Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Allofon
Allofon (ing. Allophone) – fonemin sözdəki yerindən, digər səslərlə qonşu olmasından, saitin vurğulu və ya vurğusuz olmasından asılı olaraq tələffüz variantıdır. Azərbaycan dilində bir neçə allofon səs var. "K k" hərfi söz başında /c/ səsini göstərir, amma sözün ortasında və axrında /ç/ səsi kimi tələffüz olunur. Başda: kömür [cʰœmyɾ] Ortada: məktəb [mæçt̪æb] Axırda: inək [in̪æç] "Ğ ğ" hərfi /ʁ/ fonemini gostərir, lakin bəzi sözlərdə çox hadisələrdə bu hərf /ʕ/ kimi tələffüz olunur. Boğaz [bɔʕɑz̪] Bəlğəm [bæl̪ˤʕæm] == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Aqronom
Aqronom — ali və orta təhsilli kənd təsərrüfatı mütəxəssisi. Aqronomun əsas vəzifəsi torpağın xassəsləri və kənd təsərrüfatı bitkilərinin tələbi əsasında torpaq münbitliyinin fasiləsiz artımını təmin edən aqrotexniki və meliorativ tədbirlər sistemini həyata keçirməkdir.
Qrifon
Qrifon- bədən, quyruq və ayaq hissələri şir, başı və qanad hissələri qartal formasında təsvir olunan əfsanəvi varlıq. Qrifon – qrif sözündən olub yırtıcı quşların, eləcə də qartalın, şahinin yunanca səsləndirilməsidir. Bir çox qədim xalqlar qartalı Günəş və Səma Tanrısının rəmzi kimi qəbul ediblər. Yunanlar bu rəmzi quşu "qor", qədim misirlilər "xar", "qar" və yaxud "xeru" adlandırırdılar. Bu da ərəblərin "huru" (hürü) sözünün eynidir. Qədim Babilistanda yarı-qrif, yarı-insan olan əfsanəvi varlığa "karibu" deyirdilər. Yəhudilərə isə bu söz təhrif olunmuş "xuruvim" formasında keçmişdir. Qrifon-Qədim şərqdə, eləcə də Misir, Mesopotomiya, Şumer, Manna və başqa dövlətlərin mifologiyasında işlənirdi. Memarlığa təsir etmişdi. Tarixi mənbələrdə qrifonla bağlı bir çox məlumatlar vardır.
Aqafon İakovidis
Aqafon İakovidis (2 yanvar 1955 – 5 avqust 2020, Saloniki) — Yunan müğənni. == Həyatı == Aqafon İakovidis 1955-ci ildə anadan olub. Aqafon İakovidis 2013 Avroviziya Mahnı Müsabiqəsində Yunanıstanı Koza Mostra ilə birlkidə "Alcohol Is Free" mahnısı ilə təmsil edib.
Qrifon (personaj)
Qrifon – Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. Sınaq Tısbağasının həmkarıdır.
Aqafon Ovnatanyan
Aqafon Mkrtumoviç Ovnatanyan (rus. Агафон Мкртумович Овнатанян; 17 may 1816, Tiflis, Gürcüstan quberniyası – 3 noyabr 1893, Sankt-Peterburq) — erməniəsilli Rusiya rəssamı və qravüraçısı. == Həyatı == 1816-cı ildə erməni irsi sənətkar ailəsində anadan olmuşdur. O, Mkrtum Ovnatanyanın oğullarından biri idi. Peşə təhsilini 1836–1843-cü illərdə Rəssamlıq Akademiyasında almışdır. Sankt-Peterburqda yaşayıb işləmişdir. O, əsasən qardaşı Akop Ovnatanyanın portretlərindən litoqrafiyaları, eləcə də yarış atlarının təsvirlərini çəkmişdir.
Cəbrayıl Hüseynov (aqronom)
Cəbrayıl Muxtar oğlu Hüseynov (3 (16) yanvar 1913 və ya 16 yanvar 1913, Nuxa – 14 dekabr 1974 və ya 1974, Bakı) — akademik, aqrar elmlər doktoru (1947), professor (1948). == Həyatı == Hüseynov Cəbrayıl Muxtar oğlu 1913-cü il yanvarın 16-da Şəki şəhərində doğulmuşdur. C. Hüseynov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini bitirmişdir (1934). C. Hüseynov aqrar elmlər namizədi (1939) və aqrar elmlər doktoru (1947) dərəcəsini, professor (1948) elmi adını almışdır. == Elmi naliyyətləri == AMEA-nın müxbir üzvü (1949), həqiqi üzvü (1961) seçilmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Azərbaycan ET Pambıqçılıq İnstitutunda baş elmi işçi işləmişdir (1936). Ümumittifaq Elmi Tədqiqat Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunun aspirant olmuşdur (1936–1939). SSRİ Elmlər Akademiyasının Azərbaycan Torpaqşünaslıq sektorunda baş elmi işçi (1940), Torpaqşünaslıq və Aqrokimya Bölməsində direktor işləmişdir (1944–1945). Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ilk direktoru olmuş (1945) və bu vəzifədə 1952-ci ilə kimi çalışmışdır. ADU-nun Biologiya fakültəsinin professoru olmuşdur (1969).
