Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşağı Ayıblı
Əyyublu (əvvəlki adları: Çıraqlılar; Aşağı Ayıblı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Əyyublu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Ayıblı kəndi Əyyublu kəndi adlandırılmış, Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi Əyyublu kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Kənd XIX əsrin əvvəllərində keçmiş Gövhər Ayıblı kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların məlumatına görə, bu kənd şərti olaraq 3 hissəyə ayrılır: Aşağı Ayıblı, Yuxarı Ayıblı (və ya Qaş Ayıblı) və Qazanlar. Araşdırmalar gostərir ki, bu kəndin ilkin adı Çıraqlılardır. Zəyəmçay üzərində məskun olan çıraqlıların hakimi Eyyubxan olmuşdur. XVII–XVIII əsrlərdə kənd Eyyublu kimi də qeydə alınmışdır. Ayıblı Eyyublu adının təhrif olunmuş şəklidir. Oykonim "Eyyublu kəndinin Aşağı hissəsi" kimi başa düşülməlidir. Rayonun ərazisində Ayıblı qobusu adlı yarğan da vardır.
Xaqani Qayıblı
Qayıblı Xaqani İsmayıl oğlu (1 mart 1964, Zemo Ləmbəli, Kaxetiya) — şair, tərcüməçi, publisist, ictimai xadim, professor, Estoniya prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katibi, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiri, fəxri Estoniya vətəndaşlığı alan ilk türk, Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim. Xaqani Qayıblı (1991-ci ilə qədər Xaqani Qayıbov, Türk Dünyasında isə Hakani Gayıblı və Hakan Kayısoy kimi də tanınır) 1 mart 1964-ci ildə Gürcüstanda, Aran Borçalıda - Qaraçöp mahalının Ləmbəli kəndində anadan olub. Şəcərəsi Qazax rayonunun Salahlı kəndindən, məşhur Qayıbovlar nəslindəndir. Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda fərqlənmə ilə bitirib. 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya, Tartu Universitetinə göndərilib. Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir. 2004-cü ildə ekstern yolu ilə Ankara Universitetini bitirib. 1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir. 1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisidir. 1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir.
Acırlı
Acırlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Acırlı (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Arıqlı
Arıqlı (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Arıqlı (Sisyan) — Sisyan rayonunda kənd. Arıxlı —Gürcüstanın Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd.
Arıxlı
Arıxlı, Aran Arıxlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Bolnisi rayonunun inzibati-ərazi vahidində kənd. Arıxlı kəndi Anaxatır çayının sağ sahilində dəniz səviyyəsindən 410–470 m. yüksəklikdə yerləşir. Coğrafi baxımdan rayonun Kolagir, Hasanxocalı, Bala Muğanlı kəndləri və Tamarisi qəsəbəsi ilə qonşuluqdadır. Gürcüstanda 2002-ci ildə keçirilmiş əhali siyahıyaalmasının yekunlarına əsasən Arıxlı kəndində 4876 nəfər sakin yaşayır. Əhalinin 49,4%-i kişilər, 50,6%-i qadınlardır. Kənd əhalisinin 99%-dən çoxu etnik azərbaycanlılardır. Arıxlı əhalisinin sayına görə rayonun təkcə Faxralı və Bolus Kəpənəkçisi kəndlərindən geri qalır. Arıxlı kəndi mühüm kənd təsərrüfatı zonasıdır. Çaykənarı coğrafi mövqeyə malik olduğundan suvarma əkinçiliyi geniş yayılmışdır.
Axırlı
Axırlı (türk. Ahırlı) — Konya ilinin bir ilçəsi.
Ayaslı
Ayaslı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 5–6 km şimal-şərqdə, Gərni çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Böyük Ayaslı formasında, Qafqazın 5 verstlik xəritəsində Ayaslı kimi qeyd edilmişdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Ayqestan formasında qeyd edilir . Toponim ayaslı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Ayqestan qoyulmuşdur. Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. 1828-29 - cu illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürələrək burada yerləşdirilmişdir.
