EYİBLİ

sif. Eybi, nöqsanı, çatışmazlığı, qüsuru olan; nöqsanlı, qüsurlu. Eyibli adam. Eyibli şey.
– Özün insaf elə əfkarına, ətvarına bax; İstəməzsən yazam, öz eyibli kirdarına bax. M.Ə.Sabir.
Gül-badamın çopuru dərin olsaydı da, üzünü eyibli etməzdi; çünki onun böyük, ala, uzun kirpikli gözləri üzündə tamam eybini örtürdü. N.Nərimanov.
Axı heç kəs başqalarını yanında eyibli (z.) görünmək istəmir. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EYİBLİ nöqsanlı — qüsurlu — qəbahətli
EYİBLƏNDİRMƏK
EYİBSİZ

Digər lüğətlərdə

влюблённость водоприёмник девальвацио́нный И́Жик па́рия поджива́ние стихокропа́тель сфокуси́роваться фаллокра́тия ярлы́га дирижи́ровать зимо́вник клепа́ться прокрахма́литься уплотне́ние canker false overjoy slaughter understrapper usurper зоркость контур пособие тошнота