Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Basatın igidliyi (film, 1988)
Basatın igidliyi (rus. Басат, победитель Тепе-Гёза) qısametrajlı cizgi televiziya filmi rejissor Vaqif Behbudov tərəfindən 1988-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Filmdə müdrik Dədə Qorqud gənc döyüşçünün cəsarətini görüb ona Basat adını verir. Basat əzazil Təpəgözə qalib gəlib uşaqları, anaları bəladan qurtarır. == Məzmun == Kukla filmində müdrik Dədə Qorqud gənc döyüşçünün cəsarətini görüb ona Basat adını verir. Basat əzazil Təpəgözə qalib gəlib uşaqları, anaları bəladan qurtarır. == Mükafat == 1991-ci ildə filmə görə Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür.
Sultаn Rəşаtın cənаzə mərаsimi
Sultаn Rəşаtın cənаzə mərаsimi — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. == Filmin heyəti == Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.
Bəsti
Bəsti — Azərbaycan qadın adı. Aşıq Bəsti — XIX əsrin tanınmış qadın aşığı. Bəsti Cəfərova — aktrisa. Azərbaycanın xalq artisti (1998) Bəsti Bağırova – Bəsti Sevdiyeva – xanəndə, əməkdar artist. Bəsti Qasımova — Azərbaycanlı müğənni, AzTV-nin solisti.
Aşıq Bəsti
Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; 1836, Lev – 1936, Lev, Kəlbəcər rayonu) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı. == Həyatı == Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub. == Yaradıcılığı == Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir. Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir.
Bəsti Bağırova
Bəsti Məsim qızı Bağırova (10 aprel 1906, Abdullabəykürd, Yelizavetpol qəzası – 27 fevral 1962, Bağçakürd, Qasım İsmayılov rayonu) – Azərbaycanda məşhur pambıq ustası. Azərbaycanda iki əl ilə pambıq yığımı hərəkatının təşəbbüsçüsü. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1947, 1950). == Həyatı == 1905-ci ildə Goranboy rayonun Bağçakürd kəndində anadan olmuşdur. 1930–1933-cü illərdə Azərbaycan SSR Qasım İsmayılov rayonu "Bağçakürd"(sonralar B. Bağırova adına) kolxozunun kolxozçusu, 1933–1950-ci illərdə həmin kolxozda manqa başçısı və 1953–1962-ci illərdə sədri olmuşdur. Bakı Ali Partiya Məktəbini bitirmişdir (1952). AKP-nin XXIII–XXV qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (I–III çağırış), Azərbaycan SSR Ai Sovetinin (IV–V çağırış) deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. 3 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla, ÜİKTS-in böyük qızıl medalı ilə təltif edilmişdir. Bağçakürd kəndinə Bəsti Bağırovanın tunc büstü qoyulmuşdur.
Bəsti Cəfərova
Bəsti Cəfərova (13 iyun 1959, Bakı) — aktrisa. Azərbaycanın xalq artisti (1998), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru (2013). == Həyatı == Bəsti Əli qızı Cəfərova 13 iyun 1959-cu ildə Bakıda doğulub. 1976-cı ildə Bakı şəhəri 82 nömrəli tam orta məktəbi bitirib və həmin ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik dövründə baş rejissor, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" psixoloji dramını tamaşaya hazırlayan Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrına çağırılıb və adı çəkilən əsərdə Səltənət rolunu oynayıb. Milli rejissorlarımızın fəxri, səhnə klassiklərimizin cərgəsində layiqli yer tutan, böyük sənətkar Adil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb. Bəsti Cəfərova Akademik Milli Dram Teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında hazırladığı özünün işləməsində "Mən Dədə Qorqud…" (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin "Təskinlik verməyi unutmayın" ("Kiçik şahzadə", Qızılgül, Göl çiçəyi, və Fanarçı), Yuğ Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın "Heydərbaba" əsəri əsasında səhnələşdirildiyi "Salam" (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb. Akademik teatrda oynadığı rollar səhnə təcəssümündə daha geniş şəkildə üzə çıxıb. Səltənət ("Quşu uçan budaqlar", Ə.