Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alabalıq
Alabalıq (digər adı: forel) — qızılbalıqlar fəsiləsinə aid olan balıq cinsi. Alabalıq bulaq mənşəli dağ çaylarının və göllərinin daimi sakinləridir. Onlara şəffaf suyu və dibi daşlı olan bütün dağətəyi çaylarda da rast gəlmək olur. Azərbaycan ərazisində forellər Böyük və Kiçik Qafqaz sıra dağlarından, eləcə də Talış dağlarından süzülən bulaq mənşəli çaylarda yayılmışdır. Hər bir çayda yaşayan balıq öz rənginə, biololi və həmçinin bəzi morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin bütün çaylarda yaşayan alabalıqlar üçün bədəndə əlvan xalların olması xarakterikdir. Çayların dibinin vəziyyətindən asılı olaraq balıqların rəngi də dəyişə bilir. Əgər çayın dibi açıq rəngli daşlardan təşkil olunmuşdursa, onda balığın da rəngi açıq olur, əgər daşlar tutqun rəngdədirsə balığın rəngi də tünd rəngdə olur. Bütün alabalıqlar üçün ən xarakter xüsusiyyət onların soyuq suya və oksigenə hədsiz tələbkar olmalarıdır. Belə ki, suda istilik 15-18°C, oksigenin miqdarı isə 1 litr suda 7-8 sm3 olduqda alabalıqlar özlərini yaxşı hiss edir, yaxşı qidalanır və böyüyürlər.
Avadanlıq
Avadanlıq aşağıdakı mənalara gələ bilər: Şəbəkə avadanlıqları: Kompüter şəbəkəsinin elementləri arasında əlaqə yaratmaq üçün lazım olan qurğulardır. Kompüter avadanlığı: Kompüterdə olan fiziki vahidlər.
Aralıq
Aralıq — Bərzəx Aralıq (İğdır) — İğdır ilinin ilçələrindən biridir. Aralıq (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aralıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aralıq qoyun — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd. Yuxarı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd.
Varlıq
Varlıq — fəlsəfi kateqoriya olub, şüurdan asılı olmayaraq obyektiv reallığın- kosmos, təbiət və insanın mövcudluğudur. Varlıq anlayışı geniş və dar mənada işlədilir. Geniş mənada dünyada mövcud olan hər şey varlığa daxil edilir. Sözün məhdud mənasında (dar) varlıq dedikdə insanların şüürundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv reallıq başa düşülür. Fəlsəfədə varlıq terminini ilk dəfə antik dövrün tanınmış filosoflarından biri olan Parmenid işlətmişdir. O varlıq haqqında əsərində göstərirdi ki, "Varlıq" hərəkət etmir, dəyişməzdir və mükəmməldir. Demokritin atomist təlimi hesab edirdi ki, varlıq bölünməz kiçicik hissəciklərdən — atomlardan və boşluqdan ibarətdir.
Alabalıq kababı
Hel (varlıq)
Hel (q.skan. Hel) — german-skandinav mifologiyasında ölülər diyarının hakimi (Helheym), Loki və div Anqrbodanın qızı, üç xtonik varlıqdan biri. Hel Snorri Sturluson tərəfindən XII əsrdə ənənəvi mənbələr əsasında yazılmış "Böyük Edda" və "Kiçik Edda" əsərlərində təsvir olunmuşdur. Əlavə olaraq, IX əsrə aid "Yer dairəsi" əsərində və X əsrə aid "Egil saqası"nda onun adı çəkilir. XII əsrdə Sakson Qrammatik tərəfindən latın dilində yazılmış "Danların əməlləri" əsərində ona adətən "Hel" deyə xitab edilir. Hel Xalqların böyük köçü dövrünə aid bir çox brakteatda təsvir olunmuşdur. Hel "Böyük Edda", "Kiçik Edda" və "Yer dairəsi" əsərlərində Lokinin qızı hesab edilir. "Kiçik Edda" əsərinin bir parçası olan "Uzaqgörən Qülvi" kitabında Helin tanrı Odin tərəfindən Niflheymdə yerləşən Helheymə hakim təyin edilmiş olduğu qeyd edilmişdir. Həmin mənbədə onun xarici görünüşünün yarı-göy və yarı-dəri rəngli olduğu, eləcə də üzügülməz, pəjmürdə bir görünüşə malik olduğu yazılmışdır. "Böyük Edda" əsərində Helin ölülər diyarında ucsuz-bucaqsız mülklərə, çoxlu qulluqçuya hakimlik etdiyi və tanrı Baldrı diriltmə cəhdində böyük rolu olduğu yazılmışdır.
