AYRAN

Su qarışdırılmış qatığın çalxanması nəticəsində alınan yağdan ayrılan ağartı məhsulu. (“Koroğlu” dastanının lüğəti)

Koroğlu dedi:

– Biz qatığı tiyana töküb çalxalayırıq, üstünün yağını götürüb plova tökür, altının suyunu isə içirik.

Eyvaz dedi:

– Ay dedin ha, o ayrandı(Paris nüsxəsi, 3-cü məclis)

AYNA
AYRIQ
OBASTAN VİKİ
Ayran
Ayran — nehrədə yağı alınmış qatığın qalığı, yüksək kalorili qida məhsuludur. O qatığa su və duz əlavə etməklə də əldə edilir. Ayranın yaranma tarixi çox maraqlıdır. Belə ki, Göytürklər zamanında turşumuş qatığın (yoqurdun) turşuluğunu azaltmaq məqsədilə ona su qatmışlar. Və belecə yeni içki növü, yəni ayran meydana çıxmışdır. Hələ qədimdən yerli üsulla qatıqdan kərə yağı aldıqda, qatığın və xamanın nehrədə çalxalanmasından əldə edilən südəbənzər turşməzə maye, ayran adı ilə sərinləşdirici içki kimi istifadə edilmişdir. Tərkibində az miqdarada yağ, zülalal və 0,7–0,8%- dək süd turşusu olur. Həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır, dovğa və kələkoş bişirmək, doğramac hazırlamaq, şor almaq və s. məqsədlər üçün istifadə edilir. Hazırda ayranı sənayedə xüsusi texnologiya ilə istehsal edirlər.
Ballı ayran
Tərəvəzli ayran
Tərəvəzli ayran – Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, isti günlərdə, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilir. Bu içki əsasən iki üsulla hazırlanır. Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır. Tərkibi Ayran – 900 ml (və ya qatıq – 500 ml, su – 400 ml), orta irilikə xiyar- 1 ədəd, şüyüd – 4-5 qənəd, duz – 1 çay qaşığı. Hazırlanma qaydası Xiyar yuyulub qabığı ilə birlikdə xırda gözcüklü sürtkəcdən keçirilir, şüyüd xırda doğranılır və ayran əlavə edilir, soyudulur, piyalələrdə və ya iri çay stəkanlarında süfrəyə verilir. Tərkibi Ayran – 700 ml ( və ya qatıq – 400 ml, su – 300ml), pomidor – 500 q, (və ya pomidor şirəsi – 300 ml, şüyüd – 3-4 qanad, duz – 1 çay qaşığı. Hazırlanma qaydası Pomidor sürtkəcdən keçirilir, 70-80 C-yə qədər qızdırılır və xırda gözcüklü ələkdən keçirilir. Alınmış şirə soyudulur, ayrana qatılır, üzərinə xırda doğranmış şüyüd və duz əlavə edilib yaxşıca qarışdırılır. Soyudulduqdan sonra süfrəyə verilir.
Ayran aşı (Qəzvin)
Qəzvində bişirilən Ayran aşı Azərbaycanın ənənəvi yeməklərindən biridir ki onda noxud və lobya kimi bitkilər geniş istifadə olunur və bu baxımdan azərbaycanın başqa yerlərində hazırlanan ayaran aşları ilə fərqlənir. Bu yeməyin rəngi yaşıla çalmalıdır.
Ayran aşı (Ərdəbil)