Aydınlı
Aydınlı (Urmiya) —
Aynalı
Aynalı və Ağlyanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Aynalı (Susuz) — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Aynalı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Aşıqlı
Aşıqlı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Birinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd. İkinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd.
Aşıxlı
Aşıqlı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Birinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd. İkinci Aşıqlı — Azərbaycanın Beyləqan rayonunda kənd.
Tayıflı
Tayıflı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əsl adı Tayıblıdır. "B" səsinin "f" ilə əvəzlənməsi Azərbaycan dilinin qərb qrupu üçün və eləcə də bir sıra türk dilləri üçün səciyyəvidir. Yaşayış məntəqəsinin adı keçmişdə maldarlıqla məşğul olmuş tayıblı nəslinin adı ilə bağlıdır. Kəndin ərazisi vaxtilə həmin nəslin əkin yeri olmuşdur. "Tayıflı" sözü üç hissədən ibarətdir: tay-ıf-lı. "Tay"ın "Azərbaycan dilinin izahlı lüğəti"ndə iki məna daşıdığı bildirilir: 1) bərabər, münasib, 2) qoşa şeylərdən biri – dağın, dərənin, çayın tərəflərindən biri. Kəndin mərkəzindən keçən yol vaxtilə çay olmuş, bu çayın hər iki tayında, tərəfində evlər tikilmiş, kənd salınmışdır. "Tay" həm də ucalığı bildirir. "Altay" sözündə (al-tay, yəni "uca dağ") olduğu kimi.
Çayırlı
Çayırlı — Ərzincanın 9 ilçəsindən biri
Şayıflı
Şayıflı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənd. Şayıflı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini şayıflı (Şayıf şəxs adından) nəslinə mənsub ailələr salmışlar. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Ayıhı
Ağışlı (Xoy)
Ağışlı — İranın Qərbi Azərbaycan ostanında kənd.. Xoy şəhristanının Ətraf bölgəsinin Eloğlu kəndistanında, Xoyindən 9 km şimal-şərqdədir. 2006-cı il məlumatına görə kənddə 673 nəfər yaşayır (129 ailə).
Aşıqlı (Göygöl)
Aşıqlı (əvvəlki adı: Voroşilovka) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Aşıqlı/Aşıxlı oyk., sadə. Beyləqan r-nunun eyniadlı i.ə.v.-də kənd. Göygöl r-nunun eyniadlı i.ə.v.-də kənd. 1931-ci ilədək Qaryağdı, 1958-ci ilədək Voroşilovka adlanmışdır. Gəncə çayının sağ sahilindən bir qədər aralı, Sanyal dağının ətəyindədir. Etnotoponimdir. 1917-ci ildə Aşıqlı variantında qeydə alınmışdır. Gürcüstanın Dmanisi r-nunda Aşıq kəndi, Moskva vilayətində Aşukino qəsəbəsi və d.y. stansiyası, Şəki-Zaqatala zonasında Aşıqlar məhəlləsi var.
Aşıqlı (Xudafərin)
Aşıqlı (fars. عاشقلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 473 nəfər yaşayır (116 ailə).
