Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baloy-Lam
Baloy-Lam (çeç. Baloyn-Lam, hərf. "Baloylular dağı"; Baloylam) — Çeçenistanın Açxoy-Martanov rayonunda dağ zirvəsi. == Haqqında == Osuxi çayı, Qexi çayının sol qolu və Ağ Şalaji çayları arasında yerləşən bu dağ zirvəsi dəniz səviyyəsindən 2029,9 metr yüksəklikdə yerləşir. Baloyn-Lam dağında iki yüksəklik vardı: Taşi-Kort xəritələrində Bokxa-Taş-Korta və Joma-Taş-Korta. Rəvayətə görə, Baloylam dağında döyüşkən çeçen etnik icması baloy meydana çıxmışdır. Hazırda bu çeçen tayplarının nümayəndələri Rusiyanın Qroznı, Arqun, Qudermes kimi şəhərlərində, Rusiyanın Psedax, Beerdakel, Kurçaloy, Qeldarana, Tsotsin-Yurta, İlasxan-Yurta, Oysxara, Türkiyənin Çardaq və İstanbul şəhərlərində, İraq, İordaniya və Suriya ərazisində yaşayırlar. == Ədəbiyyat == Сулейманов А. С. Топонимия Чечни / Ред. Т. И. Бураева. — Грозный: ГУП "Книжное издательство", 2006.
Barda Balka
Barda Balka — indiki İraqın şimalında, Kiçik Zab və Çəmçəmal çayları yaxınlığında arxeoloji abidə. Burada tapılan tapıntıların oxşarları Çəmçəmal vadisi ətrafında yerləşən digər ərazilərdə də aşkar edilmişdir. Alətlərin tapıldığı sahənin mərkəzində Neolit dövrünə aid meqalit mövcuddur.
Alkoy
Alkoy (isp. Alcoy) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 129,86 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 61417 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 60 km uzaqlıqda yerləşir.
Backh.
CeymsBekhaus (ing. James Backhouse; 8 iyul 1794 – 20 yanvar 1869) — Böyük Britaniya-Avstraliya botaniki.. == Elmi fəaliyyəti == Ceyms Bekhaus qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşıb və Avstraliya florasını öyrənilməsinə böyük töhfə verib. == Əsərləri == A Narrative of a Visit to the Australian Colonies. 1843. A Narrative of a Visit to the Mauritius and South Africa. 1844. A Memoir of Deborah Backhouse. 1828. Memoirs of Francis Howgill.
Balak
Bələk (Balak) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9–10 km şimal-qərbdə, Bazarçay çayının sağ sahilində yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir. Toponim qədim türk dilində təpə mənasında işlənən bələk sözündən əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Ermənilər buraya 1828-29 - cu illərdə İranın Salmas vilayətindən köçürülərək yerləşdirilmiş və azərbaycanlılar tarixi torpaqlarından qovulmuşdur.
Balan
Balan (En) — Fransada kommuna. Balan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Balan xalçası — İranda xalça.
Balba
Baldoy
Baldoy (gür.: g.ə. პალდო, l.ə. paldo) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99.9%-i azərbaycanlılardan ibarət 696 nəfər (367 nəfəri kişilər, 329 nəfəri qadınlar) əhali yaşayır.
Baldr
Baldr — German-skandinav mifologiyasında asarlar nəslindən olan bahar və işıq tanrısıdır. Rəvayətə görə Baldr Odin və Friqqin oğludur. Onun zahiri kimi ruhu da çox gözəldir və ətrafa nur çiləyir. Baldr asarların içərisində ən işıqlısıdır və onun gəlişi ilə torpaqdan həyat canlanır və hərtərəf əlvanlaşır. Baldrın arvadı Nannadan olan oğlanları Forset bir gün ölümdən xəbər verən qorxulu röya görür. Narahat olan Odin səkküzayaqlı atını — Sleypniri minib ölülər dünyasına gəlir. Burada caudugar qarı ona xəbər verir ki, Baldr öz kor qardaşı Hödr tərəfindən öldürüləcəkdir. Bu xəbərdən kədərlənmiş Odin əlacsız Asqarda dönür və arvadı Friqqə nəql edir. Friqq Baldrı xilas etmək üçün bir çarə tapır. Belə ki o, hər bir dəmirdən, daş və qayadan, bitkidən, heyvandan, quşdan vəd alır ki, heç kim Baldra xətər yetirməyəcəkdir.
