Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biblida
Biblida (ing. Biblis) — Vilyam Buqro tərəfindən şəklimiş rəsm əsəri. Əsər 1884-cü ildə Parisdə tamamlanmışdır. Əsərdə yunan mifologiyasının qəhrəmanlarından olan Biblida təsvir edilmişdir. "Biblida" əsəri hal — hazırda şəxsi kolleksiyada saxlanılmaqdadır.
Bibliya
Bibliya — Xristianlığın Müqəddəs Kitablar toplusu. Bibliya Əhdi-Ətiq (Əski Əhd) və Əhdi-Cədid (Yeni Əhd) adlı toplulara bölünür. Onların hərəsi, öz növbəsində, çoxlu kitablardan ibarətdir. Əhdi-Ətiq xristian kilsəsi tərəfindən qəbul edilən qədim yəhudi dininin Müqəddəs Kitablarıdır. Bibliya 66 kitabdan ibarətdir. Bunlardan 39-u Əhdi-Ətiqə, 27-si Əhdi-Cədidə daxildir. Müqəddəs Kitab bütün zamanların ən çox satan kitab hesab olunur və 100 milyon nüsxə illik satış qiymətləndirmişdir. Başqa dillərə tərcümə nöqteyi-nəzərindən Bibliya dünyada birinci yeri tutur. 2007-ci ilin sonunadək Bibliya dünyada mövcud olan 6900 dildən tam surətdə 438 dilə, yalnız Əhdi-Cədid olmaqla qismən 1168 dilə tərcümə olunmuşdur. Bu kitab son zamanlar yeni dillərə daha sürətlə tərcümə edilir.
Bilbilyak
Bilbilək — Azərbaycan Respublikasının Xocavənd rayonunun ərazisində keşmişdə mövcud olmuş kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsinin tərkibinə daxil olunur. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir. == Tarixi == Azərbaycan SSR-nin 1 yanvar 1961-ci və 1 oktyabr 1963-cü illər üçün tərtib olunmuş inzibati ərazi bölgülərində o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun Sxtoraşen kənd Sovetinin tərkibində Sxtoraşen (indiki Şıx Dursun), Mavas, Bilbilək kəndləri göstərilir. Hər iki halda Martuni rayonunun tərkibindəki Qırmızı Bazar qəsəbə Sovetinin tərkibində Qırmızı Bazardan başqa yaşayış məntəqəsi göstərilmir. Azərbaycan SSR-nin 10 iyul 1968-ci və 1 yanvar 1977-ci illər üçün tərtib olunmuş inzibati ərazi bölgülərində rayonun tərkibində Sxtoraşen kənd Soveti artıq göstərilmir, həmçinin Bilbilək kəndi də göstərilmir, amma Sıxtoraşen və Mavas kəndləri isə artıq Qırmızı Bazar qəsəbə Sovetinin tərkibində göstərilirlər. Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Martuni rayonunun Xocavənd rayonu adlandırılması, Hadrut rayonunun ləğvi, ləğv edilmiş Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilməsi qərara alındı. Bununla, vaxtılə mövcud olmuş Bilbilək kəndinin ərazisi hal hazırda Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur, amma hal hazırda Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında Bilbilək adında kənd qeyd olunmur. Birinci Qarabağ müharibəsinin nəticəsində keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İkinci Qarabağ müharibəsinin və 2023-cü il sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində keçmiş kəndin ərazisi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Bilbilək

Bılina
Bılina (rus. были́на) — rus xalq ədəbiyyatında folklor janrıdır. Əsasən rusların IX-XIII əsrlər həyatını əks etdirir.rus xalq ədəbiyyatı janrı, qəhrəmanlıq və sosial-məişət məzmunlu epik nəğmə. Bılinalar bahadırlar və xalq qəhrəmanlarının simasında tarixi hadisələri əks etdirən, nağıl şəklində yaradılmış mahnı-poemalardır. Əsasən, 9–13 əsrlərdə naməlum nəğməkar-nağılçılar tərəfindən qoşulan Bılinalar nəsildən-nəslə keçmişdir. Bılinada folklora xas mifoloji ənənələr geniş yer tutur. Burada təsvir olunan aləm real olsa da, fantastik səhnələr çoxdur: bahadırlar divlər və əjdahalarla vuruşur, fövqəltəbii rəşadət göstərirlər. Bılinanın səciyyəvi xüsusiyyətlərindən biri də onun çoxqatlı olması, yəni müxtəlif dövr və yerlərlə bağlı ideya-mövzu əlamətlərinin və surətlərin üzvi surətdə birləşməsidir. Bılina, adətən, coşqun, təmtəraqlı əhvali-ruhiyyə ifadə edir. Təhkiyədə mübaliğə və təkrirə müraciət olunur.