Əylisli), Nazlı ("Əliqulu evlənir"), Bənövşə ("Nişanlı qız" S. Rəhman), Qadın ("Sizi deyib gəlmişəm…", Anar), Əsmər ("Günah", R.Əlizadə), Bədidə və Nigar ("Qanlı Nigar", S.Şendil), Gülruh ("Şeyx Xiyabani"), Azadə xanım ("Dəlilər və ağıllılar"), Ağabəyim ağa ("Hökmdar və qızı"), Lalə ("Büllur sarayda"), Sürəyya ("Tənha iydə ağacı"), Xurşidbanu Natəvan ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev), Solmaz ("Od gəlini", C.Cabbarlı), Martrio ("Dişi canavar", F.Q. Lorka), Qonerilya ("Kral Lir", V.Şekspir), Qaliyə və Adlay ("Sokratı anma gecəsi", Ç.Aytmatov və M.Şahanov), Ədilə ("Poçt şöbəsində xəyal", Elçin), Fedra ("Fedra", J.Rassin), Afət ("Afət", H.Cavid), Qadın ("İnsan səsi", J.Kokto), Xanuma ("Xanuma", A. Saqarelli), Jivka ("Nazirin xanımı", B. Nuşiç), Qətibə İnanc ("Qətibə İnanc", M.S. Ordubadi) və s.
Bəsti Qasımova
Bəsti Qasımova (25 noyabr 1993, Naxçıvan Muxtar Respublikası) — Azərbaycanlı müğənni, AzTV-nin solisti. == Həyatı == Bəsti Vasif qızı Qasımova 1993-cü il noyabr 25-i Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 2003–2005 illərdə Naxçıvan Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin Rəsm ixtisası (Təsviri incəsənət) üzrə Ələsgər Əsgərlinin sinfində təhsil almışdır. 2005–2009 illərdə Naxçıvan şəhər 3 saylı Musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır. 2006–2008 illərdə Naxçıvan şəhər Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Rəqs dərsi almışdır. 2006–2010-cu illərdə Naxçıvan Qızlar Lisseyində orta təhsil almışdır. 2010–2014-cü illərdə Naxçıvan Musiqi Kollecinin İfaçılıq fakultəsinin Vokal sənəti üzrə təhsil almışdır. 2014–2016 illərdə Naxçıvan Dövlət Universitetində təhsil almışdır. 2016–2018-ci illərdə Azərbaycan Milli Konservatoriyasının İfaçılıq fakultəsinin Solo oxuma ixtisası üzrə təhsil almışdır. 2018–2019 cu illərdə Bakı Musiqi Akademiyasının İfaçılıq Fakultəsinin Solo oxuma ixtisası üzrə Natəvan Şeyxovanın sinfində təhsil almış və məzun olaraq bakalavır təhsilini başa vurmuşdur.
Bəsti Sevdiyeva
Sevdiyeva Bəsti Sevdiyar qızı (1958, Bakı) – xanəndə, əməkdar artist. == Həyatı == Bəsti Sevdiyar qızı 1958-ci ildə Bakı şəhəri Qaradağ rayonu Ceyildağ qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə 224 saylı orta məktəbin I sinfinə daxil olmuş və 1975-ci ildə həmin məktəbi bitirmişdir. Onun hələ məktəb illərindən musiqiyə, ifaçılığa çox böyük həvəsi vardır. Mədəniyyət evində fəaliyyət göstərən özfəaliyyət dərnəyində çalışmış və bir çox müsabiqələrin diplomantı, laureatı, həmçinin "Oxu tar" 1973-1975-ci illərin qalibi olmuşdur. Məhz bu müsabiqələrdə korifey sənətkarlar Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, İslam Rzayev, Şövkət Ələkbərova və başqalarının iştirakı və seçimi Bəsti Sevdiyevanın gələcəkdə peşəkar xanəndə, müğənni kimi yetişməsinə dəlalət etmişdir. Artıq B.Sevdiyeva 17 yaşında Xalq artisti İ.Rzayevə anturaj olaraq M.Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə iştirak etmişdir. 1977-ci ildə o, M.A.Əliyev adına Az. Dövlət İncəsənət İnstitutunun musiqili komediya teatrı aktyoru fakültəsinə daxil olmuş və 1982-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir. Tədris illərində o, məşhur Prima-tenor Xalq artisti L.İmanovdan dərs almışdır.
