Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Apton
Apton (Kvebek)
Arron
Arron (fr. Arronnes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03008. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 354 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 214 nəfər (15–64 yaş arasında) arasında 163 nəfər iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə bu 72,9%). Fəal 163 nəfərdən 141 nəfər (77 kişi və 64 qadın) işləyir, 22 nəfər işsizdir (9 kişi və 13 qadın). 51 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Aaron Burr
Aaron Burr (ing. Aaron Burr, Jr.; 6 fevral 1756[…], Nyuark, Nyu Cersi – 14 sentyabr 1836[…]) — Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti. 1804-cü ildə Aleksandr Hamiltonla aralarında duel təşkil edilmişdir. Burr duel nəticəsində ağır yaralanmışdır.
Aaron Henk
Henri Luis (Henk) Aaron (ing. Henry Louis "Hank" Aaron; 5 fevral 1934, Mobil, Alabama – 22 yanvar 2021, Atlanta, Corciya) — ABŞ beysbolçusu. O, 1954–1974-cü illərdə "Miluoki Breyvz" komandasında, 1966–1976-cı illərdə "Atlanta Breyvz" komandasında çıxış etmişdir. Henk 1957-ci ildə Milli Liqanın Ən dəyərli oyunçusu mükafatına layiq görülmüşdür. Ləqəbi "Çəkic" idi. O, 1974-cü ildə Beyb Rutun 1930-cu illərdən bəri davam edən rekordunu geridə qoyaraq 715 meydança hitinə çatmışdır. 1976-cı ildə karyerasına son qoymuşdur. 1982-ci ildə Beysbol Şöhrət Zalına daxil edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Allen, Bob; Gilbert, Bill. The 500 Home Run Club: From Aaron to Williams.
Aaron Hulme
Aaron Hulme (ing. Aaron Hulme; aprel 1886, Mançester, Lankaşir – noyabr 1933) — ingilis futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Mançester Yunayted", "Nyuton Hit Atletik", "Kolne", "Oldem Atletik" və "Nelson" komandalarında çıxış edib. == Həyatı == Aaron Hulme 1886-cı ilin aprel ayında İngiltərənin Mançester şəhərində anadan olmuşdur. == Karyerası == 1906–1909-cu illərdə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 4 oyunda meydana çıxmışdır.
Aaron Kluq
Aaron Kluq (11 avqust 1926[…] – 20 noyabr 2018[…], Kembric) — İngilis kristalloqrafı, kimya üzrə Nobel mükafatçısıdır. == Həyatı == Aaron Kluq 1926-cı ildə avqustun 11-də Litvada anadan olmuşdur. Yoxannesburq və Keyptaun universitetlərində oxumuşdur. O, yəhudi ailəsində anadan olmuşdur. Onun iki yaşı olarkən ailəsi Durbana (Cənubi Afrika) köçmüşdür, çünki, anasının ailəsi XX əsrin əvvəllərində ora miqrasiya etmişdi. 1937–1941-ci illərdə Duban şəhərində məktəbdə oxumuşdur. O, Pol Krayfın "Ovçular mikroblar arxasında" adlı kitabını oxuduqdan sonra onda elmə maraq yarandı. 1942-ci ildə Yoxannesburqda Vitvatersrand universitetinə daxil olaraq Kluq tibb üzrə hazırlıq kursuna, həmçinin biokimya, fizika və riyaziyyat üzrə məşğələlərə gedir. 1945-ci ildə o, universiteti bitirdikdə təbiət elmləri üzrə bakalavr dərəcəsi alarkən onun seçimi fizika olur. == Elmi naliyyələri == Ona ayrılmış təqaüdə əsasən o, öz müəllimlərindən biri R. U. Ceymsin yanında rentgen kristalloqrafiyası üsulunu öyrənmişdir.
