aqronom-gülçü

aqronom-gülçü
aqronom-gülbecərən 2021
aqronom-mexanizator
OBASTAN VİKİ
Aqronom
Aqronom — ali və orta təhsilli kənd təsərrüfatı mütəxəssisi. Aqronomun əsas vəzifəsi torpağın xassəsləri və kənd təsərrüfatı bitkilərinin tələbi əsasında torpaq münbitliyinin fasiləsiz artımını təmin edən aqrotexniki və meliorativ tədbirlər sistemini həyata keçirməkdir.
Cəbrayıl Hüseynov (aqronom)
Cəbrayıl Muxtar oğlu Hüseynov (3 (16) yanvar 1913 və ya 16 yanvar 1913, Nuxa – 14 dekabr 1974 və ya 1974, Bakı) — akademik, aqrar elmlər doktoru (1947), professor (1948). == Həyatı == Hüseynov Cəbrayıl Muxtar oğlu 1913-cü il yanvarın 16-da Şəki şəhərində doğulmuşdur. C. Hüseynov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini bitirmişdir (1934). C. Hüseynov aqrar elmlər namizədi (1939) və aqrar elmlər doktoru (1947) dərəcəsini, professor (1948) elmi adını almışdır. == Elmi naliyyətləri == AMEA-nın müxbir üzvü (1949), həqiqi üzvü (1961) seçilmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Azərbaycan ET Pambıqçılıq İnstitutunda baş elmi işçi işləmişdir (1936). Ümumittifaq Elmi Tədqiqat Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunun aspirant olmuşdur (1936–1939). SSRİ Elmlər Akademiyasının Azərbaycan Torpaqşünaslıq sektorunda baş elmi işçi (1940), Torpaqşünaslıq və Aqrokimya Bölməsində direktor işləmişdir (1944–1945). Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ilk direktoru olmuş (1945) və bu vəzifədə 1952-ci ilə kimi çalışmışdır. ADU-nun Biologiya fakültəsinin professoru olmuşdur (1969).
Faiq Məmmədov (aqronom)
Faiq İsmayıl oğlu Məmmədov (27 noyabr 1929, Gəncə, Gəncə dairəsi – 14 avqust 1987, Kirovabad) — ictimai və elmi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor. Faiq Məmmədovun elmi-tədqiqat işləri əsasən pambıq toxumçuluğuna aid olmuş, çiyidin səpinə hazırlanması üsulları və səpin sisteminin öyrənilməsinə həsr olunmuşdur. O, pambıq bitkisi toxumçuluğu üzrə bir çox fundamental və tətbiqi işlərin, dərslik, monoqrafiya və onlarla digər kitabın, 50-yə yaxın məqalənin müəllifidir. Onun tərtib etdiyi ümumi əkinçilik üzrə tədris proqramlarından ali təhsil müəssisələrində bu gün də istifadə olunur. == Həyatı == Faiq İsmayıl oğlu Məmmədov 27 noyabr 1929-cu ildə Azərbaycan SSR-in Kirovabad şəhərində anadan olmuşdur. 1936-cı ildə M.Ə.Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbin birinci sinfinə getmiş, 1946-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. O, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinə daxil olmuşdur. 1951-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq “alim-aqronom” ixtisasına yiyələnmişdir. 1959-cu ildə Azərbaycan SSR hökumətinin dəvəti ilə Azərbaycan Kənd Təsərrüfatı nazirliyində seleksiya və toxumçuluq baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1960-cı ildə həmin nazirliyin kadrların hazırlığı baş idarəsininin rəisi vəzifəsinə köçürülmüşdür.
Zaur Həsənov (aqronom)
Zaur Həsənov — Kənd təsərrüfatı elmləri doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru. Zaur Həsənov 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. 1967-ci ildə "Azərbaycanda Şərq xirniyinin əkin materialının becərilməsinin bəzi məsələlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək "Subtropik bitkilər" sahəsində kənd təsərrüfatı elmləri namizədi adını, 1972-ci ildə isə dosent elmi adı almışdır. 1991-ci ildə "Azərbaycanda Şərq xirniyi becərilməsi texnologiyasının elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru adı almışdır. 1994-cü ildə professor elmi dərəcəsinə layiq görülmüşdür. 1967-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Meyvə-tərəvəzçilik" kafedrasında toxumçu-aqronom, 1968-ci ildə asistent, 1972-ci ildə dosent, 1981-ci ildə kafedranın müdiri vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun" Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsinin dekanı, 1991-ci ildə "Meyvə-tərəvəzçilik" kafedrasınin dosenti, 1994-cü ildə Meyvə-tərəvəzçilik kafedrasınin müdiri kimi, 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvəçilik kafedrasının professoru kimi fəaliyyət göstərib. 2014-cü ildən isə Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru kimi fəaliyyət göstərir.1998-ci ildə isə AR Prezidenti yanında AAK tərəfindən ona, meyvəçilik sahəsində qazanılmış nailiyyətlərinə görə, əlavə olaraq "Meyvəçilik və üzümçülük" ixtisası üzrə elmlər doktoru səlahiyyətləri verilmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Fəxri Fərmanı" ilə təltif olunub. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.