Faiq Məmmədov (aqronom)
Faiq İsmayıl oğlu Məmmədov (27 noyabr 1929, Gəncə, Gəncə dairəsi – 14 avqust 1987, Kirovabad) — ictimai və elmi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor. Faiq Məmmədovun elmi-tədqiqat işləri əsasən pambıq toxumçuluğuna aid olmuş, çiyidin səpinə hazırlanması üsulları və səpin sisteminin öyrənilməsinə həsr olunmuşdur. O, pambıq bitkisi toxumçuluğu üzrə bir çox fundamental və tətbiqi işlərin, dərslik, monoqrafiya və onlarla digər kitabın, 50-yə yaxın məqalənin müəllifidir. Onun tərtib etdiyi ümumi əkinçilik üzrə tədris proqramlarından ali təhsil müəssisələrində bu gün də istifadə olunur. == Həyatı == Faiq İsmayıl oğlu Məmmədov 27 noyabr 1929-cu ildə Azərbaycan SSR-in Kirovabad şəhərində anadan olmuşdur. 1936-cı ildə M.Ə.Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbin birinci sinfinə getmiş, 1946-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. O, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinə daxil olmuşdur. 1951-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq “alim-aqronom” ixtisasına yiyələnmişdir. 1959-cu ildə Azərbaycan SSR hökumətinin dəvəti ilə Azərbaycan Kənd Təsərrüfatı nazirliyində seleksiya və toxumçuluq baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1960-cı ildə həmin nazirliyin kadrların hazırlığı baş idarəsininin rəisi vəzifəsinə köçürülmüşdür.
Zaur Həsənov (aqronom)
Zaur Həsənov — Kənd təsərrüfatı elmləri doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru. Zaur Həsənov 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. 1967-ci ildə "Azərbaycanda Şərq xirniyinin əkin materialının becərilməsinin bəzi məsələlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək "Subtropik bitkilər" sahəsində kənd təsərrüfatı elmləri namizədi adını, 1972-ci ildə isə dosent elmi adı almışdır. 1991-ci ildə "Azərbaycanda Şərq xirniyi becərilməsi texnologiyasının elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru adı almışdır. 1994-cü ildə professor elmi dərəcəsinə layiq görülmüşdür. 1967-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Meyvə-tərəvəzçilik" kafedrasında toxumçu-aqronom, 1968-ci ildə asistent, 1972-ci ildə dosent, 1981-ci ildə kafedranın müdiri vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun" Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsinin dekanı, 1991-ci ildə "Meyvə-tərəvəzçilik" kafedrasınin dosenti, 1994-cü ildə Meyvə-tərəvəzçilik kafedrasınin müdiri kimi, 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvəçilik kafedrasının professoru kimi fəaliyyət göstərib. 2014-cü ildən isə Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru kimi fəaliyyət göstərir.1998-ci ildə isə AR Prezidenti yanında AAK tərəfindən ona, meyvəçilik sahəsində qazanılmış nailiyyətlərinə görə, əlavə olaraq "Meyvəçilik və üzümçülük" ixtisası üzrə elmlər doktoru səlahiyyətləri verilmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Fəxri Fərmanı" ilə təltif olunub. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Dianna Aqron
Dianna Aqron (/ˈeɪ.ɡrɒn/, AY-gron; 30 aprel 1986[…], Savanna[d], Corciya) — Amerikalı aktrisa, müğənni, rəqqasə və rejissor. İfaçılıq və rejissorluqla yanaşı, o, xüsusilə LGBT hüquqlarını və insan haqlarını dəstəkləmək üçün əhəmiyyətli xeyriyyə işlərində iştirak etmişdir.
Kelli Rassel Aqodon
Kelli Rassel Aqodon (ing. Kelli Rassel Aqodon; 1969, Sietl, Vaşinqton) — Sietldə anadan olmuş amerikalı şair, yazıçı və redaktor. O, Two Sylvias Pressin həmtəsisçisidir və Pasifik Lüteran Universitetində aşağı səviyyəli XİN rezidentura proqramı olan Rainier Writing Workshopda poeziya şöbəsində xidmət edir. == Həyatı == O, Seattleda böyüyüb və Vaşinqton Universitetində və Sakit Okean Lüteran Universitetində Rainier Yazı Emalatxanasını yazıçılıq üzrə magistr dərəcəsi ilə bitirib. O, Vaşinqton ştatında yaşayır. Onun işi Atlantic Monthly, American Poetry Review, Prairie Schooner, North American Review, Image, 5 am, Meridian, Calyx.,Poets.org, və The Los Angeles jurnallarında dərc olunub. Nəzərdən keçirin. Şimal-qərbdə yaşayır.[10] O, 2009–2014-cü illərdə Crab Creek Review jurnalının baş redaktoru olub. O, Two Sylvias Pressin həmtəsisçisidir. O, Sahildəki Şairlər: Qadınların Həftəsonu Yazıçılarının Retreatının həmdirektorudur.