Aaron Koplend
Aron Koplend (ing. Aaron Copland; 14 noyabr 1900[…], Bruklin, Nyu-York ştatı – 2 dekabr 1990[…]) — Amerikalı bəstəkar, pianoçu, dirijor və pedaqoq. == Həyatı == Əslən Litva yəhudisi olan Aron Koplend Nyu-Yorkun Bruklin məhəlləsində anadan olmuşdur. Ailəsi Amerikaya Şotlandiyadan köçmüşdür. Koplendin atası köçməzdən əvvəl "Kaplan" soyadını "Koplend"ə dəyişir. 15 yaşında o musiqi ilə məşğul olmağa başlamışdır. Leopold Volfson və Rubin Qoldmark onun müəllimləri arasında olmuşlar. Koplend 1921–1924-cü illərdə Paris yaxınlığındakı Fontenblo Musiqi Akademiyasında Nadya Bulanjedən təhsil almışdır. == Fəaliyyəti == Aron Koplend konsertlər və filmlər üçün bir çox musiqi əsərləri yazmışdır. O, müasir Amerikan musiqi stilini yaratmış və ona "Amerikalı bəstəkarların başçısı" ləqəbi verilmişdir.
Aaron Lennon
Aaron Castin Lenon (ing. Aaron Justin Lennon; 16 aprel 1987[…], Lids, Qərbi Yorkşir[d]) — İngiltərə futbolçusu. Hazırda Premyer Liqada çıxış edən "Börnli" klubunun oyunçusudur. Lenon karyerasına doğma şəhərinin yerli klubu "Lids Yunayted"də başladı, 2003-cü ildə əsas komandada debütunu edərək o vaxt Premyer Liqada oyuna çıxmış ən gənc oyunçu oldu. 2005-ci ildə 1 milyon funt qarşılığında "Tottenhem Hotspur" klubuna transfer olundu, orada bütün yarışlarda 364 oyuna 30 qol vura bilmişdir. 2008-ci ildə Lennon ilk böyük yarışda uğur qazandı, belə ki klubla birlikdə finalda London rəqibi "Çelsi"ni 2–1 hesabı ilə məğlub edərək, Liqa Kubokunun qalibi oldu. O, bir il "Everton" klubunda icarə əsasında çıxış edəndən sonra, 2015-ci ildə £4.5 milyona həmin kluba keçdi. "Everton"da Lenon 77 oyuna 9 qol vurmağı bacardı və 2018-ci ildə Premyer Liqanın digər klubu "Börnli" ilə 2 il 6 aylıq müqavilə imzaladı. Lankaşir təmsilçisinin heyətində 55 oyunda forma geyinən Lenon cəmi bir qolun müəllifi olmuşdur. 2020-ci ilin iyun ayında "Kayserispor" klubunun heyətinə qatılan oyunçu bir il sonra "Börnli"yə geri döndü.
Aaron Paul
Aaron Pol (27 avqust 1979, Emmett[d], Aydaho) — amerikalı aktyor və prodüser. "Breaking Bad" serialında canlandırdığı Cessi Pinkman personajı ilə tanınır. Bu ifasına görə üç dəfə, 2010, 2012 və 2014-cü illərdə "Praymtaym Emmi" mükafatına layiq görülüb. Paul, karyerasına Soldakı son ev və Təhlükəli tapşırıq III kimi filmlərdə əsas rolların heç birində oynamadan əvvəlcə musiqi videoları və filmlərdə bəzi qonaq rolları ilə başlamışdır. 2007-ci ildə HBO istehsalı serial olan Great Love (Böyük məhəbbət) serialında Scott Quitmann rolunu oynamışdır. 2014-cü ildən bəri Todd Çavezin səsləndirdiyi Netflixin BoJack Horseman cizgi serialının icraçı prodüseridir. 2016-cı ildə Hugh Dancy ilə baş rolunu paylaşdığı "The Path" ("Yol") serialı hələ də yayımlanır. Black Mirror (Mövsüm 4, Epizod 1 USS Callister) serialında qonaq aktyor kimi Gamer691-i oynamışdır.
Aaron Pol

Aaron Ramsdeyl
Brendon Aleksander Meyson (14 may 1998, Stok-on-Trent, Qərbi Mildlend[d]) — qapıçı mövqeyində çıxış edən İngiltərə futbolçusu. Hazırda Premyer Liqa təmsilçisi "Arsenal" klubunda çıxış edir.
