Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maska (yarışma)
Maska — Munhwa Broadcasting Corporation-a məxsus beynəlxalq Masked Singer formatının Azərbaycan versiyası. Layihə çərçivəsində müxtəlif məşhurlar kimliklərini gizlədərək qeyri-adi geyimlərdə çıxış edirlər. == Qaydalar == Məşhurlar, münsiflər heyəti və tamaşaçılar qarşısına şəxsiyyətlərini tamamilə gizlədən müxtəlif maskalar altında çıxırlar. Müsabiqə iştirakçılarının əsl səsi yalnız mahnıların ifası zamanı və əsl simasını üzə çıxan zaman eşidilir. Qalan vaxtlarda onların səsləri təhrif edilmiş formada səslənir. Çıxışdan əvvəl sirli iştirakçının öz imicindən danışdığı, real şəxsiyyəti ilə bağlı ipuçlarını paylaşdığı video nümayiş etdirilir. Çıxışlardan sonra tamaşaçılar arasında səsvermə keçirilir və bir maska gözləmə zalına göndərilir. Hər buraxılışın sonunda bir məşhur öz maskasını açır. Layihədə finala 4 məşhur qalana qədər hər buraxılışda bir iştirakçı yarışmanı tərk edir. == İstehsal == Yarışmanın Azərbaycan versiyası İctimai Televiziya tərəfindən istehsal olunub.
Yeni Dalğa (yarışma)
Yeni Dalğa (rus. Новая волна, latış. Jaunais Vilnis‎) — 2002-ci ildə rus bəstəkarı İqor Krutoy və Latviyalı pianoçu və bəstəkar Raymond Pauls tərəfindən yaradılan daha sonra isə rus superstarı Alla Puqaçova tərəfindən inkişaf etdirilən populyar musiqinin gənc ifaçıları üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır. Müsabiqə ümumilikdə altı gün davam edir: 3 müsabiqə günü, 2 xüsusi tədbir günü və sonunda yarışmanın nəticələrinin açıqlandığı gün konsertlə bitir. == Keçirildiyi yer == İlk 14 il ərzində Yeni Dalğa Latviyanın sahil şəhəri olan Yurmalada keçirildi lakin 2015-ci ildə Soçiyə(Rusiya Federasiyası) köçürüldü (digər potensial yerlərə Bakı, Kalininqrad, Kazan və Krım daxil idi). Təşkilatçı İqor Krutoyun dediyinə görə, köçürülmənin əsas səbəbi Rusiyanın müğənniləri Valeriya, İosif Kobzon və Oleq Qazmanovun Xarici İşlər Naziri Edqars Rinkeviçs tərəfindən Krımın ilhaq edilməsinə səsləndirdikləri dəstəkdən ötəri Latviyaya girişinə icazə verilməməsi idi. == İştirakçılar == Yarışmanın məqsədi Avropanın hər yerindən, keçmiş SSRİ-dən və ABŞ-dən yeni ulduzları populyarlaşdırmaq məqsədi daşısa da, bir çox indiki və keçmiş super ulduzlar burada iştirak edir. Yeni Dalğada ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Jamala (Ukrayna), DoReDos (Moldova) və Demy (Yunanıstan) iştirak ediblər.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Too hot to handle (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Borisyak adaları
Borisyak adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 8 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar sovet poleontoloqu və geoloqu Aliksey Borisyakın şərəfinə adlandırılmışdır.. == Yerləşməsi == Adalar arxipelaqın cənubunda, Mak-Klintok adasından 900 m cənubda yerləşir. == Xüsusiyyətləri == Qrupa daxil olan iki ada istisna olmaqla digərlərinin uzunluğu 100 metri keçmir. Adalar buzla örtülmürlər. Ən iri adasının şimalında hündürlüyü 41 metr olan yüksəklik vardır. Adalarda az bir sahədə daşlıq sahələr vardır.
Karişma Kapur
Karişma Kapur (25 iyun 1974, Bombey) — Hindistan kino aktrisası. == Həyatı == Karişma Kapur 25 iyun 1974-cü ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karışmanın kiçik bacısı Karina Kapur da məşhur hind aktrisasıdır. Filmoqrafiyasında 60-a yaxın film və serial var. Filmfare Awards (1997, 1998, 2001, 2002) mükafatı və Milli kinomükafatı (1998) laureatıdır. 1991-ci ildə "Sevgi əsiri" filmində Nilima rolu ilə debüt edib. Bu filmdən sonra daha çox komediya filmlərinə dəvət alan aktrisa Salman Xan və Qovinda kimi aktyorlarla çəkilib. 1996-cı ildə Amir Xanla çəkildiyi "Raca Hindustani" filmindəki rolu ilə daha çox məşhurlaşıb. Bu film ona ən yaxşı qadın rolu nominasiyasında ilk Filmfare Award mükafatını qazandırır. 2001-ci ildə "Qardaşın axtarışında" filmindəki roluna görə Karizma ikinci dəfə mükafata layiq görülür.
Barisal (vilayət, Banqladeş)
Barisal (Benqal dilində: বরিশাল বিভাগ) — Banqladeşin cənubunda əyalət. 1797-ci ildə təşkil olunmuşdur. Əvvəlki adı Bakercanci, ölkənin inzibati ərazisinə daxil olan 8 əyalətdən biridir. İnzibati mərkəzi — ölkənin şimalındakı Dəkkə şəhəri ilə cənub-şərqində yerləşən Çittaqonq şəhərini əlaqələndirən avtomobil yolunun üzərində yerləşən Barisal şəhəridir. Son onilliklərdə yeni körpülərin tikilməsi hesabına yol kommunikasiyası xeyli yaxşılaşmışdır. == Səciyyəvi cəhətləri == Əyalətin sahəsi — 13 225,2 km²-dir. 2001-ci il siyahıya alınmasına görə əyalətin əhalisinin sayı 8 325 666 nəfərdir. Yaşlı əhalinin savadlılıq səviyyəsi 35,25 faizdir, bu isə Banqladeş üzrə orta səviyyədən (43,1%) aşağıdır. Ölkə əhalisinin 50,67 faizini kişilər, 49,33 faizini qadınlar təşkil edirlər. Əhalinin dini tərkibi: müsəlmanlar — 88,06 %, induizm dininə və digər dinlərə sitayiş edənlər — 11,94 %, == İnzibati ərazi bölgüsü == Barisal əyaləti 6 dairədən ibarətdir.
Barisal (əyalət, Banqladeş)