Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cüvə
Cüvə — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidinin Cüvə kəndi Korarx kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Azərbaycana ilk gəlişləri XII əsrdən hesablanan, Səfəvilər dövründə qacarların tərkibində Azərbaycanın iqtisadi-siyasi həyatında fəal iştirak etmiş yivə/yıva tayfasının adından olduğu ehtimal edilir. Toponimin Güvə variantı da işlənməkdədir. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 517 nəfərdir.
Nüvə
Hüceyrə nüvəsi — Nüvə hüceyrənin mərkəzində yerləşən ən əsas hissəsidir. Atom nüvəsi — atomun mərkəzi hissəsi olub, atomun aid olduğu kimyəvi elementi təyin edir. Atom nüvəsi haqqında bilik radioaktivliyin, nüvə parçalanmasının başa düşülməsi üçün əhəmiyyətlidir. Nüvə enerjisi — nüvə parçalanması və ya birləşməsi ilə müşayiət olunan nüvə reaksiyası zamanı yaranan enerji. Nüvə (kompüter) — əməliyyat sisteminin mərkəzi hissəsi.
Bavə (Sərdəşt)
Bavə (fars. باوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 172 nəfər yaşayır (35 ailə).
Bül-bülə
Bülbülə – Bakının Suraxanı rayonunda qəsəbə (1936-cı ildən). == Tarixi == Abşeronun qədim yaşayış məntəqələrindəndir. Bülbülədə orta əsrlərə dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə tikilmiş Şeyx Nəcməddin məscidi var. Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunların arasında "İmamzadə"xüsusi yer tutur. Bülbülə "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri də dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, onların dəfn olunduğu yer bu günə qədər ziyarətgaha çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov Azərbaycanın böyük mütəfəkkir şairi və alimi Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmişdir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində lahıclar məhəlləsində yerləşir.
Güvə bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Güvə yarpaqbükəni
GÜVƏ YARPAQBÜKƏNİ lat. Choreutis nemorana (Hübner, 1799)-Mikrolepidopterlərin Choreutidae fəsiləsinə daxil olan Choreutis nemorana növünü ilk dəfə Hübner 1799-cu ildə Avropadan təsvir etmişdir. == Yayılması == Ch.nemorana Kanar adalarından Aralıq dənizi bölgələrinə, Şimali Afrikadan Asiyaya qədər bütün ərazilərdə rast gəlinir [1]. Avropada xüsusilə Avstriya, İsveç və cənubi Almaniyada daha çox ziyan vurur [2, 3]. Ilk dəfə İsveçdə 2005-ci ildə, Almaniyada və Avstriyada isə 2006-cı ildə qeydə alınıb və əncirin potensial ziyanvericisi hesab olunur [4]. Azərbaycanda Ch.nemorana üzərində mütamadi müşahidələr aparılmış və xüsusilə Bakı şəhərində, Abşeron yarımadasının Mərdəkan, Bilgəh, Kürdəxanı, Pirşağa, Buzovna və s. qəsəbələrində, eyni zamanda Lənkəran, Astara, Dəvəçi və Füzuli rayonlarında ziyanvericinin tırtıl, pup və yetkin mərhələləri qeydə alınmışdır (Məhərrəmova, 2012 ). Morfoloji xüsusiyyətləri: Ch.nemorana-nın yumurtaları 0.5 mm-dir, dəyırmıdır, qəhvəyi-ağ rəngdədir. Tırtılları yaşılımtıl-sarıdır, üzərində sıra ilə qara nöqtələr var, ölçüsü 18–20 mm-dir. Pupu barama işərisində yerləşir, tünd qəhvəyi rəngdədir və ölçüsü 10–12 mm-dir.
Hibrid nüvə
Hibrid-nüvə (ing. Hybrid kernel) — modifikasiya olunmuş mikro-nüvələr (kompyuterin əməliyyat sisteminin əsas minimal funksiyalarının toplusu) əməliyyatın sürətləndirilməsi üçün nüvənin sahəsində “nəzərə çarpılmayacaq” hissəsini işlətmək üçün imkan yaradır. == “Hibrid” nüvələrin üstünlükləri və çatışmazlıqları == Nəzərdən keçirilmiş bütün əməliyyat sistemlərinin hazırlanması yanaşmalarının öz üstün və əskik cəhətləri var. Bir çox halda müasir ƏS-ləri bu yanaşmaların ayrı-ayrı kombinasiyalarından istifadə edir. Misal üçün, hal-hazırda, "Linux"un nüvəsi monolit sistem olmaqla ayrı-ayrı nüvə modullarından ibarətdir. Nüvənin kompilyasiyası zamanı bir çox modul adlandırılan komponentilərinin dinamik yüklənməsi və dayandırılmasına icazə vermək olar. Modulun yüklənməsi zamanı onun kodu sistem səviyyəsində yüklənir və nüvənin digər hissələri ilə əlaqəyə keçir. Modulun daxilində nüvənin ixrac etdiyi istənilən funkaiyalarından istifadə etmək mümkündür. GNU ƏS-nin (Debian/GNU Hurd) bir neçə variantında monolit nüvə yerinə Mach nüvəsindən istifadə olunur ("Hurd"dakı kimi) və onun üzərində – istifadəçi məkanında "Linux"un istifadəsi zamanı nüvənin bir hissəsi ola biləcək prosseslər işləyir. Qarışıq yanaşmanın başqa bir nümunəsi də monolit nüvəli ƏS-nin mikro-nüvə vasitəsilə yüklənməsi olardı.