Aaron Sixanover
Aaron Sixanover (1 oktyabr 1947, Hayfa) — israilli bioloq, kimyagər və 2004-cü il Kimya üzrə Nobel Mükafatının sahibi. == Həyatı == Aaron Sixanover 1947-ci ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur. Atası hüquqşünas və anası isə müəllim idi. Sixanoverin dediyinə görə evi kitablarla dolu idi. Uşaq yaşlarından biologiya ilə məşğul olmağa başlayan Sixanover daha sonra bir qurudulmuş çiçək kolleksiyası yaratmışdır. Biologiyada daha fərqli təcrübələr də etmişdir. Bir müddətdən sonra bir mikroskop almış və osmos təcrübələrini həyata keçirmişdir. Daha sonralar cürbəcür bitkilərin hüceyrələrini araşdırmışdır. Ancaq 11 yaşında ikən anası, 17 yaşında ikən isə atası vəfat etmişdir. Bundan sonranı isə Hayfa şəhərində xalasıyla, tətilləri də Tel-Əviv şəhərindəki böyük qardaşı ilə keçirmişdir.
Aaron Yan
Aaron Yan (20 noyabr 1986) — Tayvanın mandapop müğənnisi, kommersiya modeli və aktyoru. == Həyatı == O, Faingeyt mandopop vokal kvarteti oğlan qrupunun ən cavan üzvüdür. Mndarin Tayvanin Hokkiyen, Ingils, Yapon ve Kanton dillərində danışmağı bacarır. O, Çin Mədəniyyət Universitesində Jurnalistika ixtisası üzrə və Informasi Yayımında ikinci kurs tələbəsidir.
Aaron Çexanover
Aaron Sixanover (1 oktyabr 1947, Hayfa) — israilli bioloq, kimyagər və 2004-cü il Kimya üzrə Nobel Mükafatının sahibi. == Həyatı == Aaron Sixanover 1947-ci ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur. Atası hüquqşünas və anası isə müəllim idi. Sixanoverin dediyinə görə evi kitablarla dolu idi. Uşaq yaşlarından biologiya ilə məşğul olmağa başlayan Sixanover daha sonra bir qurudulmuş çiçək kolleksiyası yaratmışdır. Biologiyada daha fərqli təcrübələr də etmişdir. Bir müddətdən sonra bir mikroskop almış və osmos təcrübələrini həyata keçirmişdir. Daha sonralar cürbəcür bitkilərin hüceyrələrini araşdırmışdır. Ancaq 11 yaşında ikən anası, 17 yaşında ikən isə atası vəfat etmişdir. Bundan sonranı isə Hayfa şəhərində xalasıyla, tətilləri də Tel-Əviv şəhərindəki böyük qardaşı ilə keçirmişdir.
Aaron Şvarts
Aron Şvarts (ing. Aaron Swartz; 8 noyabr 1986, Haylend-Park[d], İllinoys – 11 yanvar 2013, Bruklin, Nyu-York ştatı) — proqramçı, yazıçı. 2009-cu ildə Amerikan federal məhkəmələrinə aid PACER bazasında olan və pul qarşılığı satılan təxminən 18 milyon sənədi və 2011-ci ildə JSTOR'dan 4 milyona yaxın məqaləni kompüterinə endirib xalqa açıq hala gətirmiş və bundan ötəri "məlumat quldurluğu" və "qeyri-qanuni fayl endirmə" kimi ağır cinayətlərdən haqqında 13 dəfə iddia açılmışdı. Dünyanın qabaqcıl ictimai paylaşma saytlarından Reddit'in qurucularından olan Swartz Brooklyn, New Yorkdakı evində 11 yanvar 2013-cü il özünü asaraq 26 yaşında həyatına son verdi. Ölümündən əvvəl 1 milyon dollar pul və 35 il həbs cəzasına məhkum edilməsi gözlənilirdi.
