Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəhicə
Bəhicə (ərəb. بهيجة‎) — ərəb mənşəli ad. Bəhicə Qadınəfəndi — 34. Osmanlı sultanı II Əbdülhəmidin on ikinci xanımı. Bəhicə Sultan — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır.
Bəhicə Qadınəfəndi
Bəhicə Qadınəfəndi (soyad qanunundan sonra Bəhicə Maan) (10 oktyabr 1882, Adapazarı[d] – 22 oktyabr 1969, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on ikinci xanımı. Sultan Əbdülhəmidin ən israfçı xanımı idi. Bu səbəblə onun yığılan borcları ən israfçı həyat tərzi Sultan Əbdülhəmidə qarşı ən güclü silahlardan biri olmuşdur. 5 il içində saray məsrəflərini 3 dəfə artırmışdı. == Həyatı == Bəhicə xanım 10 oktyabr 1882-ci ildə əslən gürcü olan bir ailədə dünyaya gəlmişdir. Əsl adı Behiyə idi və ailədəki 6 övladın ən böyüyü idi. Sultan Əbdülhəmidin xanımlarından Sazkar xanımın uzaq qohumu idi və onun vasitəsilə saraya alınmışdı. 17 yaşlı Behiyə, Sultan Əbdülhəmidin oğlu Şahzadə Mehmed Burhanəddin Əfəndinin evlənməsi üçün gəlin axtarışında seçilsə də, gənc qızın gözəlliyi padşahı cəzb etmiş, nəhayət cütlük 10 may 1900 tarixində Ulduz sarayında evlənmişdi. Övladlarının dünyaya gəlişindən sonra Bəhicə xanım israfçılığa yol açan həyat tərzi yaşamağa başladı.
Bəhicə Sultan
Bəhicə Sultan (26 avqust 1848, Konstantinopol – 30 noyabr 1876, Konstantinopol) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır. == Həyatı == 1848-ci ildə dünyaya gəlmişdir. Anası I Əbdülməcidin üçüncü iqbalı Nəsrin xanımdır. 1876-cı ildə I Əbdülhəmid dönəminin sədrəzəmlərindən Xəlil Həmid Paşanın nəvəsi Həmid Dərvişlə evləndirilmişdir. Evliliyinin 13-cü günü 30 noyabr 1876 tarixində 28 yaşında ikən vərəmdən vəfat etmişdir. Fateh məscidindəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilmişdir.
Fəhimə Sultan
Fəhimə Sultan (2 avqust 1875, Konstantinopol – 15 sentyabr 1929, Nitsa) — 33. Osmanlı sultanı V Muradın qızıdır. == Həyatı == Fəhimə Sultan 2 avqust 1875-ci ildə atasının Kadıköydəki köşkündə dünyaya gəldi. Atası Sultan Əbdüləziz dönəminin vəliəhdi Murad Əfəndi, anası isə onun dördüncü xanımı Meylisərvət Qadınəfəndidir. Ancaq saray ənənələrinə görə, vəliəhdin yalnız bir övladının olmasına icazə verilirdi. Şahzadə Muradın isə artıq bir oğlu və gizli saxlanılan bir qızı dünyaya gəlmişdi (Səlahəddin Əfəndi və Xədicə Sultan). Bu səbəblə Fəhimə Sultan doğulduğu köşkdə gizlicə böyüdüldü. Ancaq çox keçmədən Sultan Əbdüləziz taxtdan endirildi və atası Sultan Murad taxta çıxdı. Beləcə, atasının digər ailə üzvləriylə birlikdə Fəhimə Sultan da Dolmabağça sarayına köçürüldü. Ancaq cəmi 3 aylıq səltənətinin ardından Sultan Murad taxtdan endirildi və bütün ailə üzvləriylə birlikdə Çırağan sarayına həbs olundu.
Rəhimə Mirzəyeva
Rəhimə Mirzəyeva — İctimai Televiziya və Radio Yayımları Şirkətinin bədii rəhbəri, teatrşünas-rejissor; Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. AzTV və Lider telekanallarında müxtəlif silsilə proqramların quruluşçu rejissoru olub. Bir çox film-verilişlərin müəllifidir. Bədii filmlərin və teleserialların dublyajı üzrə mütəxəssisdir.