Balel
Mustafa Balel (d. 1 sentyabr 1945, Sivas) — Türkiyə yazıçısı, tərcüməçi. == Həyatı == Mustafa Balel 1945-ci ildə Türkiyənin Sivas şəhərində anadan olub. Ankara Qazi Ali Təhsil İnstitutunun Fransız dili şöbəsində təhsil aldıqdan sonra (1968), Türkiyənin Ardahan şəhərində fransız dili müəllimi kimi çalışıb. Sonradan məqsədli təqaüd qazanaraq Fransanın Poitiers Universitetində "müqayisəli dünya ədəbiyyatı" üzrə təhsil alıb. İstanbul Atatürk Ali Təhsil İnstitutunda XX əsr fransız ədəbiyyatı və tərcüməçiliyi (1978-1980), İstanbul Bağçalıevlər Liseyində fransız dili və ədəbiyyatı (1980-1997), Adnan Menderes Anadolu Liseyində ədəbiyyat (1997-2000) dərsləri deyib. Ədəbi aləmə 1972-ci ildə "Yeni Ortam" qəzetində yazdığı kitab resenziyaları və ədəbi-tənqidi məqalələri ilə qədəm qoyub. Qəzet və jurnallarda nəşr etdirdiyi hekayələri, ədəbi-tənqidi məqalələri və tərcümələri ilə məşhurlaşıb. Meydan Larousse, Görsel Büyük Genel Kültür Ansiklopedisi, Gelişim Büyük Larousse, Memo Larousse, Axis 2000 və s. ensiklopediyaların tərtib olunmasında iştirak edib.
Baler
Baler — Filippinin Aurora vilayətində şəhər və bələdiyyə və bu vilayətin mərkəzi.
Balet
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Balik
Balik — Azərbaycanın İsmayıllı rayonunda kənd. Balik kəndi Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Əhalisi 452 nəfərdir ki onun da 231 nəfəri kişi, 222 nəfəri qadındır.
Baliğ
Baliğ (ərəbcə بالغ və ya بُلوغ‎)) — yetişmiş, həddi-buluğa çatmış. İslamda baliğ yetişmiş və həddi buluğa çatmış oğlan və ya qıza deyilir. Bir müsəlmanın baliğ olması (yəni həddi-buluğa çatması) o demədir ki, artıq gördüyü hər bir haram iş müqabilində ona günah yazılır, bir şərtlə ki, dəli olmasın….
Balkon
Balkon (İtalyanca: balcone) — tikililərdə xarici divarın qarşısında, çox vaxt üstü açıq olan hissə. Balkonlara qapı vasitəsilə keçirlər. Böyük qonaq evlərində həyətə baxan qapıların açıldığı bir yanı həyətə baxan dəhlizlər də balkondur. Balkon fikri ilk dəfə xristianlıqda, imperator və imperatriçanın kafedrallardakı dini ayinləri xalqdan uzaq, onlarla əlaqəsi olmayan bir yerdə icra etmək ehtiyacından meydana çıxmışdır. Balkonların ölçüləri və xüsusiyyətləri mədəniyyətdən mədəniyyətə, binadan binaya dəyişir.
