Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anqor çılpaqçası
Anqor çılpaqçası (lat. Oxynoemacheilus angorae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Quyruq üzgəci demək olar ki, çökəksizdir. Döş üzgəcləri nisbətən uzun və böyükdür. Üst çənəsində dişvari çıxıntı vardır. Bel üzgəcində 7-8, anal üzgəcində 5 şaxəli şüa, bütün cüt olmayan üzgəclərində o qədər də düzgün olmayan sıralar əmələ gətirən tünd xallar vardır. Cinsi yetkin fərdlərin yan xətlərində deşiklər aydın görünür. Bədənində xırda pulcuqlar, yanlarında müxtəlif ölçülü və quruluşu xallar vardır. Quyruq gövdəsi orta hesabla quyruq üzgəci uzunluğundadır. Döş üzgəcləri erkəklərdə uzun olub, qarın üzgəclərinə çatmağa az qalır.
Anqkor
Anqkor — Kamboca: Bir zamanlar böyük Xmer imperiyasının paytaxtı olan bu şəhər, Kambocanın tropik meşələrinin içində yerləşir. Dünyanın ən böyük məbədi olan və şəhərə adını verən "Anqkor Vat", ölkənin ən çox turist gələn bölgəsidir.
Anqob
Anqob (fr. enqobe) – dekorativ keramika örtüyü. Saxsı məmulatların rəngini, yaxud səthinin kələ-kötürlüyünü örtmək və bədii tərtibatını zənginləşdirmək üçün istifadə edilir. Ağ və rəngli növləri var. Anqobla qabın həm daxili, həm də xarici səthini örtmək olur. Antik dövrdə dekorativ sənətdə geniş yayılmışdı. Anqob fasadların üzlənməsi üçün məmulatlar və rəngli kərpic istehsalında tətbiq olunur. Adətən səthə çilənir, sonra isə məmulat kürədə bişirilir (yandırılır). Anqobun üzərinə şəffaf mina qatı, müxtəlif naxışlar və s. çəkilə bilər.
Anqol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Canqor
Canqor — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2016-cı ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. == Söz açımı == Canqor Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və "Qor" adının ilk üç hərfinin birləşməsi ilə adlandırıb. == Tarixi == Qorxmaz Əlilicanzadə 2016-cı ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2017-ci ilin yayında alət ərsəyə gəlib. Alətin ilk ustası Rizvan Qurbanovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib.
Anqo
Şanyü Anqo (v. 94) — Hunların XXX şanyüsü. Şanyü Anqo taxta gələndə bir çoxu ona müxalifət edirdi. Ona çoxu hörmət etmirdi və taxtın Tunduşinin olmasını daha çox istəyirdi. Anqo şimaldan gələn hunları ətrafına yığıb Tunduşini öldürmək qərarına gəldi. Çinə də bu barədə müraciət etdi. Müharibədə Tunduşiyə məğlub olan Anqo dayısı Quduxu tərəfindən öldürüldü.
Ankor adası
Ankor adası (mao. Puke Nui) — adanın sahəsi 1380 ha təşkil edir. Yeni Zelandiyanın Fordlend Milli Parkı ərazisində, Daksi-Saun fiordu rayonunda yerləşir. Adanın malsimal hündürlüyü 417 metrdir. Əsas adalardan 2,5 km məsafədə yerləşir. Ada Kakapo, Tiko kimi bir çox quş növlərinin qorunması məqsədi ilə qoruq elan edilmişdir.
