi yekdilliyə mistik sitayiş unanimistlərin realizm mövqelərinə keçməsinə imkan verməmişdir. Unanimizm Şarl Bodler, Volt Vitmen və Emil Durkhaym kimi önəmli şəxslərə də təsir etmişdir.
İntimizm
İntimizm (lat. intimus — ən dərin, gizli, məhrəm, həqiqi, səmimi) — XIX–XX əsrin qovşağında neoimpressionistlərin mühitində yaranmış janr rəssamlığının növlərindən biri. İntimist-rəssamlara bir qayda olaraq Nabi qruplaşmasının üzvləri: Pyer Bonnar, Eduar Vüyar, Ker-Ksavye Rüssel, Feliks Vallatonu aid edirlər. İntimistlərin işlərinin əsas süjetini — insanların deyil rəng və kompozisiyanın ön plana gətirildiyi gündəlik həyat səhnələri təşkil edir. İntimizmə qeyri-adi rakusrlar (bilərəkdən məkanın ikiölçülü olması vurğulanır) və dekorativ üsullar (məs. ön planda natürmort rəsmin çəkilməsi) xarakterikdir. Власов В.Г. Новый энциклопедический словарь изобразительного искусства: В 10 т. СПб. Азбука-классика 2006 том=4 стр.751 isbn=5-352-01759-1 Мосин И.Г. Мировое искусство. Направления и течения от импрессионизма до наших дней.
Avimim
Аvimim (lat. Avimimus — "Quşa bənzəyir") — Avimimidae fəsiləsinə aid dinozavr növü. == Görünüşü == Bu dinozavrlar 1,5 m uzunluğa və 70 sm hündürlüyə malik olmuşlar. 15 kq çəkiyə malik imişlər. Onlar quşlar kimi lələklərə sahib olsalarda heç uça bilməmişlər. Güçlü ayaqlar sayəsində 1/s 70 /km sürətlə qaca bilirlər. Çox böyük ehtimal ki, digər növlərin yuvalarına basqın edərək yumurtalarla qidalanırmış. Onlar əsasən Monqolustan ərazisində Təbaşir dövründə təxmini olaraq 85–70 milyon il önçə yaşamışlar. == Açılışı == Avimimlər ilk dəfə sovet paleontoloq Sergey Kurzanov tərəfindən 1981-ci ildə aşkarlanmışdır. == Ədəbiyyat == Все о динозаврах.
Mənim gözəl xanımım (film)
"Mənim gözəl xanımım" (ing. My Fair Lady) — rejissor Corc Kyukorun filmi. Məşhur professor Henri Hiqqins öz dostu ilə savadsız bir adama – küçədə gülsatan işləyən Elizaya təhsil, danışıq və yüksək davranış qaydalarını öyrətməyi barəsində mərc gəlir. Və onu əsl xanım edəcəyinə söz verir. Parlaq yumor, məzəli vəziyyətdə tamaşaçıların gözü qabağında Zoluşka şahzadəyə çevrilir. Heç vaxt evlənməyəcəyini qət etmiş qəhrəman isə aşiqə çevrilir... Film "Oskar", BAFTA, "Devid di Donatello", "Qızıl qlobus" mükafatlarına layiq görülmüşdür.
Mənim gözəl xanımım (film, 1964)
"Mənim gözəl xanımım" (ing. My Fair Lady) — rejissor Corc Kyukorun filmi. Məşhur professor Henri Hiqqins öz dostu ilə savadsız bir adama – küçədə gülsatan işləyən Elizaya təhsil, danışıq və yüksək davranış qaydalarını öyrətməyi barəsində mərc gəlir. Və onu əsl xanım edəcəyinə söz verir. Parlaq yumor, məzəli vəziyyətdə tamaşaçıların gözü qabağında Zoluşka şahzadəyə çevrilir. Heç vaxt evlənməyəcəyini qət etmiş qəhrəman isə aşiqə çevrilir... Film "Oskar", BAFTA, "Devid di Donatello", "Qızıl qlobus" mükafatlarına layiq görülmüşdür.