Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəqliyyat vasitəsi
Nəqliyyat — insanların, yüklərin, siqnalların və informasiyaların bir yerdən başqa bir yerə daşınması, ictimai maddi istehsalın ən mühüm sahələrindən biridir. Müasir nəqliyyat sisteminə ümumi istifadəli dəmiryolu nəqliyyatı, avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, çay nəqliyyatı, hava nəqliyyatı daxildir. Daşınma işini yerinə yetirmək üçün texniki avadanlıqlar olan nəqliyyat vasitələrindən istifadə edilir. Kütləvi halda daşımalara imkan verən nəqliyyat vasitələrinə avtomobilləri, qatarları, gəmiləri və təyyarələri aid etmək olar. Hazırda informasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ilə nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumatların əhaliyə çatdırılması üçün qabaqcıl ölkələr onun onlayn təchizatını həyata keçirməyə başlayıblar. Bu məqsədlə nəqliyyat şirkətləri xüsusi veb-səhifələr yaradır və Google Maps xidmətindən istifadə edirlər. == Ümumi məlumat == Bəşər tarixində ən vacib kəşflərdən biri olan nəqliyyat vasitələri ictimai istehsalın müəyyən vasitəsi kimi özünü göstərməklə, çox böyük əməli və xalq təsərrüfatı əhəmiyyəti kəsb edir. Nəqliyyat vasitələri, eləcə də onların hərəkəti üçün vacib yolların olması ayrı-ayrı tarixi dövrlərdə hər bir xalqın maddi mədəniyyətinin inkişaf səviyyəsini göstərən mühüm amildir. Nəqliyyat vasitələri ilə istehsal alətlərinin, əmək məhsullarının və insanların yerdəyişməsi həyata keçirilir. Nəqliyyat vasitələri hər hansı bir ərazinin təbii-coğrafi şəraitindən, onun relyef quruluşunun xarakterindən asılı olaraq yaranmışdır.
Nəqliyyat vasitəsi kodu
Nəqliyyat vasitəsi kodu — nəqliyyat vasitəsinin individual qeydiyyat nişanı (nömrəsi). Bu kod bir qayda olaraq naqliyyat vasitəsinin ön və arxa hissələrinə bərkidilmiş işıqqaytaran metal və ya plastmas lövhəcik üzərində, ya da salondan nəqliyyat vasitəsinin ön və arxa şüşəsinə yapışdırılmış kağız və ya karton parçası üzərində əks olunur.
Yüngül kommersiya nəqliyyat vasitəsi
Yüngül kommersiya nəqliyyat vasitəsi (LCV) avtonəqliyyat və kommersiya məqsədli nəqliyyat vasitəsi növüdür. Avropa İttifaqında bu, ümumi çəkisi 3,5 tondan çox olmayan kommersiya nəqliyyat vasitələri üçün rəsmi termindir. İxtisaslaşdırılmış yüngül kommersiya avtomobillərinə pikaplar, panel furqonlar, mikrofurqonlar, mikroavtobuslar və üç təkərli nəqliyyat vasitələri daxildir.
Alabama nəqliyyat vasitəsi qeydiyyat nişanları
Alabama ştatında 1911-ci ildən ştat avtomagistrallarında istismar edilən motorlu nəqliyyat vasitələri üçün nəqliyyat vasitəsi qeydiyyat nişanları istifadəsinə başlanılmışdır. Bəzi Alabama bələdiyyələri həmin tarixə qədər atlı nəqliyyat vasitələri, eləcədə motorlu vasitələr üçün öz nömrə nişanlarından istifadə edirdilər ki, bunun da mövcüd olan ən qədim nümunəsi Bessemer şəhəri tərəfindən iki atlı arabaya verilən 1 nömrəli bürünc nişandır. Məlum olan ilk avtomobil nömrə nişanı isə Birminqem şəhəri tərəfindən 1906-ci ildə 1904-cü il istehsalı olan 6 slindirli Ford markalı avtomobilə verilmişdir. 1911-ci ildə çıxan qaydaya əsasən ştat tərəfindən verilən nişanın ölçüsü eni 4.5 dyüm, uzunluğu isə 12 dyümə qədər olmalı, sol hissədə şaquli olaraq "ALA" hərfləri qeyd edilməli, yarım dyüm ştrixə malik 3 dyüm ölçülü rəqəmdən istifadə olunmalı idi. 1 nömrəli nişan Montqomeridə fəaliyyət göstərən Lik Dəfn Mərasimi Evinə təsis edilmişdi.1916-cı ildə çini lövhə əvəzinə metal lövhə istifadə edilməyə başladı. 1917-ci ildən başlayaraq nişanın verilmə ili qeyd edildi və 1919-cu ildə isə nişanın ölçüsü 6 x 15 dyümə qaldırıldı. 9122-ci ildə nişanlara çəki sinfi kodları əlavə edildi və 1928-ci ildə nişanların istehsalı Kilbi Cəzaçəkmə Müəssisəsinə verildi.1942-ci ildə hər qraflıq üçün kodlardan istifadə edilməyə başlanıldı. 1,2 və 3 kodları ən çox əhalisi olan Cefferson, Mobil və Montqomeri qraflıqlarına, digər kodlar isə əlifba sırası ilə digərlərinə verildi. II Dünya müharibəsi zamanı metal çatışmazlığı səbəbindən, 1943-cü ildə ştat yalnız ön şüşə etiketi verdi. 1951-ci ildə verilən qanuna əsasən ştat nişanlarda ürək işarəsi və "Diksinin qəlbi" frazası əlavə edildi.