Anqkor Vat
Anqkor Vat və ya Anqkorvoat — Kambocada yerləşən və tanrı Vişnuya həsr edilmiş nəhəng hinduizm məbəd kompleksi. Dünyanın vaxtilə yaradılmış mədəni tikilisi və arxeoloji abidələrindən biri sayılır. XII əsrin I yarısında kral II Suryavarmanın hakimiyyəti dövründə tikilmişdir. Bu abidə kompleksi UNESCO-nun ümumdünya irsi siyahısına salınmışdır. Anqkor Vat abidəsi Kambocanın Siem reap əyalətinin Siemreap şəhərindən 5,5 km aralıda yerləşərək özündə khmerlərin qədim paytaxtları olan Ankqorda məbəd kompleksini birləşdirir.Anqkor 200 km² əraziyə malik olduğu bilinsə də, son tədqiqatlar nəticəsində buranın ərazisinin 3000 km² çox olduğu və əhalisinin sayının yarımmilyona çatdığı aşkar olunmuşdur. İlk əvvəl tanrı Vişnaya həsr olunduğundan arxitektura nöqteyi-nəzərindən özündə induizmdəki tanrıların məskəni olan mifik Meru dağını nümayiş etdirən dağ-məbədləri birləşdirir. Məbəd mərkəzə doğru getdikcə hündürlüyü artan 3 konsentrik düzbucaqlı tikililər formasından ibarət olmaqla,3,6 km uzunluğa və 190 m enə malikdir. Daxili tikililər lotos formasında 5 qüllədən təşkil olunmuşdur. Mərkəzdəki qüllə ibadətgahdan 42 m hündürlüyündə, ümumilikdə yerdən isə 65 m hündürlüyündədir. XV əsrdə istifadə olunmamağa başlamış və atılıb qalmışdır.
Anqkor krallığı
Khmer İmperiyası (khm. ចក្រភពខ្មែរ, Çakrphup Khmer və ya khm. អាណាចក្រខ្មែរ, Anaçak Khmer), rəsmi olaraq Anqkor krallığı (khm. អាណាចក្រអង្គរ, Anaçak Anqkor) və ya hindlilər tərəfindən Kambucadeşa (hind. ख्मेर साम्राज्य) — IX–XV əsrlərdə indiki Kamboca, Vyetnam, Tayland və Laos ərazisində hökmranlıq etmiş feodal khmer buddist dövləti. Keçmiş Bapnom və Çenla krallıqlarının süqutu ilə yaranan imperiya Cənub-şərqi Asiyanın əksəriyyətini və Cənubi Çinin bir hissəsini idarə edirdi. Dövlətin ən böyük irsi onun paytaxtı Anqkor şəhəri idi. Şəhərin Anqkor Vat və Bayon kimi tikililəri Khmer İmperiyasının ucsuz-bucaqsız güc və zənginliyinin, valehedici incəsənət və mədəniyyətinin, memarlıq üslublarının, estetik nailiyyətlərinin və əsrlər boyu qoruyub-saxladığı müxtəlif inanc sistemlərinin rəmzidir. Süni peyklərdən əldə edilən şəkillər Anqkor şəhərinin sənaye inqilabından əvvəlki dünyanın ən böyük şəhəri olduğunu sübut edir. Khmer İmperiyasının yaranma tarixi 802-ci il götürülür.
Anqo çayı
Anqo çayı (ing. Agno River, taqal Ilog Agno — Filippin arxipelaqının Luson adasından axan çay. == Coğrafiya == Çayın uzunluğu 206 kilometr, hövzəsinin sahəsi 5952 km² (bu göstərici ilə Luzon adasının Kaqayan və Pampanqa çaylarından sonra üçüncü, ölkənin beşinci çayııdır). Hövzəsinə çoxlu sayda qol daxildir. Aqno mənbəyini Mərkəzi Kordiler silsiləsinin Data dağından, dəniz səviyyəsindən 2090 metr yüksəklikdən götürür. Başlanğıcda çay şimaldan cənuba doğru axır, lakin son rübdə demək olar ki, 180 ° dönüş edir və Linqayen körfəzinin cənub hissəsinə axır. Aqno olduqca sürətli axışçı olan bir çay kimi xarakterizə olunur. Çünki düşməsi hər kilometrə 10 metrdən çoxdur. Ümumi uzunluğunun təxminən 90 kilometri (56 mil) dağlıq ərazilərdən və dərələrdən keçir. Çayda üç su elektrik stansiyası tikilir: Ambuklao, Binqa və San Rock (dünyanın ən yüksək bəndləri siyahısında 39-cu yerdədir).
