Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arinyak
Arinyak (fr. Arignac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Taraskon-syur-Aryej kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09015. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 700 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 424 nəfər (15-64 yaş) arasında 277 nəfər iqtisadi fəal, 147 hərəkətsiz (fəaliyyət göstərici 65.3%, 1999-cu ildə 65.4%) idi. 277 fəal 262 nəfər (138 kişi və 124 qadın) işləyir, 15 nəfər işsizdir (5 kişi və 10 qadın). Aktiv olmayan 147 nəfər arasında 33 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 53 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Armonk
Armonk - Nyu-Yorkun inzibati bölgülərindən bir. Şimali Kaslda (ing. North Castle), Vestçester Ərazisində (ing. Westchester County) yerləşir. 2010-cu ildə əhalisi 4 330 nəfər idi. == Məşhurluğu == Armonk dünya şöhrətli informasiya texnologiyası şirkəti IBM və bond sığorta şirkəti MBIAnın baş qərargahlarına, eləcə də resığorta şirkəti Swiss Renin Amerika ofisinin qərargahının bu ərazidə yerlə.məsinə görə tanınır.
Armyansk
Armyansk (ukr. Армянськ, rus. Армянск, erm. Արմիանսկ, krımtat. Ermeni Bazar) - Ukraynanın Krım bölgəsində yerləşən şəhər. == Tarix == XVIII əsrin əvvəllərində Or Qapı qalasında yaşayan ermənilər qalanı tərk etməli olurlar. Ermənilər və etnik yunanlar yaxınlıqda yerləşən ərazidə yeni yaşayış yerinin salınması barədə ümumi razılığa gəlməsindən sonra, yeni şəhərin salınmasına razılıq verilir. 1730-cu ilə aid tarixi sənədlərdə şəhərin adına rast gəlinmişdir. Lakin rəsmi olaraq, şəhərin əsasının qoyulması kimi 1736-cı il götürülür. 1921-ci ildə şəhərin adı Armânsk olaraq dəyişdirilir.
Artsak
Arsak — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Artsak (mahnı) — 1999-cu ilin erməni mahnısı.
ARMSK
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən daimi dövlət orqanıdır. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir. == Əsas vəzifəsi == MSK Azərbaycan Respublikası Prezidenti seçkilərinin və Azərbaycan Respublikasının Milli Məclisinin deputat seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. == Yaradılma qaydası == MSK-nın üzvləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə. == Fəaliyyət və səlahiyyətləri == Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Mərkəzi Seçki Komissiyası: seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir; aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq edir, bu normativlərə əməl olunmasına nəzarət edir; aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilati kömək göstərir; seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin, seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə protokollarını və referendum sənədlərinin nümunələrini və onların tərtib edilməsi qaydasını müəyyən edir; Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan digər vəzifə və səlahiyyətləri həyata keçirir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sistemini təşkil edir; seçkilərin və referendumun hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar treyninqlərin həyata keçirilməsini təmin edir; seçkilərin və referendumun zamanı səsvermənin nəticələrini müəyyən edir, həmin nəticələrin dərc olunmasını təmin edir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər.
Ariya
Ariya (it. aria – hava, təranə) — operanın və ya iri həcmli vokal-instrumental əsərin tərkibində vokalist tərəfindən orkestrın müşayiəti ilə ifa olunan, quruluşuna görə bitkin, geniş oxuma tərzli vokal əsər növü. Adətən ariyadan əvvəl orkestr girişi və reçitativ səslənir.
Armaş
Armaş — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Toponim türk dilində «möhkəm, qüvvətli» mənasında işlənən armas sözü əsasında formalaşmışdır.
Arsak
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Arayik Arutünyan
Arayik Vladimiri Harutunyan (erm. Արայիկ Վլադիմիրի Հարությունյան, 14 dekabr 1973, Stepanakert, Azərbaycan SSR, SSRİ) — Qondarma Dağlıq Qarabağ Respublikasının baş naziri (14 sentyabr 2007 – 25 sentyabr 2017), dövlət naziri (2017–2018), başçısı (21 may 2020 – 31 avqust 2023). == Həyatı == Arayik Harutyunyan 14 dekabr 1973-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə Arayik Harutyunyan Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində gizləndiyi bunkerdə ağır yaralanmışdır. 31 oktyabr 2020 tarixində onun öldürüldüyü barədə iddiaları yayılmışdır. Ermənistan tərəfini bunu inkar etsədə, onun həyatda olduğuna dair bir sübut təqdim etməmişdir. 31 avqust 2023-cü ildə qondarma respublikanın prezidenti vəzifəsindən istefa verib. Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində 2023-cü il 3 oktyabr tarixində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmişdir. == Təhsili == 1990 — Xankəndi şəhərində fizika-riyaziyyat təmayüllü məktəbi bitirmiş və elə həmin il Ermənistan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. 1994–1995 — Xankəndi Pedaqoji İnstitutunun (sonradan Arsax Dövlət Universiteti adlandırılan) iqtisadiyyat fakültəsində təhsil almışdır.
Arayik Harutyunyan
Arayik Vladimiri Harutunyan (erm. Արայիկ Վլադիմիրի Հարությունյան, 14 dekabr 1973, Stepanakert, Azərbaycan SSR, SSRİ) — Qondarma Dağlıq Qarabağ Respublikasının baş naziri (14 sentyabr 2007 – 25 sentyabr 2017), dövlət naziri (2017–2018), başçısı (21 may 2020 – 31 avqust 2023). == Həyatı == Arayik Harutyunyan 14 dekabr 1973-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə Arayik Harutyunyan Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində gizləndiyi bunkerdə ağır yaralanmışdır. 31 oktyabr 2020 tarixində onun öldürüldüyü barədə iddiaları yayılmışdır. Ermənistan tərəfini bunu inkar etsədə, onun həyatda olduğuna dair bir sübut təqdim etməmişdir. 31 avqust 2023-cü ildə qondarma respublikanın prezidenti vəzifəsindən istefa verib. Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində 2023-cü il 3 oktyabr tarixində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmişdir. == Təhsili == 1990 — Xankəndi şəhərində fizika-riyaziyyat təmayüllü məktəbi bitirmiş və elə həmin il Ermənistan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. 1994–1995 — Xankəndi Pedaqoji İnstitutunun (sonradan Arsax Dövlət Universiteti adlandırılan) iqtisadiyyat fakültəsində təhsil almışdır.
Armanyak (içki)
Armanyak (fr. Armagnac) — Qaskon vilayətində ağ üzüm şərabının distilləsi nəticəsində alınan spirtli içki.
Armenak Boryan
Armenak Boryan (1886, Çəmbərək, Yeni Bəyazid qəzası – 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında jurnalist. Armenak Boryan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Artsak (mahnı)
Artsak (erm. Արցախ) — Ermənistan bəstəkarı Ara Gevorkyanın 1999-cu ildə "Ani" albomunda yayımlanmış instrumanetal xalq musiqisi. Yayımlanmasından qısa müddət sonra, mahnı Ermənistanda məşhurlaşmışdır. Musiqi kompozisiyasında Fikrət Əmirovun Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşası əsaında çəkilmiş "Kor Ərəbin mahnısı" filmi üçün bəstələdiyi 4 dəqiqə 16-saniyyəlik mahnının ilk və son parçalarından istifadə olunur (melodiyanın 4-dəfə sürətləndirilmiş şəkli oranjman edilib, 25-50-ci saniyyələrində və 03:05-03:55-ci saniyyələrində). Musiqi bir çox mədəni, idman və siyasi mərasimlərdə istifadə edilmişdir. Dünyanın müxtəlif ölkələrindən fiqurlu konkisürənlər, gimnastlar və digər idmançılar da dəfələrlə bu musiqiyə müraciət etmişlər. == İdmanda istifadəsi == == Digər == Ermənistan Pan-Armenian Oyunları Rusiya Pervıy kanalda yayımlanan "Buz dövrü" adlı televiziya şousunda müğənni Aleksandra Savaleva və Rusiyada doğulmuş İsrail fiqurlu konkisürəni Sergey Saxnovski bu musiqinin sədaları altında çıxış etmişlər. ABŞ 2017-ci ildə National Geographic Channel tərəfindən çəkilmiş “Hidden Cities Revealed: Baku” sənədli filmində (43-44-cü dəq.) istifadə edilib. == Qalmaqal == 2007-ci ildə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Artsak" mahnısında Azərbaycan musiqisindən istifadə edilməsini bildirmişdir. Ara Gevorkyan bu iddiaya cavab verərək, mübahisənin Rusiyanın Pervıy kanalında yayımlanan "Lednikoviy period" teleşousunun epizodlarından birində baş vermiş qarışıqlıqla əlaqəli olduğunu bildirmişdir.
Con Karmak
Con Karmak (ing. John D. Carmack; d. 20 avqust 1970, Kanzas, Missuri, ABŞ) — Amerika proqramçısı; O, First-person shooter (FPS) - Birinci şəxs atıcı janrında "Wolfenstein 3D", "DOOM", "Quake" kimi kompüter oyunlarının təqdimatı ilə məşhurdur. "Id Software" və "Armadillo Aerospace" şirkətlərinin həmtəsisçisi olaraq da tanınır. == Həyatı == Con Karmak 20 avqust 1970-ci ildə Missuri ştatının Kanzas şəhərində dünyaya gəlib. O, kiçik yaşlarından kompüter texnologiyaları ilə maraqlanıb. Devid Kaşner "Masters Of Doom" kitabında onun uşaqlıq dövrünü belə təsvir edir: "Karmak 14 yaşında olarkən bir neçə həmyaşıdına "Apple II" kompüterlərinin oğurluğu üçün dərsdən sonra məktəbə daxil olmağa kömək edir, amma bu zaman səssiz siqnalizasiya işə düşür. Con həbs edilir və psixoloq konsultasiyasına göndərilir və nəticədə çətin tərbiyə olunan uşaqlar üçün olan mərkəzdə 1 illik məhkum edilir". Sonradan Con iki semestr ərzində Missuri Universitetində oxuyur, sonra müstəqil proqramçı karyerasına başlayır. Tezliklə Con Karmak ehtiyac duyulan mütəxəssis oldu.
Oriyak (rayon)
Oriyak (fr. Aurillac) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Kantal. Suprefektura — Oriyak. Rayon əhalisi 2006-cı ildə 83 076 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 43 nəf / km². Rayon ərazisi — 1937 km².
Typhlodromalus arawak
Armenak Şuşinski
Armenak Qriqoryeviç Əsriyev və ya Armenak Şuşinski (1885, Şuşa – 1967, Bakı) — erməni kamança ifaçısı. == Həyatı == Armenak Qriqoryeviç Əsriyev 1885-ci ilin fevralında Şuşada (o vaxt Şuşa qəzasının tərkibində) dərzi ailəsində anadan olmuşdur. Onun 3 bacısı və 6 qardaşı var idi. O, 8 yaşında Qarabağ Erməni Yeparxiya Seminariyasına oxumağa göndərilmiş, lakin üç ildən sonra ailənin çətin maddi vəziyyəti səbəbilə seminariyanı tərk edərək ailə biznesini davam etdirməyə məcbur olmuşdur. İlk kamançasını 12 yaşında evdəki bir qazanı gizlicə 6 abbasına satdıqdan sonra qonşusundan almışdır. Tezliklə Uzundərə və Qarabağ şikəstəsi ifa etməyi öyrənmişdir. Böyüyəndə Məşədi İsi, Haşım Keştazlı, Cabbar Qaryağdıoğlu, Sadıqcan, Lazar Ter-Vartanesov, Baxşı Ballucalı, Avanes, Bağdagül oğlu Qosti və başqa muğam ifaçıları ilə tanış olmuşdur. Xanəndə Keçəçioğlu Məhəmmədin, tarzən Qriqor Şuşulunun, kamançaçı Mirzə Səttarın Xandəmirov teatrında çıxışlarında tez-tez iştirak etmiş, sonralar Mirzənin tələbəsi olmuşdur. Onunla bir müddət məşq etdikdən sonra Armenak 14 yaşında xanəndə Haşım Keştazlı və tarzən Uzun Mərdi ilə Mxitaraşen kəndində keçirilən toyda debüt çıxış etmişdir. Sonralar Məmmədqulu Şuşinski, Qriqor Şuşulu, Çarıxçı Bahadırla tanış olmuş, onlarla dostluq etmiş, Şuşanın erməni məhəlləsində keçirilən böyük bir tədbirdə solo olaraq çahargahı ifa etmişdir.
