Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avtoqraf
Avtoqraf — [fr. autographe, autos – özüm, grapho – yazıram] imza, xüsusilə müəllifliyi təsdiq edən, əl ilə yazılmış, adətən, xatirə yazısı və ya imza. Məsələn, avtoqraf vermək; əsərin müəllifinin əsil əlyazması (bir müəllifin özü tərəfindən yazılmış əlyazması). Məsələn, görkəmli şəxsiyyətlərin avtoqrafı mötəbər sənəd kimi saxlanılır; sürətçıxaran cihaz növü. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Avtoqraf (film, 1986)
Avtoqraf qısametrajlı sənədli süjeti rejissor Zaur Məhərrəmov tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film qədim abidələr üzərində yazılan nalayiq sözlərdən, idarələrin abidələrə fikir verməməsindən bəhs edir. == Məzmunu == Film qədim abidələr üzərində yazılan nalayiq sözlərdən, idarələrin abidələrə fikir verməməsindən bəhs edir.
Tələbə Avtoqrafları (1976)
== Məzmun == Filmdə yay tətili günlərində ali məktəb tələbələrinin tələbə-inşaat briqadalarında müxtəlif tikintilərdə çalışmalarından danışılır.
Tələbə avtoqrafları (film, 1976)
== Məzmun == Filmdə yay tətili günlərində ali məktəb tələbələrinin tələbə-inşaat briqadalarında müxtəlif tikintilərdə çalışmalarından danışılır.
Astroqraf
Astroqraf (azərb. astro+qraf‎) – Göy cisimlərinin fotoşəklini çəkmək üçün astronomik alət. XIX əsrin sonlarında göyün fotoqrafik müşahidəsinə başlanması və bunun üçün ixtisaslaşdırılmış alətlərə ehtiyacın yaranması astroqrafları teleskoplar içərisində xüsusi qrup kimi fərqləndirdi. Vizual müşahidələr aparılmadığından müasir astronomiyada alətlərin vizual müşahidə üçün və foto çəkilişlər üçün qruplara ayrılması əhəmiyyətini itirmişdir. Hazırda astroqraf teleskop növü kimi deyil, konkret çəkiliş aləti kimi istifadə olunur. Göy sferinin sutka ərzindəki hərəkətinin ardınca astoqrafın fırlanması dəqiq saat mexanizmi ilə yerinə yetirilir və ona gid (alətin optik boru suna paralel bərkidilmiş ikinci optik boru) vasitəsilə nəzarət olunur. Astoqrafın əsas xarakteristikası obyektivin, yaxud güzgünü fokus məsafəsi və alətin giriş dəliyidir. Göyün böyük sahəsindəki ulduzların, Yerin süni peyklərinin və s. foto şəklini çəkmək üçün genişbucaqlı, qısa fokuslu (fokus məsafəsi 1 m-ədək), daha dəqiq ölçmələr üçün isə fokus məsafəsi bir neçə (2–3,5) m olan astroqraflar tətbiq olunur. Çox dəqiq ölçmələr üçün ən uzun fokuslu (7–19 m) astroqraflar işlədilir.
Fotoqraf
Fotoqrafiya (fr. photographie q.yun. φως / φωτος — "işıq" və γραφω "yazıram" sözlərindəndir) — işığın köməyi ilə şəkil çəkmək texnikasıdır. Fotokameranın köməyi ilə statik təsvirin işığahəssas materialda (fotolent və ya fotoqrafik matrisa (sensor)) əldə edilməsi və ya yadda saxlanılmasıdır. Fotoqrafiya, fotoşəkil və ya sadəcə şəkil insan tərəfindən baxıla (bu halda aşkarlanan fotolentin kadrı, elektron və ya çap halında olan təsvir hesab edilir) bilən fotoqrafik prosesslərin köməyi ilə əldə edilən yekun təsvirdir. Daha geniş mənada fotoqrafiya — fotoşəklin əldə edilməsi yaradıcılığıdır. Bədii prosses kompozisiyanın axtarılması və seçilməsi, işıqlanmanın, çəkiliş anının seçilməsiylə sonlanır. Bütün incəsənət növlərinə xarakterik olan kimi fotoqrafın da bu seçimi bacarığı, şəxsi üstünlüklərindən, zövqü ilə təyin edilir. Həssas materialın işləmə prinsipindən asılı olaraq fotoqrafiya üç böyük altbölümə bölünür: Kimyəvi fotoqrafiya — fotoprosesslərin baş verdiyi fotomateriallara əsaslanır. Rəqəmsal fotoqrafiya — təsvirin əldə edilməsi prosesi kimyəvi reaksiyalar nəticəsində deyil, matrisada yüklərin yerdəyişməsi nəticəsində baş verir.
Pantoqraf
Pantoqraf — verilmiş fiqura homotetik fiqurların qurulmasında istifadə olunan cihazdır. Texnikada planların, çertyojların və s. surətini çıxarmaqda da bu cihazdan istifadə edirlər.