Banqor Siti FK
== Tarixi == "Banqor Siti"nin tarixi XIX əsrə gedib çıxır. Belə ki, komanda 1876-cı ildə yaranıb. == Məkanı == Komanda ev oyunlarını 1500 azarkeş tutumu olan "Farrar Road Bangor Gvinedd" stadionunda keçirir. Klubun prezidenti Dilvin Cones, baş məşqçisi Nevill Povelldir. Komanda 2008/2009 mövsümünü 6-cı pillədə başa vurub. == Uğurları == Komanda 2 dəfə Uels çempionatının - 1993/1994, 1994/1995, 7 dəfə ölkə kubokunun - 1888/1889, 1895/1896, 1961/1962, 1997/1998, 1999/2000, 2007/2008, 2008/2009, 6 dəfə Liqa Kubokunun - 1993/1994, 1996/1997, 1997/1998, 1999/2000, 2002/2003, 2008/2009, bir dəfə isə "FA Trophi Cup"un qalibi olub.
Briye-e-Anqon
Briye-e-Anqon (fr. Brié-et-Angonnes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38059. Kommunanın 1999-cı il üçün əhalisi 89 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənubda, Qrenobldan 10 km cənub-şərqdə yerləşir. == Əhalisi == Əhalinin dinamikası (INSEE): == İqtisadiyyatı == Kommunada elan olunan illik orta gəlir: 29 052.7 avro.
Angol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Anser anser
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.
Abqora
Abqora – Kal üzümdən alınmış üzüm meyvəsinin şirəsi, qorasuyu. == Hazırlanma qaydası == Abqora hazırlamaq üçün kal üzüm salxımlarını toplayır, onları təmizləyir, yuyur, taxta və ya yaxşı qalaylanmış mis qaba doldurur və toxmaqla əzib suyunu sıxırlar. Sonra bu suyun narıngözlü ələkdən, yaxud tənzifdən süzüb şüşə qaba doldururlar. Kal üzümün suyu bulanıq olduğundan onu durulmaq üçün bir müddət qabda saxlayır, tam durulandan sonra butulkalara doldurur, ağzını bərk-bərk bağlayırlar. == Saxlama qaydası == Qora suyu butulkaya ağzına qədər doldurulmalıdır. Əks təqdirdə yarımçıq doldurulmuş butulkada qalmış hava mayeni acıdır, qora suyu öz keyfiyyətini itirir. Ağzına qədər qora suyu ilə doldurulmuş və ağzı bərkidilmiş butulkaları günəş işığı düşən yerə düzür və 40 gün butulkalar günəş işığı altında saxlanılır. Bu müddət ərzində butulkalardakı su öz şəffaflığını itirir, xına rəngi alır. Deməli, abqora hazırdır. Bundan sonra abqora dolu şüşələri günəş qarşısından götürüb sərin yerdə, divar şkaflarında və taxçalarda saxlayırlar.
