Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atnalı yengəci
Atnalı yengəci (lat. Limulus) — atnalı yengəcləri fəsiləsinə aid heyvan cinsi.
Atalı (Xudafərin)
Atalı (fars. عطالو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (19 ailə).
Soylu Atalı
Soylu Atalı (Talıblı Zülfüqar Qara oğlu; 13 yanvar 1966, Kəpənəkçi, Bolnisi rayonu) — Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü, ruhaniyyatçı, publisist. Soylu Atalı 13 yanvar 1966-cı ildə Gürcüstan SSR-nin (indiki Gürcüstan Respublikası) Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulmuşdur. 1983-cü ildə Kəpənəkçi 1 saylı orta məktəbi bitirmiş və Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. Bir il axşam şöbəsində təhsil aldıqdan sonra 1984-cü ildə sovet ordu sıralarına çağırılmış və 1986-cı ildə hərbi xidməti başa vuraraq institutda təhsilini əyani şöbədə davam etdirmişdir. 1991-ci ildə "Mülki və sənaye binalarının tikintisi" ixtisası üzrə təhsilini başa vurmuşdur. 1990-cı ilin fevralında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda tələbələrlə görüş keçirən Asif Ata ilə tanış olmuş və onun ruhani mübarizəsinə qoşulmuşdur. Asif Atadan "Soylu" adını almış, sonrakı fəaliyyəti və yaradıcılığı bu ad altında getmişdiar. Mütləqə İnam Ocağının Asif Atadan sonrakı fəaliyyəti (5 iyun 1997-ci ildən bu günədək) əsasən Soylu Atalının adı ilə bağlıdır. Ocağın bütün tədbirlərinin aparıcılığı, Asif Ata tərəfindən ideya kimi verilmiş Ocaq Bayramlarının gerçəkləşdirilməsi, Ruhani Beşikbaşı Mərasimlərinin (toy ənənəsi) və Ölügötürmə (yas) Kurallarının nəzəri olaraq (kitab halında) işlənilməsi və bu ideyaların həyata keçməsi, Ata irsinin sistemləşdirilməsi, Ocaq-türk əlifbasının təbliği Soylu Atalının inadı sayəsində baş tutmuşdur. O, Asif Atanın Azərbaycanın siyasi xilası kimi düşündüyü "Uluyurd Hərəkatı"nın nəzəri prinsiplərini işləyib ərsəyə gətirmişdir.
Ayalı (Mahnişan)
Ayalı (fars. ايالو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (81 ailə).
Atlantik atnalı yengəci
Atlantik atnalı yengəci (lat. Limulus polyphemus) — Xeliserlilər yarımtipinə, qılıncquyruqlar dəstəsinə daxil olan növ. Meksika körfəzi və Şimali Amerikanın Atlantik sahilləri boyunca yayılmışdır. Bu növ atnalı xərçənglərinin illik köçlərinin əsas istiqaməti Delaver körfəzidir. == Anatomiya və fiziologiya == Bədən bir prosom (ön və ya yuxarı hissədən) və bir opistosomdan (sırasıyla aşağı və ya arxa), həmçinin bir quyruqdan ibarətdir. == Haqqında == Alimlər təkamül haqqında daha çox məlumat əldə etmək üçün Limulus polifemusunu araşdırmışlar. 1967-ci il Tibb Nobel Mükafatı atnalı yengəcinin gözlərinin araşdırılmasına görə verilmişdir. == Həyat tərzi == Atnalı yengəci ekosistemdə əhəmiyyətli rol oynayır. Yumurtaları İslandiya qumluqcası kimi sahil dəniz quşları və böyüklər dəniz tısbağaları ilə qida məmnbəyi rolunu oynayır. Mollyusklar, Həlqəvi qurdlar, digər dəniz onurğasızları və balıqlarla qidalanırlar.
Adnalı
Adnalı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Adnalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Albalı
Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Yabanı albalı == Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: mərmərik albalı; mahaleb albalısı; çöl albalısı. Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir.
Almalı
Yaşayış məntəqələri Azərbaycanda Almalı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Almalı (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Almalı (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Ermənistanda Almalı (Dərələyəz) — Qərbi Azərbaycanın Dərələyəz mahalında kənd. Almalı (Paşalı) — Qərbi Azərbaycanın Dərələyəz mahalının Paşalı rayonunda kənd. Türkiyədə Almalı (Antalya) — Türkiyənin Antalya ilində şəhər.
Alçalı
Azərbaycan Alçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Ermənistan Alçalı (Göyçə) — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. Alçalı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay. Aşağı Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Yuxarı Alçalı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.