Satin Doll
"Satin doll" Dyuk Ellinqton və Billi Streyhorn tərəfindən yazılan caz standartı dır. 1953-cü ildə yazılmış bu kompozisiya müxtəlif vaxtlarda Ella Fitcerald, Frank Sinatra, "101 Strings" orkestrı, Terri Kaliyer, Nensi Vilson və s. ifaçılar tərəfindən səsləndirilmişdir. "Satin doll " orjinal olaraq do major ladında yazılmışdı, lakin sonradan ifaçıların səs tonuna uyğun olaraq mahnı dəfələrlə modulyasiya edilmişdir.İnstrumental versiyada hitə çevrilən bu musiqiyə Coni Merçer tərəfindən sözlər də yazılmışdır. O zamanlar Coni Merçer bir çox belə instrumental musiqilərə söz yazırdı. Musiqinin müəllifi olan Dyuk Ellinqton adətən onu öz konsertlərinin axırında bağlanış musiqisi kimi ifa edirdi. Bəzi fikirlərə görə isə bu kompozisiya əslində Dyuk Ellinqtonun orkestrında ifa edən və onunla yaxından əməkdaşlıq edən Billi Streyhornun bəstəsidir. Ona görə də indiyədək hər iki müsiqiçinin adı müəllif kimi qeyd olunur.
Əl-Batin
Əl-Batin (ər. الباطن) — Allahın adlarından biri. Mahiyyəti gizli olan, gözlərdən, idrak və duyğulardan əslini gizləmiş və zatı ilə batin olan deməkdir. əl-Batin adı ilə hər şeyin, daxili quruluşuna nüfuz edərək, hər şeyə, hər şeydən yaxın olandır O! Kaaf surəsi (50), 16: "... Və Biz ona şah damarından daha yaxınıq." Fatır surəsi (35), 38: "... Əlbəttə, O, ürəklərdə olanları da bilir." Qəsəs surəsi (28), 69: "Sənin Rəbbin onların sinələrində gizlində də, aşkarda da nə etdiklərini bilir." Mülk surəsi (67), 13 "Sözünüzü gizli saxlasanız da, istər açıq deyin; bilin ki, O, ürəklərdə olanları biləndir." Aləmlərin yaradıcısı əl-də Odur dostlar! Uca Rəbbim, Sən "Əvvəl" sin, Sən "Axır" sin, Sən "Zahir" sin, Sən "Batin" sın. Adlarına sığınaraq, evvelimi, ahırımız, zâhirimi və bâtınımı nurunla nurlandırmanı diləyirəm. Dualarımı qəbul eylə Allahım!
Sultаn Rəşаtın cənаzə mərаsimi (film, 1915)
Sultаn Rəşаtın cənаzə mərаsimi — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. == Filmin heyəti == Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.
Becazin
Bəcəyəzli, Bəyciyəzli, Becazin, Becazlı — Artaşat rayonunda kənd adı. == Toponim == Becazin Artaşat r-nunda kənd adı. Başqa adı Becazlu . 1945-ci ildə kənd ermənicə Vostan adlandırılmışdır. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Bədəlpaşa dairəsində Becasin dağ adı ilə quruluşca eyni olsa da, mənası məlum deyil. == Əhalisi == 1831-ci ildə kənddə İrandan gəlmə ermənilər də yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə kəndin əhalisinin azərbaycanlı yaşayan hissəsi qovulmuşdur.
Jelatin
Jelatin (fr. gelatine, lat. gelātus "dondurulmuş") — heyvanat mənşəli mürəkkəb tərkibli zülali maddədir, şəffaf özlü kütlədir, rəngsiz və ya sarımtıl çalarlı olub heyvanların birləşdirici toxumalarından alınır. == Alınması == Jelatin istehsalı üçün lazım olan məhsullar: Donuz dərisi İribuynuzlu heyvan dərisinin iç qatı. Sümük qırıntıları.
