Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anqob
Anqob (fr. enqobe) – dekorativ keramika örtüyü. Saxsı məmulatların rəngini, yaxud səthinin kələ-kötürlüyünü örtmək və bədii tərtibatını zənginləşdirmək üçün istifadə edilir. Ağ və rəngli növləri var. Anqobla qabın həm daxili, həm də xarici səthini örtmək olur. Antik dövrdə dekorativ sənətdə geniş yayılmışdı. Anqob fasadların üzlənməsi üçün məmulatlar və rəngli kərpic istehsalında tətbiq olunur. Adətən səthə çilənir, sonra isə məmulat kürədə bişirilir (yandırılır). Anqobun üzərinə şəffaf mina qatı, müxtəlif naxışlar və s. çəkilə bilər.
Anqol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Anqo
Şanyü Anqo (v. 94) — Hunların XXX şanyüsü. Şanyü Anqo taxta gələndə bir çoxu ona müxalifət edirdi. Ona çoxu hörmət etmirdi və taxtın Tunduşinin olmasını daha çox istəyirdi. Anqo şimaldan gələn hunları ətrafına yığıb Tunduşini öldürmək qərarına gəldi. Çinə də bu barədə müraciət etdi. Müharibədə Tunduşiyə məğlub olan Anqo dayısı Quduxu tərəfindən öldürüldü.
Anqor çılpaqçası
Anqor çılpaqçası (lat. Oxynoemacheilus angorae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Quyruq üzgəci demək olar ki, çökəksizdir. Döş üzgəcləri nisbətən uzun və böyükdür. Üst çənəsində dişvari çıxıntı vardır. Bel üzgəcində 7-8, anal üzgəcində 5 şaxəli şüa, bütün cüt olmayan üzgəclərində o qədər də düzgün olmayan sıralar əmələ gətirən tünd xallar vardır. Cinsi yetkin fərdlərin yan xətlərində deşiklər aydın görünür. Bədənində xırda pulcuqlar, yanlarında müxtəlif ölçülü və quruluşu xallar vardır. Quyruq gövdəsi orta hesabla quyruq üzgəci uzunluğundadır. Döş üzgəcləri erkəklərdə uzun olub, qarın üzgəclərinə çatmağa az qalır.
Anqo çayı
Anqo çayı (ing. Agno River, taqal Ilog Agno — Filippin arxipelaqının Luson adasından axan çay. == Coğrafiya == Çayın uzunluğu 206 kilometr, hövzəsinin sahəsi 5952 km² (bu göstərici ilə Luzon adasının Kaqayan və Pampanqa çaylarından sonra üçüncü, ölkənin beşinci çayııdır). Hövzəsinə çoxlu sayda qol daxildir. Aqno mənbəyini Mərkəzi Kordiler silsiləsinin Data dağından, dəniz səviyyəsindən 2090 metr yüksəklikdən götürür. Başlanğıcda çay şimaldan cənuba doğru axır, lakin son rübdə demək olar ki, 180 ° dönüş edir və Linqayen körfəzinin cənub hissəsinə axır. Aqno olduqca sürətli axışçı olan bir çay kimi xarakterizə olunur. Çünki düşməsi hər kilometrə 10 metrdən çoxdur. Ümumi uzunluğunun təxminən 90 kilometri (56 mil) dağlıq ərazilərdən və dərələrdən keçir. Çayda üç su elektrik stansiyası tikilir: Ambuklao, Binqa və San Rock (dünyanın ən yüksək bəndləri siyahısında 39-cu yerdədir).
Briye-e-Anqon
Briye-e-Anqon (fr. Brié-et-Angonnes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38059. Kommunanın 1999-cı il üçün əhalisi 89 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənubda, Qrenobldan 10 km cənub-şərqdə yerləşir. == Əhalisi == Əhalinin dinamikası (INSEE): == İqtisadiyyatı == Kommunada elan olunan illik orta gəlir: 29 052.7 avro.
