Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anlama... (film, 2008)
Anlama... qısametrajlı bədii filmi rejissor Murad Muradov tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbinin istehsalıdır. Film cəmiyyətin insanlara qarşı olan biganəliyindən bəhs edir. Əsas rolları Ələkbər Əmiraslanov, Əlizamin Abdullayev, Azər İsmayılov və Anar Cabbarov ifa edirlər. == Məzmun == Film cəmiyyətin insanlara qarşı olan biganəliyindən bəhs edir.
Anaya məktub (film, 1980)
Anaya məktub qısametrajlı sənədli filmi rejissor Nicat Feyzullayev tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları ifa edirlər. Filmdə SSRİ-nin müxtəlif şəhərlərində təhsil alan həmyerlilərimizdən bəhs edilir. == Məzmun == Son illər Sovet İttifaqının ən yaxşı ali məktəblərinə respublikamızdan oğlan və qızların qəbulu on dəfə artmışdır. İndi SSRİ-nin 152 ali məktəbində 3300-dən çox azərbaycanlı gənc 244 ixtisas üzrə təhsil alır. Onların 800-dən çoxu Moskvanın 42 ali məktəbində 136 ixtisasa yiyələnir.Filmdə SSRİ-nin müxtəlif şəhərlərində təhsil alan həmyerlilərimizdən bəhs edilir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Eyvaz Eyvazov Rejissor: Nicat Feyzullayev Operator: Ələkbər Muradov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Ablana
Ablana — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Kürün şimal qollarından biri ilə Alban çayı arasında yerləşdiyi qeyd edilmişdir. Yeri müəyyən olunmamışdır.
Aglaia
Aqlaiya (lat. Aglaia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinə aid bitki cinsi.
Alanya
Alanya (1935-ci ilə kimi Əlaiyyə, osm. علائیه, türk. Alâiye) — Antalya ilinin ilçəsi. Antalyanın mərkəzindən 135 km. aralıda yerləşir. == Coğrafya == === Əhalisi === Əhali sayı: 94.022 (2008).
Ankara
Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir. == Etimologiya == Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα (Qədim yunan dilində Anqira və Ankira olaraq tələffüz edilir) olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Ankara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Ankara" olmuşdur.
Anlayış
Anlayış — predmet və hadisələrin ümumi, mühüm əlamətlərini əks etdirən fikirdir, təfəkkür formasıdır. O, real gerçəkliyin dərkində əsas rol oynayır. Obyektiv gerçəkliyin özündə anlayış yoxdur, bunlar insan şüurunda meydana gəlir və gerçəklikliyin predmetlərini, hadisə, proseslərini əvəz edir, insan təbii ünsiyyət dilinin və formallaşmış dillərin köməkliyi ilə əldə olunmuş bilikləri sistemləşdirir, nəsildən-nəslə keçirir, inkişaf etdirir. Məntiq tarixində anlayışlara münasibətdə iki cür ifratçılığa yol verilmişdir. Bir çox məntiqçilər anlayışları gerçəklikdən təcrid edərək ona qarşı qoyurdular, gerçəkliklə anlayışların üzvi əlaqəsini izah edə bilmirdilər. Digər qrup alimlər isə anlayışlarla gerçəkliyi eyniləşdirirdilər, anlayışlarların dərin keyfiyyət fərqini, onun spesifikliyini anlamırdılar. == Anlayışların meydana gəlməsi == Bu proses insan təfəkkürünün təşəkkül tapmasının və inkişafının obyektiv qanunauyğunluğudur. Təfəkkürümüzdə anlayışların meydana gəlməsi və mövcudluğunun obyektiv əsasını bizi əhatə edən gerçəkliyin predmetli xarakter kəsb etməsidir, başqa cür desək, gerçəklikdə keyfiyyət müəyyənliyinə malik olan ayrı-ayrı predmet və hadisələrin olmasıdır. Məsələn, bitki, canlı, Yer, Günəş, planetlər, kosmik səma, çaylar, dağlar və i. a.
Anqara
Anqara — RF-nin İrkutsk vilayətində və Krasnoyarsk diyarında çay. == Adın etimologiyası == Adı buryat dilində "oyuq", "yarğan", "dərə", habelə "açıq", "aralanmış" mənalarını verən "anqa" sözündən götürülmüşdür. Tarixi mənbələrdə ilk dəfə XIII əsrdə Ankara-Muren adı ilə xatırlanır. == Ümumi mməlumat == Yeniseyin ən çoxsulu sağ qolu. Mənbəyini Baykal gölündən götürür. Orta Sibir yaylasının cənub hissəsindən keçərək Yeniseysk şərqindən yuxarıda Yenisey çayına tökülür. Uzunluğu 1779 km, hövzəsinin sahəsi - 1 040 min km², Baykal gölünün hövzəsini çıxmaqla 468 min km². İrkutsk, Bratsk və Ust-İlim SES-lərinin tikilməsi nəticəsində Anqaranın yuxarı axını su anbarına çevrilmişdir. Su anbarları arasındakı sahədə Anbarının dərəsi asimmetrik quruluşludur. Mənsəb hissəsində Yenisey təpəliyini kəsir və astana əmələ gətirir.