Rəhimə Pərəstu Sultan
Rəhimə Pərəstu Sultan (1826, Çərkəzistan – 1904, Maçka) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 34-cü Osmanlı sultanı II Əbdülhəmidin mənəvi anası və Osmanlı tarixinin son validə sultanı. == Həyatı == === Gənclik illəri === I Əbdülhəmidin qızı və Sultan Əbdülməcidin bibisi olan Əsma Sultan İstanbuldakı köşklərində mükəmməl bir həyat yaşayırdı. Ancaq yenə də bədbəxt idi. Çünki bir övladı olmamışdı. Nəhayət uzun müddət sonra, Şimali Qafqazdakı ubix əsilli ailələrin birindən bir övlad alıb böyütməyə qərar verdi. Bu isə Gök bəy Gögenin bir yaşlı qızı Rəhimə oldu. Uşaq o qədər incə və zərif idi ki, adı dəyişdirildi və farsca qaranquş mənasına gələn Piristü adı verildi. Əsma Sultanın sarayında mükəmməl saray təhsili alan Rəhimə Pərəstu Sultan əsl sultan kimi böyüdüldü. Sultan Əbdülməcid vəliəhd olduğu illərdə tez-tez bibisini ziyarət edir, onun tövsiyələrini dinləyirdi. Sultan olduqdan sonra da bu ziyarətləri davam etdi.
Behicə Qadınəfəndi
Bəhicə Qadınəfəndi (soyad qanunundan sonra Bəhicə Maan) (10 oktyabr 1882, Adapazarı[d] – 22 oktyabr 1969, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on ikinci xanımı. Sultan Əbdülhəmidin ən israfçı xanımı idi. Bu səbəblə onun yığılan borcları ən israfçı həyat tərzi Sultan Əbdülhəmidə qarşı ən güclü silahlardan biri olmuşdur. 5 il içində saray məsrəflərini 3 dəfə artırmışdı. == Həyatı == Bəhicə xanım 10 oktyabr 1882-ci ildə əslən gürcü olan bir ailədə dünyaya gəlmişdir. Əsl adı Behiyə idi və ailədəki 6 övladın ən böyüyü idi. Sultan Əbdülhəmidin xanımlarından Sazkar xanımın uzaq qohumu idi və onun vasitəsilə saraya alınmışdı. 17 yaşlı Behiyə, Sultan Əbdülhəmidin oğlu Şahzadə Mehmed Burhanəddin Əfəndinin evlənməsi üçün gəlin axtarışında seçilsə də, gənc qızın gözəlliyi padşahı cəzb etmiş, nəhayət cütlük 10 may 1900 tarixində Ulduz sarayında evlənmişdi. Övladlarının dünyaya gəlişindən sonra Bəhicə xanım israfçılığa yol açan həyat tərzi yaşamağa başladı.
Behicə Sultan
Bəhicə Sultan (26 avqust 1848, Konstantinopol – 30 noyabr 1876, Konstantinopol) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin qızlarındandır. == Həyatı == 1848-ci ildə dünyaya gəlmişdir. Anası I Əbdülməcidin üçüncü iqbalı Nəsrin xanımdır. 1876-cı ildə I Əbdülhəmid dönəminin sədrəzəmlərindən Xəlil Həmid Paşanın nəvəsi Həmid Dərvişlə evləndirilmişdir. Evliliyinin 13-cü günü 30 noyabr 1876 tarixində 28 yaşında ikən vərəmdən vəfat etmişdir. Fateh məscidindəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilmişdir.
Behiyə Sultan
Behiyə Sultan (20 sentyabr 1881, Çırağan sarayı, Konstantinopol, Osmanlı imperiyası – 5 mart 1948, Qahirə, Misir) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Behiyə Sultan 20 sentyabr 1881-ci ildə babasının taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Muradın oğlu Səlahəddin Əfəndi, anası isə onun üçüncü xanımı Naziknaz xanımdır. Babasının vəfat etdiyi 1904-cü ilədək bu sarayda nəzarət altında yaşayan Behiyə Sultan daha sonra digər ailə üzvləriylə birlikdə Üsküdar sarayına köçürüldü. 17 fevral 1910-cu ildə məhz bu sarayda Hafiz Haqqı Paşayla nikahlandı. Nikah mərasimi əsnasında bacısı Ruqiyə Sultan da Əbdülməcid Heydər bəylə (d. 1889 - ö. 23 noyabr 1965) nikahlandı. Hər iki sultanın toy mərasimi isə 12 yanvar 1911-ci ildə Vasif Paşa köşkündə baş tutdu. Ancaq nə Behiyə Sultanın, nə də Ruqiyə Sultanın bu nikahlarından övladları olmadı.
Behice Boran
Behice Boran (türk. Behice Boran 1 may 1910, Bursa, Xudavəndigar vilayəti – 10 oktyabr 1987, Brüssel[d]) — Türk siyasətçi və ictimai elmlər doktoru, marksist, ilk qadın sosioloq. Türkiyə tarixində ilk qadın partiya lideridir. Solçuların tənqidi səsi, dəfələrlə təcavüzə məruz qalan və həbs edilən Boran 1980-ci il hərbi çevrilişindən sonra sürgünə göndərilir. == Bioqrafiyası == Boran 1890-cı illərdə Osmanlı İmperiyasına köçən Kazan tatarlarının ailəsində anadan olub. 1931-ci ildə İstanbuldakı Amerika Qadınlar Kollecini bitirdikdən sonra ABŞ-nin Miçiqan Universitetində sosiologiya təhsili alır. 1939-cu ildə doktorluq dərəcəsini almış və marksizmlə maraqlanmağa başlamışdır. Vətəninə qayıdaraq Ankara Universitetinin dil, tarix və coğrafiya fakültəsində sosiologiya kafedrasının dosenti vəzifəsində çalışmışdır. O, həmçinin Türkiyə Kommunist Partiyasına (TKP) qoşulmuş və solçu "Yurd və Dünya" və "Adımlar" dövri nəşrlər ilə əməkdaşlıq etməyə başlamışdır. 1948-ci ildə solçu görüşlərin tərəfdarı kimi universitetdən qovulur.
Ehime prefekturası
Ehime prefekturası (yap. 愛媛県 Ehime ken) — Yaponiyanın Şikoku adasında yerləşən Şikoku regionda prefektura.
Aoşima adası (Ehime)
Aoşima (yap. 赤離島) — Yaponiyanın cənubunda Ehime prefekturasında yerləşən kiçik ada. Şikoku adasından 13 km şimalda yerləşir. 20-ci əsrin 40–50-ci illərində adada sayı 900 olan balıqçı qəsəbəsi vardı. 2015-ci il məlumatına görə isə adada cəmi 22 nəfəfərdir. Adada 120 pişik yaşayır. Pişiklər buraya İkinci Dünya müharibəsi vaxtı siçanlarla mübarizə məqsədilə gətirilmişdir. Bu gün artıq adada siçan qalmamışdır, pişiklər animator rolunu oynayır, turistləri əyləndirirlər. Hazırda bəzən Pişik adası olaraq belə adlandırılır.
Bəhmən
Bəhmən — Kişi adı. Bəhmən Vətənoğlu — Azərbaycan şairi. Bəhmən Əliyev — Bəhmən Axundov — == Digər == Bəhmən (ay) — İran və Əfqanıstanın rəsmi təqviminin on birinci ayı. Bəhmən (Zəncan) — İranda kənd.
Bəhməz
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. == Etimologiya == Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. == Ümumi məlumat == Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. == Hazırlanma qaydası == Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.
Bəhrəm
Bəhram, bəzən Bəhrəm — Kişi adı. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Atabəyli — “Tərəqqi” medalı ilə təltif olunmuş diaspor nümayəndəsi Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor I Bəhram — Sasani dövlətinin dördüncü hökmdarı II Bəhram — Sasani dövlətinin şahı.
Bərikə
Bərikə (ərəb. بريكة‎) — Əlcəzairin şimal-şərqində, Batna vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 450 metr (1,480 ft) yüksəklikdə yerləşir. Bərikə ölkənin paytaxtı Əlcəzairdən təxminən 255 kilometr (158 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərdə 104,388 nəfər yaşayır. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Biskra şəhərində yerləşir.
Cərimə
Cərimə (alm. Strafe‎ — cəza) — cəza növü; cinayət törədildiyinə görə hüquq normalarına əsasən dövlətin nəfinə keçirilən pul vəsaiti. == Cinayət cəzası kimi == Böyük Britaniya və ABŞ-də cərimə cinayət cəzaları içərisində ən geniş yayılmış növdür.
Rəhilə
Rəhilə (ivritcə רחל) — Əhdi-Ətiqdə Yaqubun arvadı, Yusifin və Binyaminin anası. Tövrata görə, Efratada (indiki Bet-Lexem) rəhmətə getmiş və dəfn olunmuşdur. == İstinadlar == == Mənbə == Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
Səhifə
Səhifə — bir vərəq kağızın hər hansı bir tərəfi. Veb-səhifə — xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Həyat səhifəsi — tarixin, həyatın müəyyən bir hissəsi. Yaddaş səhifəsi —virtual yaddaşın təşkili üsulu, fiziki yaddaş fraqmenti ( səhifə ).
Bəyim
Bəyim — Qərbi, Mərkəzi və Cənubi Asiyada, o cümlədən Azərbaycanda bəy arvadına və ümumiyyətlə, kübar ailələrdə qadınlara müraciət forması. Bu, türk dillərində "ən yüksək məmur" mənasını verən bəy titulunun qadın qarşılığıdır. Bəy qızına da aid edilir aiddir. Bəyzadə forması da mövcuddur. Hal-hazırda qadın adı kimi istifadə edilir.
Cəhim
Cəhim — İslam dinində Cəhənnəmin 4-cü təbəqəsinə verilən ad.
Rəhim
Rəhim və ya Rahim — Kişi adı. Rəhim Nağıyev — fəlsəfəşünas. Fəlsəfə e. n. (1968). Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Rəhim Rzayev — Rahim adı olan tanınmışlar Rahim Dünyamalıyev — Rahim Nuriyev — Rahim Sadıqov — Rahim Tağıyev — gizir.
Ana Səhifə
Bəhmən (şəhər)
Bəhmən-İranın Fars ostanının Abadə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,484 nəfər və 1,604 ailədən ibarət idi.
Bəhmən Abbasov
Bəhmən Abbas oğlu Abbasov (1890, Köçəsgər, Qazax qəzası – 15 dekabr 1958, Köçəsgər, Ağstafa rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Bəhmən Abbasov 1890-cı ildə Azərbaycanın hazırkı Qazax rayonunun Köçəsgər kəndində anadan olmuşdur. Ağstafa rayonunun Voroşilov adına kolxozunda sədr işləmişdir. 1947-ci ildə pambıqçılıq sahəsində yüksək nailiyyətlər əldə etmişdir. 1958-ci il dekabr ayının 15-də Köçəsgər kəndində vəfat etmişdir.
Bəhriyə Üçox
Bahriyə Üçox (1919, Trabzon – 6 oktyabr 1990, Ankara) Türk tarixçi və siyasətşünası, ehtiyat kadrdan senator, Ordu millət vəkili və Sosial-demokrat Xalqçı Partiya Məclis üzvü. == Həyatı == Hamit Ataçın qızıdır. Ankara Universiteti Hüquq fakültəsinin müəllimi Coşqun Üçox ilə evlənmiş və Qumru adlı bir qızı olmuşdur. İlk və orta məktəbi Orduda oxuyan Üçox, İstanbul Kandilli qız liseyini bitirdi. Ali təhsilini Ankara Universiteti Dil və tarix-coğrafiya fakültəsi orta əsr türk-islam tarixi ixtisası üzrən alıb. O, eyni zamanda Ankara Dövlət Konservatoriyasının Opera bölümündə də təhsil almışdır. Samsun və Ankarada on bir il müəllimlik etdikdən sonra, 1953-cü ildə Ankara Universiteti İlahiyat fakültəsində müəllim kimi çalışdı. O, bu fakültənin ilk qadın müəllimidir. 1957-ci ildə doktor, 1964-cü ildə "İslam Dövlətlərində Qadın Hökmdarlar" adlı dissertasiyası ilə də dosent olmuştur. Farsca və ərəbcəni yaxşı dərəcədə bilirdi.
Bəhrəm İlyasov
Bəhrəm Nizam oğlu İlyasov (30 noyabr 1998, Nəcəfqulubəyli, Ağcabədi rayonu – 4 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhrəm İlyasov 30 noyabr 1998-ci ildə Bərdə rayonunun Nəcəfqulubəyli kəndində anadan olmuşdur. === Ailəsi === Atası Nizam İlyasov Birinci Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. == Hərbi xidməti == 2020-ci ilin Tovuz döyüşlərindən sonra Bəhrəm İlyasov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə getmiş və hərbi xidmətə çağırılmışdır. Təlim mərkəzlərindən birində kurs keçdikdən sonra "N" saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Bəhrəm İlyasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bəhrəm İlyasov Suqovuşan istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhrəm İlyasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhrəm İlyasov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəhrəm Əliyev
Bəhrəm Əliyev (meliorator) — meliorator. Bəhram Əliyev (solist) — solist. Bəhram Əliyev (riyaziyyatçı) — riyaziyyatçı.
Burime
Burime (fr. bouts-rimés — "qafiyəli sonluqlar") — əvvəlcədən verilmiş qafiyələrə və ya mövzulara uyğun zarafatcıl şeirlərin yazılmasından ibarət olan ədəbi oyun. Burimenin yaradılmasını 17-ci əsr fransız şairi Dülonun adı ilə bağlayırlar. Menagianaya görə, 1648-ci ildə Dülo şikayətlənir ki, onun şeirləri olan kağızıarı, 300 sonetini oğurlayıblar. Ətrafdakıların onun bu qədər çox şeir yazmasına təəccübləndiyini görəndə isə, bildirir ki, onlar hazır şeirlər deyildi, sadəcə qafiyələr idi.
Tecime
Tecime (手締め) və ya teuçi (手打ち) – Yaponiyada tədbirin sonunda ritmik əl çalmaq adəti. Tədbirin problemsiz başa çatdığını bildirmək üçün yerinə yetirilir. Festivallarda, mərasimlərdə, işgüzar görüşlərdə və ümumi görüşlərdə istifadə olunur. == Xüsusiyyətlər == Tecime adətinin əsas məqsədi tədbirin uğurla başa çatmasından ötrü iştirakçılara təşəkkür etməkdir. Ona görə də tecimeni tədbiri təşkil edən şəxs aparır. Bu adətin şintoizmdə mövcud olan kaşivade adətindən yarandığı güman olunur. Kansay regionunda tecime əvəzinə teuçi sözü daha çox işlədilir. Tecime səsi "şan-şan" ilə ifadə olunur. Soğrusuz-sualsız və qısa müddətdə başa çatan şirkət görüşlərini lağa qoymaq üçün "şan-şan görüşü" ifadəsindən istifadə olunur. == Üslublar == Tecimenin bir neçə üslubu var.
Behişt
Cənnət və ya behişt – əksər dini təlimlərə (xristianlıq, islam, iudaizm, buddizm) görə möminlərin ruhlarının əbədi xoşbəxt yaşayacağı yer. Cənnət İslamda, İslam dininə inananların əbədi olaraq qalacaqları bir axirət məkanıdır. Cəhənnəmin ziddidır. İslama görə cənnətdəki həyat sonsuz olacaqdır. Ayrıca Cənnətə düşənlərə bir çox mükafatlar veriləcəkdir. İslam inancına görə kafirlər Cənnətə girə bilməz, əbədi olaraq Cəhənnəmdə qalırlar. Müsəlman olub günah işləyənlərinsə, Allah günahlarını bağışlamasa, bir müddət Cəhənnəmdə günahlarının cəzasını çəkəcək daha sonra da Cənnətə girəcəklərinə inanılır. == Cənnətin təbəqələri == İbn Abbasdan (r.a.) rəvayət olunur ki Cənnətin 7 təbəqəsi var. Bu təbəqələrin hər birində möminlərin yaxşı işləri müqabilində onlar üçün yerlər vardır. Bunlar: 1-Nəim cənnəti: "Məni Nəim cənnətinin varislərindən elə…" (Şuəra surəsi, 85) (Həmçinin bax: Maidə surəsi,65; Tövbə surəsi, 21; Yunus surəsi, 9) 2-Ədn cənnəti : "Şübhəsiz ki, iman gətirənlər və gözəl əməl edənlər məxluqatın ən xeyirlisidirlər.
Senhime
Senhime (千姫, 26 may 1597, Yaponiya – 11 mart 1666) – şoqun Tokuqava Hidetadanın qızı və Toyotomi Hideyorinin həyat yoldaşı. Anası Tatsuhime və Hideyorinin anası Yodoqimi bacı idilər. == Həyatı == Senhime 1597-ci ildə doğulmuşdur. 4 sentyabr 1603-cü ildə Toyotomi Hideyori ilə evləndirilmişdir. İki uşaq arasındakı bu birlik ölmüş Toyotomi Hideyoşinin vəsiyyəti əsasında baş versə də, əslində, Tokuqava və Toyotomi ailələri arasındakı pis münasibətləri yaxşılaşdırmaq məqsədi güdürdü. Lakin Toyotomi klanı Tokuqavaya itaət etmək istəmədiyi üçün bu plan uğursuzluğa düçar olmuş və Tokuqavanın Osaka hərakatını (1614–15) başlatması ilə nəticələnmişdir. Osaka qəsrinin süqutundan sonra Senhime həyat yoldaşının həyatını xilas etmək üçün atasının yanına göndərilmiş, lakin xahişi qəbul edilməmiş və Hideyori intihar etmişdir. Növbəti il Kuvana daymyosunun oğlu Honda Tadatoki ilə evlənmişdir. Hondanın 1626-cı ildəki ölümündən sonra həyatının qalan hissəsini Edoda dul keçirmişdir. == Mədəniyyətdə == Senhimenin həyatı bir çox əfsanə və rəvayətin yaranmasına gətirib çıxarmışdır.