Bəbila
Bəbila (ərəb. ببيلا‎) — Suriyada şəhər, Dəməşq mühafazasının Mərkəz Dəməşq məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 10.600 ailədə 26.266 nəfəri kişilər və 24.614 nəfəri qadınlar olmaqla cəmi 50.880 nəfərdir.
Biblida (Buqro)
Biblida (ing. Biblis) — Vilyam Buqro tərəfindən şəklimiş rəsm əsəri. Əsər 1884-cü ildə Parisdə tamamlanmışdır. Əsərdə yunan mifologiyasının qəhrəmanlarından olan Biblida təsvir edilmişdir. "Biblida" əsəri hal — hazırda şəxsi kolleksiyada saxlanılmaqdadır.
Bibliya antropologiyası
Bibliya antropologiyası, teoloji antropologiya yaxud xristian antropologiyası – xristian teologiyasının bir hissəsi, Bibliya əsasında insanın təbiətini tədqiq edən elm. == Ümumi antropologiyada Bibliya antropologiyasının yeri == Antropologiya nisbətən yeni elmdir. ХIХ əsrin ortalarında bəşəriyyət və cəmiyyətdən daha çox insan şəxsiyyətinə önəm verilməsi ilə əlaqədar olaraq formalaşdı. Antropologiya təbii və süni mühitdə insan varlığının fundamental problemlərini tədqiq edən elmi idrak sahəsidir. Fəlsəfi, mədəni, sosial, teoloji və s. antropologiya vardır. Psixologiya elmi antropologiyaya daxildir. Antropogenez insanın meydana gəlməsini, inkişafını tədqiq edir. Teoloji antropologiya insanın İlahi varlıqla münasibətləri ilə məşğuldur. == Bibliyada antropogenez == Bibliyanın ilk səhifələri kainatın və insanın yaranmasından bəhs edir.
Bibliya motivi
Biblida (ing. Biblis) — Vilyam Buqro tərəfindən şəklimiş rəsm əsəri. Əsər 1884-cü ildə Parisdə tamamlanmışdır. Əsərdə yunan mifologiyasının qəhrəmanlarından olan Biblida təsvir edilmişdir. "Biblida" əsəri hal — hazırda şəxsi kolleksiyada saxlanılmaqdadır.
Bibliya mətnşünaslığı
Bibliya mətnşünaslığı – Bibliyanın mətnlərini tədqiq edən elm. Həmçinin "Bibliya tənqidi" adlanır. Bibliya mətnşünaslığının zərurəti, orijinal əlyazmalarının bizim günümüzə qədər qorunub-saxlanmamasından qaynaqlanır. Əlimizdə orijinal mətnin minlərlə qədim surətləri və tərcümələri vardır. Qədim zamanlarda mətbəə olmadığından mətnin təkrar-təkrar üzü köçürülürdü. Bunun nəticəsində əlyazmaların müxtəlif versiyaları mövcuddur. == Bibliya mətnşünaslığının vəzifəsi == Bibliya mətnşünaslığının vəfizəsi Əhdi-Ətiqin və Əhdi-Cədidin orijinal mətnini mümkün qədər dəqiq bərpa etmək, habelə bu mətnin ötürülməsi və tərcümələrinin tarixini tədqiq etməkdir. == Bibliya mətnşünaslığının metodları == Müasir Bibliya mətnşünaslığı qədim mətnlərin fərqli versiyalarından ən etibarlı olanını seçmək məqsədilə aşağıda qeyd olunan bir sıra prinsiplərə riayət etməkdədir: daha az başa düşülən variantlara üstünlük verilməlidir (çünki daha aydın ifadələrdə üzünü köçürənin öz izahatı olması ehtimalı var). daha qısa variant qədim hesab edilməlidir (çünki üzünü köçürənlərin Müqəddəs Yazını qısaltmağa cürət etmələri ağlasığmazdır). aydın olmayan sözlər qədim şərq ədəbiyyatında işlənən mənaca yaxın olan sözlərlə müqayisə edilməlidir.