Angol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
AdMob
Admob- Amerikan kompanyasıdır. Bu kompaniya mobil reklam üzrə ixtisaslaşır və Koliforniya ştatının San Mateo şəhərində yerləşmişdir. Şirkəti 2006-ci ildə Omar Xamoui (Omar Hamoui) təsis etmiş,məqsədi internətə keçidi olan telefonlarda reklamın təsvir edilməsi və genişləndirilməsi. 9 noyabr 2009-cu ilde məlum olmuşdur ki,Google kompanyası Admob kompaniyasını 750 milyon dollara almış, ödənişin 530 milyon dollarını şəxsi aksiyalar, 220 milyon dollarını isə nağd pulla etmişdir. Google kompaniyası press-relizdə öz alışı məqsədini bele şərh etmişdir ki, Admob veb saytlarda və mobil telefon proqramlarının reklam sahəsində böyük təcrübəyə malikdir.
Andon
Andon (fr. Andon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 54,3 km², əhalisi 504 nəfərdir (2006) artım tendensiyası ilə: 568 nəfər (2012), əhalinin sıxlığı 10,4604051565378 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 575 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.
Anhoy
Anhoy (палл. Аньхуэй, Аньхуй, çin. 安徽; пиньинь Ānhuī) — Çinin şərqində əyalət. == Tarixi == Anxoy əyalətində qədim qəsəbə tikililəri kompleksi. Xuanşan dağı ətəyində yerləşən Anxay əyalətinin İ qəzasındakı qədim məskən kompleksi ənənəvi Xoy memarlıq məktəbi üslubunda tikilmişdir. Min və Tsin dövründə tikilmiş çoxlu sayda qədim yaşayış evləri və qəbilə məbədləri bizim vaxtlara qədər yaxşı qalmışdır. Min sülaləsi dövründə 29, Tsin zamanında isə 3611 tikili yaradılmışdır. Xoy məktəbi memarlıq üslubu burada hər şeydə gözə dəyir: zərif qravürlər və kirəmit üzərində naxışlarda, ev və məbədlərin ağac sütunları və daş divarlarında, orijinal və təmtəraqlı interyerdə. Bu qəsəbə və tikililər təkcə turistləri deyil, tarix və mədəniyyəti öyrənən alimləri də cəlb edir. Onlar turistik baxımdan nadir diqqətəlayiq yerlərdir və böyük tarixi əhəmiyyətə malikdir.
Anion
Anion — mənfi elektrik yükü daşıyan, elektroliz zamanı müsbət yüklənmiş elektroda - anoda doğru yönələn ion. Anion öz təsir dairəsində atom nüvəsinin müsbət yüklərini kompensasiya edən elektronlardan və bir və ya bir neçə artıq elektron saxlayan atom və ya atomlar qrupundan ibarətdir. Kristallik birləşmələrdə təkatomlu anion yükü vahiddən çox ola bilməz. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Anqad
Anqad (31 mart 1504 – 28 mart 1552, Amritsar) — Siqhlərin ikinci qurusudur. (31 mart 1504-28 mart 1552) Quru Nanakın tələbəsi olmuşdur. Qurmuhi əlifba sının yaradıcısıdır.
Anqkor
Anqkor — Kamboca: Bir zamanlar böyük Xmer imperiyasının paytaxtı olan bu şəhər, Kambocanın tropik meşələrinin içində yerləşir. Dünyanın ən böyük məbədi olan və şəhərə adını verən "Anqkor Vat", ölkənin ən çox turist gələn bölgəsidir.
Anqola
Anqola (Angola), Anqola Respublikası (Republika de Angola) — Cənubi Afrikada, Atlantik okeanı sahilində dövlət. == Ümumi məlumat == Paytaxtı Luanda şəhəridir. Rəsmi dövlət dili portuqal dili, pul vahidi kvanzadır. İnzibati cəhətdən 18 əyalətə bölünür. Anqola BMT-nin (1976), Afrika İttifaqının (1999), BYİB-in (1989), BVF-in (1989), ÜTT-nin (1996) üzvüdür. Anqolanın Namibiya, Konqo Demokratik Respublikası və Zambiya ilə quru sərhəddi vardır. Ölkə qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Kabinda adlı anqlav bölgə (Atlantika okeanı sahilində, Konqo Respublikası və Demokratik Konqo Respublikası ərazilərində yarımanklav) Konqo Respublikasının tərkibində yerləşsə də, Anqolanın ərazisi hesab olunur. Anqolada əhalinin tərkibi müxtəlifdir, yəni portuqal, ingilis, ambundu, konqo, luçazi və digər xalqlar bu ölkənin sakinləridir. == Adın etimologiyası == "Nqola" — ali hökmdarın titulunun təhrif edilməsi deməkdir.