Adsorbentlər vasitəsi ilə ağır metal ionlarının zərərsizləşdirilməsi
Adsorbentlər vasitəsi ilə ağır metal ionlarının zərərsizləşdirilməsi Ağır metal ionlarının tullantı sularının tərkibindən çıxarılması üçün müxtəlif fiziki və kimyəvi üsullardan istifadə edilir. Bu problemin həllində, müxtəlif təbii və sintetik sorbentlərdən istifadə etməklə, adsorbsiya üsulu geniş tətbiq edilir. Xüsusən bentonit və vermikulit əsaslə gil mineralları ağır metal ionlarının adsorbsiyası üçün daha geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, bentonit nümunələri tərkibinə və müxtəlif xarakteristikalarına görə bir-birindən fərqlənir. Ən qədimdən məsaməli sorbsiya strukturuna və yüksək səth sahəsinə malik olan aktivləşmiş kömür geniş istifadə olşunmuşdur və istifadə olunmaqda davam edir. Yeni adsorbentlərin istehsal edilməsi aktiv kömürün oxşar xüsusiyyətləri ilə əlaqəlidir. Ağır metal ionları tullantı sularının tərkibində mürəkkəb anion və ya kation şəklində mövcud ola bildiyindən aktivləşmiş kömür vasitəsilə həmin ionlarının çıxarılması olduqca cətin prosesə çevrilir. Ona görə də yüksək adsorbsiya qabiliyyətli və iqtisadi cəhətdən sərfəli alternativ adsorbentlərin tədqiqi və onların sənayedə tətbiq olunmasına böyük ehtiyac duyulur. Həmin mineralların kation mübadiləsi və ion mübadilə adsorbsiya qabiliyyəti ilə xarakterizə olunan minerallar şəklində rast prosesdə səmərəli adsorbent kimi istifadə oluna bilər.Bu baxımdan müxtəlif ağır metal ionlarını ilə çirklənmiş sularından montmorillonit vasitəsilə çıxarılmasının araşdırılması və tətbiqi çox mühüm aktual elmi və prakltiki əhəmiyyəti olan məsəslələrdəndir. Ağır metal ionlarının tullantı sularının tərkibindən çıxarılması üçün müxtəlif fiziki və kimyəvi üsullardan istifadə edilir.
Vasitəsiz və vasitəli nitq
Vasitəsiz və vasitəli nitq — danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: vasitəsiz və vasitəli. == Vasitəsiz nitq == Başqasının nitqi eyni ilə, dəyişdirilmədən verilərsə, ona vasitəsiz nitq deyilir. Vasitəsiz nitqli cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən və vasitəsiz nitqdən. Müəllifin sözü M(m), vasitəsiz nitq V(v) ilə işarə olunur. Müəllifin sözlərində xəbər, əsasən, nitq və təfəkkür feillərindən ibarət olur. Vasitəsiz nitq müəllif sözlərinə qoşulur,yazıda dırnaq işarəsi və ya tire ilə ayrılır. Müəllif təhkiyəsinə daxil olduqda dırnaqlar arasında,dialoqlarda tire ilə verilir. Vasitəsiz nitqin işlənmə formaları: M:"V". "V?"-m.