Antakya
Antakya və ya tarixi azərbaycancada Əntakiyə — Türkiyənin cənubunda, Suriya sərhədinin yaxınlığında olan Hatay ilində şəhər və onun inzibati mərkəzi. == Tarixi == Əntakiyəni e.ə. 300-cü ildə Makedoniyalı İsgəndərin sərkərdəsi I Selevk Nikator salmış və atası Antioxun adını vermişdir. 1516-cı ildə türklər Əntakiyəni alandan sonra Əntakiyə adlandırılmışdır. Roma tikililərindən stadionun, yaşayış evlərinin, şəhərkənarı mozaikalı mülklərin, Asi çayı üzərindəki körpünün, 5 darvazalı Bizans divarlarının qalıqları saxlanılmışdır. Şəhərkənarı Dafnada teatr (2 əsr), qəbiristanlıq (381), Müqəddəs Pyotr mağara məbədi (4–5 əsrlər) qalmışdır. Əntakiyənin ətraf yerlərində erkən xristian xarabalıqlarından müqəddəs Semyon (541–565), Müqəddəs Varlaam (6 əsr) monastırları, islam abidələrindən Ulu Came (16 əsr), Həbib Nəcar məscidi saxlanılmışdır. Hatay arxeoloji muzeyi var. Əhalisi 352 min (2007). Asi çayı sahilindədir.
Antalya
Antalya — Türkiyənin cənubunda Aralıq dənizi sahilində kurort şəhəri və liman. Antalya ilinin mərkəzidir. Əhalisi 2015-ci ildə 2.300.000 nəfərdir. Tamamı Aralıq Dənizi Bölgəsinin qərbində yerləşir və Antalya Körfəzi ilə Qərbi Tavr Dağlarının arasında yaradılıb. Ərazicə Türkiyənin altıncı böyük rayonudur. Cənubunda Aralıq dənizi, qərbində Muğla, şimalında Burdur və Isparta, şimal-şərqində Konya, şərqində isə Karaman və Mersin rayonları var. Antalya şəhəri, 1980 ildən sonra əlverişli iqlim şəraiti və turizm tədbirləri səbəbilə sürətlə inkişaf etmiş və buna paralel olaraq rayon də hazırda Türkiyənin ən böyük beşinci rayonu olmuşdur. Antalyada iqtisadi həyat böyük miqdarda ticarət, kənd təsərrüfatı və turizmə əsaslanır. Antalya rayonunun əhatə etdiyi bölgə tarix boyu günümüzə qədər bir çox mədəniyyətə sahib olmuş və Türkiyədə ən çox antik şəhər olan rayondur. Öz növbəsində Likiyalılar, Lidiya, Pamfiliyalılar, Bergamalılar, Romalılar, Bizanslılar, Səlcuqlar, Osmanlılar və son olaraq da Türkiyə Cümhuriyyəti hakimiyyətində olan Antalya, bu mədəniyyətlərin heç birində paytaxt olmayıb.
Aqlaiya
Aqlaiya (lat. Aglaia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinə aid bitki cinsi.
Atlama
Atlama — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: qatıq – 400 q, su – 600 q, duz – zövqə uyğun, göyərti, xiyar == Hazırlanma qaydası == Atlama qatıqdan hazırlanan ayrana oxşar sərinləşdirici içkidir. Atlamanı qoyun və inək qatığından çoxlu miqdarda hazırlamaq üçün tuluğa qatıq və su töküb cavan oğlanın tərkinə bağlayırlar. Oğlan ata minir (atlanır) və atı otərəfə bu tərfə çalır. Bu zaman tuluq çalxalanır və qatıq suda yaxşı həll olur. Çox güman ki, içkinin adı da buradan götürülmüşdür. Atlamaya bir qədər duz vurduqdan sonra içilir. Ayranı əvəz etdiyindən atlamaya qatıq ayranı da deyilir. Müasir dövrdə atlamanı elektrik mikserində kokteyl kimi hazırlamaq daha əlverişlidir. Atlamadan doğramac hazırlamaq üçün də istifadə edilir.
