YANAKI

zərf
1. Yan tərəfə çevrilmiş vəziyyətdə, yan tərəfini irəli verərək, çiynini irəli verərək, böyrünü qabağa verərək, yarıdönmüş halda. Yanakı üzmək.
– Faytonçu Əhməd atların başını çəkər, yanakı oturar, köks ötürüb Əntiqənin taleyini miniklərinə danışardı. Mir Cəlal.
Bayram yanakı durub sağ qulağını pəncərəyə söykəyəndə bu sözləri eşitdi: – Çörəyin arasında kağız var. M.Hüseyn.

// Bir qulağının üstünə, başının bir tərəfinə çəkərək.
Tüklü papağını qoyub yanakı; Baxır öz bəxtinə ayna sularda! S.Rüstəm.

2. Başını yana çevirmədən, gözləri ilə əyriəyri. Yanakı baxmaq.
– Araz başını qaldırıb Əhmədi yanakı süzərək: – Atabala mənim atam deyil, babamdır! – dedi. A.Şaiq.
[Bəyim] yanakı üzümə baxaraq gülümsədi. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YANAKI çəpəki — əyri
YANACAQSIZLIQ
YANAQ

Digər lüğətlərdə