Anqome
Anqome (fr. Engomer) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09111. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 275 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 156 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 114 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.1%, 1999-cu ildə 65.5%). Fəal olan 114 nəfərdən 100 nəfər (54 kişi və 46 qadın), 14 nəfər işsiz (10 kişi və 4 qadın) idi. Aktiv olmayan 42 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Antib
Antib (ing. Antibes) — Fransanın cənub-şərqində yerləşən şəhər. == Ümumi məlumat == Aralıq dənizi sahilində (Mavi sahildə), Sahil Alplarının ətəklərində iqlim kurortu. Əhalisi 70 min (2004). E.ə. IV əsrdən məlumdur. Ətrafında qızılgül plantasiyası, sitrus və zeytun bağları salınmışdır. Bədii dulusçuluq inkişaf etmişdir. Ətriyyat, elektrotexnika müəssisələri, muzeylər (tarix, arxeologiya, xalq sənəti və s.), memarlıq abidələri (12–16-cı əsrlər), aqronomik tədqiqatlar mərkəzi və s. var.
Anton
Anton — rus kişi adı. Anton Arenski — Anton Rubenşteyn — Anton Denikin — Anton Purseladze — Anton Yelçin — ABŞ aktyoru.
Anzov
Anzov — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Anzov Yardımlı rayonunun Hamarkənd inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali bu adı Anzo kimi tələffüz edir. Kəndin keçmış adı Zivirs olmuşdur. XIX əsrin ortalarında aparılan araşdırmalara görə, kənddə cəmi beş ailə olmuşdur. Mütəxəssislərin fikrincə, anzol anzol Talış dilində "iki yarğan arasında kicik torpaq sahəsi" deməkdir. Lakin Qafqazda Andzav şəklində qeydə alınmış dağın adı "dar, çətin keçilən; mağara" kimi izah olunur. Tacikistanda, Hissar silsiləsindəki Anzob aşırımının adı da həmin məna ilə bağlıdır. == Tarixi == Anzov Yardımılı rayonunun böyük kəndlərindən biridir.
Arqon
Arqon (Ar) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 18-ci element. O, nəcib qazdır, 1894-cü ildə havadan ingilis fiziki Con Vilyam Rele (1842-1919) və şotland kimyaçısı Vilyam Ramzay tərəfindən ayrılmışdır. O, heç bir maddə ilə reaksiyaya girmir və buna görə də bu adı almışdır, yunanca argos - “fəaliyyətsiz”. Bu adı kimyaçı X.C.Madan təklif etmişdir. O, 1894-cü ilin avqustun 13-də Oksfordda Britaniya elmə dəstək assosiasiyasının iclasına sədrlik edirdi və həmin iclasda Reley və Ramzay yeni qazın kəşfi haqqında məlumat verirdi. 1904-cü ildə Vilyam Ramzay arqon və digər təsirsiz qazları kəşf etdiyi üçün kimya üzrə Nobel mükafatına layiq görülüb, fizik Con Vilyam Strett (lord Reley) həmin ildə mahiyyətcə eyni kəşfə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Elektrikli işıqlandırma lampalarında və fluoressensiya balonlarda istifadə edilir. Elektrik arxlarıyla edilən kəsici və qaynaq əməliyyatlarında, həmçinin, silikon və germanium kristallarının istehsalında qoruyucu soyqaz olaraq istifadə edilir. Titan və bənzəri reaktiv elementlərin əldə edilməsində rol oynayır. Radiasiya səviyyələrini ölçən Geiger sayğaclarında da istifadə edilir.
Arqos
Arqos (q.yun. Ἄργος, yun. Άργος, translit. Árgos) — Yunanıstanın cənub-şərqində şəhər. Qədim yunan şəhərlərindən biri olub, Mora yarımadasındadır. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 24.700 nəfər yaşyır.