Finlandiya rabitəsi
== Telekommunikasiya == Son illər dünyada telekommunikasiya sahəsi üzrə Finlandiya qüdrətli dövlət kimi qəbul olunmuşdur. Ölkədə telekommunikasiya sahəsində informasiya texnologiyaları nəzərə alınmadan teleqraf və telefon rabitəsinə dair mövcud qanunvericilik yaranmışdır. Yerli telefon kompaniyaları qanunvericilikdə yaranan boşluqdan istifadə edərək 1985-ci ildə informasiya texnologiyaları sahəsində xidmət göstərən "Datatie" Birgə Müəssisəsini yaratdılar. "Datatie" BM 1988-ci ildə telekommunikasiya haqda yeni akta əsaslanaraq informasiya texnologiyası sahəsində xidmət göstərmək üçün lisenziya almışdır. Aparılan rəqabət dövləti kommunikasiya kompaniyasının tarifini aşağı salmağa və xidmət keyfiyyətini yaxşılaşdırmağa məcbur etdi. Hökumət yaranmış vəziyyətlə bağlı qanunvericilikdə növbəti reformunu keçirdi və əsas məqsəd bütün sektorun tədricən nizamlanması oldu. "Kaukoverkoo ysi" (uzaq məsafədə rabitə xidməti göstərən regional kompaniya şəbəkəsi) və "Telivo" kompaniyalarının tətbiq etdiyi xidmətdən sonra 1994-cü ildə uzaq məsafədən təqdim edilən xidmətə görə rəqabət başlandı. 1995-ci ildə beynəlxalq telefon xidməti nizamlanmağa başladı. Sonralar informasiya şəbəkələrinin mühafizəsi üçün xidmət növləri işlənib hazırlandı. "F-Secure Corporation" fin kompaniyası şəbəkəyə qeyri-qanuni qoşulma hallarından müdafiə üçün proqram paketi ilə məşhurdur.
Hidrogen rabitəsi
Hidrogen rabitəsi — oriyentasiya qüvvəsinin xüsusi növüdür. Flüor, oksigen və yaxud azot atomuna birləşmiş hidreogen atomu ilə flüor, oksigen və yaxud azot atomu arasında yaranan oriyentasiya qüvvəsinə hidrogen rabitəsi deyilir. == Hidrogen ionu == hidrogen ionu (H+) heç bir elektronu olmayan və +1 yükə malik nüvədən ibarətdir. Buna görə onu bəzən "çılpaq" proton da adlandırırlar. Elektrona malik olmadığı üçün hidrogen ionunun müsbət yükü mənfi yüklü ionlar tərəfindən güclü surətdə cəzb olunur. Bununla əlaqədar olaraq, bir sıra molekullarda xüsusi təbiətə malik rabitə növü meydana çıxır ki, bu da bir qayda olaraq, hidrogenin iştirakı ilə əmələ gəldiyi üçün hidrogen rabitəsi adlanır.. h2o == İzahı == Hidrogen rabitəsi bilavasitə hidrogen ilə elektromənfiliyi yüksək olan elementlər (F,O,N və s.) arasında meydana çıxır. Məsələn, HF qaz halda polimerləşərək bir sıra polimerlər şəklində mövcud olur:H2F2, H3F3, H4F4, H5F5, H6F6 və s. Hidrogen rabitəsi adətən üç nöqtə ilə işarə edilir. Adi temperaturda H2O maye, H2S isə qazdır.
Metal rabitəsi
Metal rabitəsi-metal ionları arasında və sərbəst elektronlar arasında yaranan rabitə. == Metal rabitəsinin xüsusiyyətləri == Metal rabitəsinin təbiətinin xarakteristikasında metallara xas olan iki xüsusiyyət əsas rol oynayır: Metallar elektrik cərəyanını keçirir; Metal kristallar adətən böyük koordinasiya ədədinə malik olur. == Metalların quruluşu == Metallar üçün tipik quruluş həcmdə mərkəzləşmiş kubik, üzdə mərkəzləşmiş kubik və sıx yerləşmə prinsipi əsasında əmələ gələn heksaqonaldan ibarətdir. == Xarakterik xassələri == Metalların birinci xarakter xassəsindən görünür ki, onların elektronlarının bir hissəsi kristal boyu öz yerini sərbəst dəyişə bilir və elektrik sahəsinin təsiri altında müəyyən istiqamətdə hərəkət edir. Metalların ikinci xarakter xassəsi isə göstərir ki, onlarda kimyəvi rabitə digər rabitə növlərindən fərqlənməlidir. Çünki heç bir atom eyni vaxtda 12 kovalent rabitə əmələ gələ bilməz. Metallarda ion rabitəsinin mövcudluğu da az ehtimallıdır. Çünki eyni bir metalın bütün atomları eyni növlüdür. Metal atomları arasındakı qüvvə ona nisbətən çox zəif olan Van-der-Vaals qüvvəsinin təbiəti ilə də eyni ola bilməz. Bunlara əsasən metallarda, metal rabitəsi adlanan yeni növ qüvvənin mövcudluğu qəbul edilmişdir.
