Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pinus amamiana
Pinus amamiana (lat. Pinus amamiana) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. == Arealı == Pinus amamiana növü Yaponiya və Ryukyu adaları ərazilərində yayılmışdır. == Sinonim == Pinus armandii var. amamiana (Koidz.) Hatus.
Alamana döyüşü
Alamana döyüşü ― Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı 22 aprel 1821-ci ildə yunanlar və Osmanlı imperiyası arasında baş verən döyüş. == Döyüş == 1 aprel 1821-ci ildə Levadiya şəhərinin Afanasios Diakos və Vasilis Busqosun başçılıq etdiyi yunan döyüşçülərindən ibarət kontingentə təslim olandan sonra Hurşid Ahmed Paşa Fessaliyadan olan iki ən səriştəli komandirləri Ömər Vrioni və Köse Mehmedi 8000 nəfər ordu ilə Rumeli üsyanının yatırılmasına və daha sonra Peloponnesə keçərək Tripoli mühasirəsinin dağıdılmasına göndərdi.Dimitrios Panuryas və Yannis Dyovuniotisin döyüşçüləriylə gücləndirilən Afanasios Diakos və dəstəsi osmanlıların Rumeliye irəliləməsini dayandırmaq üçün Fermopillər yaxınlığında müdafiə mövqeləri tutmağı qərar verdi. 1500 nəfərlik yunan qüvvələri üç hissəyə bölündü: Divuniotis Qorqopotamos körpüsünü, Panurgias Halkomata təpəsini və Diakos Alamana körpüsünü qorumalı idi.Lamiya şəhəri yaxınlığında Lianokladidəki düşərgələrini tərk edən osmanlılar qısa müddətdə qüvvələrini böldülər. Əsas güc Diakosa yollandı, digəri sürətlə darmadağın edilən Divuniotisa hücum etdi, Panurgias yaralanandan sonra isə onun adamaları təslim oldular. Yunan qüvvələrinin əksəriyyəti qaçdı, osmanlılar hücumlarını Diakosun Alamana körpüsündəki mövqeyinə yönəltdilər. Məğlubiyyətin zaman məsələsi olduğunu görən Diakosla birlikdə döyüşən Busqos yalvarırdı ki, onunla təhlükəsiz yerə getsin. Diakos qalmağı və bir neçə saat ərzində 48 nəfərlə vuruşmağı seçdi Diakos yaralandı və qılıncının qırılmasından sonra əsir düşdü. === Diakosun vəfatı === Afanasios Diakos Ömər Vrioninin qarşısına gətirildi və ona türk ordusunda zabit rütbəsi təklif olundu. Diakos imtina edərək və cavabında "mən yunan doğuldum və yunan kimi öləcəm" cavabını verdi. Vrioni Diakosu payaya keçirməyə əmr etdi.
Artsrun Avaqyan
Artsrun Abqari Avaqyan (erm. Արծրուն Աբգարի Ավագյան; 13 mart 1942, İrəvan) — Ermənistan və SSRİ ədəbiyyatşünası. Filologiya elmləri doktoru (1998), professor (2000), Ermənistan Respublikasının əməkdar elm xadimi (2014), Ermənistan Yazıçılar Birliyinin üzvü (2000). == Həyatı == Artsrun Avaqyan 1942-ci ildə İrəvanda anadan olmuşdur. O, 1959-cu ildə Xaçatur Abovyan adına orta məktəbi, 1968-ci ildə İrəvan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika fakültəsini bitirmişdir. Avaqyan 1970-ci ildən İrəvan Dövlət Universitetinin filologiya fakültəsində çalışmış, 2000-ci ildən dekan olmuşdur. O, 1977-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir.Artsrun Avaqyan erməni diasporu və sovet ədəbiyyatı ilə bağlı bir çox elmi məqalələrin müəllifidir.
Baqdasar Avakyan
Baqdasar Avakyan (1883, Ataqut, Şuşa qəzası – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == Bakı şəhərinin komendantı Baqdasar Avakyan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Hovannes Adamyan
Hovannes Adamyan (erm. Հովհաննես Ադամյան; 5 (17) fevral 1879, Bakı, Bakı quberniyası, Rusiya imperiyası[…] – 12 sentyabr 1932[…], Leninqrad[…]) — erməni əsilli sovet mühəndisi və ixtiraçısı. Yazıçı kimi də fəaliyyət göstərmiş Adamyan, ümumilikdə 20-dən çox müxtəlif ixtiranın sahibi kimi tanınmaqdadır. Dünyada ilk eksperimental rəngli televiziya Hovannes Adamyanın üçrəngli prinsipi əsasında 1928-ci ildə Londonda nümayiş olunmuşdur. İxtiraçı rəngli televziyanın yaradıcılarından biri hesab olunur. == Həyatı == Hovannes Adamyan 1879-cu ilin 5 fevral tarixində Rusiya imperiyasının Bakı quberniyasının mərkəzi olan Bakı şəhərində, varlı erməni ailəsində anadan olmuşdur. Adamyanlar ailəsi Bakı və ətraf ərazilərdə bəzi neft sahələrinə sahib idilər və eyni zamanda da İran üzərindən ipək malların gətirilməsi və satılması ticarəti ilə məşğul olurdular. Hoavannes 1897-ci ildə Bakı şəhərində məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün ailəsi tərəfindən İsveçrəyə göndərilmişdir. Sürix və Berlin şəhərlərində yerləşən universitetlərdə müxtəlif vaxtlarda təhsil almışdır. Təhsilini bitirdikdən sonra televiziyaların təkminləşdirilməsi ilə məşğul olmağa başlayan ixtiraçı, özünə qədərki alimlər Le Blank və Nipkovun rəngli televiziya ilə bağlı olan nəzəri işlərini inkişaf etdirmiş və rəngli televiziya sisteminin yaradılması üçün əməli fəaliyyət göstərmişdir.