Avtotrof orqanizmlər
Produsent (lat. producens, yiyəlik halda "lat. producentis" – törədən, yaradan) – fotosintez, yaxud xemosintez yolu ilə qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan orqanizmlərdir. Maddələrin biogen dövriyyəsində birinci səviyyəni təşkil edirlər. İstər quru, istərsə də su hövzələrinin əsas produsenti bitkilərdir.
Platon (fotoqraf)
Platon (tam adı: Platon Antoniou; 20 aprel 1968, London) — Britaniya fotoqrafı.
Hüseyn Bağırov (fotoqraf)
Hüseyn Bağırov (tam adı: Hüseyn Elçin oğlu Bağırov; 25 yanvar 1987, Bakı) — Azərbaycanlı fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü, promobreakstudio adlı reklam agentliyinin və foto studiyasınının təsisçisi. Kinooperator ixtisası üzrə müəllim, "Naxçıvan: dörd fəsildə" kitabının müəllifi. == Həyatı == Huseyn Elçin oğlu Bağırov 25 yanvar 1987-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Nəsimi rayonu 35 saylı orta məktəbdə başlamış, 11-ci sinifi Nizami rayonu 12 saylı orta məktəbdə bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Kinorejissorluq fakultəsinin Kinooperator ixtisasına daxil olmuş, 2008-ci ildə həmin universiteti qırmızı diplomla bitirmişdir. Universitetdə oxuduğu müddətdə 2-ci kursdan həmin universitetdə fotoqraf kimi ilk rəsmi iş fəaliyyətinə başlamışdır. Universitetdə oxuduğu müddətdə Kurs işi olaraq sərgi təşkil olunmuşdur, kurs rəhbəri Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı Rafiq Qənbərov olmuşdur. Universiteti bitirəndən sonra 2008-ci ilin iyul ayında N saylı hərbi xidmətə yollanmış, 2009-cu ildə hərbi xidməti kiçik çavuş rütbəsi ilə bitirmişdir. Hərbi xidmətdən gələndən sonra yenidən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə hörmətli rektoru Timuçin Əfəndiyevin dəvəti ilə işə başlamış, 2015-ci ilə kimi həmin universitetin mətbuat və ictimai əlaqələr şöbəsində fotoqraf kimi çalışmış, 2016-cı ildə isə öz ərizəsi ilə işdən ayrılmışdır. 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyasına işə dəvət almış və həmin ildən 2018-ci ilin dekabr ayına kimi Fotolabaratoriyanın müdiri vəzifəsində çalışmışdır.
Hüseyn Hüseynzadə (fotoqraf)
Hüseyn Hüseynzadə (11 yanvar 1935 – 13 iyul 2019) — Azərbaycan fotojurnalisti. == Həyatı == 11 yanvar 1935-ci ildə anadan olub. Neft-kimya İnstitutunu bitirib. Foto sənətinə "Vışka" qəzetindən başlamışdır. "Kommunist", "Pionerskaya Pravda", "Komsomolskaya pravda" adlı qəzetlərdə fəaliyyətinə davam edib. "Neft gəldi" və "Qazma ustası Faiq Əliyev" adlı fotoşəkilləri 1964-cü ildə keçirilən ümumittifaq sərgidə 1-ci dərəcəli diploma layiq görülmüşdür. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranmışdır. Professor Hüseynzadə 60-dan çox kitabın müəllifidir. Foto sənətində qazandığı nəaliyyətlər – "Press Foto-62" beynəlxalq sərgi mükafatı, Azərbaycanın "Qızıl qələm" Jurnalistlərinin İttifaqı (1967), Berlində "İnterpresfoto" sərgilərinin mükafatı. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranıb.
Kamal Babayev (fotoqraf)
Babayev Kamal Həbib oğlu (3 iyun 1927, Bakı – 4 yanvar 2022) — azərbaycanlı fotoqraf; Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü. == Həyatı == Kamal Babayev 3 iyun 1927-ci il Bakıda anadan olub. 1953-cü ildən "Pioner" jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və 2022 ilə kimi muzeyin fotoqrafı kimi işləyib. XX əsrin 50-ci illərdə "Gənc texniklər" mərkəzində fotoqrafiya dərnəklərini aparır və bu vaxt foto həvəskarları üçün azərbaycan dilində dörd kitabça-vəsait çapdan çıxır. Sonrakı illərdə müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edərək Azərbaycanın keçmişi, memarlıq abidələri, incəsənəti ilə tanış edib. 1962-ci ildə mətbuatda fəal iştirak etdiyinə görə Fəxri fərmana layiq görülür. 1986-cı ildə İsveçdə keçirilmiş fotomüsabiqədə diplomla mükafatlanır. 1987-ci ildə SSRİ-də çıxan "Elm və həyat" ("Nauka i jizn") jurnalının mükafatını alır – 3-cü yer tutaraq "Kiyev" fotoaparatı ilə hədiyyələnir. Həmən jurnalda 3 məqaləsi dərc olunur.