Mütləq varlıq
Mütləq — idealist fəlsəfədə anlayışdır. Mütləq "özü onun üçün kafi olan"digər heç bir şeydən asılı olmayan, bütün mövcudiyyatı özündə əks etdirən və onu yaradan əbədi, sonsuz, şərtsiz, bitkin və dəyişməz subyekti ifadə etmək üçün idealist fəlsəfədə işlənir. Din üçün mütləq varlıq Allahdır, Fixtedə-"Mən" adlanır; Hegel fəlsəfəsində Mütləq rolunda dünya zəkası(mütləq ruh); Şopenhauerdə iradə, Berqsonda intuisiya çıxış edir.
Ramazankənd (Aralıq)
Ramazankənd — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. İğdır il mərkəzindən 12 km, Aralıq ilçə mərkəzinə 11 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 391 nəfər azərbaycan türkü və 55 kürd yaşayırdı.
Aşağıtorpaqlı (Aralıq)
Aşağıtorpaqlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Alıqızıl, 1928-ci il qeydlərində isə Aşağı Əliqızıl kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 36 km, Aralıq qəsəbə mərkəzindən 9 km məsafədədir.
Aşağıçamurlu (Aralıq)
Aşağıçamurlu — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd . == Tarixi == Kənd 1901-ci ildən eyni addadır. == Coğrafiya == İğdır şəhər mərkəzinə 34 km, Aralıq qəsəbəsinin mərkəzindən 11 km məsafədədir.
Aşağıçiftlik (Aralıq)
Aşağıçiftlik —Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd . == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiyası == Kənd Iğdır şəhər mərkəzinə 51 km, Aralıq qəsəbə mərkəzindən 6 km məsafədədir.
Babacan (Aralıq)
Babacan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1886-cı il qeydlərində Kobi kimi qeyd olunur. Əvvəllər Daşburun bucağına aid məhəllə idi, lakin 29 mart 1946-cı ildə kənd statusu almışdır. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 26 km, Aralıq qəsəbəsinin mərkəzindən 19 km məsafədədir.
Gödəkli (Aralıq)
Gödəkli — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiyası == Kənd İğdır şəhər mərkəzinə 57 km, Aralıq qəsəbəsinin mərkəzindən 12 km məsafədədir.
Hacıağa (Aralıq)
Hacıağa — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 38 km, Aralıq qəsəbəsinin mərkəzindən 7 km məsafədədir. Hacıağa kəndi ilə Ağbulaq yaylası arasında təqribən 65 km məsafə var və bu kəndin ailələri buradan gəlir.
Həsənxan (Aralıq)
Həsənxan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1854-cü ilə aid qeydlərdə Həsənabad kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 29 km, Aralıq qəsəbəsinin mərkəzindən 16 km məsafədədir. Kənd Aralıq–İğdır avtomobil yolunun üzərində yerləşir.
Qarahacılı (Aralıq)
Qarahacılı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1914-cü il qeydlərində Qarağaçlı kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 31 km, Aralıq qəsəbəsinin mərkəzindən 14 km məsafədədir.
Qırçiçəyi (Aralıq)
Qırçiçəyi — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1928-ci il qeydlərində Qıraçbağı kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 24 km, Aralıq qəsəbə mərkəzindən 21 km məsafədədir.
Saraçlı (Aralıq)
Saraçlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1901-ci il qeydlərində Saraçlu, 1928-ci il qeydlərində Pirço kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 41 km, Aralıq qəsəbə mərkəzindən 4 km məsafədədir.
Tarlabaşı (Aralıq)
Tarlabaşı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1901 və 1928-ci il qeydlərində Ahuri və ya Ahori kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 63 km, Aralıq qəsəbəsinin mərkəzindən 18 km məsafədədir.
Təzəköy (Aralıq)
Təzəköy — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 41 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.
Yenidoğan (Aralıq)
Yenidoğan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd İğdır şəhər mərkəzinə 67 km, Aralıq qəsəbəsinin mərkəzindən 22 km məsafədədir.
Yuxarıaratan (Aralıq)
Yuxarıaratan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 49 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.
Yuxarıtorpaqlı (Aralıq)
Yuxarıtorpaqlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd.. Kəndin adı 1928-ci il qeydlərində Yuxarı Əliqızıl kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 36 km, Aralıq qəsəbə mərkəzindən 9 km məsafədədir.
Yuxarıçamurlu (Aralıq)
Yuxarıçamurlu — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 49 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.
Yuxarıçiftlik (Aralıq)
Yuxarıçiftlik — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 49 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.