Linux (nüvə)
Linux – (/ˈlɪnəks/ LIN-uks və ya /ˈlaɪnəks/ LYN-uks kimi də tələffüz oluna bilər, azərb. Linuks‎) açıq kodlu, sərbəst paylanan, Unix bənzəri bir əməliyyat sistemidir. GNU GPL lisenziyası ilə əməliyyat sistemi pulsuz paylanıla, dəyişdirilə və istifadə oluna bilər. Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayıımladığı bir mesajda Linus Torvalds tərəfindən işlədilib. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb. Əslində Linux əməliyyat sistemi nüvəsidir. Linux-un əsl adı GNU/Linux-dur. Deyilməsi rahat olduğu üçün hamı GNU/Linux yox, məhz Linux kimi təfəffüz edir. Linux superkompüterlərdə, masaüstü kompüterlərdə, dizüstü kompüterlərdə, ağıllı telefonlarda, planşetlərdə, yeni nəsil televizorlarda və s.
Monolit nüvə
Monolit nüvə - tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Monolitik nüvə
Monolit nüvə - tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Nüvə batareyası
Nüvə batareyası (atom batareyası) – elektrik cərəyanı mənbəyi. Radioaktiv parçalanma nəticəsində ayrılan enerjini bilavasitə elektrik enerjisivə çevirir. Ən sadə nüvə batareyası radioaktiv şüalanma mənbəyindən və ondan dielektrik təbəqə ilə ayrılmış kollektordan (toplayıcıdan) ibarətdir. Parçalanma zamanı mənbə β {\displaystyle \beta } -şüalar buraxdığından müsbət, kollektor isə mənfi yukləndiyi üçün onların arasında potensiallar fərqi yaranır. Nüvə batareyalarından əsasən yığcam radio aparatlarında, qol saatlarında, ölçü cihazlarında və s. istifadə edilir.
Nüvə energetikası
Nüvə energetikası — nüvə (atom) enerjisindən elektrikləşdirmə və istiləşdirmə məqsədi ilə istifadə olunan enerketika sahəsi. Nüvə enerjisinin çevrilmə üsullarının işlənib hazırlanması müvafiq qurğuların layihələndirilməsi və onlardan praktikada istifadə ilə məşğul olan elm və texnika sahələri da nüvə energetikasına daxildir. Nüvə energetikasının əsasını AES-lər təşkil edir. Nüvə reaktorunda ağır kimyəvi elementlərin, əsasən, 235U və 239Pu izotopları nüvələrinin idarəolunan zəncirvarı reaksiyaları gedir. Uran və plutonium nüvələri bölündükdə ayrılan istilik enerjisi İES-lərdə tətbiq edilən üsulla elektrik enerjisinə çevrilir. AES-lərin əsas qurğusu istilik neytronları ilə və ya sürətli neytronlarla işləyən reaktorlardır. İstilik neytronları ilə işləyən reaktorlar quruluşça daha sadə olduğundan geniş yayılmışdır. İstilik neytronları ilə işləyən müxtəlif yavaşıdıcılı və istilik-daşıyıcılı bir çox reaktor tipləri yaradılmışdır. Lakin bu reaktorlarda təbii uran yanaçağından samərəli istifadə olunmadığından sürətli neytronlarla işləyən reaktorlar daha perspektivlidir. Onlarda ağır elementlərin nüvələri bölündükdə yeni süni nüvə yanaçağı (239Pu) yaranır.
Nüvə enerjisi
Nüvə enerjisi — nüvə parçalanması və ya birləşməsi ilə müşayət olunan nüvə reaksiyası zamanı yaranan enerji. Sənayedə elektrik enerjisinin əldə edilməsi üçün tətbiq olunan texnologiyaya da nüvə enerjisi deyilir. Nüvə birləşməsinin praktiki tətbiqi hələ tədqiqat mərhələsində olsa da, nüvə parçalanması artıq 1950-ci illərdə uranın tətbiqi ilə sınaqdan keçirilmiş və geniş tətbiq olunmuşdur. Nüvə enerjisi adətən uran 235 və ya plutoniumun tətbqiqi ilə zəncirvari reaskiya nəticəsində əldə edilir. Nüvəyə neytronlar düşdükdə o parçalanaraq yeni neytronlar və qalıqlar alınır. Alınan bu hissəciklər yüksək kinetik enerjiyə malik olurlar. Qalıqların başqa atomlarla toqquşması zamanı bu kinetik enerji istiliyə çevrilir. Nüvə partlamasına ilk dəfə 1934-cü ildə Enriko Fermi təcrübə yolu ilə nail olub. İlk dəfə 1951-ci il dekabrın 20-də nüvə reaktorundan elektrik enerjisi əldə olunub. Prezident Dvayt Eyzenhaver 1953-cü ilin dekabrında “Atomlar Sülh üçün” çıxışında atomun faydalı istifadəsini vurğulamış və ABŞ-nin nüvə enerjisinin beynəlxalq istifadəsini dəstəkləyən güclü dövlətlər sırasında olduğunu bildirmişdi.
