Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Büşruyə
Büşruyə — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Büşruyə şəhristanının mərkəzidir.
Müdrəsə
Müdürsə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Müdürsə çayının sağ sahilində yerləşir. Kəndin əhalisi 138 nəfərdir ki onunda 59 nəfəri kişi, 79 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 7 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdürsə çayı boyunca 6 km yolu atla və ya piyada getmək olar.Turizm və yay istirahəti üçün əlverişlidir.Elecədə unikal coğrafi mövqeyi, buz kimi şirin su ehtiyatı, kurort turizm relyefli sıx meşələri regiondakı digər yaşayış məntəqələrindən xüsusilə fərqlənir.
Büşruyə şəhristanı
Büşruyə şəhristanı- İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Büşruyə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 23.540 nəfərdən ibarət idi.
Bədriyə Tahir Gökmən
Bədriyə Tahir Gökmən — ilk Türk qadın pilotdur."Gökmən Bacı" adı ilə tanınır. == Həyatı == 1932-ci ildə Vecihi Uçuş Məktəbində aviasiya təliminə başladı. Dövlət qulluqçusu olduğu müddətdə uçuş təliminə davam etdi. 1933-cü ildə nişan aldı. Abdurrahman Türkkuşu ona Gökmən ləqəbini verdi. Gökmən Bacı kimi tanınan Bədriye Tahir 1934-cü ildə Soyad Qanunu qəbul edilərkən Gökmən soyadını götürdü.Bədriye Tahir, aviasiya səyləri səbəbindən bir çox reaksiya və maneə gördü. Aviasiya ilə maraqlandığı üçün maaşından kəsildi və nəticədə işindən qovuldu. 1934-cü ildə Vecihi Məktəbi, şagirdlərin döş nişanlarını təsdiqləmək üçün onların Hava Qüvvələri Müsteşarlığı tərəfindən test edilməsini istədi. Ancaq imtahan komitəsi gələndə imtahan keçirilə bilmədi, çünki məktəbin yeganə aktiv təyyarəsi məhv edilmişdi, nümayəndə heyəti yenidən gəlməkdən imtina etdikdə məktəb bağlandı və Gökmən Bacı-nın pilotluğu təsdiqlənmədi. O dövrdə işdən qovulan Bədriye Tahir Gökmənin sonrakı həyatı məlum deyil.
Dodaqdan Ürəyə
Dodaqdan qəlbə (roman)
Ürəkdən-ürəyə (film, 1970)
Kinolent Azərbaycanla Hindistanı bir-birinə bağlayan çoxəsrlik dostluqdan söhbət açır. Eyni zamanda biz ekranda hind rəssamlarının Bakıda açılmış sərgisi ilə tanış oluruq, məşhur hind kino ulduzları Rac Kapur və Nərgizlə kinoteatrda görüşürük, sevimli sənətkarımız Rəşid Behbudovun hind mahnısı oxuduğunu görürük. Kadrlarda 1969-cu ildə Azərbaycanda keçirilmiş Hindistan mədəniyyəti ongünlüyünün tədbirləri də əks etdirilmişdir. Film Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sifarişi ilə çəkilmişdir. Rejissor: Nina Mustafayeva Ssenari müəllifi: Aqşin Babayev, Nina Mustafayeva Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ürəkdən ürəyə yollar görünür (film, 1970)
Kinolent Azərbaycanla Hindistanı bir-birinə bağlayan çoxəsrlik dostluqdan söhbət açır. Eyni zamanda biz ekranda hind rəssamlarının Bakıda açılmış sərgisi ilə tanış oluruq, məşhur hind kino ulduzları Rac Kapur və Nərgizlə kinoteatrda görüşürük, sevimli sənətkarımız Rəşid Behbudovun hind mahnısı oxuduğunu görürük. Kadrlarda 1969-cu ildə Azərbaycanda keçirilmiş Hindistan mədəniyyəti ongünlüyünün tədbirləri də əks etdirilmişdir. Film Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sifarişi ilə çəkilmişdir. Rejissor: Nina Mustafayeva Ssenari müəllifi: Aqşin Babayev, Nina Mustafayeva Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Audrey Qroşlaud