Petros Adamyan
Petros İeronimoviç Adamyan (erm. Պետրոս Հերոնիմոսի Ադամեան; 21 dekabr 1849, Karaköy[d], Konstantinopol, Osmanlı imperiyası – 4 iyun 1891, Konstantinopol) — erməni aktyoru. == Həyatı == Petros İeronimoviç Adamyan 21 dekabr 1849-cı ildə Osmanlı imperiyasının paytaxtı İstanbul şəhərində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1866-cı ildən İstanbul erməni teatrında başlamışdır. 1879-cu ildən Tiflisdə, Bakıda, Şuşada, həmçinin Rusiya və Ukrayna şəhərlərində çıxış etmişdir. 1888-ci ildə Adamyan İstanbula qayıtmışdır. 200-dən çox rol oynamışdır. Adamyanın yaradıcılığı üçün intellektuallıq, emosionallıq və yüksək sənətkarlıq xarakterik idi. Əsas rolları: Arbenin ("Maskarad", Lermontov), Hamlet, Otello ("Hamlet", "Otello", Şekspir), Karl Moor ("Qaçaqlar", Şiller), Masistan ("Xatabala", Sundukyan). "Şekspir və onun "Hamlet" faciəsinin tənqidi" kitabının müəllifidir.
Qazaros Avakyan
Qazaros Avetisoviç Avakyan (erm. Ղազարոս Ավետիսի Ավագյան, rus. Газа́рос Авети́сович Авакя́н; 15 mart 1918 və ya 12 sentyabr 1918, Çaykənd, Yelizavetpol qəzası – 22 yanvar 1945) — erməniəsilli SSRİ hərbçisi, leytenant. O, İkinci Dünya müharibəsində iştirak etmişdir. == Həyatı == Qazaros Avetisoviç Avakyan 12 sentyabr 1918-ci ildə Yelizavetpol qəzasının Çaykənd kəndində anadan olmuşdur. O, 1940-cı ildən Sovet Ordusunda xidmət edərək İkinci Dünya müharibəsində iştirak etmişdir. Avakyan müharibə illərində, 1943-cü ildə Smolenskdə, 1944-cü ildə isə Belorusiyada gedən döyüşlərdə vuruşmuşdur. O, 22 yanvar 1945-ci ildə Polşada, Ostrolenka şəhəri uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == Təltif və mükafatlar == Qazaros Avakyan "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. O həmçinin, ölümündən sonra, 24 mart 1945-ci il tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Qrant Avakyan
Qrant Arsenoviç Avakyan (erm. Ավագյան Հրանտ Արսենի, rus. Авакя́н Грант Арсе́нович; 15 oktyabr 1924, Bakı – 28 fevral 2017, Krasnodar) — SSRİ hərbçisi, polkovnik. O, İkinci Dünya müharibəsində iştirak etmişdir. == Həyatı == Qrant Arsenoviç Avakyan 15 oktyabr 1924-cü ildə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində bir erməni ailəsində anadan olmuşdur. O, 1941-ci ildən Sovet Ordusunda xidmət etmiş, İkinci Dünya müharibəsində iştirak etmişdir. Avakyan Şimali Qafqaz, 3-cü Ukrayna, 1-ci Belorusiya cəbhələrində döyüşmüşdür. O, Berlinin alınması uğrunda döyüşlərdə iştirak etmişdi. Avakyan 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1953-cü ildə Vladimir Lenin adına Hərbi Siyasi Akademiyanı bitirmişdir.
Suren Adamyan
Suren Arutyunoviç Adamyan (erm. Սուրեն Հարությունի Ադամյան; 6 iyun 1913, Çartar, Şuşa qəzası – 27 fevral 1983, Martuni rayonu, DQMV) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı. == Həyatı == Suren Arutyunoviç Adamyan 6 iyun 1913-cı ildə Şuşa qəzasının ərazisində yerləşən Çartar kəndində anadan olmuşdur. 1938-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olan Adamyan 1945-ci ildən Azərbaycan SSR Martuni rayonundakı "Kommunizm" kolxozunun sədri, 1948-ci ildən Sosialist Əməyi Qəhrəmanıdır. Onun rəhbərlik etdiyi kolxoz təsərrüfatda və mədəni quruculuqdakı nailiyyətlərə görə 1967-ci ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur. Adamyan Sov.İKP 22–25-ci qurultaylarının nümayəndəsi olmuşdur. AKP 27–29-cu qurultaylarında MK üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (5–9-cı çağırış) deputatı olmuşdur. 3 dəfə "Lenin" ordeni və "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.Suren Adamyan 27 fevral 1983-cü ildə Martuni rayonu Çartar kəndindəki mənzilində ermənilər tərəfindən güllələnmiş, həyat yoldaşı isə baltalanmışdır. Cinayətdə 11 nəfər şübhəli bilinərək saxlanılmış, 2 nəfər məhkəmənin qərarı ilə ölüm hökmünə — güllələnməyə məhkum edilmişdir.
Pinus armandii var. amamiana
Pinus amamiana (lat. Pinus amamiana) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. == Arealı == Pinus amamiana növü Yaponiya və Ryukyu adaları ərazilərində yayılmışdır. == Sinonim == Pinus armandii var. amamiana (Koidz.) Hatus.