Nüvə fizikası
Nüvə fizikası — fizikanın bölünməsi; nüvənin quruluşunu, xassələrini, radioaktiv çevrilmə proseslərinin və nüvə reaksiyalarının mexanizmini öyrənir. Bəzən nüvə fizikasına elementar zərrəciklər fizikası və nüvə energetikası da daxil edilir. Nüvə fizikası astrofizika, bərk cisimlər fizikası, kimya, biologiya, tibb və s. elmlərin inkişafında mühüm rol oynayır. == Tarixi == Nüvə fizikasının inkişaf tarixi şərti olaraq üç dövrə ayrılır: Radioaktivliyin kəşfindən nüvənin tərkibi müəyyən olunanadək (1896–1932) 1932–1949-cu illər Müasir dövr (1949–indiyədək)Birinci dövrdə nüvə haqqında yalnız ümumi faktlar tapılmış, uran və başqa nüvələrin radioaktivliyi kəşf edilmiş, α, β və γ radioaktivlik növləri aşkara çıxarılmış, 1911-ci ildə atomun planetar modeli verilmiş, sonradan nüvənin varlığı haqqında fikir söylənilmiş, nüvələrin süni çevrilməsi (nüvə reaksiyaları) və nüvə daxilində hidrogen atomununun nüvəsi (proton) kəşf edilmiş, kütlə-spektrometri vasitəsilə stabil izotoplar alınmış, yüklü zərrəciklər sürətləndiriciləri qurulmuşdur.1932-ci ildə neytronun kəşfi ilə başlayan ikinci dövrdə nüvənin proton və neytronlardan ibarət olması haqqında model verilmiş, sürətləndirilmiş protonların köməyi ilə nüvə reaksiyaları alınmış, 1934-cü ildə süni radioaktivlik və nüvə izomerləri, 1939-cu ildə uran nüvəsinin neytronların təsiri ilə və 1940-cı ildə spontan bölünməsi kəşf edilmiş, zəncirvarı nüvə reaksiyalarının mümkün olması aşkara çıxarılmış, 1942-ci ildə ilk nüvə reaktoru qurulmuş, nüvə energetikasının əsası qoyulmuşdur. Güclü sürətləndiricilərin qurulması və kosmik şüaların tərkibində bir çox elementar zərrəciklərin kəşfi nüvə energetikası və elementar zərrəciklər fizikasının inkişafına və nüvə fizikasının sərbəst bölmələrinə çevrilməsinə zəmin yaratmışdır.Üçüncü dövr (müasir dövr) 1949-cu ildən başlanır, alçaq, orta və yüksək enerjilər fizikası kimi 3 bölməyə ayrılır. Birincidə nüvənin quruluşu problemləri, radioaktiv çevrilmə prosesləri və 200 mev.-dən kiçik enerjili zərrəciklərin yaratdığı nüvə reaksiyalarının tədqiqi; ikincidə 200 mev.-dən 1 qev.-dək enerjilərdəgedən proseslər, üçüncüdə isə 1 qev.-dən yüksək enerjilərdə gedən proseslər öyrənilir. == Növləri == Nüvə fizikası eksperimental və nəzəri nüvə fizikasına ayrılır. Eksperimental nüvə fizikasının əsasını yüklü zərrəciklər sürətləndiriciləri, nüvə reaktorları və nüvə şüalanmaları detektoru təşkil edir. Nəzəri nüvə fizikasında nəzəri fizikanın riyazi aparatından istifadə edilir.
Nüvə kimyası
Nüvə kimyası — radioaktiv reaksiyaları öyrənir. == Nüvə kimyası == 1934-cü ildə İtalyan elm adamı Enrico Fermi Romada etdiyi təcrübələr nəticəsində neytronların çoxu atom növünü bölə biləcəyini tapdı. Uran neytronlarla bombalandığında gözlədiyi elementlər yerinə urandan daha çox yüngül atomlar tapdı. 1938-ci ildə də Almaniyada Otto Hahn və Frittz Strassman radium və berilium içern bir qaynaqdan uranı neytronlarla bombaladıqlarında Baram-56 kimi daha yüngül elementlər tapınca çaşdılar. Bu işlərini göstərmək üçün Nasist Almaniyasından qaçmış Avstraliyalı elm adamı Lisa MEITNER' e apardılar. MEITNER o sıralarda Otto R. Fris ilə birgə çalışırdı. Etdikləri təcrübələr nəticəsində ibarət olan/yaranan baram və digər yeni ibarət olan/yaranan maddələri uranın bölünməsi nəticəs(n)i ibarət olan/yaranan maddələr olduğunu düşündülər, amma reaksiyaya girən maddənin atom kütləsiylə məhsulların atom kütlələri bir-birini tutmurdu. Sonra Eynşteynin E=mC2 düsturunu istifadə edərək ortaya enerji çıxışını tapdılar, beləcə həm fisyon həm də kütlənin enerjiyə çevrilməsini nəzəriyyəsini ispat etdilər. 1939-cü da Bohr Amerikaya gəlir. Hahn Strassman Meitnin araşdırmalarıyla maraqlanırdı.