Arğalı
Arğalı — Arazbar qəzasında var olmuş kənd. Hal-hazırkı ərazidə Qazaxlar və Əhmədalılar kəndi yerləşir. == Tarixi == Arğalı yurdu qədim-qayım Qarabağın Arazbar qəzasında yerləşirdi. Orta çağlarda ara savaşları zəminində əhalisi köçürülmüşdür. Hazırda kəndin yerində Qazaxlar və Əhmədalılar yaşayış məntəqələri bərqərardır. XIII yüzillikdə Arğalı kəndində Arğalı türbəsi inşa edilmişdir. 1727-ci ilə aid Osmanlı qaynağında yazılır: "Arazbar qəzasına tabe olan Arğalı kəndi". Heç kimin yaşamadığı bu kənddə kənardan gələn rəiyyətlər çəltik əkib-becərirdilər. Orta çağlarda Xudafərin körpüsündən Arğalıya qədər yol uzanırdı. Bu yol "Arğalı yolu" adlanırdı.
Axtalı
Axtalı - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında kənd adı. == Tarixi == Axtalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı. 1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də oturmuşdular. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1940-cı ildə kənd ermənicə Dzorastan adlandırılmış.
Ayaslı
Ayaslı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5–6 km şimal-şərqdə, Gərni çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Böyük Ayaslı formasında, Qafqazın 5 verstlik xəritəsində Ayaslı kimi qeyd edilmişdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Ayqestan formasında qeyd edilir . Toponim ayaslı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Ayqestan qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1828-29 - cu illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürələrək burada yerləşdirilmişdir.
Aynalı
Aynalı və Ağlyanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Aynalı (Susuz) — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Aynalı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Aytala
Aytala (Gədəbəy) — Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Ayıtala — Zaqatala rayonunun Maqov inzibati ərazi vahidində kənd.
Ağyazı
Ağyazı (Qax) — Qax rayonunun inzibati ərazi vahidində kənd. Ağyazı — Qubadlı rayonunun Xələc kəndi ərazisində col; Ağyazı — Qanıx çayının sol sahilində geniş col.
Qayalı
Kəndlər Qayalı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qayalı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qayalı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qayalı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonun ərazisində kənd. Bələdiyyələr Qayalı bələdiyyəsi — Digər Qayalı (Kəkildağ) düşərgəsi Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi.
Ziyalı
Ziyalı və yaxud intelligensiya (lat. intelligentia - dərketmə, anlama, bilik) — cəmiyyətin əqli əməklə məşğul olan sosial təbəqəsinə deyilir. Ziyalı ilk dəfə olaraq 1844-cü ildə polşalı K.Libert tərəfindən, 1846-cı ildə V.Bielinski, Almaniyada Karl Kautski, Karl Marks, Huqo Ball və Adolf Hitler tərəfindən bütün savadlı təbəqənin vəhdəti kimi işlədilmişdir. Bu anlayış XIX əsrin ortalarından Rusiyada geniş işlədilmiş və sonralar SSRİ-də ciddi diqqətdə saxlanılmışdır. O Qərbdə işlədilən intellektual anlayışı ilə çox yaxındır. Rus publisisti Pyotr Boborıkin XIX əsrin 60-cı illərində bu anlayışdan mətbuatda tez-tez istifadə edir. Ziyalılar onun zənnicə cəmiyyətin "ağıllı, düşüncəli, bilikli və profosional səviyyədə kreativ çalışan və mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən" şəxslərin daxili olduğu sosial təbəqəyə deyilirdi. Nikolay Berdyayev sonralar bu anlayışı genişləndirərərk, ictimai həyatda aktiv iştirak edən, cəmiyyətin təhsili olmayan təbəqəsini də buraya daxil edir. Ziyalı - ziyalılar təbəqəsinin nümayəndəsidir. Ziyalı məfhumu bütün dövrlərdə həm əqli əməklə çalışanlara, həm də ali təhsilli şəxslərə aid edilir.
Ağalı
Azərbaycanda tərkibində Ağalı sözü olan aşağıdakı kəndlər mövcudur: Ağalı — Azərbaycanın Ağdaş rayonunda kənd. Ağalıq — Azərbaycanın Şabran rayonunda kənd. Ağalıkənd — Azərbaycanın Biləsuvar rayonunda kənd. Ağalı — Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi. Birinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. İkinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Üçüncü Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Əhmədağalı — Azərbaycanın Ağdam rayonunda kənd. Xanağalı — Azərbaycanın Bərdə rayonunda kənd. Qasımağalı — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Ağyal
Ağyal — Gədəbəy rayonu ərazisində dağ; Ağyal — Qazax rayonu ərazisində dağ; Ağyal — Tovuz rayonu ərazisində dağ; Ağyal — Zəngilan rayonu ərazisində dağ.