Aşıqlı bələdiyyəsi
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Böyükağa Talıblı
Böyükağa Mirqasım oğlu Talıblı (21 mart 1897, Salyan, Cavad qəzası – 13 oktyabr 1937, Bakı) — şair, publisist, dövlət xadimi, 1934-cü ildən AYB-nin üzvü. "Kommunist" qəzetinin ikinci rəsmi redaktoru olmuşdur (1921-ci il martın 30-dan 1921-ci il aprelin 15-dək). Böyükağa Mirqasım oğlu 1897-ci il martın 21-də Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. Bakı real məktəbində təhsil almışdır (1909–1915). Petroqrad vilayət komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri, bir il sonra orada azərbaycanca buraxılan "Hürriyyət" qəzeti redaksiyasının əməkdaşı olmuş, xalq komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir təyin edilmişdir. Krım cəbhəsində əks-inqilabi qüvvələrə qarşı vuruşmuş, eyni zamanda "Melitopolskiye izvestiya" qəzeti redaksiyasında əməkdaşlıq etmişdir (1915–1920). 1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə göndərilmiş, sonra burada xalq təsərrüfatı şurasının sədri olmuşdur. Azərbaycan Xalq Ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet quruluşu və hüquq İnstitutunun direktoru, respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləmişdir (1923–1932). "Keyf içində (1929), "Tövbə" (1930), "Dirək" (1971), "Seçilmiş əsərləri" (1983) kitablarının müəllifi olmuşdur. 8 yanvar 1937-ci il tarixdə 1934-1938-ci illərədə Zaqafqaziya Xalq Daxili İşlər Komissarları (XDİK) idarəsinə başçılıq etmiş Yuveliyan Sumbatov-Topuridzenin imzası ilə Böyükağa Talıblının həbsinə qərar qəbul olunub.
Ağıllı dizayn
Ağıllı dizayn (ing. intelligent design, ID) — canlı orqanizmlərin indiki (və ya indikinə yaxın) formada hansısa "ağıllı yaradıcı" tərəfindən yaradıldığını iddia edilən kreatsionizmin növlərindən biri olan qeyri-akademik konsepsiyadır. Bu iddianı dəstəkləmək üçün "ağıllı dizayn" tərəfdarları bir sıra elməbənzər arqumentlər irəli sürür ki, bunlardan ən diqqətəlayiq olanı "sadələşdirilməyən mürəkkəblik" və "müəyyən mürəkkəblik" (və ya "xüsusi mürəkkəblik")-dir. "Ağıllı dizayn" anlayışının heç bir empirik əsaslandırması yoxdur və sınaqdan keçirilmiş və ya əsaslandırılmış fərziyyələr təklif etmir və buna görə də elmi ictimaiyyət tərəfindən qeyri-akademik kimi tanınır. "Discovery Institute" qeyri-kommersiya ictimai təşkilatında çalışan "Ağıllı dizayn " hərəkatının aparıcı nümayəndələri bunu elmi nəzəriyyə hesab edirlər, kainatın və həyatın müəyyən əlamətləri ən yaxşı ağıllı ilkin səbəblə izah olunur və şüurlu idarəetmə olmadan təbii proseslərdən yarana bilməz. Onlar hesab edirlər ki, mürəkkəblik meyarlarının köməyi ilə, insanın hansısa məqsədlə yaratdığı şeylərdə olduğu kimi, əvvəlki şüurlu təsirin zəruriliyini sübut etmək olar. "Sadələşdirilməyən mürəkkəblik" termini biokimyaçı Maykl Behe (ing. Michael J. Behe) ​​tərəfindən "Darvinin qara qutusu" (1996) kitabında təqdim edilmişdir, baxmayaraq ki, fenomenin özü 1993-cü ildə "Pandalar və insanlar haqqında" kitabının ikinci nəşrində təsvir edilmişdir. Behe "Sadələşdirilməyən mürəkkəbliyi" sistemin əsas funksiyasını yerinə yetirməyə kömək edəcək şəkildə bir neçə bir-birinə yaxşı uyğunlaşmış hissədən ibarət vahid sistem kimi təyin edir. Üstəlik, hissələrdən birinin olmaması sistemin fəaliyyətini dayandırmasına səbəb olur.