Nüvə matrisi
Nüvə matrisi — biologiyada nüvə matrisi hüceyrə nüvəsinin içərisində yerləşən liflər şəbəkəsidir və müəyyən dərəcədə bir hüceyrənin sitoskeletinə bənzəyir. Bununla birlikdə, sitoskeletdən fərqli olaraq, nüvə matrisi dinamik bir quruluş hesab olunur. Nüvə plitəsi ilə birlikdə hüceyrə daxilində genetik məlumatların təşkilində kömək edir. Bu matrisin dəqiq funksiyası hələ də müzakirə mövzusudur və onun mövcudluğu şübhə altındadır. Belə bir quruluşa dair dəlillər 1948-ci ildə (Zbarsk və Debov) tanındı və buna görə də bir çox matrisə bağlı zülallar aşkar edildi. == Nüvə matrisi hipotezi == Uzun müddətdir ki, polimer şəbəkəsi, "nüvə matrisi", "nüvə skleti" nın vacib komponenti olub-olmaması müzakirə mövzusu olaraq qalmaqdadır. İnterfazada qatılaşdırılmış metafaza xromosomlarının ekvivalenti olan xromosom ərazilərinin nisbi mövqeyinin, yüksək səviyyədə qurulmuş səthləri arasındakı əngəllər və ya elektrostatik itələyici qüvvələr səbəbiylə saxlanıla biləcəyinə dair sübutlar olsa da, bu anlayış müşahidələrə uyğun olmalıdır. Klassik matris çıxarma prosedurları ilə müalicə olunan hüceyrələr, nüvə matrisinin asidik zülallarının kiçik bir hissəsinin sərbəst buraxıldığı nöqtəyə qədər xüsusi əraziləri saxlayır - çox güman ki, nüvə skeleti ilə əlaqələrini idarə edən zülallardır. Nüvə matrix proteomu struktur zülallardan, şaperonlardan, DNT və RNT bağlayan zülallardan, xromatinin yenidən qurulması və transkripsiya faktorlarından ibarətdir . Genomik DNT-ni nüvə skeletinə bağladığı düşünülən DNT bölgələri, getdikcə artan qurulmuş bioloji fəaliyyət spektrini nümayiş etdirir.
Nüvə müharibəsi
Nüvə müharibəsi, nüvə silahından istifadə edilmiş müharibələrə deyilir. Tarixdə nüvə silahları sadəcə olaraq iki dəfə və tək tərəfli olaraq ABŞ tərəfindən İkinci dünya müharibəsi dövründə Yaponiya imperiyasına qarşı istifadə edilmişdir. Hal-hazırda isə bu termin nüvə silahına sahib olan və ona qarşı olan dövlətlərin bir-birlərini təhdid etməsi vəziyyətində istifadə edilir. == Nüvə müharibəsi növləri == Nüvə silahının hərbi əməliyyatlar zamanı istifadə edilməsi ehtimalı hər biri fərqli təsirlərə sahib olan və müxtəlif silahların istifadə edildiyi iki alt qrupa ayrılır. Birincisi; məhdud nüvə müharibəsidir. Bu müharibə ehtimalı variantında az miqdarda nüvə silahından istifadə edilir və sadəcə olaraq düşmənin hərbi hədəfləri məhv edilməyə cəhd edilər. Yenə də bu hücumlar nəticəsində mülki əhaliyə də zərər dəyər, ancaq əsas zərər görən qrup əsgərlər və müəyyən miqdarda hərbi infrastruktur olar. Belə bir müharibə şəraitində istifadə edilməsi üçün bir çox dövlət tərəfindən soyuq müharibə dövründə kiçik çaplı nüvə silahları istehsal edilmişdir. İkinci versiya; böyük miqyaslı nüvə müharibəsidir. Bu müharibə versiyasında böyük miqdarlarda nüvə maddəsindən istifadə edilir və hərbi və mülki obyektlər daxil olmaqla bütün ölkə hədəfə götürülür.