Aktor
Şəbəkənin aktorlar adlandırılan qovşaqları sosial şəbəkə analizinin əsas anlayışıdır. Aktor sosial qarşılıqlı əlaqənin bölünməz hissəciyi — atomudur. Aktorun varlığını və zəruriliyini bütün sosioloqlar etiraf edirlər, lakin bu qarşılıqlı təsir agentinin, hərəkət subyektinin "kim" və ya "nə" olduğu haqqında vahid fikir yoxdur. Aktor anlayışının öyrənilməsində müəyyən mərhələlər keçilmişdir. Əvvəllər aktor dedikdə, sosial qarşılıqlı təsirdə iştirak edən fərdin özü başa düşülürdü. Sonra aktoru müəyyən atributları və rolları olan sosial strukturda fərdin mövqeyi, yeri kimi başa düşməyə başladılar. Aktorun mövqe kimi başa düşülməsindən alınır ki, sosial şəbəkə fərdlər arasındakı qarşılıqlı əlaqənin modeli yox, fərdlərin tutduqları mövqelərin, qarşılıqlı əlaqələrinin modelidir. Aktor anlayışına bu yanaşmalarda aktor, fəaliyyət göstərən nəzərə çarpdırılır. Başqa yanaşmalar sosial şəbəkənin formalaşmasında üstünlüyü münasibətlərə (əlaqələrə) verirlər, hesab edilir ki, aktor kommunikasiya əlaqəsini deyil, kommunikasiya aktoru atributları ilə birlikdə yaradır. Daha sonra tədqiqatçılar şəbəkədə əlaqə anlayışının məzmununu kommunkasiya anlayışı çərçivəsindən kənara çıxararaq sosial şəbəkəni xarakterizə etmək üçün yəni anlayışa — resurslar axını anlayışına gəldilər.
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır. İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur.
Ancar
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Andon
Andon (fr. Andon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Qras-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 54,3 km², əhalisi — 504 nəfərdir (2006) artım tendensiyası ilə: 568 nəfər (2012), əhalinin sıxlığı 10,4604051565378 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 575 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.
Anhoy
Anhoy (палл. Аньхуэй, Аньхуй, çin. 安徽; пиньинь Ānhuī) — Çinin şərqində əyalət. == Tarixi == Anxoy əyalətində qədim qəsəbə tikililəri kompleksi. Xuanşan dağı ətəyində yerləşən Anxay əyalətinin İ qəzasındakı qədim məskən kompleksi ənənəvi Xoy memarlıq məktəbi üslubunda tikilmişdir. Min və Tsin dövründə tikilmiş çoxlu sayda qədim yaşayış evləri və qəbilə məbədləri bizim vaxtlara qədər yaxşı qalmışdır. Min sülaləsi dövründə 29, Tsin zamanında isə 3611 tikili yaradılmışdır. Xoy məktəbi memarlıq üslubu burada hər şeydə gözə dəyir: zərif qravürlər və kirəmit üzərində naxışlarda, ev və məbədlərin ağac sütunları və daş divarlarında, orijinal və təmtəraqlı interyerdə. Bu qəsəbə və tikililər təkcə turistləri deyil, tarix və mədəniyyəti öyrənən alimləri də cəlb edir. Onlar turistik baxımdan nadir diqqətəlayiq yerlərdir və böyük tarixi əhəmiyyətə malikdir.
Anion
Anion — mənfi elektrik yükü daşıyan, elektroliz zamanı müsbət yüklənmiş elektroda - anoda doğru yönələn ion. Anion öz təsir dairəsində atom nüvəsinin müsbət yüklərini kompensasiya edən elektronlardan və bir və ya bir neçə artıq elektron saxlayan atom və ya atomlar qrupundan ibarətdir. Kristallik birləşmələrdə təkatomlu anion yükü vahiddən çox ola bilməz. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Anqola
Anqola (Angola), Anqola Respublikası (Republika de Angola) — Cənubi Afrikada, Atlantik okeanı sahilində dövlət. == Ümumi məlumat == Paytaxtı Luanda şəhəridir. Rəsmi dövlət dili portuqal dili, pul vahidi kvanzadır. İnzibati cəhətdən 18 əyalətə bölünür. Anqola BMT-nin (1976), Afrika İttifaqının (1999), BYİB-in (1989), BVF-in (1989), ÜTT-nin (1996) üzvüdür. Anqolanın Namibiya, Konqo Demokratik Respublikası və Zambiya ilə quru sərhəddi vardır. Ölkə qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Kabinda adlı anqlav bölgə (Atlantika okeanı sahilində, Konqo Respublikası və Demokratik Konqo Respublikası ərazilərində yarımanklav) Konqo Respublikasının tərkibində yerləşsə də, Anqolanın ərazisi hesab olunur. Anqolada əhalinin tərkibi müxtəlifdir, yəni portuqal, ingilis, ambundu, konqo, luçazi və digər xalqlar bu ölkənin sakinləridir. == Adın etimologiyası == "Nqola" — ali hökmdarın titulunun təhrif edilməsi deməkdir.