Ayran aşı (Ərdəbil) yaxud Ərdəbil aşı Güney azərbaycan mətbəxinə aid olan ənənəvi yeməklərdən biridir.Bu növ aşın mənşəyi də sırf Ərdəbil şəhəridir. 2 litr ayran 2 litr qatıq 1 ədəd yumurta 1 stəkan düyü 2,3 stəkan çiy noxud 500 qram tərə və keşniş Duz və istiot İlk olaraq noxudu kifayət qədər su ilə bişirin.Bu şorbanın hazırlanmasında vacib məqam yemək bişirərkən ayran və qatıqdan çəkinməyə çalışmaqdır, buna görə qatığı əl qarışdırıcı ilə qarışdırırıq ki tamamilə vahid olsun.Sonra ayranı yoğurtun üzərinə əlavə edin və qarışdırıcı bərabər olana qədər yenidən əl qarışdırıcı ilə qarışdırın.İndi yumurtanı üzərinə tökün və yumurta tamamilə həll olana qədər əl qarışdırıcı ilə yenidən çalın. Yumurta yemək zamanı mayanı kəsməməyə kömək edir.Şorbanı güclü odun üstünə qoyun və yuyulmuş düyü əlavə edin və qatıq və ayranın kəsilməsinin qarşısını almaq üçün davamlı qarışdırın.Maya qaynadıb sızlamağa başlayana qədər qarışdırmağa davam etməliyik.Bu mərhələdə çox incə və ya çox qaba doğramadığımız tərəvəzləri əlavə edin və odunu biraz azaldın.Tərəvəz bişdikdə, bişmiş noxud əlavə edin və kifayət qədər duz və istiot əlavə edərək, şorbanın hazırlanmasına icazə verin. Bu növ aş ətli küftə ilə yeyilməsinə görə, birinci növ aşdan azda olsa fərqlənir. 1 stəkan düyü 1 ədəd yumurta 2 litr turş qatıq 1,5(bir yarım) stəkan noxud 200 qram çəkilmiş ət 1 doğranmış soğan 2 litr su 0,5 kilo keşniş,tərə və ispanaq (İstəyə görə) 5 ədəd sarımsaq Duz Əvvəlki aş kimin bişirilir, ancaq ayran və noxudu əlavə edəndən sonra , çəkilmiş ətlər və öncədən doğranıb, qızardılmış soğanları qataraq,kiçik (fındıq qədər) küftə hazırlayıb, şorbaya əlavə etməliyik.
Ayranlı
Ayranlı Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Ayranlı — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Qazax qəzasında da bir dağ Ayranlı adlanır. XIX əsrdə İrəvan quberniyasının Eçmiadzin qəzasında Ayranlı kənd adı ilə mənşəcə eynidir. Avranlı adının təhrifidir.
Ayrantökən
Ayrantökən — Ayrantökən palçıq vulkanı. Ayrantökən — Qobustanda dağ. Ayrantökən — Əli Bayramlı rayonunda, Atbulaq dəmir yolu stansiyası yaxınlığında palçıq vulkanı.
Ayrantökən palçıq vulkanı
Ayrantökən palçıq vulkanı — Bakıdan 65 km cənub-qərbdə, Atbulaq d/y stansiyasından 4.5 km şimal-şərqdə yerləşir və nisbi hündürlüyü 190 m olan uzanan yayladır. Morfoloji əlamətlərinə görə ovalığa oxşar formadadır. Cənub yamacı boyunca 1964–1990-cı il püskürmələrinin brekçiya axını müşahidə olunur. 1.5 km uzunluğunda və 200 m enində "dillər" 1964-cü il püskürməsi zamanı düzənliyə axmışdır. Yüksəklik sahəsində 4 vulkan təzahürləri vardır ki, bunlardan biri strukturun cənub-qərb hissəsində yerləşir və neftli qrifonları təşkil edir. Digəri, sopka və qrifonların böyük qrupu indiki kraterin şimal- qərbində yerləşir və çoxlu sayda aktiv fəaliyyətli mikroformalara malikdir; sopkaların hündürlüyü 5–10 m-ə çatır. Krater sahəsinin ətrafında uzunluğu 700–800 m, dərinliyi 2–3 m olan bir neçə iri çatlar vardır. Kraterin mərkəzində brekçiyanın parçalanması müşahidə olunur. Brekçiyanın ümumi həcmi 500 mln. m³, örtük sahəsi isə 805 ha-dır.

Digər lüğətlərdə