Nüvə məsaməsi
Nüvə məsaməsi — eukariotik bir hüceyrənin nüvəsini əhatə edən ikiqat bir membran olan nüvə qabığını əhatə edən nüvə məsaməsi olaraq bilinən böyük bir protein kompleksinin bir hissəsidir. Onurğalı bir hüceyrənin nüvə qabığında təxminən 1000 nüvə məsamə kompleksi var, lakin bu hüceyrənin növünə və həyat dövrünün mərhələsinə bağlıdır. İnsanın nüvə məsamə kompleksi 110 meqaadalton bir quruluşa malikdir. Nüvə məsamə kompleksini təşkil edən zülallara nukleoporinlər deyilir; hər bir nüvə məsamə kompleksi ən azı 456 fərdi protein molekulundan ibarətdir və 34 fərdi nukleoporin zülalından ibarətdir. == Ölçü və mürəkkəblik == Nüvə məsamələri kompleksləri molekulları nüvə qabığından nəql etməyə imkan verir. Bu nəql, nüvədən sitoplazmaya doğru hərəkət edən RNT və ribosom zülalları(DNT polimeraza və laminlər kimi), karbohidratları, siqnal molekullarını və nüvəyə daxil olan lipidləri ehtiva edir. Nüvə məsamələri kompleksinin saniyədə kompleksdə 1000 translokasiyanı aktiv şəkildə həyata keçirə bilməsi diqqət çəkir. Kiçik molekullar məsamələrdən yayılsa da, daha böyük molekullar xüsusi siqnal ardıcıllığı ilə tanına bilər və sonra nukleoporinlər tərəfindən nüvəyə və ya xaricə yayılır. Son zamanlar, bu nukleoporinlərin, molekulların nüvə məsaməsi üzərindən nəqlini necə tənzimlədiyini anlayan, ardıcıllıqla kodlaşdırılmış spesifik təkamül yolu ilə qorunan xüsusiyyətlərə malik olduqları göstərilmişdir. Nukleoporinin vasitəçilik etdiyi nəqliyyat birbaşa enerji tələb etmir.
Nüvə parçalanması
Nüvə parçalanması (ing. nuclear fission) — nüvə fizikasında atom nüvəsinin daxil edilən enerji təsiri altında iki və ya daha artıq hissələrə parçalanması. Parçalanma zamanı əmələ gələn məhsullara - parçalanma məhsulları deyilir. Bu məhsullara yüngül nüvələr (əsasən alfa hissəciklərdən ibarət), neytronlar və qamma kvantlar daxildir. Parçalanma spontan (öz-özünə) və ya məcburi (digər hissəciklərin toqquşması nəticəsində) ola bilir. Ağır nüvələrin parçalanması ekzotermik prosesdir, bunun nəticəsində reaksiya məhsulu kimi kinetik enerji şəklində böyük həcmdə enerji, həmçinin şüalanma ayrılır. Nüvənin parçalanması nüvə reaktorlarında və nüvə silahlarında enerji mənbəyi kimi istifadə olunur.
Nüvə qabığı
Nüvə qabığı — Nüvə membranı olaraq da bilinən nüvə qabığı, eukarotik hüceyrələrdə genetik materialı olan , nüvəni əhatə edən iki qatlı membrandan ibarətdir. Nüvə iki lipid membrandan ibarətdir: daxili nüvə membranı və xarici nüvə membranı. Membranlar arasındakı boşluğa perinukliyar boşluq deyilir. Ümumiyyətlə eni təxminən 20–40 nm-dir. Xarici nüvə membranı endoplazmik retikulumun membranı ilə davam edir. Nüvə zərfində materialların sitozol və nüvə arasında hərəkət etməsinə imkan verən bir çox nüvə məsamələri vardır. == Strukturu == Nüvə qabığı iki lipid cərgəsi olan iki qatlı membrandan ibarətdir. Bu membranlar nüvə məsamələri ilə bir -birinə bağlıdır. İki ədəd ara lif dəsti nüvə qabığına dəstək verir. Daxili şəbəkə daxili nüvə membranında bir nüvə plitəsi meydana gətirir.
Nüvə qüvvələri
Nüvə qüvvələri - nüvə zərrəcikləri arasında təsir edən və onları nüvədə saxlayaraq atom nüvəsinin yaranmasına səbəb olan qüvvələr. Nüvə qüvvələri güclü qarşılıqlı təsirə aiddir, təbiəti hələlik dəqiq məlum məlum deyil və iki istiqamətdə öyrənilir. == Tədqiqi == Birincidə nüvə qüvvələri onların təbiətini müəyyənləşdirən mezon nəzəriyyəsinnə əsasən tədqiq edilir. İkincidə isə təbiəti nəzərə alınmadan empirik yolla nüvə qüvvələrinin xassələri müəyyənləşdirilir. Mezon nəzəriyyəsinə görə nüvə qüvvələri əsasən nuklonlar arasında p-mezonlarla mübadilə nəticəsində meydana çıxır. Bir nuklon π {\displaystyle \pi \,\!} -mezonu buraxır, digəri onu udur və beləliklə iki nuklon arasında qarşılıqlı təsir yaranır. Buna görə də nüvə qüvvələrinin təsir radiusu π {\displaystyle \pi \,\!} -mezonun Kompton dalğasının uzulunğuna bərbaər olmalıdır.