Anqome
Anqome (fr. Engomer) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09111. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 275 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 156 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 114 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.1%, 1999-cu ildə 65.5%). Fəal olan 114 nəfərdən 100 nəfər (54 kişi və 46 qadın), 14 nəfər işsiz (10 kişi və 4 qadın) idi. Aktiv olmayan 42 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Anser
Qaz (quş) (lat. Anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Növləri == Qaşqa qaz (Anser albifrons); Boz qaz (Anser anser); Alyaska qazı (Anser canagicus); Ağ qaz (Anser caerulescens); Quruburun (Anser cygnoides); Ağqaş qaz (Anser erythropus); Əkin qazı (Anser fabalis); Dağ qazı (Anser indicus).
Aqora
Aqora (q.yun. ἀγορά) — qədim yunan polislərində bazar meydanı, həmçinin, keçirildiyi yerə görə "aqora" adlandırılan şəhər miqyaslı yığıncaqlar üçün yer. Adətən şəhərin mərkəzində yerləşən aqorada şəhər bazarı və rəsmi idarələr fəaliyyət göstərirdi. Həmçinin aqoranın ətrafını sənətkarların emalatxanaları və məbədlər əhatə edirdi. Bəzənsə, aqoranın perimetri boyunca heykəllər qoyulurdu. Bir sözlə, aqora şəhərin, dini, inzibati və iqtisadi mərkəzi idi və burada şəhərin mövcud qanunları, vacib sənədlər və rəsmi qərarlar asılırdı. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Aqora ilə əlaqəli mediafayllar var.
Anhur
Anhur — Erkən Misir mifologiyasında tanrı. Onun titullarından biri Düşmən Qatili idi. Anhur saqqallı kişi, bəzən isə şir başlı tanrı (güc və qüdrəti ifadə edən) kimi təsvir olunur, əynində xalat və dörd lələkli baş geyimi var, əlində nizə və ya nizə tutur. Bəzi təsvirlərdə xalat daha çox ətək kimi görünürdü. == Rollar == === Müharibə tanrısı === Döyüş tanrısı mövqeyinə görə o, qədim Misir ordusunun himayədarı və kral döyüşçülərinin təcəssümü idi. Doğrudan da, onun şərəfinə keçirilən festivallarda istehzalı döyüşlər təşkil edilirdi. Roma dövründə İmperator Tiberius Misir məbədlərinin divarlarında fərqli dörd lələkli Anhur tacı taxaraq təsvir edilmişdir. Yunanlar Anhuru öz döyüş tanrısı Aresə bərabər tuturdular. Tayfondan qaçan və Misirdə heyvan şəklini alan Olimpiya tanrılarının əfsanəsində Aresin Lepidotus və ya Onuris kimi balıq şəklini aldığı deyilirdi. === Göy daşıyıcısı === Anhurun adı Göy Daşıyıcı mənasını da verə bilərdi və ortaq baş geyiminə görə Anhur daha sonra Şu ilə eyniləşdirildi və Anhur-Şu oldu.
Ağgöl
Qoruqlar Ağgöl Milli Parkı — Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış milli park. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun Çobankərə kəndində qoruq. Kəndlər Ağgöl (Arxangel) — Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ağgöl (Ağstafa) — Ağstafa rayonunda kənd. Bələdiyyələr Ağgöl bələdiyyəsi — Azərbaycan Respublikasının Ağstafa rayonunda bələdiyyə. Göllər Ağ göl — Azərbaycan ərazisində göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonundakı göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunla göl. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonununda göl. Ağgöl Dövlət Təbiət Qoruğu - qoruq Ağgöl (Mahaçqala) — Ağgöl — Ağcabədi rayonu ərazisində, Mil düzündə Şor göl.