Keratin
Keratin (/ˈkɛrətɪn/ ) — skleroproteinlər kimi də tanınan struktur lifli zülallar ailəsindən biri. Alfa-keratin (α-keratin) onurğalılarda olan bir keratin növüdür. Onurğalılarda pulcuqları, saçları, dırnaqları, lələkləri, buynuzları, pəncələri, və dərinin xarici təbəqəsini təşkil edən əsas struktur materialdır. Keratin həmçinin epiteliya hüceyrələrini zədələnmədən və ya stressdən qoruyur. Keratin suda və üzvi həlledicilərdə yüksək dərəcədə həll olunmur. Keratin monomerləri bərk və sürünənlərdə, quşlarda, suda-quruda yaşayanlarda və məməlilərdə olan sərt, minerallaşmamış epidermal əlavələr meydana gətirən ara filamentlər yaratmaq üçün dəstələrə yığılır. Həddindən artıq keratinləşmə müəyyən toxumaların, məsələn, mal-qara və kərgədanların buynuzları, eləcə də armadillosların osteodermlərinin möhkəmlənməsində iştirak edir. Məlumdur ki, keratinləşdirilmiş toxumanın gücünə yaxınlaşan yeganə digər bioloji maddə xitindir. Keratin iki növdür: bütün onurğalılarda rast gəlinən ibtidai, daha yumşaq formalar və yalnız sürünənlər və quşlar olan daha sərt törəmə formalar . Hörümçək ipəyi keratin kimi təsnif edilir , baxmayaraq ki, protein istehsalı onurğalılarda prosesdən asılı olmayaraq inkişaf etmiş ola bilər.
Bespin
Bespin — "Ulduz müharibələri" kainatında uydurma planet. Bespin qalaktikanın ucqar sektorunda yerləşən böyük bir qaz nəhəngidir. Planetin iki peyki var və onun qaz kütləsində yaşayış üçün nazik əlverişli atmosfer təbəqəsi var. Bespinin atmosferində dəbdəbəli meqapolis olan Bulud şəhəri, yanacaqdoldurma məntəqəsi olan Şinuk stansiyası və Uqnorqrad şəhəri yerləşir. Planet bir çox həyat növlərinə ev sahibliyi edir. Bespində üzgüçülük hovuzları nadir bir lüks hesab olunur. Planet ilk dəfə "Yeni ümid" (1977), sonradan isə "İmperiya cavab zərbəsi vurur" (1980) filmində nümayiş olunur. == İstinadlar == == Xarici keçidlər == Bespin — Vukipediya saytında.
Hesabın tarixi
Hesabın tarixi — hesabın görünüşündən tutmuş aksiomlar sistemindən istifadə etməklə ədədlərin rəsmi müəyyənləşdirilməsinə və hesab əməliyyatlarına qədər dövrü əhatə edir. Hesab - ədədlər, onların xüsusiyyətləri və əlaqələri haqqında elm - əsas riyazi elmlərdən biridir. Cəbr və ədədlər nəzəriyyəsi ilə sıx əlaqəlidir. Hesabın meydana gəlməsi səbəbi saymağa, sadə ölçmələrə və hesablamalara praktik ehtiyac idi. Hesablama bilikləri haqqında ilk etibarlı məlumatlar eramızdan əvvəl III - II minilliklərə aid Babil və Qədim Misirin tarixi abidələrində tapılmışdır. Hesabın inkişafına dünyanın bütün qanunlarını müəyyənləşdirmək üçün nömrələrdən istifadə etməyə çalışan yunan riyaziyyatçıları, xüsusən də Pifaqorçular məktəbi böyük töhfə vermişdilər. Orta əsrlərdə arifmetikanın əsas tətbiq sahələri ticarət və təxmini hesablamalar idi. Hesab ilk növbədə Hindistan və İslam ölkələrində inkişaf etdi və yalnız bundan sonra Qərbi Avropaya gəldi. XVII əsrdə dəniz astronomiyası, mexanika, daha mürəkkəb kommersiya hesablamaları, hesablama texnikasına yeni hesab sorğuları qoydu və sonrakı inkişafa təkan verdi. Ədəd anlayışının nəzəri əsasları, ilk növbədə,1889-cu ildə hazırlanmış natural ədədin və Peano aksiomlarının tərifi ilə əlaqələndirilir.