Amrak xaqan
Amrak xaqan - Taspar xaqanın oğlu idi. Qurultay tərəfindən xaqan seçilmişdi. Lakin elə həmin il İşbara xaqanın lehinə taxta iddia etməkdən əl çəkdi. == Həyatı == Amrak xaqan VI əsrdə hökm sürmüş Göytürk yabqusu və xaqanıdır. Hakimiyyət dövrü çox qısadır. Siyasi təzyiqlər onu xaqanlıqdan öz xoşu ilə əl çəkməyə məcbur etmişdir. Amrak şəxsi adıdır, xaqanlıq adı bilinməməkdədir. Çin qaynaqlarında adı Anluo Xaqan deyə keçməkdədir. Amrakın atası Taspar xaqan imperiyanın dördüncü xaqanı idi. Amrak 581-ci ildə atasının ölümü ndən sonra taxta keçdi.
Euphorbia ammak
Euphorbia ammak (lat. Euphorbia ammak) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Irmak iyesi
Oryak-Laqast
Oryak-Laqast (fr. Auriac-Lagast, oks. Auriac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kassan-Beqone kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12015. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 23 km cənubda yerləşir. 2008-ci ildə əhalinin sayı 256 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 148 nəfər arasında (15–64 yaş arasında) 100 nəfər iqtisadi fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,6%, 1999-cu ildə bu 67,7%).
Artak Qulyan
Artak Qulyan (erm. Արտակ Ղուլյան; 28 dekabr 1958, Gülüstan, Şaumyan rayonu) — Ermənistan memarı və dizayneri, memarlıq elmləri doktoru, dosent, Beynəlxalq Memarlıq Akademiyasının professoru. 2013-cü ilin sentyabrında "Ermənistan Respublikasının əməkdar memarı" adını almışdır. O, 2013-cü ilin dekabrında Müqəddəs Üçkilsə Ana Taxtında Vatçe və Tamar Manukyan adına Əlyazmalar Kitabxanası binasının layihəsinə görə Ermənistan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Qulyan bir çox mülki binaların və abidələrin müəllifidir, lakin onun şöhrəti əsasən yeni erməni kilsələrinin təkamül dizaynlarına əsaslanır. == Həyatı == Artak Qulyan 1958-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Şaumyan rayonunun (indiki Goranboy rayonunun bir hissəsi) Gülüstan kəndində erməni ailəsində anadan olmuşdur. Valideynləri kənd məktəbində müəllim olmuşdular. 1976-cı ildə doğulduğu kənddə orta təhsilini fəxri fərmanla başa vuran Qulyan İrəvana köçmüşdür. O, burada Ermənistan Milli Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsində təhsil almışdır. 1981-ci ildə universitetdən məzun olmuşdur.
Arşak Çobanyan
Arşak Çobanyan (erm. Արշակ Չոպանեան, 15 iyul 1872, Beşiktaş, Konstantinopol, Osmanlı imperiyası – 8 iyun 1954, ‎IV arondisman) — erməni povest yazıçısı, jurnalist, redaktor, şair, tərcüməçi, ədəbiyyatşünas, dramaturq, filoloq və romançı. == Həyatı == Atası qızıl ustası idi. 1898-ci ildə "Anahit" jurnalını təsis etmişdir. Onun Fransanın ədəbiyyat və ziyalıları ilə əlaqələri "Mercure de France" kimi fransızdilli qəzetlərində sərbəst şəkildə Erməni soyqırımı haqqında yazmağa imkan vermişdir. O, erməniləri Osmanlı hökumətinin zülmündən xilas etmək üçün qərbin dəstəyinin güclü tərəfdarına çevrilmişdir. "Ramqavar" partiyasına qoşulduqdan sonra Poqos Nübarla görüşmüş və 1919-cu ildə Paris Sülh Konfransı zamanı Ermənistan Milli Nümayəndəliyində iştirak etmişdir. == Ədəbi fəaliyyəti == Arşak Çobanyan fundamental erməni realist yazıçılarından sayılır, baxmayaraq ki, onun romantik üslubda da çoxlu əsərləri var. Bu yazıları oxuyanların bəziləri arasında Fransa yazıçısı Anatol Frans da var idi.
Habanera (ariya)
Məhəbbət üsyankar quşdur (fr. L'amour est un oiseau rebelle Fransızca tələffüz: [lamuʁ ɛt‿œ̃n‿wazo ʁəbɛl]) — fransız bəstəkar Jorj Bizenin "Karmen" operasının 1-ci pərdəsindən habanera şəklində çox məşhur bir mahnı. Bu mahnı messo-soprano üçündür.