Audrey Qroşlaud (29 sentyabr 1980) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Audrey Qroşlaud Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Audrey Qroşlaude
Audrey Qroşlaud (29 sentyabr 1980) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Audrey Qroşlaud Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Bureya çayı
Bureya – Rusiya Federasiyasınin Xabarovsk diyarı və Amur vilayətində çay. Amur çayının sol qolu. == Ümumi məlumat == Sağ Bureya (Ezop silsiləsinin cənub yamaclarından başlanır) və Sol Bureya (Dusse-Alin silsiləsinin qərb yamaclarından başlanır) çaylarının qovuşmasından əmələ gəlir. Uzunluğu 623 km (Sağ Bureyanın başlanğıcından 739 km), hövzəsinin sahəsi 70,7 km². Yuxarı axınında dağ çayıdır (axın sürəti 3–4 m/san). Orta axınında Turan silsiləsinin qollarını kəsir və dar dərə ilə axır. Aşağı axınında Zeya-Bureya düzənliyinə çıxır, dərəsi 10 km-ədək genişlənir. Əsasən, yağış suları ilə qidalanır. Yayda 5–7 dəfə daşqın olur. Daşqın zamanı suyun səviyyəsi bəzən 6–10 m-ə çatır.
Pyer Burdye
Pyer Burdye (fr. Pierre Bourdieu, 1 avqust 1930[…] – 23 yanvar 2002[…], XII arondisman (Paris), Fransa) — fransız filosofu, sosioloqu. Ali Normal Məktəbi (1954) bitirmişdir. 1955– 64-cü illərdə Mulen, Paris, Lill təhsil müəssisələrində fəlsəfədən dərs demiş, 1964–2001-ci illərdə Sosial Elmlər Ali Məktəbinin (Paris) professoruru, 1982 –2001-ci illərdə Kollej de Fransın sosiologiya kafedrasının müdiri, 1985–98 illərdə Parisdə Avropa Sosiologiya Mərkəzinin direktoru, 1975-ci ildən "Actes de la recherche en sciences sociales" jurnalının baş redaktoru, 1998-ci il — dən "Liber-Raisons d’agir" nəşriyyatının rəhbəri olmuşdur. Burdye əsas sosioloji ziddiyyətin – sosial struktur ilə sosial hərəkət arasındakı uçurumun aradan qaldırılmasının variantını təklif etmişdir. Onun "genetik strukturalizm" konsepsiyası obyektivist (E. Dürkheym, K. Marks və strukturalizm) və subyektivist (M. Veber fenomenologiya və etnometodologiya) metodologiyalarının sintezinə cəhddir: "strukturlaşdırıcı struktur" Burdyeyə görə, habitus obyektiv strukturları, subyektiv intensiyaları (niyyətləri) və hərəkətləri birləşdirir. Sosial məkan, sahə, kapital və habitus B. konsepsiyasının əsas anlayışlarıdır. B-yə görə, sosial gerçəklik həm obyektiv – müxtəlif növ resursların bölüşdürülməsində obyek — tivləşdirilmiş sosial münasibətlərlə, həm də subyektiv – sosial münasibətlərə əks, fəal təsir göstərən sosial təsəvvürlər və yer dəyişmələrlə (dispozisiyalarla) strukturlaşdırılmışdır. Burdyeyə əsasən, sosial məkan çoxlu nisbətən muxtar yarımməkanlardan – "sahələrdən" ibarət olur. Sahəni oyunun strukturları, yerdəyiş mələri, qaydaları və istinadları müəyyən edir.
Yelena Udreya
Yelena Udreya — Rumıniyanın Turizm və regional inkişaf naziri (2009-2012). 26 dekabr 1973-cü ildə Rumıniyada anadan olub.