Həyatın mənası
Fəlsəfi bir sual olan “Həyatın mənası nədir?” sualı fərqli insanlar tərəfindən fərqli şəkildə qəbul edilə bilər və “məna” sözünün qeyri-müəyyənliyi fərqli açıqlamalara səbəb olur: “Həyatın mənşəyi nədir?”, “Kainatın və həyatın təbiəti nədir?”, “Həyatı dəyərli edən nədir?”, “İnsan həyatının məqsədi nədir?” Bu suallara elmi nəzəriyyələrdən tutmuş fəlsəfi, teoloji və mənəvi dəlillərə qədər müxtəlif yollarla cavab verilir. Başqa bir nəzəriyyəyə görə, “həyatın mənası” problemi yalnız ölümlə başa çatır, cavablandırıla bilər. Fəlsəfi baxımdan nəticə qaçılmaz ölümdür. Həyatından asılı olmayaraq (varlı, kasıb, ağıllı, axmaq, gözəl, çirkin) hər bir insan ölür və bu problem sona çatır. Mövzuya dair fikirləri aşağıda ümumiləşdirmək olar. == Məşhur fikirlər == Bir çox insan müəyyən bir dövrdə özlərinə “həyatın mənası nədir?” sualını verir və sonrada öz suallarına özləri cavab verirlər. Həmin sualların cavablarının ən populyarları aşağıdakılardır: Həyatın davamlılığı və maddi/müvəqqəti uğurlar ... gəlirlərin artması və sosial statusun yüksəldilməsi. ... başqaları ilə rəqabət etmək və ya tərəfdaş olmaq ...
Medhi Benatia
Medhi Əmin Əl-Müttəqi Benatia (17 aprel 1987, Kurkuron[d]) — Bundesliqa təmsilçisi Bavariya FK-da çıxış edən mərkəz yarımmüdafiəçisi. == Həyatı == Medhi Benatia 1987-ci il aprelin 17-də dünyaya göz açmışdır. == Karyerası == Öz karyerasına Fransanın Olimpik Marsel FK-da başlamışdır. Cəmi iki il sonra İtaliyanın Udineze FK-a transfer olunmuş, burada 3 mövsüm keçirdikdən sonra Roma FKnın heyətinə cəlb olunmuşdur. Sonradan İtaliya A Seriyasında diqqətləri özünə yönəltməyi bacaran futbolçu 26 milyon avro qarşılığında Bavariya FK-a keçmiş və elə ilk mövsümdəcə çempionluq sevinci yaşamışdır.
İvan Besedin
İvan Besedin — Moskva metropoliteninin rəisi, Texnika elmləri namizədi. İvan Sergeyeviç Besedin 1954-cü ildə Bakıda doğulub. 1976-cı ildə Moskva Dəmiryol Nəqliyyatı Mühəndisliyi İnstitutunu bitirib. 1985-ci ildən SSRİ-nin, sovet quruluşu dağılandan sonra isə müstəqil Rusiya Federasiyasının Nəqliyyat Nazirliyində çalışıb. 1993–1995-ci illərdə nəqliyyat nazirinin müavini, 1995-99-cu illərdə nazirin birinci müavini olub. 2000-2001-ci illərdə Varşava Dəmiryolu Əməkdaşlığı Təşkilatının sədr müavini işləyib. 2006-cı ildən Kalininqrad Dəmiryolunun rəisi idi. Texnika elmləri namizədidir.
