MƏHƏBBƏTSİZ (məhəbbəti, eşqi olmayan) [Zinyet:] Məhəbbətsiz yaşamaq ölməmək üçün əlinə düşən hər şeyi yemək kimi bir şeydir (B.Bayramov); BİMEHR (kl.əd.) Qıldı meni həlak bu bimehr mahlar (S.Ə.Şirvani); EŞQSİZ Yaşamaz eşqsiz, ruhsuz sənətkar (S.Vurğun); MEHRSİZ Usandı mehrsiz əflak əlamanımdan; Hənuz eşitmədi ol yari-mehriban fəryad (Qövsi); SEVDASIZ Vaqif: Dünyanın sirrini görürəm ordan; Bir parça sümükdür sevdasız insan (S.Vurğun); SEVGİSİZ Sevgisiz, ilhamsız yaşaya bilməz; Sevən bir şairin qəhrəmanları (S.Vurğun); İSTƏKSİZ.