Audrey Bitoni
Audrey Bitoni (16 avqust 1986, Pasadena, Kaliforniya) — italyan əsilli amerikalı çılpaq model və pornoqrafik film aktrisası. 2008-ci ildə AVN mükafatlarında ən yaxşı gənc ulduz nominasiyasına namizəd olub.
Hezbe Tudeye İran
İran Tudə Partiyası (fars. حزب توده ایران‎, Hizbi Tudəyi İran, hərf. İran Kütlələri Partiyası) — İranda kommunist partiya. == Tarixi == 1941-ci ildə "Tudə" hizbi yaradıldı. Bu partiya kommunistlər haqqında 1931-ci ildən qüvvədə olan "Kommunist qanunu" baxımından özünü kommunist partiyası deyil, Tudə partiyası adlandırdı.
Büreydə ibn əl-Hüseyb
Büreydə ibn əl-Hüseyb (v. 680-ci illər, Xorasan, ərəb. بريدة بن الخصيب الأسلمي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Büreydə ibn Hüseyb Bəni Əsləm qəbiləsindən idi. Onun Peyğəmbərlə tanışlığının tarixi Məhəmmədin və digər müsəlmanların Məkkədən Mədinəyə hicrət dövrünə təsadüf edir. Məhəmməd Məkkədən çıxmağa müvəffəq olan gecə Qureyşlülər onu təqib edir, bu da nəticəsiz qalır. Məkkə yaxınlığında yaşayan bütün qəbilələrə, Məhəmmədi diri və ya ölü onlara çatdıra bilən hər kəsə yüz dəvə verməyə vəd edilir. Bu mükafat müqabilində onu tapıb Qureyşə təslim etmək istəyənlər arasında Büreydə də var idi. Bir gün Büreydə və adamları Məhəmməd peyğəmbəri Əbu Bəkrlə birlikdə görür. Görüşdən sonra onlarla söhbətə başlayır, Büreydə və qövmü İslamı qəbul edir.
Büreyr ibn Xudeyr əl-Həmdani
Büreyr ibn Xudeyr əl-Həmdani (ərəb. بُرَيْر بن خُضَيْر ٱلْهَمْدَانِيّ‎) — əslən Yəməndən olan Bəni-Həmdan tayfasının bir qolu olan Bəni-Məşriq nəslindəndir. O, qari idi və Məscidül-Kufədə Quran öyrədirdi. O, həm də tabiinlərdən və Əlinin də səhabəsi idi. Büreyr Hüseyn ibn Əlinin Mədinədən Kərbəlaya hicrət etdiyini eşidəndə Hüseynin ordusuna qoşulmaq üçün Kufəni tərk etdi. == Ömər ibn Sədə etiraz == Hüseynin bəzi səhabələri Ömər ibn Sədi Kərbəla döyüşündə Hüseyn ibn Əlinin su əldə etməsinə icazə vermədiyinə görə qınamışlar ki, onların arasında İbn Sədin yanına gedən Büreyr ibn Xudeyr İbn Sədin yanına gedərək Allahı və Onun Rəsulunu tanıdığını iddia edərkən "peyğəmbər ailəsini susuzluqdan ölümə tərk edib-etməyəcəyini" soruşdu. == Yezidlə mübahilə == Əbdülqeysin müttəfiqi Yezid ibn Moqal Hüseynin düşərgəsinə doğru hərəkət etdi və yaxınlaşaraq uca səslə Büreyr ibn Xudeyri çağırıb soruşdu ki, Allahın onun üçün təyin etdiyi taleyi necə tapdığını soruşdu. Bureyr cavab verdi ki, Allah onun barəsində xeyir, Yezidə isə şər göndərmişdir. Buna cavab olaraq Yezid onu azğınlardan olan yalançı adlandırdı. Büreyr onu "mübahilə"yə (yəni yalançı olana Allahın lənətini yağdırmağa) çağırdı.