HEYVƏRƏLİK

is.
1. Qanmazlıq, kobudluq, tərbiyəsizlik, zırramalıq; sözünü, hərəkətini bilməmə; boşboğazlıq.
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz; Doludur lənət ilə, qeybət ilə söhbətimiz. M.Ə.Sabir.
[Sədr] bunun səbəbini Canının heyvərəliyində, boşboğazlığında görürdü. Ə.Əbülhəsən.

2. Avaralıq, veyillik; heç bir işlə məşğul olmama. Heyvərəlik etmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HEYVƏRƏLİK zorbalıq — heybətlilik
  • HEYVƏRƏLİK kobudluq — qabalıq
  • HEYVƏRƏLİK qanmazlıq — yekəbaşlıq — zırramalıq — giclik — axmaqlıq
  • HEYVƏRƏLİK eybəcərlik — çirkinlik — iyrənclik — kifirlik — biçimsizlik — yöndəmsizlik
  • HEYVƏRƏLİK boşboğazlıq — çərənçilik — naqqallıq
HEYVƏRƏLƏNMƏK

Digər lüğətlərdə

гладь исто́шность колокола́ нагова́риваться популяризова́ть создава́ние соффи́т ухва́тывание достреля́ть ка́нна мастодо́нт по́лочный пособля́ть сейсмо́граф террако́товый нагал сверчок юрайдать commotion epexegesis jailbird reticule treelined unadmirable переименовывать