Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xaqanlıq
Xanlıq və ya xaqanlıq — xan, xaqan, xatun və ya xanımın idarə etdiyi ictimai-siyasi birlik. Bu ictimai-siyasi birliklər adətən Avrasiya çöllərində yerləşən köçəri türk, monqol və tatar cəmiyyətləri idi. Xanlıq orta əsrlərdə türkdilli xalqlarda ictimai-siyasi birlik idi. Onu xan idarə edirdi ki, adı da buradandır. Krım, Həştərxan, Kazan xanlıqları daha məşhur idi. 1740-cı illərdə Azərbaycanda 10-dan çox xanlıq meydana gəlmişdi. Onlardan Qarabağ, Quba, Şəki, Xoy xanlıqları Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdılar. Xanlıqlar XIX əsrin ikinci yarısınadək mövcud olmuşdular. Xaqanlıq erkən orta əsrlərdə türkdilli xalqlar da ictimai-siyasi birlik. Onu xaqan idarə edirdi, adı da buradandır.
Qaqauziya Başqanı
Qaqauziyanın Başqanı — Qaqauziyada ali icra vəzifəsinin adı. Vəzifə 23 dekabr 1994-cü il tarixli 344-XIII saylı Qaqauziyanın hüquqi stattusu haqqında qanunun 14-cü maddəsinə əsasən təsis edilib. Ona bölgənin bütün hakimiyyət orqanları tabedir. Başqan ümumi, bərabər, birbaşa, gizli və azad səsvermə ilə dörd il müddətinə seçilir. Eyni şəxs iki dəfədən artıq başqan seçilə bilməz. O Moldova vətəndaşı olmalı, yaşı 35-dən yuxarı olmalı və qaqauz dilini bilməlidir. Başqan Moldova prezidentini tərəfindən hökumət üzvü təsdiq edilir. Başqanın Qaqauziya ərazisində məcburi olan sərəncamlar vermək hüququ vardır.
Baranlıq-i Hüseynxan (Miyanə)
Baranlıq-i Hüseynxan (fars. برنليق حسين خان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 145 nəfər yaşayır (36 ailə).
Baranlıq-i Mədədxan (Miyanə)
Baranlıq-i Mədədxan (fars. برنليق مددخان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 294 nəfər yaşayır (70 ailə).