Bibliya simvolikası
Xristian simvolikası - xristian kilsələri və icmaları tərəfindən zaman-zaman istifadə edilən nişanlar və rəmzlərdir. === Balıq, gəmi, lövbər, quş === Simvolların əxsəriyyəti ən qədim zaman, hətta Xristianlıqdan öncə yaranmışdır. İlk Xristianlar simvolikadan geniş istifadə etmişdirlər. Daha sonra bu simvollardan rəsmi kilsələr istifadə etmişdirlər. === Xaç (çarmıx) === === Labarum === Labarum imperator Konstantinin bayrağı olmuşdu. Onun hakimiyyəti dövründən başlayaraq Xristianlığın rəmzinə çevrilmişdir. Bayrağın üzərində "Xristos" sözünün yunanca ilk iki hərfi və "Hoc vince" (Bununla qələbə çalacağıq) sözləri yazılmışdır. Rəvayətlərə görə 312-ci ildə Milviya körpüsü yaxınlığında baş verən döyüşdən öncə imperator Konstanin və onun 40 minlik ordusu göydə böyük bir xaçı gördülər. Bu xaç hətta günəşi də bağlamışdı. Başqa rəvayətə görə, bu döyüşdən öncə Konstantin yuxuda labarumumu görərək "In hoc signo vinces" (Bu rəmzlə qələbə çalacaqsan) sözlərini eşitmişdi.
Abebe Bikila
Abebe Bikila (አበበ ቢቂላ) (7 avqust 1932 – 25 oktyabr 1973, Əddis-Əbəbə, Efiopiya imperiyası) – Efiopiyalı marafonçu. Olimpiya Oyunları tarixində ilk dəfə qızıl medal almış Qara Afrikalıdır.Addis Ababada bir stadion onun şərəfinə adlandırılmışdır. == Həyatı == 1960-cı ildə Romada keçiriləcək XVII Yay Olimpiadasına yollanacaq Efiopiya yığmasının marafon qaçışı üzrə atleti Vami Biratu futbol oynayıb, zədə aldıqdan sonra onun yerinə Abebe Bikila adlı başqa atlet çağırılmışdı. Son anda yığmaya çağırılan Abebe əvəzlədiyi atlet qədər potensiallı görünməsə də, öz üzərində səylə çalışaraq ölkəsinin idman tarixində iz qoymağı bacarır. O, sentyabrın 10-da ayaqyalın qaçmaqla marafon qaçışının qalibi olmuşdu. Bu uğurunu Tokioda keçirilən növbəti Olimpiada zamanı təkrarlayaraq, ikinci dəfə qızıl medal qazanan atlet jurnalistlərin sualına — "İstədim ki, bütün dünya Vətənim Efiopiyanın hər zaman əzmkarlıq və qəhrəmanlıqla qələbə qazandığını bilsin." — deyə cavab vermişdi. 37 yaşında avtomobil qəzasında aldığı zədə ucbatından qaçış atletizmi ilə məşğul ola bilmir, lakin idmandan da əl çəkmir, oxatma yarışı ilə məşğul olur. Həmin zədə səbəbindən dünyasını dəyişən atlet 75 000 nəfərin iştirak etdiyi dövlət səviyyəli matəm mərasimində dəfn olunur.