Destin Votford
Destin Votford (ing. Destiny Watford) — Amerikalı ekoloq və ətraf mühit fəalı. 2016-cı ildə Goldman Ətraf Mühit Mükafatını almışdır. == Bioqrafiya == Destin Votford Merilend ştatının Kertis Bey şəhərində, əhəmiyyətli hava çirkliliyi olan bir ərazidə böyüyür. Orta məktəbdə o, şəhər və əyalət tərəfindən təsdiqlənmiş və gündə 4000 ton zibil yandıra bilən yandırma zavodu layihəsinə qarşı təbliğat kampaniyasına başlayır. Dörd ildən artıqdır ki, o, yerli əhali arasında astmanın yayılması da daxil olmaqla, ərazidə daha çox hava çirklənməsinin sağlamlığa təsirləri ilə bağlı narahatlıqlar əsasında Benjamin Franklin Liseyində digər tələbələrlə təbliğat aparır. Onların işinə torpaqdan istifadə və rayonlaşdırma siyasəti ilə bağlı araşdırmalar, həmçinin məktəblər və hökumət rəsmiləri ilə bağlı lobbiçilik daxildir. 2016-cı ildə onunda sayəsində Merilend Ətraf Mühit Departamenti yandırma zavodu layihəsini ləğv edir. Touson Universitetində təhsil alır. 2018-ci ildə Facing Race konfransında çıxış edir.
Jestin tanınması
Jestin tanınması (ing. gesture recognition; rus. распознавание жестов) — istifadəçinin başının, bədəninin, əllərinin vəziyyəti və hərəkəti vasitəsilə kompüterə komandaların daxil edilməsi texnikası. == Jestin mənaları == Ünsiyyət zamanı məlumatın 50 faizi jest və mimikaların köməyi ilə çatdırılır. Bununla belə çox ifadəli işlətdiyimiz sözlər - yalnız 10 faiz fikrimizi çatdırmaqda bizə yardımçı olur. Səsin tembri və intonasiyanın vasitəsilə isə məlumatın cəmi 40 faizini ötürməyə müvəffəq oluruq. Söhbət zamanı əsas diqqət maksimum həmsöhbətimizin jest və mimikalarına yönəlməlidir. Tanışlığınızın ilk dəqiqələrindən Siz göstərməlisiniz ki, ünsiyyətə hazırsınız və əməkdaşlıq əlaqələri qurmaqda maraqlısınız. Təcrübəli psixoloqlar sizə dialoqlar zamanı daha çox istifadə olunan bəzi jest və mimikaların mənasını açıqlayırlar. Amma unutmayın ki, ünsiyyətdə əsas mövqe səmimilikdir.
Teatin kilsəsi
Müqəddəs Kayetan və Adelaida adına Teatin kilsəsi (alm. Theatinerkirche St. Kajetan und Adelheid‎) — Almaniyanın cənubunda, Bavariyanın Münhen şəhərində yerləşən katolik kilsəsidir. 1663-cü ildən 1690-cı ilə qədər tikilmiş kilsənin əsası 1662-ci ildə Bavariya kürfürstü Ferdinand Mariya və onun həyat yoldaşı Savoyyalı Henrietta Adelaida tərəfindən, çoxdan doğulmasını gözlədikləri oğulları Maksimilianın şərəfinə qoyulub. İndi Dominikan keşişləri tərəfindən idarə olunan kilsə həm də Müqəddəs Kayetanın Dominikan monastırı kimi tanınır. Kilsə Romadakı Sant Andrea della Valledən ilhamlanaraq, italyan memar Aqostino Barelli tərəfindən dizayn edilmiş, barokko üslubunda inşa edilmişdir. Memar Enriko Zukkalli kilsəyə əvvəlcə planlaşdırılmayan 66 metr hündürlüyündə iki qüllə əlavə etdi və sonra 1690-cı ildə 71 metr hündürlüyündəki günbəzi bitirdi. Kilsə 72 metr uzunluğunda və 15,5 metrdir. Rokoko üslubunda fasad 1768-ci ildə Fransua de Küvilye tərəfindən hazırlandı. Onun Aralıq dənizi stilindəki görünüşü və sarı rəngi şəhərin məşhur simvoluna çevrildi və Cənubi Alman Barokko memarlığına çox təsir etdi.