Mərakeş rabitəsi
Mərakeş- Şimal-Qərbi Afrikada dövlət .Əlcəzair və Qərbi Böyük Səhra ilə həmsərhəddir. Aralıq dənizi və Atlantik okeanı ilə əhatələnir. Paytaxtı Rabat şəhəridir. Dağlıq ölkədir.Əhalisinin 99%-i mərakeşlilərdir, lakin fransız, ispan və digər xalqların nümayəndələri də burada yaşayır. == İnformasiya texnologiyaları == Bir sıra Afrika ölkələri kimi Mərakeş də son illərdə yüksək texnologiyanı inkişaf etdirən dövlət olduğunu sübut etmək üçün siyasət irəli sürdü. Ölkədə 1997-ci ildə keçirilən seçkidən sonra informatizasiyanın dünya iqtisadiyyatına inteqrasiyası təsdiq edildi. Bu da informasiya texnologiyaları sektorunun Mərakeşin siyasi və iqtisadi həyatında vacib amil olduğunu göstərir. Ölkə rəhbərliyinin səyi nəticəsində 1997-ci ildə Mərakeşi rəqəmli əsrə aparacaq bir orqan işıq üzü gördü. Bu, Poçt və İnformasiya Texnologiyaları Nazirliyidir. Əhalinin tələbatına tam cavab verilməsi üçün informasiya texnologiyaları üzrə xidmət və məhsulların təkmilləşdirilməsi məqsədilə dövlət tərəfindən bir sıra layihələr irəli sürülməyə başlandı.
Portuqaliya rabitəsi
Portuqaliya rabitəsi – telefon, radio, poçt rabitəsi, şəbəkəyə çıxış və s. xidmətləri özündə birləşdirir. Sahə üzrə Portuqaliyada fəaliyyət göstərən mütəxəssislərin sayı ötən ilə nisbətən artmışdır. Portuqaliya Rabitə İnstitutunun proqnozuna əsasən, ölkə iqtisadiyyatının bu sahəsi üzrə 2010-cu ilədək 12-17 min iş yeri açılacaq. "Maxitel" kompaniyasının keçirdiyi araşdırma nəticəsində məlum olmuşdur ki, yaxın 4 ildə telekommunikasiya kompaniyasının təqdim etdiyi xidmətin həcminin artacağı gözlənilir. Hazırda rabitə sahəsində yeni texnologiyalar tətbiq edilir və təkmilləşdirilir. Bu proses zamanı bir sıra çətinliklər ortaya çıxır. Bu məqsədlə Portuqaliyada iyun ayında "telekommunikasiya sahəsində keçid dövrü" mövzusuna həsr edilmiş tədbir keçirilmişdir. Bu, telekommunikasiya sahəsi üzrə keçirilən digər təbdirlərdən fərqlənir. Sahənin veteranları telekommunikasiya sahəsi üzrə qarşıda duran məsələlər barədə konstruktiv dialoq şəklində müzakirələr keçirmişlər.