Nüvə qəzaları
Nüvə qəzaları – atom elektrik stansiyasılarında baş verən qəzalar. Nüvə qəzaları zamanı ətraf mühitin radioaktiv çirklənməsi güclənir. Bitki örtüyünün radioaktiv çirklənməsi nəticəsində heyvanat aləmi kütləvi surətdə məhv olur. Ekosistemdən bir sıra bitki və heyvan növləri sıradan çıxır və bunun nəticəsində biosenozun davamlığı azalır. Ətraf mühitin seziy-137 ilə çirklənməsi və yüksək şüalanma bir sıra nəsli xəstəliklərin çoxalmasına, bunun nəticəsində eybəcərlik, kəmağıllıq və digər nəsli çatışmazlıqlara gətirib çıxarır. Bununla yanaşı xərçəng xəstəliklərinin artması və immunitet sisteminin pozulması halları baş verir. == Nüvə silahı == Atom silahı, qlobal biosfer silahı – nüvə silahlarının məcmusu və onların məqsədə yetirilməsi. Nüvədaxili enerjidən baş verən partlayış təsirli, ən güclü kütləvi qırğın vasitələrinə aid edilir. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbədalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir: inzibati mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, canlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür.
Nüvə reaksiyası
=== Radioaktiv Çevrilmə === Radioaktivlik 1896-cı ildə fransız alimi Anri Bekkerlium tərəfindən müəyyən edilmişdir. O qeyd etmişdir ki, uran saxlayan maddələr özlərindən görünməyən şüalar buraxır, bu da fotoplyonkanı işıqlandırır, ağacdan, kağızdan və bütün bərk maddələrdən keçə bilir. Bundan bir qədər sonra məşhur fransız fizikləri Mariya Skladovskaya-Kyüri və Pyer Kyüri müəyyən etdilər ki, «U»-dan əlavə «Th» torium və «Pa» planium eyni şüa buraxma qabiliyyətinə malikdir. 1898-ci ildə radium izotopu tapıldı. Aparılan müşahidələr göstərdi ki, radiumun verdiyi şüalanmanın ardıcıllığı, urandan milyon dəfə çoxdur. Bekkerli və Mariya Kyüri bir qədər sonra radiumun insan orqanizminə güclü təsirini müşahidə etdilər. Dayanıqlığı az olan elementlərin atom nüvələri özbaşına parçalana bilir, bu zaman yeni element atomu nüvələri və radioaktiv şüalar adlanan xüsusi növlü şüalar əmələ gəlir. Bu hadisə radioaktivlik adlanır. Öz-özünə parçalanan izotop isə radioaktiv izotop adlanır. Hazırda radioaktiv parçalanma zamanı yaranan şüalara ionlaşdırıcı və yaxud nüvə şüaları adı verilmişdir.
Nüvə reaktoru
Nüvə reaktoru — enerji ayrılması ilə müşahidə olunan, idarəolunan özütənzimlənən zəncirvari parçalanma reaksiyasının təşkili üçün nəzrdə tutulan qurğudur. Dünyada geniş yayılmış nüvə reaktorları uran və plutoniumun parçalanması sayəsində yaranan istilikdən istifadə edərək elektrik enerjisi əldə olunur. Elmi-tədqiqat reaktorları isə materialların araşdırılması üçün sərbəst neytronların və ya tibb üçün xüsusi radioaktiv nuklidlərin yaradılmasında tətbiq tapır. == Tarixi == İmperator Vilehelmin dövründə Almaniyada "Uran layihəsi" nasistlərin dövründə də davam etdirilir və onun rəhbərliyi formal olaraq Vaytsekkere tapşırılır. İşi isə əslində zəncirvari reaksiyanın nəzəri əsaslarını qoyan Heyzenberq görür. Vaytsekker qrup işçiləri ilə ilk nüvə reaktorunun yaradılması ilə məşğul olur. 1940-cı ildə qrupun üzvü Hartek ilk dəfə olaraq uran oksidi və bərk qrafit yavaşıdıcısının tətbiqi ilə ilk dəfə olaraq zəncivari reaksiya sınağını aparır. Ancaq onun əlində olan material nəticə almağa kifayət etmir. 1942-ci ildə Leypsiq universitetində həmin qrupun iştirakçısı olan Döpel tərəfindən sınaq stendi hazırlanr və 1942-ci idə bu stenddə külli miqdarda neytronların əldə olunması mümkün olur. 1945-ci ildə alman mütəxəssislərinə tam zəncirvari reaksiyanın aparılması nəsib olur.
Nüvə silahı
Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. == İlk atom bombaları haqqında == İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-də hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. == Müasir nüvə silahları == Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər «atom bombası» adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var.
Buve adası
Buve adası (norv. Bouvetøya) — yaşayışı olmayan, vulkan məşəlli ada. Atlantik okeanın cənub hissəsində, 54°26′ c. e. 3°24′ ş. u. koordinatlarda yerləşir. Sahəsi 49 km² təşkil edir. Ərazisinin 93 % ərazisi buzla örtülü olur. Ada Norveçə məxsusdur.
