ARBAK

ər, igid bəy; qəhrəman bəy; böyük qəhrəman.
ARAZƏLİ
ARGUN
OBASTAN VİKİ
Con Arbakl
Conatan K. Arbakl (ing. Jonathan Q. Arbuckle) — Cim Devisin yaratdığı "Qarfild" karikaturasında peyda olan uydurma personaj. O, "Qarfild və dostları" və "Qarfildin şousu" animasiya seriallarında görünüb, həmçinin iki filmdə aktyor Brekin Meyer tərəfindən canlandırılıb. == Haqqında == Cim Devis bu personajı özünün təmsili kimi yaratmışdır. Karikatura ilk yaradıldığı vaxtlarda Con Arbakl baş qəhrəman idi və bu karikatura onun adını daşıyırdı. Sonralar Devis fikrini dəyişdi və diqqəti Conun ev heyvanı Qarfildə yönəltdi, bunun nəticəsində Qarfild hekayənin əsas personajı oldu, "Con" kimi bilinən karikatura isə "Qarfild"ə çevrildi. Bu karikaturada bəzi dəyişikliklər baş verdi, ev iti Spot-un adı Odi ilə əvəz olundu. == Bioqrafiya == 23 dekabr 1980-cü ildə nəşr olunmuş karikaturada Con Qarfildə 29 yaşı olduğunu deyir. "Qarfildin şousu" animasiya serialında isə onun 22 yaşı var. Conun italyan əsilli olduğu güman edilir, çünki onun Tony Arbuccli adlı əcdadı mövcuddur.