Qlikozid rabitəsi
Qlikozid rabitəsi (və ya qlikozid əlaqəsi) — bir karbohidrat (şəkər) molekulunu başqa bir karbohidrat qrupuna birləşdirən kovalent rabitənin bir növüdür. Bir saxaridin hemiasetal və ya hemiketal qrupu (və ya saxariddən əldə edilən bir molekul) ilə spirt kimi bəzi birləşmələrin hidroksil qrupu arasında qlikozid rabitəsi yaranır. Xüsusilə təbii olaraq yaranan qlikozidlərdə karbohidrat qalıqlarının çıxarıldığı mürəkkəb ROH çox vaxt aqlikon, karbohidrat qalığının özü isə bəzən "qlikon" adlanır. == S-, N-, C- və O- qlikozid rabitələri == Yuxarıda müzakirə edilən formada olan qlikozid rabitələri, qlikozidi aqlikona birləşdirən və ya son şəkəri azaldan qlikozid oksigenlə bağlı O-qlikozid rabitəsi kimi tanınır. Analoji olaraq, qlikozid rabitəsi oksigeni kükürd atomu ilə əvəz olunduğu S-qlikozid rabitəsi də (tioqlikozidləri əmələ gətirir) nəzərə alınır. Eynilə, N-qlikozid rabitələrində qlikozid rabitəsinin oksigeni azotla əvəz olunur. Tərkibində N-qlikozid rabitələri olan maddələr qlikosilaminlər kimi də tanınır. C-qlikosil rabitələrinda qlikozid oksigen karbonla əvəz olunur. Bütün bu dəyişdirilmiş qlikozid rabitələri hidrolizə fərqli həssaslığa malikdir və C-qlikosil strukturları vəziyyətində, adətən hidrolizə daha davamlıdırlar. == Qlikosiltransferaza == Monosaxarid vahidləri canlı orqanizmlərdə qlikoproteinlərə, polisaxaridlərə və ya lipidlərə daxil edilməzdən əvvəl, adətən ilk növbədə uridin difosfat (UDF), quanozin difosfat (QDF) kimi bir nukleotidin fosfat qrupu ilə qlikozid əlaqəsi ilə "aktivləşdirilir".
Rumıniya rabitəsi
Rumıniya öz iqtisadiyyatını inkişaf etdirmək üçün bir sıra layihələr həyata keçirir və bu istiqamətdə işləri davam etdirir. İnformasiya-kommunikasiya texnologiyaları sektoru da bura daxildir. Ölkədə kompüter texnikası bazarı inkişaf etmiş və İT sahəsi üzrə bir sıra xarici kompaniyalar fəaliyyət göstərir. Sahənin fəaliyyəti 2001-ci ildə yaradılmış Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən nizamlanır. Hökumət elektron ticarət, orta ümumtəhsil məktəblərində və mənzillərdə internetə qoşulma imkanının yaradılması, rəqəmli iqtisadiyyatın yeni növlərinə yiyələnmək üçün investisiya qoyuluşunu həyata keçirir. Bir sıra layihələrdə elektronikadan istifadə, bank sahəsində elektron ödəniş sistemindən istifadə Rumıniyanın beynəlxalq bazara çıxışı üçün bürokratiya və korrupsiyanın aradan qaldırılmasına təkan verəcək. Ölkədə elektron ticarətin zəif inkişafı bir sıra addımlar atılmasını zəruriləşdirdi. Ölkədə elektron ticarət bazasının yaradılması ilə əlaqədar pilot layihəsinin həyata keçirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi öz büdcəsindən 100 min dollar ayırmışdır. Layihə xüsusi kompaniyalar tərəfindən dəstəklənmişdir. Hökumət səviyyəsində informatizasiya prosesinə 2001-ci ildə 12 milyon dollar dəyərli proqramla başlanmışdır.
Sürücülük vəsiqəsi
Sürücülük vəsiqəsi — hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən o. Bir qayda olaraq, sürücünün nəqliyyat vasitələrini idarə etmək bacarıqları kateqoriyalara bölünməklə göstərilir: A1 - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün; A - bütün növ motosikletləri idarə etmək üçün B1 - kvadrisiklləri idarə etmək üçün B - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; C1 - “D” kateqoriyasına və "D1" altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq, lakin 7500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; C - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D1- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; BE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan “B” kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; C1E - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; CE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D1E - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; DE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; Tramvay - tramvayları idarə etmək üçün; Trolleybus - trolleybusları idarə etmək üçün. == Azərbaycanda sürücülük vəsiqəsi == Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün.Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - "AZ" və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir: sahibinin soyadı; sahibinin adı və atasının adı; sahibinin doğum tarixi və yeri; sahibinin yaşayış yeri; vəsiqəni vermiş orqanın adı; vəsiqənin verilmə tarixi və yeri; vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix; vəsiqənin nömrəsi; vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü; sahibinin qan qrupu və imzası; xüsusi qeydlər.Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
Vyetnam rabitəsi
Vyetnam – Cənub-Şərqi Asiyada, Hind-Çin yarımadasında dövlət. Şərqdən Cənubi Çin dənizi və onun Bakbo körfəzi, cənub qərbdən isə Siam körfəzi ilə əhatə olunur. Çin, Laos, Kampuçiya ilə həmsərhəddir. Paytaxtı Hanoy şəhəridir. İnzibati cəhətdən 35 əyalətə və 3 əsas şəhərə ( Hanoy, Hayfon və Xoşimin) bölünür. == Telekommunikasiya == Vyetnam iqtisadiyyatında rabitə dinamik inkişaf edən sahədir. Beynəlxalq Elektrikrabitə İttifaqının qərarına əsasən, Vyetnam rabitə bazarında artım və telekommunikasiyanın modernləşmə tempinə görə dünyanın lider onluğuna daxildir və bu göstəricilərə görə 2002-ci ildə 2-ci yeri tutmuşdur. İlbəil ölkədə rabitə sahəsində irəliləyiş qeydə alınır. Hələ 1986-cı ildə ölkədə aparılan islahatlar zamanı cəmi 80 min telefon xətti mövcud idi, yəni demək olar ki, min nəfərə 1 telefon düşürdu. 1994-cü ildə çətinliklər aradan qaldırıldı və nəticədə 100 nəfərə bir telefon xətti düşürdü.