Ağıllı evlər
Ağıllı evlər — Ağıllı ev sistemi , işıqlandırma və istilik kimi alətlər və sistemlərin uzaqdan monitorinqini və idarə edilməsini təmin etmək üçün bir-biri ilə əlaqəli cihazlardan istifadə edən bir sistemdir. Ev avtomatlaşdırılması kimi tanınan Smart ev texnologiyası; Çox hallarda ev sahibləri ağıllı evlərinə və ya maşınlara quraşdırılmış smart cihazlarla evlərinin təhlükəsizliyini, rahatlığını və enerji səmərəliliyini nəzarət edə biləcəyi sistemlərdir. Qaraj qapı, həyəcan siqnal sistemləri, qəhvə maşın timer açılması və bağlanması kimi sistemlər ağıllı ev sistemlərinin sadə nümunələridir. Ancaq ev avtomatlaşdırılması və ağıllı evlərdən danışarkən, istedad və nümunələr daha da irəli səviyyələrə çıxır. Ayrı ayrı çalışan qurğuların əvəzinə bir ağıllı ev bir əsas ev avtomatlaşdırma nəzarətçisi tərəfindən idarə olunan bir çox alt sistemini birləşdirir. Bu əsas avtomatlaşdırma nəzarətçi ev avtomatlaşdırma sistemində idarəçi kimi ev ətrafında olan bütün qurğulara daxil olur, əmr verir və hər şeyi nəzarət edir. Ev sahibinin istənilən vaxt və ya evin coğrafi mövqeyinə uyğun olaraq dəyişən gündüz işlərinə uyğun olaraq qurulası sistemdir. Bu xüsusiyyət sayəsində ev hər gün təyin olunan saatlara xüsusi əməliyyatlar həyata keçirir. Məsələn; səhər otağının pəncərələrini açaraq otağı havalandırır , gün batımına və ya doğumuna görə evin kənarında işıqları açır və bağlayır. Bunlar ev avtomatlaşdırma sisteminin işinə səbəb olan vəziyyətlərdir.
Ağıllı lövhə
Ağıllı lövhə — informasiyanın eşidilmə və göstərilmə cəhətindən daha yaxşı başa düşülməsi üçün hazırlanmış interaktiv ağ lövhələrdir.
Ağıllı şəhər
Ağıllı şəhər — məlumat toplamaq üçün müxtəlif növ elektron lot sensorlarından (əşyaların interneti) istifadə edən və sonra subyektləri, resursları və xidmətləri səmərəli idarə etmək üçün əldə edilən bu məlumatlardan istifadə edən yaşayış məskənidir. Ağıllı şəhər texnologiyaları yol infrastrukturu və nəqliyyat sistemləri, elektrik stansiyaları, kommunal xidmətlər, su şəbəkələri, tullantıların idarə edilməsi, asayişin qorunması və təhlükəsizlik, informasiya sistemləri, məktəblər, kitabxanalar, xəstəxanalar və digər ictimai xidmətlərə nəzarət etmək və idarə etmək üçün vətəndaşlardan, cihazlardan və digər subyektlərdən məlumatların toplanmasını və analizini, həmçinin çevik və dəqiq həll yollarını təmin edir. Ağıllı şəhər konsepsiyası şəhərin gündəlik fəaliyyətini və xidmətlərinin səmərəliliyini optimallaşdırmaq, vətəndaşlarla qarşılıqlı əlaqə yaratmaq üçün informasiya və kommunikasiya texnologiyalarının və IoT şəbəkəsinə qoşulmuş müxtəlif fiziki cihazları inteqrasiyasıdır. Ağıllı şəhər texnologiyası şəhər rəhbərliyinə həm icma, həm də şəhər infrastrukturu ilə birbaşa əlaqə və şəhərdə baş verənləri və şəhərin necə inkişaf etdiyini izləmə imkanı verir. Bu tip şəhərlərdə İKT şəhər xidmətlərinin keyfiyyətini, səmərəliliyini və qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq, xərcləri və resurslara asılılığı azaltmaq, vətəndaşlarla hökumət arasında əlaqəni artırmaq üçün istifadə olunur. Ağıllı şəhərlərdə istifadə olunan proqramlar şəhər axınlarını idarə etmək və real vaxt rejimində reaksiya vermək üçün hazırlanmışdır. Ağıllı şəhərlər ağıllı cihazlardan əldə edilən məlumatlarla işləyir. Bu ağıllı cihazlar telefonlar ya da avtomobillərdə olan sensorlar belə ola bilər. Bu cihazlar kifayət qədər məlumat təmin etdikdə isə, məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərini başlada bilərlər. 1.
