Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Osmanlı Aviasiya bölükləri
Osmanlı Aviasiya bölükləri (türk. Osmanlı tayyare bölükleri) və ya Osmanlı Hava Qüvvələri — Osmanlı ordusu və Osmanlı Donanmasının hərbi aviasiya birləşmələri idi. Osmanlı hərbi aviasiya tarixi 1909-cu ilin iyununda və ya 1911-ci ilin iyulunda başlayır. Təşkilata bəzən Osmanlı Hava Qüvvələri də deyilir. Hava qüvvələrinin böyüklüyü 1916-cı ilin dekabrında, Osmanlı aviasiya bölüklərinin 90 təyyarəsi olduğu zaman zirvəsinə çatmışdır. Aviasiya dəstələri 29 iyul 1918-ci ildə Hava Qüvvələri Baş Müfəttişliyi (türk. Kuva-yı Havaiye Müfettiş-i Umumiliği ) olaraq yenidən təşkil edildi. 30 oktyabr 1918-ci ildə Mudros Barışığının imzalanması ilə Osmanlı hərbi aviasiya qüvvələri faktiki olaraq ləğv edildi. Atəşkəs dövründə Osmanlı hərbi aviasiya qüvvələri 100-ə yaxın pilota sahib idi; 17 quru təyyarə bölüyü (hər biri 4 təyyarə); və 3 dəniz təyyarəsi bölüyü (hər biri 4 təyyarə) olmaqla, cəmi 80 təyyarəyə sahib idi. 2 dekabr 1909-cu ildə Lui Blerio və Belçika pilotu baron Pyer de Katers Osmanlı imperiyasında ilk təyyarə uçuşunu nümayiş etdirdilər.