Yəmən rabitəsi
Yəmən–Ərəbistan yarımadasının cənub-qərbində yerləşən dövlət. Paytaxtı Səna şəhəridir. Müasir Yəmən Ərəb Respublikası 1990-cı ildə Şimali Yəmənlə (islam) Cənubi Yəmən (marksist) arasında uzun illər davam etmiş sərhədyanı müharibə və münaqişədən sonra yaranmışdır. Birləşmədən sonra ölkədə aparılan islahatlar ölkəni dünyanın üzünə açdı. Lakin adət-ənənələri dəyişməz olaraq qaldı. Əsas əhalisi ərəblərdir. Efioplar, somali, türk və başqa xalqların nümayəndələri də burada yaşayır. Yəmən ərəb ölkələri içərisində kasıb və inkişafdan geri qalan dövlətdir. == İnformasi̇ya texnologiyaları == Hazırda telekommunikasiya və informasiya texnologiyaları inqilabı bütün dünyanı bürüyüb. Sahənin prioritetli olduğunu nəzərə alaraq hətta zəif inkişaf etmiş ölkələr belə informasiya texnologiyalarına meyl göstərir.
İon rabitəsi
İon rabitəsi — elektromənfiliyinə görə bir-birindən kəskin fərqlənən atomlar arasında, yəni metallarla qeyri-metallar arasında əmələ gələn rabitə növüdür. == Xarakteristika == İon rabitəsinin əmələgəlmə mexanizmi 1916-cı ildə alman alimi V.Kosselin irəli sürdüyü heteropolyar nəzəriyyə əsasında izah olunur. Bu nəzəriyyəyə görə ion rabitəsi elektronun bir atomdan başqa atoma keçdiyi zaman yaranır və nəticədə hər iki atom qonşu təsirsiz qazın davamlı konfiqurasiyasını yaradır. Belə ki, xarici elektron təbəqəsi, elektron verən atom üçün özündən əvvəl, elektron qəbul edən atom üçün isə özündən sonra gələn təsirsiz qazın elektron konfiqurasiyasına malik olur. İonların bir-birini cəzb etməsi yolu ilə əmələ gələn birləşmələrə heteropolyar və yaxud ion birləşmələri deyilir. Elektrostatik cəzbetmə ilə əmələ gələn ionlar arasındakı kimyəvi rabitəyə elek-trovalent və ya ion rabitəsi deyilir. İon rabitəli birləşmələr qələvi və qələvi-torpaq metalları ilə halogenlər arasında daha asan əmələ gəlir. Burada da yenə atomlar arasında yaranan rabitə bütünlüklə ion rabitəsi olmur. Məsələn, rentgenoqrafik tədqiqatlara əsasən müəyyən edilmişdir ki, LİF molekulunda elektron buludunun təxminən 0,1 hissəsi ionlararası sərhəddə qalır. Deməli, litiumla ftor arasında yaranan rabitənin 90% -i ion, 10%-i isə kovalent rabitədən ibarətdir. Odur ki, həmin ionların faktiki yükü +1 və -1 deyil, +0,9 və -0,9-dur.