Bove
Bove (fr. Beauvais, pikard Bieuvais, lat. Bellovacum, Bratuspantium, Caesaromagus) — Fransanın şimalında şəhər, region — O-de-Frans, Uaza departamentinin paytaxtı. Amyen şəhərindən 62 km cənub-qərbdə və Paris şəhərindən 78 şimalda, Teren və Avelon çaylarının birləşməsində yerləşir. 2014-cü ilə görə əhalinin sayı — 54 738 nəfər. == Tarixi == Qədim dövrlərdə Bellovak tayfasının paytaxtı idi. 52-ci ildə Yuli Sezarın fəthindən sonra Sezaqromaus adını aldı. Sonradan yenidən "Bellovaclar şəhəri" adlandırıldı (Civitas de Bellovacis). IX əsrdən etibarən Fransadakı ən güclülərdən biri olan (1013-cü ildən bəri Fransanın həmyaşıdları) olan Noyon yepiskoplarına çevrilən Beauvais-in Sayları qeyd edildi. 1346-cı ildə mühasirəyə alınan şəhər İngilislərə qarşı cəsarətlə özünü müdafiə etdi; Jan Lipyerin qəhrəman fədakarlığı ilə xilas oldu .
Büke
Büke - türk və altay mifologiyalarında əjdaha deməkdir. Bükü və ya Buka olaraq da deyilir. Əfsanəvi varlıq. İlana bənzər nəhəng bir sürünəndir. Çox vaxt qanadlı olaraq təsvir edilər. Uça bilər. Ağızından atəş saçar, dişlərindən turşu axıdar. Dərisi zireh kimi pullarla örtülüdür. Bütün Dünya mifologiylarında ortaq fiqurlardan biridir. Dinozavrlar çağından qalma bəzi varlıqların primitiv topluluklardaki xəyali izahatı olaraq düşünülə bilər.
Jan-Kristof Buve
Jan-Kristof Buve (24 mart 1947, Paris) Parisdə dünyaya gəlmiş Fransız aktyor, kinorejissor və yazıçısıdır. == Bioqrafiyası == 24 mart 1947-ci ildə Parisdə anadan olub. Jan-Kristof Buve VII Eduard teatrında Jean-Laurent Cochetdən dram dərsləri almışdır. Parisin VIII Region Universitetində kino, dilçilik və psixoanaliz üzrə təhsil alıb. Andre Techine və Claude Chabrol ilə görüşdükdən sonra onların köməkçisi olur. Eyni zamanda aktyor, müəllif və rejissor assistenti kimi fəaliyyətə başlayıb. 1969-cu ildə Jan-Kristof Buve filmlərdə rol almağa başlayır, onun debütü Jak Skandelarinin rejissoru olduğu “Buduarda fəlsəfə” (Fransızca “La Philosophie dans le boudoir”) filmindəki epizodik rolu idi. 15 iyul 1976-cı ildə Marseldə 20 yaşlı Kristian Ranyuşanın gilyotinində edam edilməsindən şoka düşən Buve ölüm hökmünə qarşı mübarizəyə başlayır və 1977-ci ildə Pol Vekkialini “Maşın” (fransızca “La Machine”) filminin ssenarisini yazmağa dəvət etmişdir və burada özü baş rolu canlandırmışdır. Bu, onun uşaq öldürdüyünə görə ölümə məhkum edilmiş yetkinlik yaşına çatmayanlar üçün cəlbedici görünən Pyer Lanti rolunu oynadığı ilk böyük film rolu idi. Həmçinin bu filmin ssenarisini yazanlar içərisində Buve də iştirak etmişdir.
Alikant Buşe
Alikant Buşe — üzüm sortu. Sort Fransada 1855-ci ildə seleksiyaçı Q.Buşe tərəfindən Pti Buşe (Armon x Tentyure) və Qrenaj sortlarının çarpazlaşdırılmasından alınmışdır. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Sort dünyanın əksər üzümçülük ölkələrində əkilib-becərilir. == Yarpaqları == Yarpaqları iri (uzunluğu 16-22 sm, eni 14-21 sm), dəyirmi formada, ayası zəif, yaxud orta dərəcədə yarılmış, 3, yaxud 5 dilimlidir. Yuxarı kəsikləri açıq, yaxud bağlı, girintili bucaq şəklində, üçbucaqşəkilli, yaxud dar ellipsvari və ya oval formada olur. Aşağı kəsikləri çox dayaz üçbucaqşəkilli, yaxud girintili bucaq şəklində olub, izi görünür. Saplaq oyuğu açıq, dərin olub dar tağşəkillidir. Dilimlərin ucundakı dişciklər iti uclu üçbucaqşəkilli, kənar dişciklər isə üçbucaqşəkilli-mişarvaridir.
Bove (rayon)
Bove (fr. Beauvais) — Fransanın Pikardiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Uaza. Suprefektura — Bove. Rayonun əhalisi 2010-cu ildə 224.044 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 107 nəf / km². Rayon —sahəsi 2100 km².
Buje-Şambalyu
Buje-Şambalü (fr. Bougé-Chambalud) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38051. Kommunanın 2005-ci il üçün əhalisi 1131 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 50 km cənubda, Qrenobldan 70 km qərbdə yerləşir.