Adron atom
Adron atomu – mənfi yüklənmiş adronlu (π- -, κ-- mezonlar, antiproton və s.) mezoatom. Adron atomları-kulon cazibəsi hesabına müsbət yüklənmiş nüvənin mənfi adronu tutub saxlayan atomabənzər sistemdir. Pion (π-), kaon (κ-), antiproton və hiperon atomları müşahidə olunmuşdur. A.a.-nın öyrənilməsi həm adron və həm də nüvə (adronun kütləsi və maqnit momenti, nüvədə maddənin paylanması, adron və nüvənin polyarlaşması), həmçinin onların qarşılıqlı təsiri (nüvənin adronu səpməsi və udması) haqqında məlumat verir. A.a. maddədə mənfi adronun yavaşıması ilə yaranır. Adron atom tərəfindən tutulur və baş kvant ədədi n›(m\m4)½ olan yüksək həyəcanlanmış hal yaranır, adronun kütləsi, elektronun kütləsidir. Atomun həyəcanlanması çoxsaylı, ardıcıl oje-keçidlər və adronun rentgen şüalanması ilə müşayiət olunan bir səviyyədən digərinə elektrik dipol keçidləri hesabına aradan qalxır. Bu zaman dairəvi orbitlərin məskunlaşması üstünlük təşkil edir. Adron halı n-nin kiçik qiymətlərinə çatanda güclü qarşılıqlı təsir effektləri əhəmiyyətli olur, bu isə adronun nüvə tərəfindən tutulmasına səbəb olur.Rentgen şüalanması ilə müşayiət olunan adron keçidinin baş verdiyi atom səviyyələri əsasən atomlardakı adi elektron səviyyələri təbiətinə malikdirlər.
Adron atomu

Apton (Texas)
Apton rayonu (ing. Upton county) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 3404 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi cüzi miqdarda artaraq 3149 nəfər olmuşdur. Rayonun mərkəzi Rankin şəhəridir. == Tarixçəsi == Apton rayonu 1887-ci ildə Tom-Qrin rayonunun bir hissəsindən yaradılıb. Bu rayon konfederasiyalar ordusunun polkovniklərinin şərəfinə adlandırılmışdır.
Dianna Aqron
Dianna Aqron (/ˈeɪ.ɡrɒn/ , AY-gron; 30 aprel 1986, Savanna[d], Corciya) — Amerikalı aktrisa, müğənni, rəqqasə və rejissor. İfaçılıq və rejissorluqla yanaşı, o, xüsusilə LGBT hüquqlarını və insan haqlarını dəstəkləmək üçün əhəmiyyətli xeyriyyə işlərində iştirak etmişdir.
II Aaron
II Aaron — Benjamin xaqanın oğlu X əsrin əvvəlləri boyunca Xəzər xaqanlığının hökmdarı. Kiyev knyazı I İqor Tmutarakana hücum etdiyi dövrdə, Bizans da rusların köməyi ilə Krımdakı Xəzər xaqanlığının torpaqlarına hücum etdi. Aaron rusların hücumlarının qarşısını almış və həmçinin əks hücumla Krımdakı Bizans ordusunu məğlub etmişdi. == Mənbələr == Иванов С. А. Древнеармянское житие Стефана Сурожского и хазары // Хазары . — М. — Иерусалим, 2005. ISBN 5-93273-196-6 Kevin Alan Brook. The Jews of Khazaria. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006.
Kapron lifi
Liflər — əyirilmək və toxunmaq qabiliyyətli saplar şəklində dartıla bilən təbii və sintetik polimerlərdir. Liflər təbii, süni və sintetik liflərə ayrılır. Süni (təbii polimerlərdən alınan) və sintetik (sintetik polimerlərdən alınan) liflər kimyəvi liflər adlanır, çünki hər ikisinin istehsalında kimyəvi üsullardan istifadə olunur. Kapron lifi sintetik liflərə aiddir. == Alınması == Kapron lifi ε-aminkapron turşusunun polikondensləşməsi reaksiyasının məhsuludur. Sənayedə adətən kapron turşusunun özündən deyil, onun molekuldaxili dehidratlaşmasından alına bilən kaprolaktamdan istifadə edilir. == Xassələri == Kapron lifi rütubəti udmur, yaş halda öz möhkəmliyini itirmir, şürümür və güvə onu yemir. O, təbii liflərə nisbətən sürtünməyə qarşı daha davamlıdır. Kapron liflərinin nöqsanlarıda vardır. Turşuların təsirindən onlar amid (peptid) rabitəsi yerindən hidrolizə uğrayır.