İran rabitəsi
== Telekommunikasiya == İkinci dünya müharibəsinədək İran ancaq neft hasil olunan, geridə qalmış aqrar ölkə idi. Yalnız nəqliyyat və rabitə, bank işi və sənaye sahələri dövlət nəzarəti altında idi. İran müharibədən sonra aqrar-sənaye ölkəsinə çevrildi. İranda ilk telekommunikasiya vasitələri (teleqraf, radio) Rusiya və Britaniyanın konsessiyası sayəsində XIX əsrin sonlarında meydana gəldi. Burada 1890-ci ildə Maşindoudi və Şəhr, sonra isə Karmaniu mahalı ilə İranın Müdafiə Nazirliyi, bir az sonra isə Sultan Abad mahalı və şah sarayı arasında telefon rabitəsi qurulmuşdur. İranda ilk telekommunikasiya kompaniyası "Siemens" oldu. Bu kompaniya İranda öz fəaliyyətinə 1926-cı ildə başladı və o zaman yeni xəttə 2000 abunəçi birləşdirilmişdi. Ölkəni ixtisaslaşmış kadr və layihələrlə təmin edən xüsusi telekommunikasiya elmi institutunun təşkili nəticəsində 1970-ci ildə telekommunikasiyanın inkişafında sıçrayış baş verdi. O gündən etibarən İranda elektron sistemli sənaye inkişaf etməyə başladı. 1978–1984-cü illərdə 1363 kənd məntəqəsi (aul), 101 şəhər arasında telefon rabitəsi yaradılmış və 4083 ümumqoşulma taksofonları quraşdırılmışdır.
Əfqanıstan rabitəsi
Əfqanıstan əhalisi informasiya mübadiləsi aparmaq və dünya xəbərlərindən təcrid olunmuşlar. 25 ildən artıq davam edən vətəndaş müharibəsi nəticəsində informasiya texnologiyaları sahəsində dövlət proqramı həyata keçirilməmişdir. Hətta, ölkədə kompüterləşmənin səviyyəsini dəqiq göstərmək mümkün deyil. Əfqanıstanda radio, teleqraf və telefon kimi ilk telekommunikasiya vasitələri ötən əsrin 20-ci illərində meydana çıxmışdır. 1928-ci ildə Əfqanıstan Elektrikrabitə Beynəlxalq İttifaqına qoşuldu. Sonra isə rabitənin inkişafını təmin edən və sahəni tənzimləyən Kommunikasiya Nazirliyi yaradıldı. Nazirlik yaranandan sonra elektrikrabitə vasitələri və servisinin inkişafı gözləndiyi halda, hadisələr tərsinə cərəyan etdi. 1929-cu ildə Kabil radiostansiyası darmadağın edildi. Məhəmməd Nadir şahın rəhbərlik etdiyi zamanlarda əhali köçəri həyat tərzi keçirdiyi halda, rabitənin inkişafına laqeyd münasibət hökm sürürdü. Telekommunikasiyanın inkişaf mərhələsi 1933-cü ildə Məhəmməd Zahir şahın ölkəyə rəhbərlik etdiyi zaman Əfqanıstan iqtisadiyyatında bir sıra dəyişikliklər baş verdi.
Şəxsiyyət vəsiqəsi
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az.-əbcəd هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. == Vəsiqələrin növləri == Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. == Dövlət rüsumu haqqında məlumat == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat == Vəsiqə necə verilir? == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir: 1.
Mühərrikli vasitə
Mühərrikli vasitə, aldığı hər hansı bir enerjini mexaniki enerjiyə çevirən vasitələrin köməyi ilə itələmədən və çəkmədən hərəkət edə bilən özüyeriyən bir nəqliyyat vasitəsidir.
Cənubi Koreya rabitəsi
Cənubi Koreya (Koreya Respublikası) iqtisadiyyatının vacib faktoru informasiya infrastrukturunun inkişafına görə aparıcı dövlətlər siyahısına daxil olmasıdır. Belə ki, 1987-ci ildə Cənubi Koreyanın Elm və Texnologiya Nazirliyi ölkənin elmi-texniki siyasətinin əsas istiqamətlərini əks etdirən 15 illik plan işləyib hazırlamışdır. Planda kimya və mikroelektronika, istehsalatın informatikası və avtomatlaşdırılması sahəsi üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ötən əsrin 80-cı illərində ölkədə elmi-istehsalat parkları, yüksək texnologiya sahəsi üzrə firmalar yaradılmağa başladı. Məlumdur ki, Cənubi Koreya yarımnaqil, mobil telefon, monitor, LCD, kompüter, yayım peyklər və s. istehsal edən ölkədir. Ölkə İKT sektorunun liberallaşdırılması istiqamətində böyük yol keçmişdir. 1995-ci ildə informatizasiyanın inkişafı ilə bağlı qanun qəbul edilmiş, 1996-cı ildə isə "informatizasiyanın inkişaf fondu" yaradılmışdır. Yüksək texnologiyanın ölkə əhalisinin həyatında daha səmərəli rol oynaması üçün 1997-ci ildə ölkə prezidentinin sədrlik etdiyi "informatizasiya strategiyası şurası" yaradıldı. Sahə üzrə dövlət tərəfindən həyata keçirilən proqramlardan biri də inkişaf etmiş ölkə mütəxəssislərinin ixtisaslaşması və təkmilləşdirilməsi olmuşdur.
