Kapron turşusu
Kapron turşusu (heksan turşusu) CH3(CH2)4СООН — birəsaslı doymuş karbon turşusudur. Kapron turşusunun duz və anionları kapronatlar adlanır.
== İzomerləri ==
Kapron turşusu ilə yanaşı, ümumi formulu С5Н11COOH olan 8 struktur izomeri də mövcuddur:
4-metilpentan turşusu СН3-СН(СН3)-СН2-СН2-COOH
3-metilpentan turşusu СН3-СН2-СН(СН3)-СН2-COOH
2 — metilpentan turşusu СН3-СН2-СН2-СН(СН3)-COOH
2-etilbutan turşusu СН3-СН2-СН(СН2-СН3)-COOH
3 — etilbutan turşusu СН3-СН(СН2-СН3)-СН2-COOH
3,3-dimetilbutan turşusu СН3-С(СН3)2-СН2-COOH
2,2 — dimetilbutan turşusu СН3-СН2-С(СН3)2-COOH
2,3 — dimetilbutan turşusu СН3-CH(СН3)-CH(СН3)-COOH
və 5 siniflərarası izomerlər:
Kapron turşusunun metil efiri СН3-СН2-СН2-СН2-COOH-СН3
Kapron turşusunun etil efiri СН3-СН2-СН2-COOH-СН2-СН3
Kapron turşusunun propil efiri СН3-СН2-COOH-СН2-СН2-СН3
Kapron turşusunun butil efiri СН3-COOH-СН2-СН2-СН2-СН3
Kapron turşusunun pentil efiri COOH-СН2-СН2-СН2-СН2-СН3
== Fiziki xassələri ==
Kapron turşusu – xoşagəlməz iyli, rəngsiz, yağlı mayedir. Suda pis həll olur (9.68 q/l (20°С), 11.71 q/l (60°С). Metanol, etanol, efirdə yaxşı həll olur.
== Kimyəvi xassələri ==
Kimyəvi xassələrinə görə kapron turşusu doymuş alifatik karbon turşularının tipik nümayəndəsidir. Orta qüvvətli turşudur (pKa 4.88). Ondan duzlar və mürəkkəb efirlər, halogenanhidridlər və anhidridlər alınır. Kapron turşularının duz və efirləri heksanatlar adlanır. Bromla fosforun iştirakı ilə α-vəziyyətdə bromlaşır.