Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şadmehr
Şadmehr — İranın Rəzəvi Xorasan ostanının Məhvilat şəhristanının Şadmehr bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,369 nəfər və 848 ailədən ibarət idi.
Şadmehr Akili
Şadmehr Akili və ya Şadmehr Ağili (fars. شادمهر عقیلی‎; 27 yanvar 1973, Tehran) — İranlı musiqiçi, televiziya aparıcısı və müğənnidir. Tehran konservatoriyasında təhsilini başa vurmuş Şadmehr Akili bir müddət İRİB televiziyasında veriliş aparmışdır. İran İslam İnqilabından sonra İranda yetişmiş müasir pop musiqi sənətçilərindən biri hesab olunan Şadmehr Akili 1997-ci ildə ilk solo albomu olan "Bahar-e Man" adlı albomunu buraxmış, 1998-ci ildə isə Mosafer adlı ikinci albomunu buraxmışdır. 1999-cu ildə isə Şadmehr Akili üçüncü albomu olan Dehati adlı albomunu buraxmışdır. Dehati albomu İranda İslam İnqilabından sonra fars dilində çıxan birinci pop musiqisinə aid olan albom hesab olunur. 2001-ci ildə isə dördüncü albomu olan Par-e Parvazı çıxardan Akili, 2003-cü ildə AVANG və NAVAMEDIA ilə müqavilə imzalayaraq Kanadaya köçmüşdür. Şadmehr Akili hal-hazırda Kanadada yaşayır və karyerasını burada davam etdirir.
Qışlaq-i Bədeyr (Biləsuvar)
Qışlaq-i Bədeyr (fars. قشلاق بدير‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 17 nəfər yaşayır (6 ailə).
Behşəhr
Behşəhr — İranın Mazandaran ostanınında şəhər, həm də Behşəhr şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 83,537 nəfər və 22,034 ailədən ibarət idi.
Behşəhr şəhristanı
Behşəhr şəhristanı - İranın Mazandaran ostanında şəhristan. Şəhristanın inzibati mərkəzi Behşəhr şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 154,957 nəfər və 40,432 ailədən ibarət idi.
Bədər Yusupova
Bədər Yusupova (tam adı: Bədər Yusupova, başq. Бәҙәр Әхмәт ҡыҙы Йосопова; 21 dekabr 1901, Orsk, Orsk qəzası[d], Orenburq quberniyası[d], Rusiya imperiyası – 30 avqust 1969, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — başqırd sovet aktrisası, BMSSR-in əməkdar və xalq artisti, RSFSR-in əməkdar artisti, Sterlitamakdakı Başqırd Dövlət Teatrının ilk aktrisalarından biri. == Həyatı == 21 dekabr 1901-ci ildə Orenburq quberniyasının Orsk mahalının Orsk şəhərində anadan olmuşdur. 1915-ci ildə məmləkətindəki müəllimlik kurslarını bitirmiş və Orsk tatar məktəbində dərs deməyə başlamışdır. 1916-cı ildə Lusi adı altında Orskun "Gənclər İttifaqı"nda həvəskar teatr səhnəsində İ. Boqdanovanın pyesi əsasında tamaşaya qoyulan "İtkin qadın" dram əsərində və M. Feyzinin "Qaliyabanu" və "Kənddə bayram" əsərlərində Qaliyabanu və Maqrufkamal obrazı ilə ilk dəfə çıxış etmiş, həmçinin başqırd xalq mahnılarını və rəqslərini ifa etməyə başlamışdır. 1919-1929-cu illərdə Başqırdıstan Respublikasında məktəblərdə müəllim kimi, həmçinin Başqırd Milli Təhsil Komissarlığının müxtəlif şöbələrində çalışmışdır. 1926-cı ildən ömrünün sonuna qədər Başqırd Dövlət Teatrının truppasında aktrisa kimi fəaliyyət göstərib. Bədər Yusupova kubair, başqırd milli rəqsləri və mahnıları ilə tez-tez səhnədə, radioda və televiziyada çıxış edirdi. Böyük Vətən müharibəsi zamanı o, ön cəbhədə konsertlərdə iştirak edirdi. == Rolları == Qaliyabanu (Qaliyabanu, M. Feyzi) Maqrufkamal (Kənddə bayram, M. Feyzi) Əminə (Salavat, V. Mortazin) Yelizaveta (Karaqul, D. Yutlıy) Tanxılu (Aşkadar, M. Buranqulov) Anna Andreyevna (Revizor, N. Qoqol) Kruçinina (Günahsız müqəssirlər, A. N. Ostrovski) Oqudalova (Cehizsiz qız, A. N. Ostrovski) Emiliya (Otello, U. Şekspir) Xanım Milford (Məkr və məhəbbət, F. Şiller) Luşka (Поднятая целина, M. Şoloxov) Ulmasbika (Xakmar, S. Miftaxov) Kübra (Kaxım-ture və ya 1812-ci il, B. Bikbay) Yelena Koşeyeva (Gənc qvardiya, A. Fadeyev) Məsrurə (Черноликие, M. Qafuri) Sarbi (Başmaqlar, X. İbrahimov) Şəmsinur (O geri döndü, Ə. Atnabayev) və digərləri.
Tuğçe Beder
Tuğçe Beder (15 noyabr 1999) — Türkiyəni təmsil edən cüdoçu. == Karyerası == 2024-cü ildə Türkiyəni Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində Fransa nümayəndəsi Şirin Bukliya məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub.