Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Banyeres
Banyeres (isp. Banyeres de Mariola) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 50,28 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 7229 nəfərə çatmışdır.
Bayterek (abidə)
Bayterek (qaz. Baiterek) — Qazaxıstanın paytaxtı Astanada yerləşən abidə. Şəhərin ən əhəmiyyətli və tanınan simvoludur. == Quruluşu == Layihənin ideya müəllifi Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev olmuşdur. Məhz onun təşəbbüsü ilə memar Ağmurza Rüstəmbəyov layihənin icrasına başlamışdır.. Tikinti zamanı torpaq işlərinin həcmi 8600 m³, beton - 2900 m³, metal konstruksiyalar - 1 kiloton, günbəz şüşəsi - 1555 m² təşkil etmişdir. Layihəni bitirmək, mühəndislik və xüsusi işlər üçün 23 subpodratçı cəlb edilmişdir. Metal işlərinin və şüşələrin təxmini dəyəri təxminən 6 milyon dollardır. Obyekt 2003-cü ildə Dövlət Komissiyasının aktı ilə istismara verilib. Abidənin hündürlüyü 105 metr, ağırlığı isə 1000 tondur.
Natterer şəbpərəsi
Natterer şəbpərəsi (lat. Myotis nattereri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Orta ölçülüdür (kütləsi 6,5 -8,1 q, bədəninin uzunluğu 42, 8 – 48,1, bazusu 39,0-42,5 mm). Başqa şəbpərələrdən omaarası pərdənin diş-diş, sərt açıq rəngli kənarı ilə fərqlənir. Bədən və kəllənin ölçülərinə görə Azərbaycanda yaşayan heyvanlar M.n.tschuliensis Kuzyakin yarımnövünə uyğun gəlir. Avropada, Şimali Afrikada və Asiyada yaşayır. Azərbaycanda yalnız Böyük Qafqazın cənub yamaclarında (Qəbələ rayonunun Xəzrə kəndi) və Dağlıq Qarabağda (keçmiş Hadrut rayonu) aşkar edilmişdir. Tapıntıları meşələrə, dağətəklərinə və dağ çöllərinə uyğun gəlir. Sığınacaqları rəngarəng olub tikililərdən qaya yarıqlarına və ağac koğuşlarına qədər dəyişir. Nadir, azsaylı və az öyrənilmiş növdür.
Qantəpər
Qantəpər (lat. Cephalaria) – dipsacaceae fəsiləsinə aid bitki cinsi. Qantəpər təbii halda Azərbaycanda geniş yayılmış dərman bitkisidir.Qantəpərin növlərinin əksəriyyəti sarı rəngli, xoşa gələn çiçəkləri olan çoxillik ot bitkisidir. Qantəpərin dünyada 60 növünə təsadüf olunur ki, onun da 12-si Azərbaycanda bitir. Respublikamızda ən çox yayılmış qantəpər növləri Nəhəng qantəpər, Koçi qantəpəri və Naxçıvan qantəpəridir. Bu bitkilər Culfa, Şahbuz, Gədəbəy, Daşkəsən, Göygöl, Laçın, Kəlbəcər, Şuşa, Zaqatala, Şəki, Quba, Dəvəçi, Şamaxı, İsmayıllı və Lənkəran rayonlarında geniş yayılmışdır. Bitkinin çiçək və köklərindən xalq təbabətində geniş istifadə olunur. Bitkinin çiçəklərindən dəmləmə (çay) şəklində qədimdən bəri soyuqdəymədə, daxili qanaxmalarında və eləcə də ürək-damar və böyrək-sidik yolu xəstəliklərində istifadə olunur. Çox güman ki, bitkiyə qantəpər adı da məhz bu səbəbdən verilmişdir.
Bankələr (coğrafiya)
Bankə (alm. bank‎ və ya nid. bank) — okeanda yerləşən və dərinliyi yaxınlıqdakı sahələrə nisbətən olduqca az olan əraziyə deyilir. Okeanlarda bankələr əsasən mərcan və ya vulkanik mənşəli olur. Dənizlərdə isə bu tip coğrafi obyektlər əsasən transqressiya nəticəsində yaranır. Burada bankə quru relyef formasının qalığıdır. Əgər atoll suyun dibinə enirsə, bu zaman buna sualtı bankə deyilir. Buna isə elmi dildə kayot deyilir (enmiş atoll). Bankələrdə dəniz və okeanların zəngin bioresursları yerləşir. Bura dəniz balıqçılığının mühüm sahəsidir.
Nəhəng qantəpər
Nəhəng qantəpər (lat. Cephalaria gigantea) — qantəpər cinsinə aid bitki növü. Hündürlüyü 150–200 sm, gövdəsi düzduran, şırımlı, çılpaq və ya qısa tüklü, aşağı hissədə aşağı yönəlmiş sərt tüklərlə sıx örtülü, adətən yuxarı hissədə budaqlanan çoxillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüşdür, sadədir, liraşəkilli-lələkvari bölünmüşdür; seqmentlər yarpaq oxuna tədricən birləşmiş, uzunsov-neştərşəkilli və ya uzunsov-ovaldır, kənarları sivri iri-mişarvaridir, üst tərəfdən çılpaq, tünd-yaşıl rəngli, alt tərəfdən sıx tüklü və ya demək olar ki, çılpaqdır, yuxarı seqmenti yandakı seqmentlərdən azacıq iridir. Başcığın diametri 3–4 sm-dir, uzanmış çiçək oxu üzərində təkdir; kənar çiçəklər başcıqda çoxalmışdır. Tac kükürd-sarı rəngdədir, xaricdən tüklüdür. Çiçəklənməsi iyul-avqust, sentyabr aylarında olur. Meyvə verməsi avqust-sentyabrdadır. Meşələrdə və dağ çəmənlərində rast gəlinir. Yaxşı balverən bitkidir.
Bandərə (Piranşəhr)
Bandərə (fars. بن دره‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 424 nəfər yaşayır (77 ailə).