Bibliya və ənənə
Bibliya və ənənə — Bibliya xristianların Müqəddəs Yazılar toplusudur, ənənə isə tarixən meydana gələrək nəsildən-nəslə keçən adətlər, əxlaq normaları, görüşlərdir. Xristian ənənəsi dedikdə, bir qayda olaraq, kilsədə müəyyənləşib sabitləşmiş qayda-qanunlar, üsullar, normalar, əqidələr, kanonik müddəalar, habelə kilsə tərəfindən qəbul olunmuş liturgiya mətnləri və kilsə atalarının əsərləri nəzərdə tutulur. Ənənə mənasına gələn yunanca paradosis "παράδοσις" kəlməsi (ötürmə, ötürülən təlim) Əhdi-Cədiddə 13 dəfə işlənmişdir. 10 dəfə mənfi mənada ("insan adət-ənənəsi") işlənən bu kəlmə 3 dəfə müsbət mənada işlənmişdir. Müsbət mənasında bu kəlmə Əhdi-Cədidin Azərbaycan dilinə yeni tərcüməsində "təlim" deyə tərcümə olunmuşdur: Hər işdə məni xatırladığınız və sizə tapşırdığım təlimlərə sadiq qaldığınız üçün sizi tərif edirəm. (1 Korinflilərə Məktub 11:2) Beləliklə, qardaşlar, möhkəm dayanın və sözümüz yaxud məktubumuz vasitəsilə öyrəndiyiniz təlimlərə bağlı qalın. (2 Saloniklilərə Məktub2:15) Ey qardaşlar, Rəbbimiz İsa Məsihin adı ilə sizə əmr veririk ki, bizdən qəbul etdiyi təlimə görə yaşamayan, avara həyat sürən hər bir bacı-qardaşdan uzaqlaşın. (2 Saloniklilərə Məktub 3:6) İdealda xristian ənənəsi mənfi "insan adət-ənənələri"ndən uzaqlaşaraq, nəsildən-nəslə ötürülən müqəddəs ənənələrə (ilahi təlimlərə) əsaslanır. Kilsənin meydana gəlməsi ilə xristian ənənələrinin yaranması başlandı. Kilsə həm şifahi olaraq yayılan təlimləri, həm də yazılı əsərlərdə ifadə olunan ənənələri İsa Məsihin təyin etdiyi həvarilərin təlimi əsasında qiymətləndirmişdir.
Məhəmməd və Bibliya
Məhəmmədin peyğəmbərliklərinin İncildə mövcud olduğuna dair arqumentlər Məhəmmədin ümmətinin erkən tarixindən müsəlman ənənəsinin bir hissəsini təşkil etmişdir (ərəb: أُمّة icması). Dəməşqli Yəhya və Con Kalvin kimi tarix boyu bir sıra xristianlar Məhəmmədi Əhdi-Cədidin Dəccalı kimi şərh etmişlər. Müsəlman ilahiyyatçıları iddia etdilər ki, bibliya mətnindəki bir sıra xüsusi keçidlər həm İbrani İncilində/Əhdi-Cədiddə, həm də Xristian Əhdi-Cədidində xüsusi olaraq Məhəmmədə istinad kimi müəyyən edilə bilər. Quranda bir neçə ayədə və bir neçə hədisdə Məhəmmədin İncildə təsvir edildiyi bildirilir. Digər tərəfdən, alimlər ümumiyyətlə bu ayələri İsrail icmasına və ya Yehovanın israillilərə və ya sadiq icma üzvlərinə dair şəxsi soterioloji hərəkətlərinə istinad kimi şərh etdilər, məsələn, Yeşaya 42. Barnabanın apokrif İncili, açıq şəkildə Məhəmmədi xatırladır, alimlər tərəfindən Erkən Müasir Dövrün uydurması kimi geniş tanınır. Bəzi müsəlman ilahiyyatçıları da Parakletin (Yunanca Əhdi-Cədidin) Məhəmməd olduğunu iddia etdilər, baxmayaraq ki, alimlər onu Müqəddəs Ruhla eyniləşdirirlər.
Arximandrit Nikiforun Bibliya ensiklopediyası
Arximandrit Nikiforun Bibliya ensiklopediyası (rus. «Иллюстрированная полная популярная Библейская энциклопедия») — 1891-ci ildə nəşr olunmuş Bibliya ensiklopediyası. Müəllifi arximandrit Nikifordur.
Eucalyptus populnea subsp. bimbil
Eucalyptus populnea (lat. Eucalyptus populnea) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Eucalyptus populifolia Hook. === Heterotipik sinonimləri === Eucalyptus populifolia Hook. Eucalyptus populnea subsp.