Həyatın imzası (kitab)
Həyatın imzası (Eramızdan min illərlə əvvəl yaranmış ən qədim irfani nəzəriyyə) — Rövşən Abdullaoğlunun 2012-ci ildə nəşr edilmiş "Qədim irfani nəzəriyyələr" silsiləsindən olan kitabı. == Məzmun == “Həyatın imzası” kitabı eramızdan əvvəl qədim yazılarda və ən qədim düşüncə məktəblərində mövcud olan “Həyatın ümumiliyi” adlı irfani bir nəzəriyyədən bəhs edir. Bu nəzəriyyə yaradılışla bağlı ən gizli sirləri kəşf etmək istəyir. “Həyatın ümumiliyi” çox maraqlı və əsrarəngiz məsələlərlə bağlıdır. Belə ki, bu nəzəriyyə insanın ətrafındakılara, təbiət aləminə və kainata olan baxışını tamamilə dəyişir. Adından da göründüyü kimi irfani olduğuna görə bu nəzəriyyə ilə daha çox ariflərin sözlərində və irfani təlimlər barədə yazılmış kitablarda rastlaşırıq. == Nəşr == Kitab 2012-ci ildə Bakıda Qədim Qala nəşriyyatında 168 səhifədə 60x90 ölçüsündə çap edilib. == Həmçinin bax == Ölülərin hakimiyyəti == İstinadlar == == Xarici keçidlər == "Həyatın İmzası" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib.
Həyatın yaşam sığortası
Həyatın yaşam sığortası (ing. endowment insurance) – sığortalıya müqavilə müddətinin sonunda və ya sığortalının ölümündən sonra nominal dəyəri ödəyən həyat sığortasının bir növü. Həyatın yaşam sığortası sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığortaolunanın vəfat etdiyi və ya sığorta müqaviləsində müəyyən edilmiş yaşa / müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini ehtiva edir. Həyatın Yaşam Sığortası siyasəti sabit aylıq ödənişlərin edildiyi müddətdə risksiz, zəmanətli gəlir vəd edir. Bu sığorta məhsulunun əsas əhəmiyyəti, ilk növbədə, əmək müqavilələrinin rəsmiləşdirilməsi, əmək müqavilələrinin bağlanmasının zəruriliyi və tətbiq edilən vergilərin, məcbur dövlət sosial sığorta haqlarının çalışanların mənafeyinə olması barədə maarifləndirməkdir. “Həyatın Yaşam Sığortası” Sosial sığorta haqqında qanunun 15-ci maddəsi və Vergi Məcəlləsinin 116-cı maddəsinə əsaslanır. === Sığorta məhsulunun anlayışı === Müqavilə müvafiq lisenziyaya malik həyat sığortası şirkəti ilə, əsasən, işəgötürənlə əmək müqaviləsi əsasında işləyən şəxslər arasında bağlanır. İstənilən müəssisə, təşkilat və idarədə çalışan şəxs bu sığorta məhsuluna qoşula bilər və müqavilə əsasən, ikitərəfli (sığortaçı ilə sığortalı arasında) bağlanır. Sığortaolunan həyatın yaşam sığortası müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər yaşadığı (və ya müqavilədə nəzərdə tutulmuş yaşa çatdığı) təqdirdə, sığortaçıdan müqavilədə nəzərdə tutulmuş sığorta məbləği çərçivəsində sığorta ödənişi alır. Sığortaolunan həmin müddətdə vəfat etdiyi təqdirdə isə sığorta məbləği faydalanan şəxsə (yəni sığortaolunanın varisinə) ödənilir.
Bastın-Tas adası
Bastın-Tas adası — qayalıqdan ibarət olan ada. Adanın sahillərini Laptevlər dənizinin suları yuyur. Bastın-Tas adası Belkovski adasının şimalında qərarlaşıır. Anju adaları qrupuna daxildir. İnzibati cəhətdən Saxa Respublikası ərazisinə daxildir.
G.W.Beaton
Qordon Vilyam Biton (ing. Gordon William Beaton; 14 iyun 1911 – 2 aprel 1988) — Avstraliya mikiloqu və botaniki. == Elmi fəaliyyəti == == Əsərləri == Beaton, G.; Weste, G. (1977). The genus Labyrinthomyces. Transactions of the British Mycological Society 69 (2): 243-247. Beaton, G.; Weste, G. (1984). Victorian hypogean gasteromycetes: Mesophelliaceae. Transactions of the British Mycological Society 82 (4): 665-671. Beaton, G.; Pegler, D.N.; Young, T.W.K. (1984). Gasteroid Basidiomycota of Victoria state, Australia.