Balta
Balta — metalik kəsici tilə malik olan, sapaqda bərk oturdulmuş alətdir. Baltaların müxtəlif növləri vardır. Baltalar adətən dülgərlik işlərində ağacların yonulub formaya salınmasında və kəsilməsində istifadə edilir. Qədimdə baltadan həm əl, həm də atılan silah kimi istifadə edilmişdir. Baltaların kəsici hissəsini sapaqla birləşdirmək üçün, onun tutqac hissəində deşik nəzərdə tutulur. Sapaq bu deşiyə keçirildikdən sonra o pazla bərkidilir. İlk balta hələ qədim daş dövründə mövcud olmmuşdur. Ağaca başlanmış, iti kəsici tilləri olan daş parçalarından balta kimi istifadə edilmişdir. Bu günkü baltlara oxşarı olanlar mezolit (b.e.6000 il əvvəl) dövründən meydana gəlmişdir. Ona qədər insanlar uc hissəsi itilənmiş daşlardan istfadə edirdilər.
Balıc
Balıc - Gürcüstanın Bolnisi rayonunda kənd.
Balkan
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Humay (balet)
Humay — bəstəkar Nəriman Məmmədovun şair Səməd Vurğunun “Komsomol poeması” əsasında yaratdığı balet. == Mənbə == Azərbaycan balet tamaşaları xronologiyası == Həmçinin bax == Yeddi oğul istərəm...
Kabarda-Balkar
Kabarda-Balkar Respublikası (rəsmi), Kabarda-Balkariya (rus. Кабардино-Балкарская Республика, kab.-çərk. Къэбэрдей-Балъкъэр Республикэ, qaraç.-balk. Къабарты-Малкъар Республика) — Rusiya Federasiyası subyektlərindən biri. Şimali Qafqazda, Böyük Qafqaz sıra dağlarının şimal ətəklərində, şimalında Rusiya Federasiyası, şərqində Şimali Osetiya, cənubunda Gürcüstan, qərbində Qaraçay-Çərkəz respublikaları yer almaqdadır. == Coğrafiyası == Respublikanın ərazisi 12.5 min kvadrat kilometrdir . Böyük Qafqaz sıradağlarının ən yüksək təpəsi olan Elbrus dağı Qaraçay-Çərkəz Respublikası ilə hüdud təşkil edir. 5.633 metr yüksəkliyindəki Elbrus dağı ən böyük yüksəklikdir. Bu sıra dağlar 3.000 metrdən sonra buzlarla örtülüdür. Şimala doğru alçalan ərazi orta bölgədə 1000–3000 metr hündürlüyündə yaylalara, daha şimalda Terek çayı və qollarının meydana gətirdiyi geniş düzənliklərə çevrilir.
Balto
Balto — bir vaxtlar Alyaskada yaşayıb. Balto it olmuşdur. O 1919-cu ildə nomda (alyaskada) doğulmuşdur. O bir çox insanın həyatını xilas edib. == Epidemiya == 1925-ci ildə nomda dəhşətli epidemiya yayıldı. Bu epidemiya bütün şəhəri xəstəliyə yoluxdurmuşdur. Həmin ildə nomdan nenenaya qatar göndərdilər. O qatar qarlı hava üzundən nenenaya çata bilmədi. Reyslər donmuşdu. Oraya it dəstasi göndərdilər.
Balva
Gülşən (balet)
Gülşən — Soltan Hacıbəyovun üçpərdəli, beşşəkilli baleti. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir. == Tarixi == 1950-ci ildə M. F. Axundov adına Opera və Balet Teatrının səhnəsində S. Hacıbəyovun müasir mövzuda yazdığı ilk Azərbaycan baleti — "Gülşən" tamaşaya qoyulur. 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. 1953-cü ildə "Gülşən" baleti Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur. Müəllif baletə yazdığı musiqi üzrə tərtib etdiyi "Gülşən" süitası böyük tirajla "Bruno" (Amerika) firması tərəfindən buraxılmış və geniş yayılmışdır. Baletinin birinci redaksiyasında (Q. Almaszadənindir) bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin Moskvada keçirilən ikinci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (Libretto Q. Almaszadə və P. Abolimovundur).