Ağqaya
KəndlərAğqaya (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.DağlarAğqaya dağı (Şahbuz) — Azərbaycan Respublikasının Şahbuz rayonunun ərazisində dağ. Ağqaya dağı (Babək) — Azərbaycan Respublikasının Babək rayonunun ərazisində dağ. Ağqaya dağı (İcevan) — Ağqaya dağı (Göyçay) — Göyçay rayonunun Şərqində, Qarayazı kəndindən Şimalda dağ. Ağqaya dağı (Quba) — Quba rayonu ərazisində dağ.
Danaya
Budaqlı danaya - ( lat. Danae racemosa (L.) Moench). Bigəvərkimilər—(Ruscaceae Hutch.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri: == Qısa, sürünən, üfüqi kökümsov gövdəli həmişəyaşıl, qollu-budaqlı yarımkoldur. Gövdəsinin uzunluğu 0, 5-1, 5 (2, 5) m-dir. Çiçək salxımlarının uzunluğu 4-7 sm-dir, (3) 6 -16 (20)çiçəklidir, təpə budaqlarındakıkaldodidlərin qoltuqlarında yerləşmişdir və üst tərəfdən buğumlara ayrılmışdır. Çiçəkləri xırda ikicinslidir, diametrləri 3 mm-ə yaxındır; çiçəkyanlığı sənəkvari şəkildə və ağdır, bir qədər lətlidir, deltaşəkilli 6 dişiciyi vardır. Erkəkcikləri 6-dır, onların telləri birləşib, boru şəklini almışdır. Giləmeyvələri kürəvi, lətli, qırmızı rəngli, birtoxumlu, diametri 6-8 (10) mm-dir.
Çankaya
Çankaya — Türkiyənın Ankara ilinin ilçəsi. Əhalisi 792 189 olan Çankaya Keçiören ilçəsindən sonra Ankaranın ikinci metropol ilçəsidir.
Çanqaya
Çankaya — Türkiyənın Ankara ilinin ilçəsi. Əhalisi 792 189 olan Çankaya Keçiören ilçəsindən sonra Ankaranın ikinci metropol ilçəsidir.
ANAMA
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
Alaha
Alaha (Halakha, Halacha, Alaha, הלכה İbranicedə "getmək" mənasındadır) Yəhudi qanun sistemini təyin bir anlayışdır. Şifahi və yazılı köçürülən əmr və nəhyləri əhatə edən ümumi bir dini hüquq anlayışıdır. Təxminən olaraq Babil Talmudunun üçdə biri və Qüds Talmudu'nun da altıda birini Halaha təşkil edir. Alaha hüquq sisteminin bir çox hissəsi müasir hüquq sistemlərində də görülən vətəndaş hüquq və cinayət hüququ kimi hissələrdən ibarətdir. Alaha 613 əmrdən ibarətdir. Bunun 365'i qadağalardan müteşekkildir. Qaynağı Tora'dır.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Alaşa
Alaşa — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 396 nəfərdir.[mənbə göstərin]Alaşa Astara rayonunun Səncərədi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Toponimin yerli tələffüz formasına (ələşo) əsaslanan tədqiqatçılar onu "böyük həyat" kimi izah edirlər. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. == Etimologiyası == Coğrafi adın tərkibindəki «ala» komponenti qədim türk dillərində «böyük», «şa» isə talış dilində həyat sözünün qədim variantı olub «böyük həyat» böyük yaşayış məntəqəsi mənasındadır. == Din == Kənddə "Məhəmməd" məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxslər == === Şəhidləri === Rüstəm Şahbazov (1974-1992). Vüsal Nəhmətov (1987-2020). Nihad Əhmədov (2000-2020).
Aliya
Aliya (termin)
Aloya
Əzvay (lat. Aloe) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Quşqonmazçiçəklilər sırasının dərman əhəmiyyətli növlərindən biri də aloe (əzvay) bitkisidir. O, isti ölkələrdə geniş yayılmışdır. Ən çox becərilən növü ağacşəkilli aloyadır. Aloe uzun, yaşıl, lətli-şirəli, kənarları tikanlı yarpaqlara malik çoxillik sukkent bitkidir. Təbii halda ən çox Afrikanın cənub-şərq hissəsində, yarımsəhra yerlərdə yayılmışdır. Azərbaycanda Abşeron istixanalarında becərilir. Aloenin yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Xalq təbabətində aloe şirəsini bal ilə qatıştırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəısində istifadə edirlər.
Aglaia agglomerata
Aglaia agglomerata (lat. Aglaia agglomerata) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Aglaia aherniana
Aglaia aherniana (lat. Aglaia aherniana) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Aglaia amplexicaulis
Aglaia amplexicaulis (lat. Aglaia amplexicaulis) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Aglaia angustifolia
Aglaia angustifolia (lat. Aglaia angustifolia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.