Bilbilək — Azərbaycan Respublikasının Xocavənd rayonunun ərazisində keşmişdə mövcud olmuş kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocavənd rayonunun[1] Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsinin tərkibinə daxil olunur[2][3][4]. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir[5][6].
Bilbilək | |
---|---|
39°41′40″ şm. e. 46°56′47″ ş. u.HGYO | |
Ölkə | |
Region | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Azərbaycan SSR-nin 1 yanvar 1961-ci[2] və 1 oktyabr 1963-cü[3] illər üçün tərtib olunmuş inzibati ərazi bölgülərində o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun Sxtoraşen kənd Sovetinin tərkibində Sxtoraşen (indiki Şıx Dursun[7]), Mavas, Bilbilək kəndləri göstərilir. Hər iki halda Martuni rayonunun tərkibindəki Qırmızı Bazar qəsəbə Sovetinin tərkibində Qırmızı Bazardan başqa yaşayış məntəqəsi göstərilmir[2][3].
Azərbaycan SSR-nin 10 iyul 1968-ci[4] və 1 yanvar 1977-ci[8] illər üçün tərtib olunmuş inzibati ərazi bölgülərində rayonun tərkibində Sxtoraşen kənd Soveti artıq göstərilmir, həmçinin Bilbilək kəndi də göstərilmir, amma Sıxtoraşen və Mavas kəndləri isə artıq Qırmızı Bazar qəsəbə Sovetinin tərkibində göstərilirlər.
Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Martuni rayonunun Xocavənd rayonu adlandırılması, Hadrut rayonunun ləğvi, ləğv edilmiş Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilməsi qərara alındı[1]. Bununla, vaxtılə mövcud olmuş Bilbilək kəndinin ərazisi hal hazırda Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur, amma hal hazırda Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında Bilbilək adında kənd qeyd olunmur[5][6].
Birinci Qarabağ müharibəsinin nəticəsində keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İkinci Qarabağ müharibəsinin və 2023-cü il sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində keçmiş kəndin ərazisi Azərbaycanın nəzarətinə qayıtmışdır[9].
Xocavənd rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |