Behicə Qadınəfəndi

Bəhicə Qadınəfəndi (soyad qanunundan sonra Bəhicə Maan) (10 oktyabr 1882, Adapazarı22 oktyabr 1969, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on ikinci xanımı. Sultan Əbdülhəmidin ən israfçı xanımı idi. Bu səbəblə onun yığılan borcları ən israfçı həyat tərzi Sultan Əbdülhəmidə qarşı ən güclü silahlardan biri olmuşdur. 5 il içində saray məsrəflərini 3 dəfə artırmışdı.

Bəhicə Qadınəfəndi
بيهيس المرأة
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri
Dəfn yeri Yəhya Əfəndi məzarlığı
Atası Elbrus Maan
Anası Nazlı Kucba
Həyat yoldaşı II Əbdülhəmid
Uşaqları Əhməd Nurəddin Əfəndi
Mehmed Bədrəddin Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəhicə xanım 10 oktyabr 1882-ci ildə əslən gürcü olan bir ailədə dünyaya gəlmişdir. Əsl adı Behiyə idi və ailədəki 6 övladın ən böyüyü idi. Sultan Əbdülhəmidin xanımlarından Sazkar xanımın uzaq qohumu idi və onun vasitəsilə saraya alınmışdı. 17 yaşlı Behiyə, Sultan Əbdülhəmidin oğlu Şahzadə Mehmed Burhanəddin Əfəndinin evlənməsi üçün gəlin axtarışında seçilsə də, gənc qızın gözəlliyi padşahı cəzb etmiş, nəhayət cütlük 10 may 1900 tarixində Ulduz sarayında evlənmişdi.

Övladlarının dünyaya gəlişindən sonra Bəhicə xanım israfçılığa yol açan həyat tərzi yaşamağa başladı. 1902-ci ildə atasına illik 300 min təqaüd ayrılmış, bundan başqa Ulduz sarayı yaxınlığında bir köşk hədiyyə edilmişdi. Bacısı Taşvirə xanımın toyu da məhz Ulduz sarayında baş tutdu. Anasının sultan sarayında 20 nəfərlik xüsusi xidmətçi heyəti vardı. Tez-tez xarici ölkələrdən paltarlar sifariş edilirdi.

Nəhayət, artan saray xərcləri Sultan Əbdülhəmidin qulağına qədər çatmış, məsrəflər səbəbilə erməni tacirlərdən borc alınmağa başlanmışdı. Əkiz övladlarından birinin vəfatından sonra məsrəflər bir az azalsa da, daha sonra yenidən artdı. Sahildə 3 köşk birdən satın alan Bəhicə xanım artıq padşahın sevimlisi deyildi. Sultan Əbdülhəmidin yeni xanımı Naciyə xanım olmuşdu. 1909-cu ildə ərinin sürgünə getməsindən sonra Bəhicə xanım və oğlu ailəsinin İstanbuldakı köşündə yaşamağa başladılar.

1924-cü ildə oğlu ilə birlikdə Napoliyə getdilər. 1969-cu ilədək vətənə qayıda bilməyən Bəhicə xanım vətənə dönsə də, 7 ay sonra 22 oktyabr 1969-cu ildə vəfat etdi. Cənazəsi Yəhya Əfəndi məzarlığındadır.