Kapron turşusu
Kapron turşusu (heksan turşusu) СH3(CH2)4СООН — birəsaslı doymuş karbon turşusudur. Kapron turşusunun duz və anionları kapronatlar adlanır. == İzomerləri == Kapron turşusu ilə yanaşı, ümumi formulu С5Н11COOH olan 8 struktur izomeri də mövcuddur: 4-metilpentan turşusu СН3-СН(СН3)-СН2-СН2-COOH 3-metilpentan turşusu СН3-СН2-СН(СН3)-СН2-COOH 2- metilpentan turşusu СН3-СН2-СН2-СН(СН3)-COOH 2-etilbutan turşusu СН3-СН2-СН(СН2-СН3)-COOH 3- etilbutan turşusu СН3-СН(СН2-СН3)-СН2-COOH 3,3-dimetilbutan turşusu СН3-С(СН3)2-СН2-COOH 2,2- dimetilbutan turşusu СН3-СН2-С(СН3)2-COOH 2,3- dimetilbutan turşusu СН3-СH(СН3)-СH(СН3)-COOHvə 5 siniflərarası izomerlər: Kapron turşusunun metil efiri СН3-СН2-СН2-СН2-СOOH-СН3 Kapron turşusunun etil efiri СН3-СН2-СН2-СOOH-СН2-СН3 Kapron turşusunun propil efiri СН3-СН2-СOOH-СН2-СН2-СН3 Kapron turşusunun butil efiri СН3-СOOH-СН2-СН2-СН2-СН3 Kapron turşusunun pentil efiri СOOH-СН2-СН2-СН2-СН2-СН3 == Fiziki xassələri == Kapron turşusu – xoşagəlməz iyli, rəngsiz, yağlı mayedir. Suda pis həll olur (9.68 q/l (20°С), 11.71 q/l (60°С ). Metanol, etanol, efirdə yaxşı həll olur. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə kapron turşusu doymuş alifatik karbon turşularının tipik nümayəndəsidir. Orta qüvvətli turşudur (pKa 4.88). Ondan duzlar və mürəkkəb efirlər, halogenanhidridlər və anhidridlər alınır. Kapron turşularının duz və efirləri heksanatlar adlanır. Bromla fosforun iştirakı ilə α-vəziyyətdə bromlaşır.
Kate Apton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. == Həyatı == Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. == Karyerası == 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Keyt Apton

Aron Feller
Graham Fuller (28 noyabr 1937) — ABŞ siyasətçisi. Amerikanın RAND analitik qrupunun siyasi məsləhətçisidir. 20 illik xarici işlər vəzifəsinin 17 ilini Almaniya, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Şimali Yəmən, Əfqanıstan, Hong Kong kimi ölkələrdə xidmət edərək keçirib. 1982-ci ildə Yaxın Şərq və Cənubi Asiyadan məsul MKİ-nin milli xəfiyyəsi vəzifəsinə təyin edilib. 1986-cı ildə milli səviyyədə strateji proqnozlar məsulu olaraq MKİ Milli Kəşfiyyat Şurası başçısının köməkçisi vəzifəsinə gətirilib. 1988-ci ildə dövlətlə işlərini tamamlayan Fuller, RAND şirkətinə əsasən Orta Şərq, Orta Asiya, Cənub və Cənub-Şərqi Asiya və Sovetlər Birliyi etnik problemləri ilə əlaqədar işlər görmək vəzifəsiylə qatılıb. Onu analitiklər bir növ ABŞ-nin "dərin adamı" olaraq xarakterizə edirlər. İsraillə çox möhkəm və birbaşa əlaqələri var. Graham Fullerin Qurdlar Vadisi: Pusqu serialında adı çəkilən Aron Feller olduğu iddia edilir. == İstinadlar == == Xarici keçidlər == GRAHAM FULLER KİMDİR?