Stels yerüstü vasitə
Stels yerüstü vasitələr, stels texnologiyasının tətbiq olunduğu hərbi vasitələrdir. Bir çox ölkə bu texnologiyanı özlərinin nəqliyyat vasitələrində tətbiq etmişdirlər. İsveç istehsalı olan Stridsvagn 103, aşkarlanma ehtimalını azaltmaq üçün aşağı profilli dizayn edilmişdir. Chieftain tankı, stels tank texnologiyasında ingilislərin ilk təşəbbüsü idi. Challenger 2-nin əvvəlki modellə müqayisədə daha aşağı Radara Görünmə Sahəsi təklif edən gövdəsi və qülləsi var. Digər nəqliyyat vasitələri, xüsusən də insansız yerüstü vasitələr kiçik ölçüləri səbəbindən nəzərə çarpmayan dərəcədə aşağı radar izinə sahib ola bilərlər.
İnsansız yerüstü vasitə
İnsansız yerüstü vasitə (qısaca İYV) yerüstü hərəkət edən və içində insanlar olmayan nəqliyyat vasitələrinin ümumi adıdır. İnsan varlığının uyğun olmayan, təhlükəli və ya qeyri-mümkün olduğu hallarda istifadə olunur. Uzaqdan idarəedici cihazla idarə edilən növləri olduğu kimi, sensorlar vasitəsilə özü hərəkət edə bilən tipləri də mövcuddur.
Bakı Telefon Rabitəsi MMC
Bakı Telefon Rabitəsi MMC — Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, əhaliyə simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərən şirkət. == Xronologiya == 1880-ci il Bakıda "Qafqaz və Merkuri" Gəmiçilik Şirkəti tərəfindən ilk telefon xətti inşa edilir. 1882-ci il Oktyabrın 12-də Sankt-Peterburq şəhərində E. Qolçqauer Bakı şəhər rəhbərliyinə müraciət edərək mərkəzi telefon stansiyasının istismara verilməsi üçün şərait yaradılmasını xahiş etmişdir. 1885-ci il 9 iyulda Bakı Teleqraf Stansiyasının rəisi Bakı şəhərinin rəhbərliyinə müraciət edərək Bakı şəhərində ümumistifadəli telefon şəbəkəsi yaradılması üçün Mərkəzi Stansiya tikilməsi haqqında layihənin hazirlandığını bildirmışdir. 1886-cı il Baki şəhərində telefon stansiyası tikilməsi ve 20 il istismar olunmasi haqqında (mayın 25-də) Peterburq şəhərində Baş Poçt Teleqraf İdarəsi ile Moskvanın birinci dərəcəli taciri arasında 40 maddədən ibarət kontrakt uyğun olaraq tikinti işlərinə başlqnılıir. 1906-cı il Telefon şəbəkəsinin icarə vaxti başa çatdığına görə 1886-cı il tarixli kontrakta uyğun olaraq Bakı telefon şəbəkəsi mayın 26-da şəhər idarəetməsinə verilir. 1907-ci il Bakının mərkəzi hissəsinə xidmət edən 1200 abonent üçün 7 ədəd ikiyüzlük kommutator olmuşdur. Hər bir kommutator 171 abunəçiyə xidmət edir. Hər kommutatorda 3 nəfər qadın işləyir. Hər telefonçu qadına orta hesabla 5–7 abunəçi düşür.
Peyk vasitəsilə müşahidə üsulu
Peyk vasitəsilə müşahidə üsulundan istifadə etməklə Yer kürəsi üzərində buludluq sahəsinin paylanması, yerdən kosmosa qayıdan qısadalğalı və uzundalğalı radiasiya axınları barədə televizion informasiyanı almaq olar.