Birinci Aşıqlı
Birinci Aşıqlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun Birinci Aşıqlı kəndi Əlinəzərlikənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Aşıqlı kənd Soveti yaradılmışdır. Mülahizələrə görə, kəndin adı keçmışdə Mil-Qarabağ düzlərində yaşamış xələc tayfasının Aşıqlı tirəsinin adı ilə bağlıdır. Birinci komponenti isə yaşayış məntəqəsinin adını digər kənd adlarından fərqləndirmək üçün əlavə edilmışdir. Birinci Aşıqlı kəndi qədim tarixə malikdir, beləki yaşayış məskəni kimi adı "Dədə Qorqud" dastanında göstərilir. Kənd Yuxarı Qarabağ kanalından 4 km. aralı, Mil düzündədir. Kənd əhalisi azərbaycanlıların Tərəkəmə qolundan (türkmənlər) ibarətdir.
Aminli
Aminli (Nir)
Naibli
Naibli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Amili
Amili (sanskr. ომალო; trans. Omalo) - Tioneti rayonunda kənd adı. Amili- Tioneti rayonunda kənd adı. Gürcücə yazılışı Omalo. Qədim türkmənşəli Kaymak tayfasının İmi qolunun adını əks etdirir. Azərbaycanda Böyük Əmili və Kiçik Əmili (Qəbələ rayonu) kənd adları ilə mənşəcə eynidir. IX əsrdə İrtış çayının yuxarı axını sahillərində yaşamış kaymaklar ondan sonra qıpçaqlarla birgə Cənub-şərqi Avropaya gəlmişlər. Kaymakların mənbələrdə İmi (eymür), İmək, Tatar, Bayandur və Qıpçaq qollarından ibarət olması göstərilir. Ehtimal ki, Cənubi Qafqaza gəlib məskunlaşmış kaymakların içərisində İmi (eymür) tayfası da vardı.
Aioli
Aioli sarımsaqlı evdə hazırlanan mayonezdir. Soyuq və ya isti qaynadılmış balıq, soyuq ət yeməkləri, salatlar və tərəvəz yeməkləri ilə bərabər verilir. Sarımsağı yumurta sarısı və duz ilə bərabər sarımsaq əzəndə əzin. Mayonez konsistensiyasına çatana qədər qarışdıraraq yavaş-yavaş zeytun yağı əlavə edin. Provansda aioli qarni yeməyi qaynadılmış treska, ilbiz, şüyüd, mixəkli soğan, yerkökü, yaşıl lobya, ənginar, kartof, qaynadılmış yumurta və göyərti ilə duzlu suda bişirilmiş xırda səkkizayaqlıları aioli sosu ilə boşqaba düzərək hazırlanır. Qızardılmış balıq üçün aioli vinagrette sousu: əzilmiş qoz, badam, fındıq və çörək qırıntıları süzgəcdən keçirilir. Süd və əzilmiş sarımsaq qarışığı ilə isladılır və süfrəyə verilməzdən əvvəl zeytun yağı, limon və sirkə ilə qarışdırılır.
Abibi
Abibi (v. V əsr) — Yevsevon ilə birlikdə Bizans Suriyasında Bet-Korif monastırının yaradıcılarından biri. O, həm də həmin monastırın ilk abbatı kimi xidmət etmişdir. O, "Heiligen-Lexicon"a daxil edilmişdir. O, təlimatını Yevsevidən almışdır. Onun bayram günü və ya ümumiyyətlə əgər bayram gününün olub-olmaması bilinmir.