Buje-Şambalü
Buje-Şambalü (fr. Bougé-Chambalud) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38051. Kommunanın 2005-ci il üçün əhalisi 1131 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 50 km cənubda, Qrenobldan 70 km qərbdə yerləşir.
Buse (Alye)
Buse (fr. Boucé) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03034. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 556 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 321 nəfərdən (15-64 yaş) 237 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə 73.3%). Fəal 237 nəfərdən 221 nəfəri (122 kişi və 99 qadın), 16 nəfəri işsizdir (7 kişi və 9 qadın). 84 hərəkətsiz 27 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 35 digər səbəblərə görə fəaliyyətsizdir.
Buves-Kiryo
Buves-Kiryö (fr. Bouvesse-Quirieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38054. Kommunanın 2006-cı il üçün əhalisi 1262 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 200 ilə 338 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Collection Budé
Collection Budé və ya Collection des Universités de France — VI əsrə qədər (İmperator Yustiniandan əvvəl) Yunan və Roma klassik ədəbiyyatını özündə birləşdirən kitab seriyası. Seriya, Les Belles Lettres tərəfindən nəşr olunan və Qiyom Büde Cəmiyyətinin sponsorluğu ilə nəşr olunan fransız humanist Qiyom Büdenin adını daşıyır. == Təsnifatı == Seriyadakı hər kitabda giriş, qeydlər və tənqid, fransızca bir başlıq səhifəsi var. Bəzi cildlərdə tam şərhlər var. Qədim Yunan ədəbiyyatının cildlərində Afinanın simvolu olan sarı örtüklü xarabaçılı təsvir edilmişdir. Kapitoli canavarının təsviri ilə qırmızı rəngli latın cildləri. "Classiques en poche" (Cib Klassikləri) adlı yeni seriya tələbələrə yönəlib. == İstinadlar == == Xarici keçidlər == Kitab siyahısı (ing.): Greek series (by genre), Latin series (by genre) fransız dilində Qu’est-ce qu’un «Budé»?
Fransua Buşe
Fransua Buşe (fr. François Boucher; 29 sentyabr 1703[…], Paris[…] – 30 may 1770[…], Paris[…]) — fransız rəssam, qravürçü, dekorator. Rokoko dövrünün parlaq nümayəndələrindən biri olmuşdur. == Həyatı == Onun çoxsaylı qravürlər seriyası olub. Buşe həmçinin Molyer, Bokaçço, Ovidinin kitablarına illüstrasiyalar çəkmişdir. Sənətçi dekorativ tətbiqi sənət və dəzgah qrafikasında bir çox örnəklər ərsəyə gətirmişdir: opera, teatrlara tamaşalar üçün dekorasiya, kral qoblen manufakturaları üçün eskizlər, dekorativ işləmələrlə zəngin Sevr çiniləri, müxtəlif zərif miniatür nümunələri. Öz yaradıcılığında rəssam mifoloji və alleqorik motivlərə yer vermişdir. Parisin dəbdəbəli həyatını, kənd yarmarkalarını bir çox portret və peyzajlarda təsvir etmişdi. Buşe zaman-zaman fəxri adlarla təltif olub. Məsələn: 1765-ci ildə məhkəmə rəssamı adı almışdı.
Le-Tuve
Le-Tuve (fr. Le Touvet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38511. Kommunanın 2012-ci il üçün əhalisi 3003 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 236 ilə 1008 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Lüsyen Buva
Lüsyen Buva (1872 – 1942, Paris) — fransız şərqşünası. == Fəaliyyəti == Beynəlxalq Asiya Cəmiyyətinin üzvü (1889). M.F. Axundzadənin “Aldanmış kəvakib” povestini, “Hacı Qara”, “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyalarını fransız dilinə çevirmiş, “Jurnal Aziatik”də dərc etdirmişdir. 1899-cu ildə bir müddət Parisdə yaşamış, Məhəmməd ağa Şahtaxtlı ilə tanış olmuş, sonralar M. Şahtaxtlı və onun redaktorluğu ilə nəşr edilən“Şərqi-Rus” qəzeti ilə əməkdaşlıq etmişdir. Buvanın “Jurnal Aziatik”də Azərbaycan ədəbiyyatına və mətbuatına dair bir sıra məqalələri dərc olunmuşdur (“Azəri türklərində bir siyasi-ictimai qəzet” və s.). 1922-ci ildə Parisdə çap edilmiş Y.V. Çəmənzəminlinin “Azərbaycan ədəbiyyatına bir nəzər” əsərini də fransız dilinə tərcümə etmişdir. == Əsərləri == === Tərcümələri === Mirza Feth-Ali Achonzade: Monsieur Jourdan, le botaniste parisien, dans le Karabâgh, et le derviche Mèst Alî Châh, célèbre magicien. Comédie en 4 actes. Éditions Leroux, Paris 1906. Mirza Feth-Ali Achonzade: L’aventure de l’homme avare.
Mişel Buke
Mişel Buke (fr. Michel Bouquet; 6 noyabr 1925[…], 14-cü Paris dairəsi[d] – 13 aprel 2022[…], XVIII arondisman (Paris)[d]) — Fransız aktyor.