Kabardin-Balkar
Kabarda-Balkar Respublikası (rəsmi), Kabarda-Balkariya (rus. Кабардино-Балкарская Республика, kab.-çərk. Къэбэрдей-Балъкъэр Республикэ, qaraç.-balk. Къабарты-Малкъар Республика) — Rusiya Federasiyası subyektlərindən biri. Şimali Qafqazda, Böyük Qafqaz sıra dağlarının şimal ətəklərində, şimalında Rusiya Federasiyası, şərqində Şimali Osetiya, cənubunda Gürcüstan, qərbində Qaraçay-Çərkəz respublikaları yer almaqdadır. == Coğrafiyası == Respublikanın ərazisi 12.5 min kvadrat kilometrdir . Böyük Qafqaz sıradağlarının ən yüksək təpəsi olan Elbrus dağı Qaraçay-Çərkəz Respublikası ilə hüdud təşkil edir. 5.633 metr yüksəkliyindəki Elbrus dağı ən böyük yüksəklikdir. Bu sıra dağlar 3.000 metrdən sonra buzlarla örtülüdür. Şimala doğru alçalan ərazi orta bölgədə 1000–3000 metr hündürlüyündə yaylalara, daha şimalda Terek çayı və qollarının meydana gətirdiyi geniş düzənliklərə çevrilir.
Kaleydoskop (balet)
Bəstəkar Fərəc Qarayevin italyan bəstəkarı Domeniko Skarlattinin sonatalarını interpretasiya edərək yazdığı beşpərdəli balet. Xoreoqraflar Rəfiqə Axundova və Maqsud Məmmədovdur. Librettonun müəllifi Rəfiqə Axundova və İlya Dadaşidze, rəssamı Tahir Tarirovdur. Premyera Paris şəhərində oynanılıb. Bakıda ilk tamaşa 1971-ci ildə göstərilib. == Məzmun == Süjetsiz baletdir.
Balıq
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. == Təsnifatı == Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfi tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Balış
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Baçka
Baçka (serb. Бачка, mac. Bácska, sloven. Báčka, xorv. Bačka, alm. Batschka‎) — Mərkəzi Avropada, Ortadunay ovalığında, Tisa və Dunay çaylarının arasında yerləşən tarixi-coğrafi rayon. Regionun çox hissəsi Serbiyada yerləşən Voyevodina muxtar krayına düşür, az hissəsi isə Macarıstanın Baç-Kişkun medyesinə daxildir. == Tarix == Baçka bölgəsi son 4000 il ərzində insanlar tərəfindən məskunlaşmışdır. Onun ilk sakinlərini illirialılar təşkil edirdi. VI-VII əsrlərdə bölgədə artıq slavyanlar çoxluq təşkil edirdi.
Bаlаd
Balad — İraqın Səlahəddin mühafəzəsində şəhər.
Baçka Baçka-Palanka FK
Bačka futbol klubu — Serbiyanın futbol klubu. == Tarixi == Klub təsis edilmişdir 1945. rəsmi açılışı edilən 5500-ci, tutumu, 7il və Wawa Slavko Maletin 1951. il. "Bačka" vasitəsilə ilk dəfə İkinci Federal Liqa mövsümündə 1959/60 o ən böyük uğurlardan biri mövsüm 1988/89 ikinci federal liqada unikal giriş sayılır. Cəmi 16 keçirdi "Bačka" dir ikinci divizionda mövsüm . Həmçinin rübündə ən uğurlu "geri" və səhmlərin bir Yuqoslaviya Kuboku 1968-ci ildə /69-cu, zaman Hajduk Split yalnız 2 ilə mesai matçındakı : 1 keçid təmin edə bildilər. Klub milli kuboku özü final və son hissəsi isə 1993/94-cü ildə bir neçə dəfə iştirak edib "Bačka" nın finala ilə aradan zaman Nis İşçi.