Hind gavyalı
Hind qavialı (lat. Gavialis gangeticus) — Gavialidae fəsiləsinin yaşayan iki bioloji növündən biri. Digəri Malay qavialıdir. Bu timsahlara əsasən Hindistan, Banqladeş, Butan, Nepal, Pakistan və Myanma ərazisində rast gəlmək mümkündür. Yaşayış arealı Hind çayı, Brahmaputra, Qanq və Mahanadi çaylarıdır. Qavialın uzunluğu 3–5,5 metr (maksimum 7 metr), çəkisi 159–181 kq-dır.
Katalan atlası
Katalan atlası(kat. Atles català,Orta əsrlər dövründə (1375-ci ildə hazırlanmış və yazılmış) ən mühüm Katalan xəritəsi. Bu atlas Majorkan kartoqrafik məktəbi tərəfindən istehsal edilib və Kreskes Abraham (Cresques Abraham) (həmçinin "Abraham Kreskes" (Abraham Cresques) kimi tanınan),özünü dünyanın xəritələr habelə kompaslar ustası , kimi təsvir edən bir yəhudi kitab aydınladıcına aid edilir. V Kral Çarlz dövründən bəri Fransa kral kitabxanası (indi Fransa Milli Kitabxanası)nda olmuşdur.
Keçəli albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Milleniya Atlası
Qarabağ atları
Qarabağ atı — Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII–XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Hal-hazırda Azərbaycan Respublikasında milli at cinsidir. Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır. Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atı yüksək qaçış sürəti ilə seçilir. Rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən "Sumqanda" adlı at tərəfindən 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə (50.52 km/saat), 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyəyə (50.24 km/saat) qaçmaqla qeydə alınıb.
Qayalı (Bərdə)
Qayalı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Arali
Arali Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. == Toponimkası == Arali - Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuşdur.Azərbaycanda Ərəş qəzasında Aral kənd, Şimali Qafqazda Kaytak-Tabasaran dairəsində Arallar - Göytəpə kənd, Dağıstan dairəsinin Kürə nahiyəsində Aral (Yenkicə) kənd və Teymurxan şura dairəsində Aral dağ və kənd adları ilə mənaca eynidir. XVII əsrdə Tiflis əyalətinin Ağcaqala nahiyəsində Aral tayfasının adı çəkilir. Mənşəcə Afşar tayfasının bir qoludur. Azərbaycanda Aral kəndi (Ağdaş rayonu), qaraqalpaqlarda isə Aral tayfası vardır.
Fathali Oveisi
Fathali Oveisi (11 yanvar 1946 – 5 oktyabr 2021, Tehran) — Iranli aktör ve yönetmen.
Hadi Atlasi
Hadi Atlasi (tam adı:Hadi Miftaxetdin oğlu Atlasov) — tatar tarixçi, pedaqoq, ictimai xadim.[mənbə göstərin] == Həyatı == Hadi Miftaxetdin oğlu Atlasi 1876-cı ildə çar Rusiyasının işğal etdiyi Tatar torpaqlarında yaratdığı Sembir quberniyası Bua qəzasındakı Tübən Çəke kəndində molla ailəsində doğulmuşdur. İndi bu kənd Tatarıstan Cümhuriyyətinin Çüprəle rayonuna daxildir. İlk təhsilini atasından alan Hadi sonra Bua’dakı mədrəsədə oxumağa getmişdir. Avropa ölkələrinin sürətli inkişafı, Rusiyanın hər sahədə onları təqlid etməsi, Rusiya əsarətində olan xalqlarda da bir Avropapərəstlik əhval-ruhiyyəsi yaratmışdı. Buna görə də Hadi üsul-i qədim, yəni orta yüzillərin proqramı ilə keçilən mədrəsədə oxusa da, cədidçilərə meyil göstərmişdir. Bua mədrəsəsini bitirdikdən sonra Orenburq şəhəri yaxınlığındakı Karqalı kəndindəki Müəllimlər Seminariyasına daxil olmuşdur. 1898-ci ildə Müəllimlər Seminariyasını bitirəndə o, Türk, Ərəb, Fars, Rus, Alman dillərini bilməklə yanaşı, astronomiya, coğrafiya, riyaziyyat və başqa fənnləri də oxumuşdur. == Pedaqoq == Müəllimlər Seminariyasını bitirdikdən sonra Buadakı mədrəsədə işə başlayan Hadi Atlasi buradakı təhsil sistemində dəyişikliyə can atır və istədiyinə nail olur. Mədrəsə şagirdləri üçün "Qıyılme həyət", yəni "Astronomiya" və "Tarixe tabiqat", yəni "Təbilət tarixi" dərsliklərini yazaraq çap etdirir. Az vaxtda bacarıqlı pedaqoq, millətsevər insan, ictimai xadim kimi tanındığına görə [1903]-cü ildə onu Böqelmə qəzasının Əlmət kəndindəki məscidə imam və məscid yanındakı məktbə müəllim işləməyə dəvət edirlər.