Canqor
Canqor — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2016-cı ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. == Söz açımı == Canqor Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və "Qor" adının ilk üç hərfinin birləşməsi ilə adlandırıb. == Tarixi == Qorxmaz Əlilicanzadə 2016-cı ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2017-ci ilin yayında alət ərsəyə gəlib. Alətin ilk ustası Rizvan Qurbanovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib.
Manqo
Manqo (bitki) — püstəkimilər fəsiləsinə aid bitki cinsi. Manqo (şəhər) (fr. Mango) — Toqoda şəhər. Manqo (ada) (fici Mago) — Ficidə ada. Manqo (İtaliya) (it. Mango) — İtaliyada kommuna. Manqo (dəniz) (ing. Mango Lake) — ABŞ Floridada dəniz. Manqo (çay) — Yeni Zelandiyada çay Manqo (milli park) — Avstraliyada milli park. Manqo (mağaza) — Rusiyada ticarət nişanı Manqo (film, 2008) — Avstraliya filmi.
Onqon
Tanqo
Tanqo - XIX əsrin sonlarında meydana gəlmiş musiqi janrı və onunla assosiasiya olunan rəqs. Tanqo Montevideo və Buenos-Ayresin yoxsul məhəllələrində yaranmış, lakin sonradan bütün dünyaya yayılaraq dünya rəqs incilərinin sırasına qoşulmuşdur. Xorxe Luis Borxes tanqonu Uruqvay rəqsi milonqanın oğlu və habaneranın nəvəsi adlandırmışdı, lakin tanqo öz mənşəyini milonqa və habanera ilə yanaşı, həm də polka rəqsindən götürür. Başlanğıcda kreol tanqosu adlanan bu rəqs və musiqinin hal-hazırda Argentina tanqosu, Uruqvay tanqosu, fin tanqosu və bal tanqosu kimi geniş yayılmış növləri var. Tanqo adının Afrika tamtamlarının çıxardığı tan-qo səslərindən, ya da Latınca toxunmaq mənasını verən tangere sözündən götürüldüyü ehtimal edilir. Bu illərdə yaşanan müharibələr, aclıq və susuzluq əhalini depressiyaya salırdı. Bu zaman əhalinin depressiyadan çıxmasının tək səbəbi tanqo olurdu. İnsanlar tanqo ilə hirslərini, yalnızlıqlarını, sevgilərini və qısacası həyatlarını anladırdılar.Məşhur argentinalı müğənni və kinoaktyor Karlos Qardelin doğum tarixi olan 11 dekabr Argentinanın paytaxtı Buenos-Ayresdə hər il "Tanqo günü" kimi qeyd edilir.
Yanqon
Yanqon — Myanmada şəhər, Andaman dənizi sahilindən 30–40 km aralı, Yanqon çayı sahilində yerləşir. 6 noyabr 2005-ci ilədək Myanmanın paytaxtı olmuşdur və bu ölkənin ən iri iqtisadi və mədəniyyət mərkəzidir. İqlimi tropik, musson tiplidir. == Mənbə == ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Ağgöl
QoruqlarAğgöl Milli Parkı — Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış milli park. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun Çobankərə kəndində qoruq.KəndlərAğgöl (Arxangel) — Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ağgöl (Ağstafa) — Ağstafa rayonunda kənd.BələdiyyələrAğgöl bələdiyyəsi — Azərbaycan Respublikasının Ağstafa rayonunda bələdiyyə.GöllərAğ göl — Azərbaycan ərazisində göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonundakı göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunla göl. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonununda göl. Ağgöl Dövlət Təbiət Qoruğu - qoruq Ağgöl (Mahaçqala) — Ağgöl — Ağcabədi rayonu ərazisində, Mil düzündə Şor göl. Ağgöl — Ağcabədi rayonu ərazisində, Mil düzündə axarı olmayan Şirin sulu göl. Ağgöl — Ağdaş rayonu ərazisində göl; Ağgöl — Kəlbəcər rayonu ərazisində göl; Ağgöl — Laçın rayonu ərazisində göl.